SWİFT Bik: İBAZAZ2X
A2. Ödəyən müştəri
VÖEN: 1300222691
Yasamal YXO
Hesab №33205019449324665216
İddiaçılar sorğuda iştirak etmək üçün 17 sentyabr 2007-ci il saat 18:00 tarixə qədər
aşağıdakı sənədləri (tender təkliyi və təklifin zəmanəti istisna olmaqla ) təqdim etməlidirlər.
-açıq tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;
-analoji işlərdə təcrübəsi, iddiaçının potensialı, texniki və kadr imkanları haqqında rəsmi
məlumat;
-iddiaçıların tender təklifləri Azərbaycan Respublikasının dövlət dilində tərtib
olunmalıdır;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi
vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş
maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və
rekvizitləri;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
İddiaçılar tender təkliflərini və tender təklifinin zəmanəti tələb olunan sənədləri möhürlü
zərflərdə 24 sentyabr 2007-ci il saat 17:00-a qədər iki nüsxədən ibarət (əsli və surəti) ikiqat
zərfdə bağlanmış və möhürlənmiş şəkildə Bakı şəhəri, B.Ağayev küçəsi 100-A ünvanda
yerləşən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tender
Komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklif zərfləri Bakı şəhəri, B.Ağayev küçəsi 100-A ünvanda yerləşən
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində 25 sentyabr 2007-ci il
tarixdə saat 11:00-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilər.
Dostları ilə paylaş: