Lunin N.İ. (1853-1937) rus həkimi. 1880-ci ildə heyvanlara
normal inkişafı üçün zülal, yağ, karbohidat, su və mineral duzlarla
bərabər, qida üçün başqa bir maddə də olmalıdır. 1911 -ci ildə Polşa
alimi K.Funk bu maddəni qidada tapdı və vitamin adlandırdı.
Lerner A. amerikan dermotoloqu. 1959-cu ildə Lerner öz
əməkdaşları ilə birlikdə epifiz vəzinin hormonu melatonin N-
asetil-5-metoksitrip-tamin sintez edir. 1963-cü ildə Lerner və
amerikan alimi biokimyaçı Akseleroda epifiz vəzinin melato- ninin
struktur quruluşununa və təsir mexanizminin öyrənilməsi üzrə
işlərinə görə Nobel mükafatına layiq görüldülər.
Fotoreseptor funksiyaya cavab verən epifiz sirkadian ritmin
tənzimində (bioloji ritmlərdən biri olub, yerin sutkalıq fırlanma
dörvü ilə uyğunlaşır, 24 saata uyğun olur. Çoxlu fizioloji proseslər,
o cümlədən də hipotalamik neyrosekresiya sutkalıq ritmə tabe olur.
Epifiz digər endokrin vəzilərin funksiyasına hipotalamo-hipofizar
böyrəküstü vəzi sistemi ilə lə- ngidici təsir edir. Onun hormonu
antihipotalamik təsirə malikdir.
Mayssner Georq (1829-1905) alman histoloqu. Bağırsağın
divarlarında əzələ qatları arasında vəzilərin şirə ifrazını tənzim
edən Mayssner kələfini kəşf etmişdir.
Minkovski O. və Merink Q.S. alman alimləri. 1899-cu ildə
itdə mədəaltı vəzini əvvəlcə ektripasiya, sonra isə oz yerinə
transplantasiya etməklə vəzin arasında əlaqə olduğu fikrinə
gəldilər.
Müller Yoqan Peter (Muller J.P.) (1801-1958) alman fizio-
loqu və anatomu. Elmi işləri embriologiya, anatomiya, fiziologiya,
palentologiya, ümumi patalogiyaya həsr edilmişdir.
Maqnus Rudolf (Maqnus R.) (1873-1927) holland fizio-
loqu və farmokoloqu. Maqnus bədənin müvazinəti haqqında
reflekslərinin daxili qulağın labirintinin, boyunun əzələ və və- tər
propioreseptorlarının oyanması nəticəsində baş verdiyini elmə
gətirib.
Myüller X. (Müller H.) alman alimi, fizioloqu. Torlu qişanın
onun tərəfindən təsir edilmiş iri qiliya hüceyrələri. Kirpikli
549
downloaded from KitabYurdu.org
əzələlərin sirkulyar lifləri onun adı ilə adlandırılmışdır.
Ovsiyanikov Filipp Vasileviç (1827-1906) rus alimi. O, ilk
dəfə olaraq damar-hərəki mərkəzinin uzunsov beyində olduğunu
kəşf etdi.
Mirəsədulla Mirələsgər oğlu Mirqasımov (1883-1958)
Azərbaycan alimidir. Tibb elmləri doktoru, akademik, cərrah.
1945-1947-ci illərdə Azərbaycan EA ilk prezidenti olmuşdur.
1933-cü ildə «Ümumi xirurqiya kursu», 1928-ci ildə «Azər-
baycanda sidik daşı xəstəliyi haqqında material», 1941-ci ildə
«Ölkənin müdafiəsində cərrahlığm rolu» əsərlərini çap etdirmişdir.
'
Mislavski N.A. (1834-1929) rus alimi. O, uzunsov beyində
tənəffüs mərkəzinin iki hissədən nəfəsalma (inspirasiya) və
nəfəsvermə (ekspirasiya) mərkəzindən ibarət olduğunu müəyyən
etdi. Baş-beyin yarımkürələrini daxili orqanların fəaliyyətinin
fəallığına təsir etdiyini göstərdi.
Meçnikov İ.İ. (1845-1916) rus fızioloqu. 1908-ci ildə
Meçnikov hüceyrə immunitetini (faqasitozu) kəşf etdiyinə görə
Nobel mükafatı aldı.
Marey E. (1830-1904) fransız fızioloqu. Fizioloji funk-
siyaların qrafik üsulla qeydini hazırladı. Bir sıra cihazlar hazırladı:
Mareyin pnevmatik kapsulu, sfıqmoqraf, kardioqraf, mioqraf.
Malpiqi M. (1628-1694) italyan həkimi, anatom və natu-
ralist. Mikroskopik anatomiyanın yaradıcılarından biri. O,
ağciyərlərin alviolyar quruluşa malik olduğunu, arteriya və vena
damarları arasında kapillyar damarlarla əlaqənin mövcudluğunu
kəşf etdi. Epidermis qatı, böyrək kələfi, dalaq ci- simciyi onun adı
ilə adlandırılıb.
Ovsyanikov Filip Vasileviç (1827-1906) rus fızioloqu və
histoloqu. O, 1871 -ci ildə uzunsov beyində damar-hərəki mərkəzin
olmasını kəşf etdi. Ovsyanikov S.İçiryev ilə birlikdə simpatik və
parasimpatik sinirlərin orqan və toxumalara fizioloji təsirinin
antogonezmini müəyyən etmişdir.
Paçini F. (Pacini Filippo) (1812-1883) italyan anatomu. 1831
-ci ildə dəridə təzyiq və titrəməni hiss edən kiçik ölçülü
550
downloaded from KitabYurdu.org
hiss orqanlarını kəşf etdi. Bu mexanoreseptor onun adı ilə mə-
lumdur.
Pavel İvan Petroviç (1847-1936). Rus fiziologiyasının atası,
görkəmli fizioloqun elmi işçiləri fiziologiyanın müxtəlif sahələrini
əhatə etsə də (ürək-damar, həzm və baş-beyin yarımkürələri
qabığı), həzm sahəsindəki işlərinə görə 1904-cü ildə Nobel
mükafatına layiq görüldü. O, ilk dəfə azan sinirin həzm sisteminin
(xüsusilə mədənin) sekretor siniri olduğunu kəşf etdi. Qida
yağlarının mədənin sekretor funksiyasını tormozla- dığım göstərdi.
Mədə sekresiyasında 3 faza ayırd edildiyini - beyin, mədə və
bağırsaq göstərdi. 1867-ci ildə ürəyə trofik sinirin təsirini müəyyən
etdi.
1902-ci ildə Pavlovun laboratoriyasında şərti reflekslərin
kəşf olunduğü və ali sinir fəaliyyətinin öyrənilməsi təliminin əsası
qoyuldu. Beynin reflektor fəaliyyətini daha dəqiq öyrənmək,
İ.P.Pavlovun «şərti reflekslər» üsulunu kəşf etdikdən sonra
mümkün oldu. 1909-cu ildə ilk dəfə analizator terminini elmə daxil
etmişdir.
Parkinson James (1755-1824). 1887-ci ildə paralic haq-
qında kitabı çapdan çıxdı.
Papes James Venceslas (1883-1958) amerikan fizioloqu.
1937-ci ildə hipokamp, məməyəbənzər cisim, talamusun bir
hissəsi, qursaq qırışığının qabığının (Papes dairəsi) anadangəlmə
davranış aktı və emosiyanın formalaşması üçün tam sistem əmələ
gətirməsi haqqında hipoteza irəli sürdü.
Penfild U. (1891-1976) kanadalı neyroloq və neyro-cər- rah.
1950-ci ildə cərrahi əməliyyat zamanı elektro-stimulyator vasitəsilə
mərkəzi qırışıq ətrafında beyin qabığını qıcıqlandırdıqda tüpürcək
ifrazını, udma, çeynəmə, dodaq və dilin hərəkətini müşahidə
etmişdir. Bununla da qabığın hərəki nahiyəsinin müxtəlif
yerlərində somatik əzələlərin düzgün fəza proyeksiyası olduğunu
isbat etmişdir.
Pruziner S. amerikan immunoloq və biokimyaçı. 1997-ci
ildə pionları - yoluxma üçün yeni bioloji səbəblər kəşfinə görə
Nobel mükafatı almışdır. Pionlar - hüceyrə zülallar olub, adətən
zərərsiz olurlar, lakin bir çox şəraitlərdə öz strukturlarını
551
downloaded from KitabYurdu.org
dəyişib, yoluxucu xəstəliklər üçün törədiciyə çevrilə bilirlər.
Purkine Yan Evangelista (1787-1869). Çexoslovakiyada
işləyəndə ürəyin aparıcı sisteminə aid lifi (Purkine lifini) və
beyinciyin neyronlarını kəşf etdi.
Pfluger E. (1829-1910) alman alimi. t.Müller və Dybua
Reymonun tələbəsi olub. 1857-ci ildə qarın sinirinin simpatik
lifinin bağırsaq hərəkətinə ləngidici təsirini kəşf etdi. 1895-ci ildə
sabit cərəyanla katod (- mühit) mühitində dövrəni qapadıqda
oyanma əmələ gəlir, açdıqda isə bu anod (+ mühit) keçən zaman
katod qütbündə qüvvətli oyanma, anod qütbündə isə oyanmanın
aşağı düşməsi müşahidə edilir. O, bu tədqiqatların nəticələrini
nəzərə alaraq fizioloji elektrat qanunu və Pflügerin qütb qanununu
kəşf etdi.
Ranve Lui (1835-1932) fransız patofizioloqu. Azotlu gümüş
və xlorlu qızıldan tətbiq etməklə sinir toxumasını öyrənməklə
məşğul olmuşdur. Mielinli sinir lifində mieliniz sahə (Ranvye
buğumu) onun adı ilə bağlıdır.
Renşou B. (1911-1948) amerikan neyrofizioloqu. Onurğa
beyninin aralıq neyroları sonralar onun adı ilə (Renşou hüceyrəsi)
adlandırılmışdır.
Seçenov İ.M. (1829-1905) rus alimi. Tənəffüs sahəsi CO
2
-
nin mübadiləsində eritrositlərin üzərinə düşür. Belə ki, hemoq-
lobinin oksigenlə birləşməsi karbonat turşusunun orqanizmdən
daha asanlıqla xaric olmasına səbəb olur.
İ.M.Seçenov (1863) müəyyən şəraitdə beynin müəyyən
hissələrinin qıcıqlandırılması nəinki oyanmaya, həm də ləngiməyə
səbəb ola bilər. O, görmə qabarları üzərində duz kristalı qoymaqla
apardığı təcrübə ilə beyində Seçenovun «Lən- gimə» mərkəzini
kəşf etdi. O, «şüurlu və şüursuz» hərəkətlərin əsasında üsuluna və
mənşəyinə görə refleks durduğunu qurbağa üzərində apardığı
təcrübələrlə isbat etdi.
Şamayılov A.F. (1867-1903) rus fizioloqu. Elektrokardio-
qrafiyanın əsasını qoyanlardan biri. O, simli qalvonometrdən skelet
əzələsinin fəaliyyətini öyrənməkdə istifadə etdi və oyanmanın
sinirdən əzələyə verilməsinin kimyəvi təbiəti haqqında təlim irəli
sürdü. O, oyanmanın MSS-də yayılmasının tsik-
552
downloaded from KitabYurdu.org
lik təbiəti haqqında hipotez irəli sürdü.
Selye H. (1907-1982) Kanada fizioloq və patoloqu. O, stress
və ümumi adaptasion sindrom haqqında təlim yaratdı. O, iki qrup
kartikoidlərə ad verdi. O, su və duz mübadiləsinə təsir edən
mineralokortikoid, iltibah və sulukarbon mübadiləsinə təsir edəni
qlükokortikoidlər adlandırdı.
Sent Gyogiy Albert (1893-1986) macar alimi. 1938-ci ildə
əzələdə aktin və miozin və aktinomiozin kompleksini müəyyən etdi.
1937-ci ildə Vitamin S-ni kəşf etdiyinə görə Nobel mükafatına layiq
görülmüşdür.
Sion F. (1842-1912) alman fızioloqu. Əsas əsərləri qan
dövranı və sinir sisteminə həsr olunmuşdur. 1867-ci ildə qardaşı
M.Sionla birliklə simpatik sinirlərin ürək fəaliyyətinə sürətləndirici
təsir göstərdiyini təcrübi olaraq göstərdi. 1866-cı ildə aortadan
ayrılan (depressor) mərkəzəqaçan sinirin mərkəzi ucunun
qıcıqlanması qan damarlarının genişlənməsi AT- təzyiqi aşağı salır.
Tomas Yang 1802-ci ildə rəngli görmə nəzəriyyəsini irəli
sürdü, Hermon Hemhols isə inkişaf edirdi: istənilən rəngi fərq-
ləndirmək torlu qişada üç görmə piqmentin olması ilə (qırmızı, yaşıl
və göy rəng üçün) müəyyən edilir.
Uqolyev A.M. (1924-1991) rus alimi. 1959-cu ildə mem-
bran (divarönü) həzmin olmasını kəşf etdi.
Uxotomski A.A. (1875-1942) rus alimi. O, 1923-cü ildə
dominant haqqında fundamental təlim yaratdı.
Henle Fridich Gustav Jacob (1809-1885). O, nefronda
(1862-ci ildə) oraqvarı qasıq, keçid epiteli təsvir etmişdir.
Xodçkin A.D. (1914-1998) ingilis fızioloqu. 1938-ci ildə
Kalmarin aksonun hüceyrə membranında oyanma zamanı elektrik
yolu ilə nəql olunma sürətlənir. 1947-ci ildə Xakseli ilə birlikdə
oyanmanın natri hipotezini isbat etdi. 1963-cü ildə Alan Xodçkin,
E.Xaksli ilə birlikdə neyronun membranında elektrik prosesinin
mexanizmini ətraflı izah etdiklərinə görə Nobel mükafatına layiq
görülmüşlər.
Xolden D. (1860-1936) ingilis alimi. Tənəffüsün humo- ral
yolla nəzəriyyəsinin müəllifi kimi tanınır. Hemoqlobino-
553
downloaded from KitabYurdu.org
metr, qaz qarışığı və havanı analiz etmək üçün qazanalitik cihazları
yaratdı.
Xyuz D. ingilis fızioloqu, farmokoloqu. 1975-ci ildə beyində
enkafalini-opoid sisteminin neyromediatorunu kəşf etdi.
Xopkins F. (1861-1947) ingilis biokimyaçısı. Vitamin A və
onun orqanizmin böyümə və inkişafında təsirinin kəşfinə görə ona
Nobel mükafatı təqdim edilmişdir.
Xaksili X. ingilis bioloqu. 1954-cü ildə əzələ təqəllüsünün
mexanizmini izah edən, şürüşən liflər nəzəriyyəsini təklif etdi.
Haydhayen Rudolf Peter Henrix (Heydenham R.) (1834-
1897) alman fızioloqu. 1879-cü ildə mədənin böyük əyriliyində
cərrahi əməliyyat apararaq «kiçik mədə» düzəldərək həzm sis-
temində humoral tənzimi öyrəndi, bu zaman azan sinirin tənzimi
sinir kəsildiyi üçün yox olur. 1874-cü ildə sidiyin əmələ gəlməsi
prosesində kanal sekresiyasının əhəmiyyətini əsaslandırdı.
Helmhols Herman Lydviq Ferdinand (H.Helmholtz)
(1821-1894) alman fızioloqu. Gözün akkomodasiyası haqqında
nəzəriyyəni əsaslandırdı. Buna əsasən kirpikli əzələlərin yığılması
kirpikli vətərin boşalmasına səbəb olur. Bu büllurun fizika
qanunlarına uyğun olaraq daha oval forma almasına və işıqsındırıcı
qabiliyyətinin qüvvətlənməsinə səbəb olur.
Helmhols 1862-ci ildə «Eşitmə hissi haqqında təlimin
musiqinin fizioloji əsasları nəzəriyyənin əsası kimi» kitab çap
etdirdi. 1863-cü ildə eşitmənin rezonans nəzəriyyəsini əsaslandırdı.
Hippokrat (Hipocrates of cos) (460-375) qədim yunan
həkimi və alimi. Bizim eradan əvvəl 460-cı ildə Yunanıstanda Köc
adasında anadan olmuş, 365-ci ildə Larisa şəhərində vəfat etmişdir.
Hippokrat xəstəlikləri kəskin və xroniki, enidemik və en-
demik, xoşxassəli və bədxassəli və s. bölməyi təklif etdi. Orqa-
nizmin dörd mayesi haqqında təlim (qan [sanqus], selik [phleqma],
sarı öd [shole] və qara öd [melanchole]) yaratdı. Həmin mayelərin
miqdarmdakı pozğunluq xəstəliklərə səbəb olur. Elmi-praktiki
işlərinə görə onu «tibb elminin atası» ad
554
downloaded from KitabYurdu.org
landırırlar. O, özündə belə hesab edirdi ki, həkim andı haqqında
tekst (Hippokrat andı) ona məxsusdur. Lakin ola bilsin ki, o qədim
Asklepidilərin andına əsaslanır. Asklep sağlamlıq allahı Appolonun
oğludur. Asklep qızının adını Gigiyena (sağlamlıq gətirən)
qoymuşdur.
Hasser Herbert Spenser (Gasser H.) (1888-1963) amerikan
fızioloqu. 1933-cü ildə sinir lifi ilə oyanmanın nəql olunmasının,
onun ox silindirin diametri ilə düz mütənasib olduğunun
qanunauyğunluğunu müəyyən etdi. Bu sahədə tək sinir lifində yükə
deferensiasiyası funksiyası ilə əlaqədar o, Nobel mükafatı aldı.
Hiss Villhelim (1863-1934) alman həkimi. Kardiologiyanın
pionerlərindən biridir. 1893-cü ildə ürəkdə atrioventi- kulyar dəstə
(Hiss dəstəsi) haqqında məlumat verdi.
Yanski Y. (1873-1921) çex alimi. 1900-cü ildə Lendeştay-
ner tərəfindən təsvir edilən üç qan qrupunu təsdiq etdi və dördüncü
qan qrupunu isə kəşf etdi. O, insanın qan qrupu üzrə ilk təsnifatını
yaratdı və I-dən IV-ə qədər rum hərfi ilə işarə etdi.
Mustafa Ağabəy oğlu Topçubaşov (1895-1981) Azərbay-
can alimidir. Əsas elmi fəaliyyətini səhiyyə və dövlət işlərilə yanaşı
icra etmişdir. Cərrah 1937-ci ildə dünyada geniş tətbiq olunan
analgeziya üsulunu ilk dəfə tətbiq etmişdir. 1937-ci ildə «Ətraf
mühit və sağlamlıq», 1979-cu ildə «Analgeziyanm tibbdə
uzunmüddətli tətbiqi», 1980-ci ildə isə «Ürək-damar xəstəlikləri və
onların qarşısının ahnması» kitablarını nəşr etdirmişdir.
Yanq T. (Yound T.) (1773-1829) ingilis fızioloqu. 1804- cü
ildə rəngli görmə nəzəriyyəsinin və gözün torlu qişasında üç rəngli
seçən hissedici elementlərin olduğunu işlədi.
İqnappo L. amerikan farmakaloqu. NO-azot oksidin ürək-
damar sistemində əhəmiyyətini öyrənmişdir. İqnappo Furçqottom
və Mypadom NO-nun siqnal molekulu olması haqqında işinə görə
Nobel mükafatı almışdır.
Jakob F. fransız genetiki. O, 1965-ci ildə Jakom-Mono ilə
birlikdə m-RNT-nin kəşfi, genin transkripsiya və ekspres- siyasının
mexanizminin izahına görə Nobel mükafatı almışdır.
555
downloaded from KitabYurdu.org
BDU-nun BİOLOGİYA FAKÜLTƏSİNİN
İNSAN VƏ HEYVAN FİZİOLOGİYASI
KAFEDRASININ TANINMIŞ ALİMLƏRİ HAQQINDA
QISA ARAYIŞ
Qarayev A.İ. (1910-1968) Azərbaycan fızioloqu. (Eks-
perimental fıziologiya» məktəbinin yarıdıcısı, «Nəzəri və əməli
fıziologiya»nın banisidir. O, ilk «Sulukarbonların əzələlərin
potensiallarının mənbəyində əhəmiyyəti)) dissertasiya işində
əzələlərin elektrik proseslərinin sulukarbonlar mübadiləsinin
vəziyyətindən və xüsusilə qanın şəkər səviyyəsindən asılı olması
haqqındakı müddəanı irəli sürür. «Diafraqmanm fiziologiyasına
dair)> ikinci dissertasiya işində tənəffüs üzvünün sinir- lənməsinə
dair yeni fikirlər irəli sürdü. 1940-cı ildə «Bioelekrik hadisələrinə
dair» tibb elmləri doktoru adı almaq üçün dissertasiya müdafiə etdi.
Sublimunab qıcıqların dekrementli ötürülməsi - yerli ətrafa
yayılmayan oyanmalar haqqında yeni fikirlərilə «Canlı orqanizmdə
potensialların mənşəyinə dair)> xarici alimlərin nəzəriyyəsinə qarşı
çıxış edərək, İ.Bernşteynin fiziki-kimyəvi nəzəriyyəsinə qarşı o
nəzəriyyəsini irəli sürdü. 1950-1968-ci illərdə visseral
reseptorların-interoreseptorlardan baş-beyin yarımkürələrinə daxil
olan siqnalların kortiko- visseral əlaqələri haqqında məlumatları
«lnteroreseptorlar və maddələr mübadiləsi)) (1957) kitabında çap
etdirmişdir.
Ağayev T.M. 1935-ci ildə qədim azəri türklərinin vətəni olan
Sisyan rayonunun Vaqadi kəndində anadan olmuşdur. AMEA-nm
A.İ.Qarayev
adma
Fiziologiya
İntstitutunun
direktoru,
((Müqayisəli və yaş neyrokimyası» laboratoriyasının rəhbəri,
biologiya elmləri doktoru, professor, AMEA-nm müxbir üzvü,
A.İ.Qarayev adma Fiziologiya Cəmiyyətinin prezidentidir.
Fiziologiya və biokimya ixtisası sahəsində onlarla elmlər namizədi
və doktorunun elmi rəhbəri olmuşdur, bir çox elmi və tədris
kitabları çap etdirmişdir. O, öz məktəbinin yaranmasına nail
olmuşdur.
Tağıyev S.K. (1922-2007) Beyləqan rayonunun Şahsevən
kəndində anadan olmuşdur. Akademik, biologiya elmləri dok
556
downloaded from KitabYurdu.org
toru, professor 1970-ci ildə «Onurğalı heyvanlarda qlikemik
reaksiyalara interoseptiv təsirlərin filogenetik və ontogenetik
təkamülü» üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.
Azərbaycan AMEA-nın Fiziologiya İnstitutunun «Evolyu- sion-
ekoloji fiziologiya və biokimya» şöbəsinin müdiri, Azərbaycan
Fizioloqlar Cəmiyyətinin sədri olmuşdur.
Qasımov R.Ə. 1931-ci ildə İrəvan şəhərində anadan ol-
muşdur. AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru,
professor. O, «Təkamül və ekoloji fiziologiya» sahəsində apardığı
işlərlə dünyada məşhurdur. 1950-ci ildə akademik İ.A.Qarayevin
rəhbərliyilə İnsan və heyvan fiziologiyası kafedrasında işə
başlamışdır. O, A.İ.Qarayev adma Fiziologiya İnstitutunda
laboratoriya müdiridir. Ekoloji fiziologiya sahəsində onlarla
mütəxəssisin rəhbəri olmuş və bu sahədə kitablar çap etdirmişdir.
Əliyev M.H. 1923-cü ildə Gədəbəy rayonunun Böyük
Qarabulaq kəndində anadan olmuşdur. Biologiya elmləri doktoru,
professor. 1949-cu ildə Moskva Baytarlıq İnstitutunu bitirib. O,
elmi-praktik problemin «Ana südü və uşaqların normal fiziki və
zehni inkişafı»nm öyrənilməsinə həsr etmişdir. O, 287 elmi əsərin
müəllifidir. Alim fiziologiya və tibb sahəsində 28-dən çox doktor və
elmlər namizədi hazırlamışdır. O, dəfələrlə dövlət tərəfindən medal
və fəxri fərmanlar ilə təltif olunmuşdur.
Qayıbov T.D. (1923-2002) Quba rayonunun Alpan kəndində
anadan olmuşdur. Biologiya elmləri doktoru, professor. 1961-ci ildə
Moskvada N.İ.Piroov adma 2JM°-li Tibb İnstitutunda doktorluq
dessertasiyasım müdafiə edərək biologiya elmləri doktoru alimlik
dərəcəsi almışdır. 1950-ci ildən 1967-ci ilə qədər Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun, 1967-1993-cü ilə qədər Bakı Dövlət
Universitetinin İnsan və heyvan fiziologiyası kafedrasına rəhbərlik
etmişdir. O, 40-a qədər yüksək ixtisaslı elmlər doktoru və namizədi
hazırlamışdır.
Hüseynov H.Ə. (1915-1987) biologiya elmləri namizədi,
professor. Bakı şəhərində anadan olmuşdur. Prof. 1961-1966- cı
illərdə ADU-nun İnsan və heyvan fiziologiyası kafedrasının
557
downloaded from KitabYurdu.org
müdiri, 1972-1975-ci illərdə biologiya fakültəsinin dekanı olub.
Dərslik, dərs vəsaitləri və proqramların müəllifi olmuşdur.
Professor H.Ə.Hüseynov 100-dən çox əsərin və kitabların
müəllifidir. Onun tədqiqatında «Dağ-dağ mərgümüş suyunun qan
və qanyaranmaya və Azərbaycan florasından alınmış aktiv
maddələrin orqanizmin karbohidrat mübadiləsinə təsiri»
öyrənilmişdir. Onun elmi işlərində Naftalan neftinin müalicəvi
təsirinin bioloji mexanizminin tədqiqi sahəsində apardığı elmi işlər
əsas yer tutur.
Ömərov İ.A. (1936-2007) biologiya elmləri doktoru, pro-
fessor. 1936-cı ildə Gürcüstanda Dmanisi rayonunun Səfəri
kəndində anadan olmuşdur. 1954-cü ildə orta məktəbi qızıl medalla
bitirib. 1991-ci ildə Moskvada SSRİ TEA nəzdində olan Şurada
«Naften turşuları və naften karbohidrogenlərinin fizioloji təsir
mexanizmləri)) mövzusunda doktorluq dissertasiyası müdafiə edib,
b.e.d. elmi dərəcəsinə layiq görülmüşdür. 1962-ci ildən elmi işçi,
1968-ci ildən böyük elmi işçi, laboratoriya müdiri və kafedranın
professoru vəzifəsində çalışmışdır. O, 70-dən çox elmi əsərin və
kitabların müəllifi olmuşdur.
Məmmədov Z.H. biologiya elmləri doktoru. «Təlim ney-
rofiziologiyası» laboratoriyasının rəhbəri. 1946-cı ildə İrəvan
şəhərində anadan olmuşdur. 1983-1987-ci illərdə «İntermozq»
beynəlxalq elmi proqram çərçivəsində Çexoslovakiya EA-nın
Fiziologiya İnstitutunda «Yaddaşın neyrofiziologiyası» labo-
ratoriyasında çalışıb. 1996-cı ildə «Neyron və sinapasların plastik
xassələrinin modulyasiyasında biogen aminlərinin iştirakının
neyrobioloji mexanizmləri)) mövzusunda doktorluq dissertasiyası
müdafiə etmişdir. Z.H.Məmmədov 104-dən çox elmi işin,
monoqrafiyanın müəllifi, onlarla elmlər doktoru və elmlər
namizədinə rəhbərlik etmiş, xarici ölkələrdə konfrans və
simpoziumlarda elmi məruzələr etmişdir.
Qazıyev A.Q. 1950-ci ildə Naxçıvan MR-nin Şahbuz
rayonunun Türkeş kəndində anadan olmuşdur. AMEA-nm
A.Qarayev adma Fiziologiya İnstitutunun elmi işlər üzrə direktor
müavini, «Analizatorlar müqayisəli və yaş fiziologiyası))
laboratoriyasının rəhbəri, biologiya elmləri namizədi. 1977-ci
Dostları ilə paylaş: |