Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


tərəqqinin birtərəfli, qəti avropasentrik



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə547/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   543   544   545   546   547   548   549   550   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

tərəqqinin birtərəfli, qəti avropasentrik 
sxeminin qəbul edilməməsi; 
çoxlu mədəniyyətlərin və sivilizasiyaların olduğunun, onların məhəlli və 
müxtəlif keyfiyyətliliyin irəli sürülməsi; mədəniyyətin bərqərar olması və 
inkişafının izahında bioloji, antropoloji və digər sxemlərin tətbiqi. Həmin 
təlimin nümayəndəsi XX əsrin görkəmli filosoflarından olan O.Şpenqler 
dünya tarixinin bütövlüyü və vəhdətini, burada «daimi və ümumi»nin 
olmasını inkar edirdi. O göstərirdi ki, rus təfəkkürü üçün qərb 


493 
təfəkkürünün kateqoriyaları nə dərəcədə yaddırsa, qərb təfəkkürü üçün də 
çin və yaxud yunan təfəkkürünün kateqoriyaları bir o qədər yaddır.
1
Şpenqlerin fikrincə dünya tarixi müxtəlif dövrlərdə mövcud olan və 
bir- birinə oxşamayan qüdrətli mədəniyyətlər çoxluğudur. Onların hər biri 
«ümumi bəşəriyyət materialına öz formasını», «öz həyatı və ölümünü» 
həkk edir. O çiçəklənməkdə olan və qocalmaqda olan mədəniyyətləri bir- 
birindən fərqləndirirdi. Şpenqlerə görə mədəniyyətlərin hər biri dərin 
mənaya malikdir, lakin onların hamısını bir tale gözləyir. Bu tale 
mədəniyyətin sonu demək olan sivilizasiyanın yaranmasıdır. Buradan 
çıxış edərək o tarixin mənasını «böyük mədəniyyət formalarının» taleyi-
nin, ruhunun və dilinin izahı kimi anlayırdı.
Ingilis tarixçisi və filosofu A.Toynbi də ümumdünya tarixini bir- 
birindən əsas etibarilə dini əlamətlərə görə fərqlənən müxtəlif sivilizasiya-
lar kimi təsəvvür edirdi. Onun fikrincə hər bir sivilizasiyanın (onların 
sayını o 21 hesab edirdi) təkrarolunmazlığı, onun tərəfindən tarixin 
çağırışlarına verdiyi cavabların «özünəməxsusluğu ilə» şərtlənir. 
Sivilizasiyaların mənbəyinin səbəbi bir irqin hüdudlarından kənara çıxan 
yaradıcılıq cəhdlərinin olmasıdır.
2
Toynbi göstərirdi ki, sivilizasiyaların 
qapalılığı və bir- birindən əlahiddəliyi, onların mə„nəvi qarşılıqlı tə„sirini 
inkar etmir. O, ümumdünya tarixinin amalını dini təkamüldə və 
bəşəriyyətin mövcudluğunun mə„nasında görürdü.
XX əsrin birinci yarısında dünya nəzəri fikrində insan probleminə 
mərkəzi yer verən 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   543   544   545   546   547   548   549   550   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin