494
dövrü»ndə bəşəriyyət tarixinin strukturu qərarlaşır.
Bu dövrün ən görkəmli
hadisələri Çində Konfusi və Lao- Tsının, Hindistanda Upanişadların və
Buddanın, Iranda xeyrlə- şərin mübarizəsini əks etdirən Zərdüştilik dini-
nin, Fələstində
peyğəmbərlərin fəaliyyətinin, Yunanıstanda isə Homerin,
Parmenidin, Heraklitin və Platonun mövcud olmasıdır. Beləliklə Yaspersə
görə dünya tarixinin ilk çıxış nöqtəsini «onun ox dövrü»,
başqa sözlə
deyilsə, fəlsəfənin və dünya dinlərinin yarandığı dövr təşkil edir. O vaxt-
dan bəri tarix vahid xətt üzrə inkişafdadır, həm də bu proses heç vaxt başa
çatmır.
Dostları ilə paylaş: