Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Kant tarixi tərəqqinin əsasını əxlaqi prinsiplərdə görürdü



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə542/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   538   539   540   541   542   543   544   545   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Kant tarixi tərəqqinin əsasını əxlaqi prinsiplərdə görürdü

Onun fikrincə tarixin təkamülü, təbiətin təkamülündən məhz bununla 
fərqlənir. O göstərirdi ki, cəmiyyətdə azadlıq, ədalət və əxlaqi 
mükəmməlliyin tə„minatçısı hüquqi dövlət olmalıdır. Bu fikri ilə də Kant 
klassik alman fəlsəfəsinin başlıca nailiyyəti olan tarix fəlsəfəsinin əsasını 
qoydu. 
XVIII əsrin alman mütəfəkkiri I.Herder tarixi prosesin izahında 
irəliyə doğru yeni bir addım atdı. O, ümumdünya tarixi konsepsiyasını 
işləyib hazırladı. Herder təkamülçü idi. Buna görə də ümumdünya tarixi 
anlayışına canlı təbiətin və üzvi aləmin təkamülünü də daxil edirdi. Onun 
fikrincə bu təkamül rəvan şəkildə bəşəriyyətin tarixinə keçir. Sonuncunun 
məqsədi isə mücərrəd şəkildə götürülən humanizm və rifah əldə etməkdir. 
Herderə görə bütün tarixi hadisələr eyni əhəmiyyətə malikdir, 
onların hər biri digəri üçün deyil, məhz özü üçündür. Buna görə də 
bəşəriyyətin gələcək qızıl əsri haqqında tə„lim tarixi prosesə tətbiq 
olunmamalıdır. Belə ki, bütün nəsillərin yalnız son nəsil naminə 
yaşadığını düşünmək ağılsızlıq olardı. Bu o deməkdir ki, qızıl əsrdə 
yaşayacaq nəsil bütün əvəlki nəsillərin məhv olmuş xoşbəxtliyi üzərində 
yüksələn taxt- tacda oturacaqdır.
2
Herder tarixi prosesin əbədi məqsədə (insanın tərbiyəsinə və 
təkmilləşməsinə) istiqamətləndiyi haqqında maarifçilik ideyasını müdafiə 
edirdi. O əsas diqqəti mədəniyyətin tarixi formalarının rəngarəngliyinə, 
onların özəhəmiyyətliliyinə yetirirdi. Herderə görə mədəniyyətlərin 
rəngarəngliyi ümumdünya tarixinin «hərəkətinin ahəngdarlığını», onun 
vahid mütənasib tamlığını yaradır. Bu tamlıq isə bəşəriyyətin birliyinin 
inkişafının vahid zənciri və ən„ənəsi kimi çıxış edir. Bu zəncirin hər bir 
həlqəsi özündən əvvəlki və sonrakı həlqələrlə sıx bağlıdır. Beləliklə Herd-
er tarixin mə„nasını anlamağa yeni baxışın - tarixisizmin əsasını 
qoymuşdur. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   538   539   540   541   542   543   544   545   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin