Danimarka kapitalizmin sabitləşməsi dövründə
1924-cü ilin aprelində Stauninqin bir partiyalı ilk sosial- demokrat hökuməti təşkil edildi. Bu hökumət 1924-cü ildə SSRİ-ni rəsmi surətdə tanıdı. İqtisadi böhranı aradan qaldırmaq üçün o gəlir vergisini 50% artırdı və xarici mallar üzərinə 50% artıq qiymət gəldi.
1925-ci ildə genişlənən tətil hərəkatı yatırıldıqdan sonra ölkədə sosial-demokratların sağ qanadının nüfuzu aşağı düşdü. Kömrükləri və kənd təsərrüfatı mallarının qiymətini daha çox artırmadığına görə hökumətin siyasətindən burjuaziya da narazı idi.
Belə bir şəraitdə 1926-cı ilin dekabrında riqsdağa keçi- rilən seçkilərdə burjua partiyaları qələbə əldə etdilər. «Venstre» partiyasının təşkil etdiyi və Neyerqorun maliyyə naziri vəzifəsini tutduğu Madsen-Müqdal hökuməti aqrarilərin mənafeyinə uyğun olan iqtisadi siyasət yeritməyə başladı. Bu isə sənaye burjuaziyasını hökumətdən narazı saldı. 1929-cu il seçkilərində Venste məğlubiyyətə uğradı və sosial-demokratlar qələbə əldə etdilər. DSDP başçıları yenə də burjua radikallar partiyası ilə parlamentdə ittifaq yaradaraq ikipartiyalı Stauninq- Munk kabinetini təşkil etdilər. Bu kabinet 10 il hakimiyyətdə qaldı.
Dostları ilə paylaş: |