Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi nin



Yüklə 0,59 Mb.
səhifə93/156
tarix29.12.2021
ölçüsü0,59 Mb.
#48970
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   156
avropa amerka tarıxı

DANİMARKA



Danimarka Birinci dünya müharibəsindən sonrakı ilk illərdə
Danimarka XX əsrin əvvəllərində inkişaf etmiş kənd tə- sərrüfatı ölkəsi idi və bu əhalinin müharibə dövründə ərzaq məhsulları ilə təmin edilməsində mühüm rol oynadı. Lakin müharibə dövründə ölkəyə xammalın az gətirilməsi istehsalın həcminin azalması, işsizliyin artması, real əmək haqqının aşağı düşməsi, vergilərin yüksəlməsi, şəhərlərdə mənzil böhranı yaranmasına gətirib çıxartdı.

Danimarka burjuaziyası içərisində xarici siyasətdə ciddi fikir ayrılığı özünü göstərirdi. Mühafizəkarlar partiyasının əsas hissəsini təşkil edən iri və orta şəhər burjuaziyası Antanta ölkələrinə, miqdarca daha çox və nüfuzlu olan aqrarilər və sosial-demokratlar partiyası isə Almaniyaya meyl edirdi. Bu isə, hər şeydən əvvəl, onların iqtisadi maraqlarından irəli gəlirdi.

Rusiyadakı Oktyabr çevrilişi və milliləşdirmə tədbirləri Danimarka burjuaziyasını Rusiyadakı, xüsusən, teleqraf və paraxod kompaniyalarına qoyduqları kapitallardan məhrum etdi. Çevriliş Danimarka fəhlə hərəkatına təsir göstərdi. Bu öz ifadəsini 1918-ci il fevralın 11-də işsizlərin birjaya hücumunda nümayiş etdirdi. Lakin anarxo-sindikalistlərin dünyagörüşün- dəki ziddiyyətlər fəhlə hərəkatını zəiflədirdi. 1918-ci il aprelin 8-də Danimarka sosialist fəhlə partiyası yaradıldı. Fəhlə hərəkatının təsiri altında sosial-demokratlar Tsale hökumə- tindən «cəmiyyətin demokratikləşdirilməsinə» yönəldilmiş islahatlar aparılmasını tələb etdi. Onlar 8 saatlıq iş günü tətbiq edilməsi, banklar və istehsal üzərində nəzarət qoyulmasını, ictimai təminatı yaxşılaşdırmağı, konstitusiyanı yenidən

nəzərdən keçirməyi və s. tələb edirdilər. Lakin bunların heç biri

əməli olaraq yerinə yetirilmədi.

Fəhlə hərəkatının yüksəlişi illərində (1918-1920-ci illər- də) bir sıra burjua islahatları: kommunaların bələdiyyə rəisləri- nin seçkisi, xüsusi gimnaziyaların ləğvi, iri torpaq sahiblərinin torpaqlarının 25%-ni dövlətin ixtiyarına verən qismən torpaq islahatı və s. həyata keçirildi. 1918-ci ildə, Danimarka və İslandiya arasında krallıq çərçivəsində İslandiyaya istiqlaliyyət verildi.

Versal sülhünə görə, Almaniyanın 1864-cü ildə Danimar- kadan zəbt etdiyi Holşteyn əyaləti və Şlezviq əyalətinin şimal hissəsi (orada danimarkalılar çoxluq təşkil edirdilər) yenidən qaytarıldı. Şlezviliqin cənub hissəsinin harada qalması isə (orada almanlar çoxluq təşkil edirdi) referendum yolu ilə həll edilməli idi. Keçirilən referendumda əhalinin çoxu Almaniyada qalmaq istədiyini bildirdi.

1920-ci il aprelin 26-da riqsdağa keçirilən seçkilərdə mandatların çoxunu «Venstre» (49 mandat) qolçomaq partiyası aldı və bu partiyanın liderlərindən biri olan Neyerqorun başçı- lığı altında hökumət təşkil edildi. Sosial-demokratlar 42 mandat qazandılar və müxalifət partiyasına çevrildilər. Bu isə DSDP-na həyata keçirilməli olan tələbləri irəli sürmək imkanı verdi. 1920-ci ilin sentyabrında keçirilmiş növbəti seçkilər Neyerqor hökumətinin vəziyyətini daha da möhkəmlətdi.

1920-ci ilin sonunda DSDP-yə çoxlu üzv daxil olmağa başladı ki, bu da ilk növbədə möhtəkirliyə və ticarət sahəsində

«azad sahibkarlığa» geniş xalq kütlələrinin narazılığının art- ması ilə əlaqədar idi. 1920-ci ilin noyabrında Sol sosialist par- tiyası Komminternin 21 şərtini qəbul etdi və Danimarka Kom- munist Partiyası adlandırıldı.

Neyerqor hökumətinin iqtisadi siyasəti ölkədə işsizliyin artmasına gətirib çıxartdı. Burjuaziyanın fəhlə sinfi üzərinə hücumu 1922-ci ildə Danimarkanı bürümüş iqtisadi böhran

dövründə daha da genişləndi. Maliyyə böhranı Danimarkanın İngiltərə və ABŞ-ın ən yüksək banklarından asılılığı nəticəsin- də daha da dərinləşdi.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin