Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin


Finlandiya kapitalizmin nisbi sabitləşməsi dövründə



Yüklə 0,59 Mb.
səhifə88/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   156
avropa amerka tarıxı

Finlandiya kapitalizmin nisbi sabitləşməsi dövründə


Burjuaziyanın «möhkəm qol» hökuməti yaratmaq cəhdinə baxmayaraq 20-ci illərin birinci yarısında Finlandiyada daxili siyasi vəziyyət olduqca ağır idi. Fin və isveç kapitalı arasında gedən mübarizə nəticəsində hökumətlər tez-tez dəyişilirdi.

1918-1926-cı illərdə Finlandiyanın iqtisadiyyatında ha- kim mövqe tutmuş xarici kapital ölkə iqtisadiyyatının birtərəfli inkişafına səbəb olurdu. Finlandiya meşə xammalı mənbəyinə çevrilmişdi. Sənayenin bu əsas sahəsində səhm kapitalının 60%-dən çoxu xarici kapitala mənsub idi. İngilis və İsveç kapitalı birinci yeri tuturdu. Ölkədə vergilərin son dərəcə çox artmasına baxmayaraq, bu vergilərdən toplanan məbləğ xarici borcların faizini belə ödəməyə çatmırdı.

Daxili siyasi vəziyyətin möhkəm olmaması, müxtəlif bur- jua partiyaları arasında mübarizə xarici kapitalistləri də narahat edirdi. Buna görə də onlar daxili siyasətdəki gərginliyi yumşaltmağa cəhd edirdilər. Sənaye kapitalistləri ilə aqrarilər arasındakı ziddiyyətlər həddindən çox kəskinləşdiyi bir vaxtda 1926-cı ilin dekabrında xarici kapitalistlər V.Tennerin başçılıq etdiyi sosial-demokrat hökumətini hakimiyyətə gətirdilər.

1926-cı ilin dekabrından 1927-ci ilin dekabrına qədər bu höku- mət hakimiyyətdə oldu.

1927-ci il seçkilərində hakimiyyətə aqrarilərin Sunila hökuməti gəldi. 1927-ci ildə İsveç ticarət müəssisələrinin bay- kot edilməsi ilə İsveç əleyhinə kampaniya başlandı. Xarici siyasət sahəsində fin burjuaziyası İsveç əyaləti Norbottanın, Norveç əyaləti Finmarkın Finlandiyaya birləşdirilməsi tələbini irəli sürdü. Lakin bu tələb hər iki dövlət tərəfindən qəti rədd edildi.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin