daxili və xarici siyasəti.
Stauninq hökumətinin siyasəti aqrar və sənaye kapita- listlərinin mənafeyinə uyğun gəlsə də, burjuaziyanın daha sağ dairələri sosial-demokrat hökumətinin öz işini gördükdən sonra hakimiyyətdə qalmasını artıq hesab edirdi. Bu dövrdə Danimar- ka burjuaziyasının cüzi hissəsi İngiltərəyə, əksəriyyətii isə Almaniyaya meylli idi. Almaniyada faşist partiyası hakimiy- yətə gəldikdən sonra Danimarkada da faşizm canlanmağa başladı və ilk vaxtlarda, başlıca olaraq kənd əhalisini bürüdü. Artıq 1933-cü ildə Danimarka nasional-sosialist fəhlə partiyası adlanan faşist partiyası yarandı. Lakin həm fəhlə sinfi, həm də Danimarka sosial-demokratları faşistlərin əleyhinə çıxdı. 1934- cü ildə Stauninq hökuməti qanunsuz yollarla ictimai işlərə təsir göstərmək istəyən ittifaqlar, birliklər, korporasiyalar
yaradılmasını qadağan edən qanunlar qəbul edilməsinə nail oldu. 1935-ci il seçkilərində sosial-demokratlar yenidən uğur qazandılar.1936-cı ildə isə sosial-demokratlar və radikallar ilk dəfə olaraq landstinq seçkilərində çoxluq əldə etdilər.
Konstitusiyanın yenidən nəzərdən keçirilməsi və ictimai siyasət haqqında məsələ 30-cu illərin ikinci yarısında yeganə böyük daxili siyasət məsələsi idi.
İkinci dünya müharibəsinə hazırlıqla əlaqədar olaraq 30- cu illərin sonunda xarici siyasət Danimarka üçün getdikcə daha çox əhəmiyyət kəsb edirdi. Almaniya ilə daimi gərginliyin mənbəyinə çevrilmiş Şlezviq məsələsi xüsusi narahatlıq törədirdi. Danimarka burjuaziyası Şlezviqdə mənafelərini əldən verməmək üçün o zamankı Avropa siyasətinin ən mühüm prinsipial məsələlərində Almaniyaya güzəştə getdi. Belə ki, Da- nimarka 1935-ci ildə Millətlər Cəmiyyəti tərəfindən həddindən artıq silahlandığına görə Almaniyanın pislənməsi əleyhinə səs verdi. 1936-cı ildə təcavüzkar əleyhinə sanksiyalarda iştirak etməkdən boyun qaçırdı. Danimarkanın Almaniyaya güzəştə getməsinin bir səbəbi də onu ağır hərbi-siyasi vəziyyətə salmış 1935-ci il ingilis-alman dəniz sazişi idi. Bu sazişin nəticəsində Danimarka tamamilə alman nüfuz dairəsinə düşmüşdü. Məhz buna görə də Danimarka faşist Almaniyası ilə 1939-cu ilin ma- yında hücum etməmək haqqında müahidə bağlayan ilk dövlət- lərdən biri idi. Lakin bu müahidə Danimarkanın təhlükəsizliyini təmin etmədi və o, müharibə dövründə Almaniyanın satilletlərindən biri oldu.
Dostları ilə paylaş: |