Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə53/56
tarix28.06.2020
ölçüsü4,1 Mb.
#32184
1   ...   48   49   50   51   52   53   54   55   56
-kitabyurdu.org--Insan ve heyvan fiziologiyasi- II hisse


558 

downloaded from KitabYurdu.org



ildə  ADU-nun  biologiya  fakültəsini  fərqlənmə  diplomu  ilə  bi-

tirmişdir.  1979-cu  ildə  Moskva  şəhərində  Ali  Sinir  Fəaliyyəti  və 

Neyrofiziologiya İnstitutunda aspirant olmuşdur. A.Q.Qa- zıyev bir 

çox  elmi  tədqiqat  institutunun  Dissertasiya  Şurasının  üzvü  və 

Beynəlxalq  Beyin  Tədqiqatı  Təşkilatının  üzvüdür.  A.Q.Qazıyev 

100-ə yaxın elmi əsərin müəllifidir. O, iki kitabın müəllifidir. 



Qədirov Q.Q. (1929-1993) Bakı şəhərində anadan olmuşdur. 

Biologiya  elmləri  doktoru,  professor.  1951-1953-cü  illərdə 

universitetin  insan  və  heyvan  fiziologiyası  kafedrasında  laborant 

işləmişdir. Sonralar müəllim vəzifəsində çalışmışdır. 

1967-ci  ildə  «Beyin  sütununun  retikulyar  formasiyası  və 

vegetativ  funksiyalar»  mövzusunda  doktorluq  dissertasiyası  mü-

dafiə etmişdir. Professor Q.Q.Qədirovun elmi-tədqiqat işləri əsasən 

«Kortiko-retikulyar 

münasibətlərin 

mexanizmlərinin 

öyrə- 

nilməsinə»  həsr  edilmişdir.  O,  100-dən  çox  elmi  əsərin  müəllifi



elmlər doktoru və elmlər namizədinə rəhbər olmuşdur. 

Əliyev  Ə.H.  1938-ci  ildə  Naxçıvan  MR-in  Sədərək  ray-

onunun  Sədərək  kəndində  anadan  olmuşdur.  1949-cu  ildə  Oğlan-

qala  kəndinə  köçmüşdür.  BDU-nun  biologiya  fakültəsi  «İnsan  və 

heyvan fiziologiyası»  kafedrasının və  «Biostimulya- torlar»  ETL-

nın  müdiri,  biologiya  elmləri  doktoru,  professor.  1966-cı  ildə 

Biologiya fakültəsinin «lnsan və heyvan fiziolog- iyası» ixtisası üzrə 

fərqlənmə diplomu ilə bitirmişdir. 1966-cı ildə akad. A.l.Qarayevin 

rəhbərliyilə  aspirant,  1992-ci  ildə  AMEA-nm  müxbir  üzvu,  prof. 

T.M.Ağayev  və  prof.  T.D.Qa-  yıbovun  məsləhətçiliyi  ilə 

ümumiləşdirərək akad. A.İ.Qarayev adma Fiziologiya İnstitutunda 

«Postnatal  ontogenezdə  anali-  zatorların  və  epifizin  funksiyasının 

pozulmasından  sonra  qli-  kemik  reaksiyaların  intero  və 

eksteroreptiv  tənzimi»  mövzusunda  doktorluq  dissertasiyası 

müdafiə  etmiş  və  biologiya  elmləri  doktoru  adma  layiq 

görülmüşdür. 

O, elmi əsərlərin, kitabların, proqramların müəllifi, doktor və 

aspirantların rəhbəri, elmi şuraların üzvüdür.  «XXI əsrin tanınmış 

alimi» Beynəlxalq diplomuna layiq görülmüş, «Vektor» Beynəlxalq 

Elmi Mərkəzi Komitəsinin qərarı ilə 

559 

downloaded from KitabYurdu.org



«Azərbaycanm tanınmış alimləri» Beynəlxalq layihəsinin qalibidir. 

Onun  əsəri  2003-cü  ildə  «NATO»  seriyasından  olan  hesabat 

kitabında çap olunmuşdur. 

Həsənov  H.H.  (1932-1995).  1932-ci  ildə  İrəvan  şəhərində 

anadan  olmuşdur.  Akademik,  Dövlət  Mükafatı  Laureatı.  1968-ci 

ildə  yenicə  təşkil  edilmiş  Fiziologiya  İnstitutunun  Elmi  İşlər  üzrə 

direktor müavini təyin edilmiş və 1969-cu ildən 1995- ci ilə qədər 

AMEA-nm  A.İ.Qarayev  adma  Fiziologiya  İnstitutunun  direktoru 

olmuşdur. O, «Beyin və davranış» şöbəsinə və «Davranış və təlim» 

laboratoriyasına  rəhbərlik  etmişdir.  H.H.Həsənov  300-dən  artıq 

elmi  məqalə  və  5  monoqrafiyanın,  MSS-ni  fiziologiyasına  aid 

dərsliyin  və  digər  kitabların  müəllifidir,  5  elmlər  doktoru,  40-dan 

artıq elmlər namizədinə rəhbərlik etmişdir. 



Cəfərov  H.A.  1937-ci  ildə  Gədəbəy  rayonununda  anadan 

olmuşdur.  Biologiya  elmləri  doktoru,  professor.  1992-1997-ci 

illərdə  BDU-nun  Biologiya  fakültəsinin  tnsan  və  heyvan  fizio-

logiyası  kafedrasının  və  «Biostimulyatorlar»  ETL-na  rəhbərlik 

etmişdir.  Cəfərov  H.A.  onlarla  biologiya  elmlər  doktoru  və 

biologiya elmlər namizədinə rəhbərlik etmiş, dərslik və proqramlara 

müəlliflik etmişdir. 

Əhmədov  Q.İ.  1942-ci  ildə  Naxçıvan  MR-nın  Şahbuz 

rayonunun  Qışlaq  kəndində  anadan  olmuşdur.  Moskva  Dövlət 

Universitetində  biokimya  və  molekulyar  biologiya  ixtisası  üzrə 

ixtisaslaşmışdır. 1970-ci ildən BDU-da biokimya, biofizi- ka, insan 

və  heyvan  fiziologiyası  kafedralarında  həmin  ixtisasları  tədris 

etmişdir. Biologiya elmləri doktoru, prof. Q.İ.Əh- mədov son illərdə 

qardaş  Türkiyə  Respublikasında  tədris  və  elmi-tədqiqat  işləri  ilə 

məşğul olur. O, onlarla tədris kitabı və proqramların, yüzlərlə elmi 

məqalənin müəllifidir. 

Məhərrəmov Ş.A. 1929-cü ildə İsmayıllı rayonunun Bas- kal 

kəndində  anadan  olmuşdur.  1956-cı  ildə  ADU-nun  biologiya 

fakültəsini  fərqlənmə  diplomu  ilə  bitirmişdir.  1961  -ci  ildən 

müəllim, sonra dosent vəzifəsində çalışır. O, onlarla məqalə, kitab 

və proqramların müəllifidir. 

560 

downloaded from KitabYurdu.org



TERMİNLƏR LÜĞƏTİ 

1.  Akson  -  (axson,  yun,  axsis,  ox)  sitoplazmanın  uzun  çıxıntısı. 

Hər  bir  sinir  hüceyrəsindən  başlayan  bir  uzun  çıxıntısı  olur. 

Əsas vəzifəsi oyanmanı nəql etməkdir. Uzunluğu 1,5 m-ə çata 

bilər. Aksonun ucu şaxələnərək fırça və ya salxım şəkilli olur. 

2.  Artologiya  -  anatomiyanın  sümüklərin  birləşməsini  öyrənən 

hissəsi. 

3.  Aorta  -  (yunan,  aemiro  -  qaldırıram  (ürək))  -  böyük  qan 

dövranın ən böyük damarı. Sol mədəcikdən başlayır, 3 şöbəyə 

ayrılır:  qalxan  hissə,  aorta  qövsü  və  enən  hissə.  Onur- 

ğasızlarda  (mollyuskalarda,  dərisitikanlılarda)  mərkəzi 

pulsasiya edən orqandan başlayan ən iri damara arteriya deyilir. 

4.  Ağciyər  arteriyaları  -  ağciyər  kötüyünün  bölünməsi  nəticə-

sində  əmələ  gəlir.  Sağ  ağciyər  arteriyası  soldan  uzundur. 

Ağciyərlərdə onlar kapillyar toruna şaxələnirlər. 

5.  Arteriya  -  (yunan,  etreria  -  nəfəs  borusu,  qan-damarı)  qanı 

ürəkdən  orqan  və  toxumalara  doğru  hərəkət  etdirən  damar 

(yuxu, körpücük altı, bud). 

6.  Auerbax sinir düyünlərinə - həzm borusunun (bağırsaqlarda) 

divarında  əzələlər  arasında  olan  sinir  kələfinə  deyilir  və  əsas 

funksiyası həzm borusunun hərəki-motor funksiyasının yerinə 

yetirilməsində iştirak etməkdir. 

7.  Adrenalin  və  neyroadrenalin  -  mədənin,  bağırsağın  peris- 

taltikasını azaldır, damarları genəldir. 

8.  Asetilxolin - mədə-bağırsaq borusunun peristaltikasma və onda 

yerləşən vəzilərin fəaliyyətinə stimuləedici təsir edir. 

9.  Anabalizm - assimilyasiya, canlı orqanizmdə hüceyrə və toxu-

maların  struktur  hissələrinin  yaranması  və  yenidən  təzələn-

məsinə istiqamətlənmiş kimyəvi proseslərin cəminə deyilir. 

10.  Adaptasiya  -  müəyyən  bir  dada  qarşı  oyanma  nəticəsində 

verilən impulsların beyində qeyd olunmasının itməsi (0,1 san.). 

11.  Analgetiklər - novakain, kokain, lidokain və s. resep- 



561 

downloaded from KitabYurdu.org



torlardan  onurğa  beyninə  ötürülən  ağrının  nəql  olunmasının 

qarşısını alır. 

12. Anestetiklər  -  efir,  uretan,  lumbutal  və  s.  beyin  qabığı  ilə 

retikulyar  formasiya  (torabənzər  törəmə)  arasını  blokada 

etməklə ağrı hissiyyatını aradan qaldırır. 

13. Analgeziya - ağrı hissiyyatının tamamilə itməsi. 

14. Anesteziya - dəridə, selikli qişada hissiyatm tamamilə itməsi. 

15. Amnion  -  rüşeym  qişası.  Onun  ifraz  etdiyi  maye  embrion 

tərəfindən itirilən suyun qarşısını alır. 

16. Adrenarxe  -  böyrəküstü  vəzinin  cinsi  yetişkənlikdə  iştirak- 

etmə  müddəti.  Bu  dövr  böyrəküstü  vəzinin  az  effektli  and- 

rogenlərinin  sintezinin  və  sekresiyasının  çoxalması  ilə  xa-

rakterizə olunur. 

17. Baş-beyin - mərkəzi sinir sisteminin orqanı olub, kəllə qutusu 

boşluğunda  yerləşir.  Beş  şöbədən  ibarətdir:  uzunsov-  beyin, 

beyincik, orta-beyin, ara-beyin və baş-beyin yarımkürələri. 

18. Beynin  qişaları  -  sərt,  hörümçək  və  yumşaq  qişalardır.  Sərt 

qişa - kəllə boşluğuna daxildən söykənir, onurğa və baş beyni 

xaricdən  örtür.  Hörümçək  qişa  sərt  qişanın  altında  yerləşir, 

yumşaq  qişa  isə  onurğa  və  baş-beyni  daxildən  örtür  və 

hörümçək  qişanın  altında  yerləşir.  Hörümçək  və  sərt  qişa 

arasında onurğa-beyni mayesi yerləşir. 

19. Boz maddə - neyronlar qişası olan bədən və qişa çıxıntılarının 

toplantısı. 

20. Böyrəküstü vəzilər - qoşa daxili sekresiya vəziləri olub, qarın 

boşluğunda XI döş fəqərəsi bərabərliyində böyrəklərin yuxarı 

qütbündə  yerləşir.  Xaricdən  qabıq,  daxildən  beyin 

maddəsindən təşkil olunmuşdur. Hər bir vəzinin uzunluğu 3-7 

sm,  eni  3  sm,  qalınlığı  2-6  sm,  ümumi  kütləsi  15  qr  qədər. 

Böyrəküstü  vəzinin  hormonları  (mineralı  və  qlüko- 

kortikoidlər)  orqanizmin  daxili  mühitinin  sabitliyinin  sax-

lanmasına  və  həmçinin  mühitin  əlverişsiz  şəraitə  (stress) 

uyğunlaşmasına səbəb olur. 

21. Böyük qan dövranı - orqan və toxumaları arterial qanla 



562 

downloaded from KitabYurdu.org



təmin edir. Ürəyin sol mədəciyindən aorta damarı ilə başlayır 

və sağ qulaqcığa açılan yuxarı və aşağı boş vena ilə qurtarır. 

22. Böyük  qan  dövranında  diastola  zamanı  yaranan  minimal 

təzyiq - orta hesabla 80 mm.Hg.st. 

23. Büllur - bəbəkdən girən işığı sındıran ikitərəfı qabarıq mühit 

(linzanı  əvəz  edir).  O,  orqanizmdə  qan  damarları  ilə  təmin 

olunmayıb, qidanı göz mayesindən alır. 

24. Beynin ağ maddəsi - mielin qişası ilə örtülü olan sinir liflərinin 

toplantısıdır. 

25. Bioloji qocalıq - anadan olandan başlayıb, ömrün sonuna qədər 

davam edir. 

26. Cinsi hormonlar - bioloji fəal maddələr olub, cinsi vəzilərdə, 

böyrəküstü  vəzilərdə  və  ciftdə  hazırlanır.  Cinsi  diferen-

siasiyanı, birincili və ikincili cinsi əlamətləri, cinsi çoxalma və 

cinsi davranışı və həmçinin maddələr mübadiləsini tənzim edir. 

Kimyəvi təbiətlərinə görə - steroid və polipeptid hormonlar var. 

Cinsi  hormonların  biosintezi  əks  əlaqə  prinsipinə  uyğun 

hipofizin  qonodatropin  hormonu  vasitəsilə  tənzim  olunur. 

Steroid cinsi hormonlara kişi - androg- en, qadın - estrogen və 

progesteron bölürlər. Kişi və qadın cinsiyyət hormonları hər iki 

cinsdə əmələ gəlir. Polipeptid cinsiyyət hormonları - relaksin, 

toxumluqların toxum kanalları tərəfindən ifraz olunan relaksin 

və az miqdarda fol- likullarda ifraz olunan relaksin, həmçinin 

hipofizin folliku- lostimuləedici hüceyrələri tərəfindən tənzim 

olunur. Cinsiyyət hormonları tibbdə istifadə olunur. 

27. Cinsən  qocalıq  -  kişilərdə  60  yaşından  sonra  başlayır,  qa-

dınlarda 50-55 yaşından sonra başlayır. 

28. Döş qəfəsi - döş sümüyü, qabırğalar və onurğanın döş şöbəsi 

fəqərələrinin iştirakı ilə əmələ gəlir. 

29. Diafraqma  -  əsas  tənəffüs  üzvü  olub,  döş  boşluğunu  qarın 

boşluğundan ayırır. 

30. Damar  sinirləri  -  qan  və  limfa  damarlarının  damar-hərəki 

innervasiyası onurğa və kəllə-beyin sinirlərilə təmin edilir. 

31. Diastolik təzyiq - sol mədəcikdə qanın miqdarının artması 

563 

downloaded from KitabYurdu.org



nəticəsində heç bir təsir olmadan yaranan təzyiqə deyilir. 

32. Dodaqlar  -  xaricdən  dəri,  daxildən  selikli  qişa  ilə  örtülmüş 

əzələvi törəmə. Ağızın dairəvi əzələsi. 

33. Diş əti - alt və üst çənənin alviol çıxıntısını örtən ağız boşluğu 

selikli qişanın bir hissəsi. 

34. Dad  orqanı  -  dad  analizatorunun  reseptorları  dilin  dad 

məməciklərində,  həmçinin  yanağın  selikli  qişasında,  yumşaq 

damaqda və udlağm üstündə yerləşir. 

35. Dəhliz-ilbiz orqanı - səs qıcığını (səs orqanı) həmçinin başın 

fəzada vəziyyətini, müvazinətini (müvazinət orqan və ya dəhliz 

cihazı)  analiz  edən  analizator.  Eşitmə  orqanı  xarici,  orta  və 

daxili qulaqdan ibarətdir. 

36. Dəri analizatoru - bədənin dəri hissiyyatının aparıcı yolu ağrı, 

temperatur və taktil qıcıqlarını boyun və ətraflardan aparır və 

onurğa-beynindən keçir. 

37. Dad  kontrastı  -  bir  neçə  dad  reseptorlarının  eyni  vaxta 

qıcıqlandırılması  zamanı  dadların  duyulmasının  qarışması 

fenomeni baş verir. 

38. Dendiro  -  (yunan  dendron-ağac),  neyronun  qişa  çıxıntıları 

olub, oyanmanı neyronun bədəninə nəql edir. 

39. Duyğu  -  obyektiv  aləmin  əşyalarının  reseptorlarla  qarşılıqlı 

əlaqədən  sonra,  baş-beyində  subyektiv  sürətdir,  insanın 

obyektiv aləm haqqında biliyinin gələcək mənbəyidir. Duyğu, 

qavranış, təsəvvür anlayışı özünəcəlb edən dərketmənin bütöv 

sisteminə  bir  element  kimi  daxil  olur.  Duyğu  -  əşya  və 

hadisələrin hiss üzvlərinin reseptorlarına təsiri zamanı beyində 

əks  olunmasıdır.  Beynin  müxtəlif  zonalarında  qıcıqlandırıcı 

əlamətlərin  analizi  və  işlənməsi  baş  verir.  Bu  məlumat 

birləşdirilir və beynin assosiativ nahiyələrində onun kompleks 

qiymətləndirilməsi  baş  verir  və  qıcıq-  landırıcıya  qiymət 

verilir. Duyğunun təsnifatını yaratmaq indi də elmin qarşısında 

duran  həll  olunmayan  problemlərdən  biridir.  Reflektor 

nəzəriyyəsinə görə duyğu öz fizioloji mexanizminə əsasən tam 

reflektor  aktı  olub,  analiza-  torların  periferik  və  mərkəzi 

şöbələrində birbaşa və əks əlaqə prinsipi üzrə işləri birləşdirir. 

564 

downloaded from KitabYurdu.org



40.  Epifiz  - ara-beynin  üst  artımı və  ya çıxıntısı olan epifız orta-

beynin  ön  təpələri  arasında  yerləşir.  Hipotalamo-  hipofızar 

sistemin fəaliyyətinə ləngidici təsir edir. Hormonu serotonin və 

melotonindir.  Orqanizmin  bir  çox  fizioloji  funksiyalarını 

(mineral (su, duz), zülal, yağ, karbohidrat və digər) kordinasiya 

edir.  Amerikan  alimi  Lerner  1959-cu  ildə  öz  əməkdaşları  ilə 

birlikdə  ilk  dəfə  onun  hormonunun  melatonini  sintez  etdi  və 

Nobel mükafatına layiq görüldü. 

41.  Ekstramural vəzilər - (ağızsuyu, qaraciyər) axarları həzm bo-

rusunun xaricində olan və həzm boşluğuna açılan vəzilər. 

42.  Ekzokrin  vəzilər  -  axarlar  olan  tüpürcək,  tər,  qaraciyər,  piy, 

mədəaltı  və  cinsiyyət  vəzilərinə  xarici  sekresiya  vəziləri 

deyilir. 

43.  Entroendokrin  sistemi  -  mədə  və  bağırsaq  traktına  məxsus 

xüsusi endokrin sistem. 

44.  Entral sinir sisteminə - həzm borusunun divarında olan xüsusi 

sinir  hüceyrələri  (intramural  neyronlar),  həmçinin  xaricdə 

yerləşən  (ekstramural  neyronlar)  vegetativ  sinir  sisteminin 

simpatik və parasimpatik lifləri daxildir. 

45.  Endolimfa - lifli maye olub, iblisin zarlı kanalını doldurur və 

xüsusi  kanala  vestibulyar  cihazın  endolimfası  ilə  birləşir. 

Endolimfada  K

+

  qatılığı,  onurğa-beyni  mayesi  (likrov)  və 



perilimfadan 100 dəfə çoxdur. Na

+

-un qatılığı isə endolimfada 



10 dəfə perelimfaya nisbətən çoxdur. 

46.  Embrioblast - rüşeymi əmələ gətirən mərkəzi blastomerlər. 

47.  Eyakulyat  -  cinsi  prosesdən  sonra  uşaqlıq  yolunda  alman 

sperma (3,5 ml) 120 mln. qədər spermatozoid olur. Hər ml-də 

ən azı 20 mln. olanda mayalanma baş tuta bilir. Spermatozo- 

idlərin cinsi yolda ömrü 48 saatdan çox ola bilməz. -100° C- 

dən aşağı olan mühitdə bir ilə qədər ömrü ola bilər. 

48.  Embrional inkişaf - bətndaxili inkişaf dövrü. 

49.  Ətrafların  sümükləri  -  yuxarı  ətrafın  çiyin  qurşağına  kürək, 

körpücük  sümükləri,  sərbəst  hissəsinə  isə  bazu,  said  (mil, 

dirsək),  əl  pəncəsi  (əldarağı,  daraqarxası,  falanqalar)  aiddir. 

Yuxarı  ətraf  sümüklərinə  qurşaq  hissəsinə  çanaq  qurşağı, 

sərbəst hissəsində bud, baldır (qamış, incik), ayaq-pəncə 

565 

downloaded from KitabYurdu.org



sümükləri (ayaqdarağı, daraqarxası, falanqalar) aiddir. 

50.  Fermentlər  -  spesifik  zülallar olub,  bütün  canlı hüceyrələrdə 

bioloji katalizator rolunu yerinə yetirir. 

51.  Görmə itiliyi - insan gözü 3-4 mikron diametrli olan deşikdən 

keçən işığı qəbul edə bilər. İnsan gecələr yanan şamın işığını 

(alovunu) 1 km məsafədən seçə bilir. Bu bayquşda olduğu kimi 

pişikdən  4  dəfə  pisdir.  Lakin  gündüzlər  pişikdən  5  dəfə 

qüvvətlidir. Almaniyada 1952-ci ildə anadan olmuş Veronika 

Seyder  -  orta  görmə  itiliyindən  20  dəfə  artıq  olub,  1,6  km 

məsafədən adamları seçir. O, heç bir cihazdan istifadə etmədən 

mikrosapislərlə məşğul olur. 

52.  Gözyaşı  vəzi  -  gözyaşı  vəzi  və  yaşı  aparan  kanallardan  iba-

rətdir. O, 10-15 çıxarıcı kanala malikdir. 

53.  Göz qapaqları - alt və üst göz qapaqları olur. Onlar xaricdən 

dəri,  daxildən  konyuktiv  (selikli  qişa)  ilə  örtülmüşdür.  Həm 

qapaqların, həm də göz almasının konyuktivi olur. 

54.  Göz alması  - şar formasında olub,  3 qişadan  -  ağlı, damarla, 

torlu və nüvədən təşkil olub. 

55.  Göz almasının əzələləri - göz almasına birləşmiş 4 düz, 2 çəp 

əzələdən ibarətdir. 

56.  Gözün sinirlənməsi - üçlü sinir şaxəsilə olur. 

57.  Xolisistokinin  -  ödün  bağırsağa  daxil  olmasını  və  mədəaltı 

vəzinin şirə ifrazını stimulə edir. 

58.  Xayahq kisəsi - qişalarla örtülü toxumluqlar yerləşir. 

59.  Xorion - rüşeym qişası. Xorion qan damarları ilə zəngin qişa 

əmələ  gətirərək  uşaqlığın  divarına  yapışır.  Onun  vasitəsilə 

rüşeym oksigeni udaraq karbon qazı və mübadilə məhsullarını 

ifraz edir. 

60.  Hərəki neyronlar - oyanmaları onurğa və baş-beyindən əzələ 

və daxili orqanlara nəql edir. 

61.  Hissi  neyronlar  -  oyanmaları  hiss  orqanlarından,  reseptor- 

lardan,  onurğa  və  baş-beyinə  nəql  edir.  Hiss  neyronlarm 

bədənləri  mərkəzi  sinir  sisteminə  gedən  yolun  sinir  dü-

yünlərində yerləşir. 

62.  Hipofız - (latın - hypophysis - çıxıntı) beynin alt artımı olub, 

baş-beynin əsasında tük yəhəri çuxurunda yerləşir. 



566 

downloaded from KitabYurdu.org



Onun  hormonları  böyümə,  maddələr  mübadiləsi,  çoxalma 

proseslərinə təsir edir. Ölçüsü 1,5-1,7 sm, kütləsi 0,05-0,07 qr, 

ön,  orta  və  arxa  paylardan  təşkil  olunub.  Digər  endok-  rin 

vəzilərinin fəaliyyətinə tənzimləyici təsir edir. 

63.  Hipotalamus  -  (hipo  və  talamus)  ara-beyin  şöbəsidir.  Or-

qanizmin vegetativ  (avtonom) və çoxalma funksiyalarının ali 

mərkəzidir.  Sinir  və  endokrin  sistemlərin  qarşılıqlı  yeri  olub 

çoxlu miqdarda sinir və damar yolları və neyrohor- monları - 

rilizinq hormonları var. Oksitosin, vozopresin vasitəsilə MSS-

nin yuxarı və aşağı şöbələri ilə əlaqə yaradır. Mühüm endokrin 

vəzi  olan  hipofizlə  vahid  morfofun-  ksional  kompleks  - 

hopotalamo-hipofızar sistemi ilə sıx əlaqəlidir. 

64.  Hipotalamo - hipofizar sistem - onurğalılarda hipotalamus və 

hipofizar arasında yaranan neyroendokrin kompleksidir. Əsas 

əhəmiyyəti  orqanizmin  vegetativ  və  çoxalma  funksiyalarını 

tənzim  etməkdir.  Hipotalamo-hipofizar  sistemin funksiyasına 

özünü neyron mərkəzləri və həmçinin beyin sütunu və MSS-in 

ali mərkəzləri, məsələn, paleokor- tes tərəfindən nəzarət edilir. 

Epifızin neyrohormonu tor- mozlayıcı təsir edir. 

65.  Hormon  -  (latınca  hormao-hərəkətə  gətirirəm,  oyandırıram) 

daxili  sekresiya  vəziləri  tərəfindən  ifraz  olunan  bioloji  fəal 

maddə  olub,  digər  orqan  və  toxumaların  fəaliyyətinə 

məqsədyönlü təsir edir. Hormon termini 1905-ci ildə E.Starlinq 

tərəfindən verilmişdir. 

66.  Hipotoniya  -  arterial  qan  təzyiqinin  aşağı  düşməsinə  səbəb 

olan xəstəlik. 

67.  Hipertoniya  -  arterial  qan  təzyiqinin  yüksək  olmasına  səbəb 

olan xəstəlik. 

68.  Həzm  aparatı  -  qidanın  mexaniki  və  kimyəvi  dəyişlikliyə 

uğramasına,  işlənmiş  maddələrin  sorulmasını  və  mənimsə-

nilməyən  qida  maddələrinin  xaric  edilməsini  təmin  edən 

orqanlar  kompleksi.  Onun  tərkibinə  daxil  olan  orqanlar:  dil, 

dişlər,  damaq,  udlaq  borusu,  mədə,  mədəaltı  vəzi,  qaraciyər, 

nazik və yoğun bağırsaqlar daxildir. 



567 

downloaded from KitabYurdu.org



69.  Hipoalgeziya - ağrı hissiyyatının azalması. 

70.  Hiperesteziya - hissiyyatın qıcıqlanma həddinin artması. 

71.  Hipoesteziya - hissiyyatın qıcıqlanma həddinin azalması. 

72.  Hamiləlik  -  bu  qadın  orqanizmində  mayalanmış  yumurta 

hüceyrə və dölün inkişafı ilə əlaqədar olan fızoloji prosesdir. 

Orta  hesabla  280  gün  davam  edir.  Doğum  bəzi  hormonlarla 

idarə olunan mürəkkəb bir prosesdir. Bununla əlaqədar dölün 

böyrəküstü  vəziləri  və  hipofızin  arxa  payın  ifraz  etdiyi 

hormonlar uşaqlığın həssaslığını yüksəldərək onun yığılmasına 

şərait yaradırlar. 20 dəqiqədən sonra cift uşaqlıqdan xaric olur 

və  qişaları  ilə  bir  yerdə  xaricə  çıxır.  Yeni  anadan  olmuş 

oğlanlarda toxumluğun çəkisi 0,3 qr, 18  yaşında  20 qr qədər 

olur.  Yeni  doğulmuş  qızlarda  yumurtalıq  0,3  qr  (400  minə 

qədər yetişməmiş yumurta hüceyrələr olur), 18 yaşında 14 qr 

olur və ancaq 350-400 yumurta hüceyrə yetişir. 

73.  Heyvan rüşeymi - (yunanca embrion) orqanizmin ilkin inkişaf 

dövrü  -  yumurtanın  mayalanmasından  qişadan  çıxana  qədər 

keçən dövr. 

74.  İnsulin - (latınca insulo - adacıq) mədəaltı vəzinin (endok- rin 

hissəsində  (3-hüceyrələri  tərəfindən  sintez  olunan)  hor-

monudur.  Orqanizmdə  energetik  mübadilənin  əsas  hor-

monudur. Sulu karbon, lipid və zülal mübadiləsinə nəzarət edir. 

Bu hormonun əsas hədəf orqanı qaraciyər, skelet əzələsi və piy 

toxumasıdır.  Qanda  şəkərin  miqdarı  normadan  çox  olduqda, 

onun qlükogenə çevrilməsinə səbəb olur. 

75.  İntramural  vəzilər  -  mədə,  bağırsaq  həzm  borusunun  diva-

rında olan və həzm şirəsini birbaşa həzm boşluğuna ifraz edən 

vəzilər. 

76.  İmplantasiya - rüşeymin uşaqlığın selikli qişasına batması. 

77.  İnstinkt  -  (latınca  instintus  -  oyanmaq)  bu  daha  mürəkkəb 

şərtsiz  refleks  olub,  orqanizmi  hazır  davranış  reaksiyaları  ilə 

təmin  edir.  Onlar  nəsildən-nəslə  ötürülür,  qısa  ömrə  malik 

heyvanlar  (məsələn,  həşəratlar)  üçün  daha  əhəmiyyətlidir. 

İnsan  sosial  mühitdə  fəaliyyət  göstərdiyi  üçün  onun  instinkt 

fəaliyyəti şüurun nəzarəti altında olur. 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin