527
Tarixdə
şəxsiyyət deyil, məhz xalq aparıcı rol oynayır. Buna görə
də şəxsiyyətin fəaliyyəti onun xalq ilə əlaqəsinin səviyyəsindən asılı olur.
Şəxsiyyət nə qədər dahi olsa belə onun hərəkətləri yenə də real mövcud
olan ictimai hadisələr məcmusu ilə şərtlənir. Əgər o özbaşınalıq edirsə və
öz şıltaqlıqlığını qanun səviyyəsinə yüksəldirsə, onda o uzun müddət da-
vam gətirə bilmir, gec-tez tarixin təkərləri altına düşür.
Əlbəttə şəxsiyyətin hərəkətlərini mövcud tarixi şərait ilə
şərtlənməsi
heç də o demək deyildir ki, onun şəxsi keyfiyyətlərinin
təzahür etməsinə imkan verilmir. Əksinə bu prosesdə şəxsiyyətin fərdi
qabiliyyətinin reallaşması üçün geniş meydan açılır. Məsələn deyək ki,
müharibə vəziyyətində olan ölkənin rəhbəri özünün həssaslığı, təşkilatçılıq
qabiliyyəti, operativliyi sayəsində vətəndaşları artıq qurbanlar verməkdən
xilas edir.
Yaxud da əksinə, o səhvlərə yol verirsə, onda itkilərin sayı
çoxalır və hətta məğlubiyyət baş verə bilir. Bu münasibətdə Hegelin
aşağıdakı fikri çox səciyyəvidir: «Siyasi tənəzzülə doğru sürətlə
yaxınlaşmaqda olan xalqın
taleyini, yalnız dahi xilas edə bilər».
1
Siyasi rəhbər öz fəaliyyətində ölkənin daxili həyatını və beynəlxalq
şəraiti, ictimai praktikanı dərindən nəzəri təhlil etməyi bacarmalıdır. O,
elmin və mədəniyyətin nailiyyətlərinə arxalanmalı, ölkənin düşdüy ü son
dərəcə çətin vəziyyətlərdə belə təhlil etməyi, sərrast və aydın fikir
yürütməli, irəli sürülmüş proqram üzrə hərəkət etməlidir.
Müdrik
şəxsiyyət hadisələrin ümumi gedişini diqqətlə izləməli, gələcəyi
görməlidir. Sosial qüvvələr nisbətində baş verən dəyişiklikləri nəzərə al-
maqla, tarixi imkanı gerçəkliyə çevirməyin yollarını aramağı bacarmalıdır.
Vaxtilə
Konfusiy göstərirdi ki, uzağa nəzər salmağı bacarmayan adamı,
labüdən yaxınlıqdakı bədbəxtliklər gözləyir.
Dostları ilə paylaş: