Norveç kapitalizmin nisbi sabitləşməsi və dünya iqtisadi böhranı illərində
1924-cü il sinfi döyüşləri fəhlə sinfinin məğlubiyyəti ilə qurtardı. Sənayenin sabitləşməsi kapitalist «səmərə- ləşdirilməsi» yolu ilə əldə edildi. 1927-ci ildə NFP (Norveç Fəhlə Partiyası) və NSDP bir partiyada birləşdi və NFP adlandı. Lükkenin (1926-1928) mühafizəkar hökuməti tətilə təhrik edənləri həbsə almaq, ştreykbrexerləri müdafiə etmək haqqında
stortinqin qanunlar verməsinə nail oldu.
Zəhmətkeş kütlələrin kortəbii çıxışlarının qarşısını almaq üçün 1928-ci ilin yanvarında Xonsrudun başçılığı altında so- sial-demokrat «fəhlə» hökuməti yaradıldı. Lakin o, üç həftədən sonra istefa verdi. L.Movingelin (1928-1931) «Venstre» liberal hökuməti təşkil edildi.
1930-cu ildə Norveç yeni iqtisadi böhrana məruz qaldı. 1932-ci ildə sənaye məhsulu 38%, xarici ticarət dövriyyəsi 37- 40% azaldı. 1,1 milyon ton su tutumu olan gəmilər fəaliyyətsiz qaldılar. 47 bank iflasa uğradı. Yalnız onlardan 6-sı bərpa oluna bildi. Ölkədə 111 min işsiz var idi. 1931-ci ildə ən böyük lokaut baş verdi. 86 min adam işdən çıxarıldı.
Böhrandan çıxmaq üçün kəndli partiyası hakimiyyətə gətirildi. Kolstad-Xunsrud hökuməti təşkil edildi. Bu hökumət 1931-1933-cü illərdə hakimiyyətdə oldu. Böhran illərində burjuaziya faşist və yarımfaşist xarakterli «Leydanq», «Norveç Lattları», «Böhran zamanı kənd əhalisinə yardım», «Vətən ittifaqı» kimi təşkilatlar yaratdı. 1931-ci ildə Kvislinqin yaratdığı «Şimal xalq intibahı» partiyası tipik faşist partiyası idi.
Dostları ilə paylaş: |