Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin



Yüklə 0,59 Mb.
səhifə115/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   156
avropa amerka tarıxı

LATIN AMERİKASI ÖLKƏLƏRİ





  1. əsrin əvvəllərində Latın Amerikası ölkələri müstə- qillik qazansalar da, asılı ölkələr kimi tanınındılar ki, bunun da əsas səbəbi dünya kapitalizm təsərrüfat sisteminin inkişafından onların geri qalması idi. XX əsrin əvvəllərində, xüsusilə, Birinci dünya müharibəsi dövründə Latın Amerikası ölkələri müharibə edən ölkələrə ərzaq məhsulları və strateji mallar satmaqla milli sənayenin bir sıra sahələrini inkişaf etdirdilər. Bu ölkələrdə dəmir və avtomobil yolları salındı. Lakin bu öl- kələrdə kapitalizmin inkişafı yolunda ən böyük maneə iqtisa- diyyatda və siyasətdə latifundiyaların ağalığı idi. Hakim dai- rələr milli xırda və orta burjuaziyanın mənafeyini nəzərə al- mırdılar. Latufindistlər xarici bazara ancaq qəhvə, şəkər, meyvə çıxara bilirdilər. Bir çox ərzaq və sənaye məhsulları bu ölkələrə xaricdən gətirilirdi.

Birinci dünya müharibəsindən sonra Latın Amerikası ölkələrinin xarici kapitaldan asılılığı gücləndi. Bu sahədə ABŞ və İngiltərə öndə gedirdi. Əgər 1913-cü ildə Böyük Britani- yanın kapital ixracı 4984 mln, ABŞ-ınki isə 1242 mln. dollar idisə, 1929-cu ildə bu ölkələrə Böyük Britaniya 5891 mln, ABŞ 5587 mln dollar kapital ixrac edirdi. Kapitalist dövlətlərinin iqtisadi müdaxiləsi hərbi-siyasi müdaxilə ilə çulğalaşırdı. ABŞ konqresinin 1901-ci ildə qəbul etdiyi «Platta düzəlişi» ABŞ-a hüquq verirdi ki, Kuba ərazisində hərbi-dəniz bazaları təşkil etsin və lazım gəldikdə onun ərazisini tutsun. Latın Amerikası ölkələrinə münasibətində ABŞ «dollar diplomatiyası» ilə

«böyük dəyənək» siyasətini birləşdirirdi.

Mülkədar oliqarxiyası ağalığı və xarici kapitaldan asılılıq bu ölkələrdə burjua-demokratik inqilabı üçün obyektiv şərait yaradırdı. Bu zəmində ilk inqilab 1910-1917-ci illərdə Mek- sikada oldu.

Rusiyadakı Fevral burjua-demokratik inqilabı və Oktyabr çevrilişi də Latın Amerikası ölkələrində mübarizənin gələcək inkişafına müsbət təsir göstərdi. Latın Amerikası ölkələrinin zəhmətkeşləri antisovet müdaxilənin əleyhinə çıxış etdilər.

Bu dövrdə Latın Amerikası ölkələrində fəhlə hərəkatında anarxizm və anarxo-sindikalizmin böhranı başlanmışdı. 1920- 1922-ci illərdə Argentina, Meksika, Uruqvay və Braziliyada Kommunist partiyaları təşkil edildi. İkinci dünya müharibəsi ərəfəsində Latın Amerikası ölkələrindən 18-də Kommunist partiyası fəaliyyət göstərirdi.

Milli burjuaziya fəhlə hərəkatını özünə tabe etməyə cəhd göstərərək bundan latufindiyaçılara və xarici imperializmə qarşı mübarizədə istifadə etməyə çalışırdı. 1924-cü ilin sonunda Peruda başda tələbə hərəkatının rəhbərlərindən olan Viktor Raul Ayya de la Torre olmaqla Amerika xalq inqilabı alyansı (ARPA) təşkil edildi ki, tezliklə bu alyans özünü «Milli burjuaziya ilə zəhmətkeş kütlələrin bloku partiyası» adlandırdı. Bu partiyanın proqramında Şimali Amerika imperializminə qarşı mübarizə, Latın Amerikasının siyasi birliyi, torpaq və sənayenin milliləşdirilməsi, Panama kanalının beynəlmiləlləş- dirilməsi, bütün dünyanın əzilən xalqları ilə əməkdaşlıq mə- sələləri əks olunmuşdu. Aprizm ən çox xırda, orta burjuaziya, qismən də fəhlələr və kəndlilər arasında yayılmışdı. Apristlər azadlıq mübarizəsində fəhlə sinfinin rolunu inkar edirdilər, xırda burjuaziyaya daha çox üstünlük verirdilər. Onların

«Amerika hindular üçündür!» şüarı bütün antiimperialist qüv- vələrin sıx birləşməsinə mane olurdu. Tədricən o təkamül yolunu əsas tutdu və antikommunist mövqeyə keçdi.

Aprizmlə mübarizədə Xose Karlos Mariateqi mühüm rol oynadı. O göstərdi ki, Latın Amerikası öz problemlərini burjua- demokratik inqilabı yolu ilə həll etməlidir. Mariateqi 1928-ci ildə Peru sosialist fəhlə partiyasının əsasını qoydu ki, 1930-cu ildən o, Peru Kommunist partiyası adlandı.

20-ci illərin sonunda Latın Amerikası ölkələrində impe- rializm və yerli irticaya qarşı mübarizə gücləndi. Bu Nikara- quada daha kəskin xarakter aldı. 1926-cı ildə burada başlanan antiimperialist hərəkata fəhlə Auqusto Sesaro Sandino başçılıq edirdi. Bu hərəkat yeddi ilə qədər davam etdi. 1933-cü ilin yanvarında ABŞ öz qoşunlarını Nikaraquadan çəkməyə məcbur oldu. Lakin 1934-cü ilin fevralında Sandino «milli qvardiyanın» rəisi Anastasio Somosa tərəfindən xaincəsinə öldürüldü. Tezliklə Somosa ABŞ-ın köməyi ilə Nikaraquanın prezidenti oldu. Somosa ailəsinin diktaturası ancaq 1979-cu ildə Sandinistlər inqilabı nəticəsində devrildi.

Latın Amerikası ölkələrinin iqtisadi geriliyi dünya iqtisadi böhranı illərində azadlıq mübarizəsinin daha da güclənməsinə səbəb oldu. 1930-1931-ci ildə Qvatemalada hindu kəndlilərin üsyanı başlandı. Lakin ABŞ-ın köməyi ilə 1931-ci ildə ölkədə Xorxe Ubikonun diktaturası quruldu və 1944-cü ilə qədər hakimiyyətdə oldu. 1931-1932-ci illərdə Çilidə, 1932-ci ildə Salvodorda da inqilabi hərəkat gücləndi. Onların əsas şüarı «Torpaq və azadlıq!» idi. 1933-cü ildə Kubada X.Maçado diktaturası devrildi.

Dünya iqtisadi böhranı illərində ABŞ və İngiltərə arasın- da Braziliya, Paraqvay, Uruqvay, xüsusilə Argentina üstündə rəqabət gücləndi. Bu rəqabət öz ifadəsini Latın Amerikası ölkələri arasında hərbi-siyasi münaqişələrdə tapdı. ABŞ-da F.Ruzveltin prezident seçilməsi ilə Latın Amerikasına qarşı

«böyük dəyənək» siyasətini «mehriban qonşu» siyasəti əvəz etdi. ABŞ Latın Amerikası ölkələrinin daxili işlərinə qarışma- maq prinsipini əsas tutduğunu elan etdi. Bu ölkələrlə hər iki tərəf üçün əlverişli ticarət sazişi bağlayacağını, onlara texniki kömək göstərəcəyini vəd etdi. 1933-cü ilin dekabrında Montevideoda keçirilən VII Panamerikan konfransında belə bir deklarasiya qəbul edildi ki, heç bir dövlətin başqa bir dövlətin daxili və xarici işlərinə qarışmağa ixtiyarı yoxdur. Bunun ar-

dınca «Platta düzəlişləri»ndən əl çəkildi və 19 il işğaldan sonra ABŞ öz qoşunlarını Haitidən çıxartdı. ABŞ-ın bu ölkələrə qarşı taktikasını dəyişdirməsinin səbəblərindən biri Latın Amerikasında alman və yapon ekspansiyasının qarşısını almaq idi. Belə ki, Hitler Almaniyası İkinci dünya müharibəsi ərəfəsində Latın Amerikası ölkələrinə ixracın həcminə görə Böyük Britaniyanı ötüb keçmişdi. Onun Latın Amerikası ölkələrinə kapital qoyuluşu 969 milyon dollar idi. Alman kapitalı Argentina, Braziliya, Çili, Qvatemala, Meksika, Boliviya kimi ölkələrdə mühüm mövqelər tutmuşdu. Latın Amerikası ölkələrində almanların sayı 1,5 miloyn nəfər idit. Argentina, Braziliya, Paraqvayda polis qüvvələrində alman zabit və müfəttişləri qulluq edirdi.

Latın Amerikası ölkələrinə Hitler kəşfiyyatının soxulması bu ölkələrdə faşist hərəkatının inkişafına, faşist partiyalarının təşkilinə, siyasi sistemi faşistləşdirmə meyllərinin yaranmasına səbəb oldu. Faşist təhlükəsinə qarşı mübarizədə geniş xalq kütlələri fəal iştirak etdilər. Bir çox ölkələrdə xalq cəbhəsi hərəkatı geniş yayıldı. Bu hərəkat ən çox Çilidə uğur qazandı. Belə ki, Çilidə 1936-cı ilin fevralında antiimperialist və antifaşist platforma əsasında yaranmış Xalq Cəbhəsi 1938-ci ilin oktyabrında keçirilmiş prezident seçkilərində qələbə qazandı. Meksika və Çili İspaniya Respublikasını müdafiə et- dilər. Meksika SSRİ-dən başqa yeganə ölkə idi ki, Avstriyanın Almaniya tərəfindən işğalına qarşı öz etirazını bildirmişdi.

Latın Amerikası ölkələrində Xalq cəbhəsinin siyasəti faşizmin hücumunu dayandırdı. Bu təhlükəyə qarşı fəhlə sinfi, kəndlilər, ziyalılar, milli burjuaziyanın müəyyən hissəsi bir- ləşdilər. Həmkarlar hərəkatının da təşkil olunması gücləndi. Meksika zəhmətkeşlər konfederasiyasının təşəbbüsü ilə 1938-ci ilin sentyabrında Meksikada Latın Amerikası ölkələrinin Konfederasiyası təşkil edildi.

Fəhlə sinfinin təzyiqi altında bir sıra Latın Amerikası dövlətləri fəhlələr və sahibkarlar arasındakı münasibətləri qa- nunvericilik yolu ilə nizama salmaq üçün həmkarlar ittifaq- larının fəaliyyətinə icazə verilməsi haqqında qanunlar qəbul etdilər.

Bu islahatlar Latın Amerikasında kapitalist münasibət- lərinin gələcək inkişafına təkan vermiş oldu. Lakin Latın Ame- rikası ölkələrinin əksəriyyətində köklü aqrar islahatlar keçi- rilməsi, xarici kampaniyaları milləşdirmək cəhdləri inhisarların güclü müqavimətinə səbəb oldu və xarici kapitalın iqtisadiyyata və siyasətə təsirini kənarlaşdırmaq mümkün olmadı.

ABŞ öz imperialist rəqibləri ilə mübarizə üçün Latın Amerikası ölkələrinin hərbi-siyasi blokunu yaratmağa çalışırdı. 1936-cı ilin dekabrında Buenos-Ayresdə F.Ruzveltin təşəbbüsü ilə keçirilmiş Amerikaarası konfransın iştirakçıları qarışmamaq, birbaşa və dolayı formada müdaxilənin qadağan edilməsi haqqında protokol imzaladılar. 1938-ci ilin dekabrında Limada keçirilən Panamerika konfransında Latın Amerikası dövlətləri kontinenti xarici müdaxilədən qorumaq qətiyyəti haqqında bəyanat verdilər.

İkinci dünya müharibəsi ərəfəsində Latın Amerikası ölkə- lərinin, Argentinadan başqa, demək olar ki, hamısı ABŞ meylli xarici siyasət yeridirdilər və müharibədə Antihitler koalisiyasının tərəfində iştirak etdilər.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin