259
downloaded from KitabYurdu.org
şaf etmiş ölkələrdə 2-3 gün, Afrikada isə, orta evakuasiya vaxtı 36
saat çəkir.
Daxilolan Tüpürcək Qida İdxal olan
Acı bağırsaq ES&
5000 ml
2000 ml
Acı bağırsaq
1000 ml
100 ml
Şəkil 16.
Mədə-bağırsaq traktında maye balansı. Ümumi mayenin miqdarında mədə-
bağırsaq sisteminə daxil olan qida ilə (2 1) və en- dogen sekret vasitəsilə (7 1).
Bundan nəcis vasitəsilə ancaq 100 ml xaric olur.
Yağlarla zəngin kalorili qidalar yoğun bağırsağın hərəkətini
qüvvətləndirir, sulu-karbonatlar və zülallar ona təsir etmir. Mədə-
bağırsaq refleksi yeməkdən 10 dəqiqə sonra baş
260
downloaded from KitabYurdu.org
layır. Gün ərzində korbağırsağa himusla birlikdə 1,5 1 qədər maye
daxil olur. Onun 90%-ə qədəri yoğun bağırsağa sorulur, 100 ml
qədəri isə nəcis ilə xaric olur (şəkil 16). Elektrolitlər və su yoğun
bağırsaqlarda hətta çox yüksək osmotik qradientə qarşı belə daha
effektli sorulur. Buna yoğun bağırsaqların epi- telinin yüksək
potensial fərqi hesabına yaranan sıxlığa kömək edir. İnsanın yoğun
bağırsağında potensiallar fərqi 30-40 mB, acı bağırsaqda isə 2-4
mB təşkil edir. Na
+
ionları sadə diffu- ziya yolu ilə hər gün yoğun
bağırsağa 5-10 mmol K
+
daxil olur. Nəcis kütləsi ilə isə 10-15
mmol xaric olur. Korbağırsa- qda 150 mmol Na
+
daxil olur, 2-4
mmol isə ekskretsiya olur. Xloridlər və bikarbonatlarda, yoğun
bağırsaqlarda fəal sorulur. Hər gün yoğun bağırsağa 60 mmol Ck
ionları daxil olur, nəcis vasitəsilə isə 2 mmol qədər xaric olur.
Su və mineral duzlardan başqa yoğun bağırsaqlara nazik
bağırsaqlarda sorulmamış üzvi maddələr də daxil olur. Belə
maddələrə bitki lifləri və digər bitki komponentləri- sellülo- za,
hemisellüloza və insan amilazası ilə parçalanmayan sulu
karbonatlar (pektin və liqnin). Onlar bağırsaq bakteriyaları
tərəfindən parçalanır. Bağırsaq bakteriyaları ileosekal qapaqlardan
sonra yoğun bağırsaqda acı bağırsağa nisbətən (10
6
- qarşı) 10
n
-ll
12
təşkil edir. Yoğun bağırsaqların bakteriyalarm çox hissəsi anaerob
bakteriyalardır. Bura Bifıdüs və Baktero- des aiddir (spor əmələ
gətirməyən qram müsbət və qram mənfi) Aerob bakteriyalar-E
coul. Entrokoki və Lakto bakteriya- lar yoğun bağırsağın
bakteriyalarının 1%-ə qədərini təşkil edir. Yoğun bağırsaqlarda
nəcisin quru kütləsinin 30-50%-ni təşkil edən 400-ə qədər bakteriya
növü mövcud olur. Anaerob bak- teriyalar bitki liflərini yağ
turşusuna qədər parçalayır.
Düzbağırsağa daxil olmuş nəcis kütləsi reflektoru olaraq
defekasiya aktına səbəb olur. Qərb ölkələrinin insanlarında
defekasiya aktının normal tezliyi gün ərzində 3 dəfədən, həftədə 3
dəfəyə qədər arasında tərədüd edir. Çoxlu miqdarda su yoğun
bağırsağa daxil olaraq diareyaya-ishala səbəb olur.
261
downloaded from KitabYurdu.org
13.39. Yoğun bağırsaqlarda həzm
Qeyd etmək lazımdır ki, yoğun bağırsaqlarda ancaq az
miqdarda nazik bağırsaqlardan fermentlərlə hopdurulmuş qida
maddələrinin bir hissəsi qana keçir. Burada əsasən su sorulur.
Suyunu itirmiş həzm olunmayan qida qalıqları bağırsaqların
səthində qopan hüceyrələr, ifraz olunan selik bağırsaqların işini
başa çatdırmaqla yanaşı, həm də yoğun bağırsaq mikroflorasında
orqanizmin başqa fizioloji prosesləri üçün mühüm əhəmiyyəti olan
vitaminlər sintez olunur. Burada bakteriyaların fəaliyyəti
nəticəsində heç bir mexaniki, kimyəvi və fermentativ təsirə məruz
qalmayan hüceyrəsinin sellüloza yoğun bağırsağın öz şirəsi və
nazik bağırsaqdan az da olsa axan şirənin tərkibindəki fermentlərin
təsirilə parçalanır və qana sorulur.
Yoğun bağırsaqlar anatomik cəhətdən həzm sisteminin nazik
bağırsaqlardan sonra gələn şöbəsi olub, aşağıdakı hissələrdən
ibarətdir (şəkil 1):
1. Korbağırsaq soxulcanabənzər çıxıntısı ilə birlikdə;
2. Çənbərbağırsaq (bu öz növbəsində qalxan, köndələn,
enən, s-ə bənzər şöbələrindən təşkil olunur).
3. Düzbağırsaq.
İnsanda yoğun bağırsaqların uzunluğu 1,5-2,0 m-ə qədər
olub, eni başlanğıc hissədə 7 sm, son hissəsində isə 4 sm-ə çatır.
Yoğun bağırsaqların da divarı nazik bağırsaqlarda olduğu
kimi selikli, selikaltı, əzələ və serroz qişalardan ibarətdir. Selikli
qişada xovlar olmur.
13.40. Yoğun bağırsaqların sekretor fəaliyyəti
Aydın olmuşdur ki, yoğun bağırsaqların şirəsində nazik
bağırsaqlarda olduğu kimi duru və bərk hissələr vardır. Şirənin duru
hissəsi qələvi xassəyə malik şəffaf mayedir (pH 8,59,0).
262
downloaded from KitabYurdu.org
Orta hesabla duru hissənin 98,6 %-ni su, 0,63 %-ni üzvi
maddələr, 0,68 %-ni qeyri-üzvi maddələr təşkil edir.
Şirənin bərk hissəsi seliklə qarışıq olan qonur-sarı rəngli
kütlədən ibarətdir. Histoloji tədqiqatlardan müəyyən edilmişdir ki,
yoğun və həm də nazik bağırsaqların şirəsinin bərk hissəsini
bağırsaq divarlarının ölmüş epitelli hüceyrələri və az miqdarda
limfoid elementləri təşkil edir. Qeyd etmək lazımdır ki, şirənin bərk
hissəsində fermentlərin miqdarı duru hissəyə nisbətən 8-10 dəfə
çoxdur.
Yoğun bağırsaqların şirəsinin tərkibində enterokinaza və
saxaroza (alfoqlikozidaza) olmur. Lakin az miqdarda ka- tepsinlərə,
peptidozlara, lipaza, amilaza, nukleaza, ureazaya və s. təsadüf
olunur. Bunların içərisində daha yüksək təsirə malik olan qələvi
fosfatazanm aktivliyidir. Fosfatazaların sekresiyasının intensivliyi
nazik bağırsaqların yuxarı hissələrində- kinə nisbətən zəifdir.
Yoğun bağırsaqlarda şirə ifrazı nazik bağırsaqlara nisbətən
yerli xarakter daşıyır. Belə ki, mexaniki qıcıqlandırma əhəmiyyətli
dərəcədə yoğun bağırsaqlarda şirə ifrazını artırır.
13.41. Yoğun bağırsaqların mikroflorasının əhəmiyyəti
Yoğun bağırsaq mikroflorası müxtəlif qrup bakteriya- larla
zəngindir. Bu bakteriyalar aşağıdakı funksiyaların yerinə
yetirilməsində yaxından iştirak edirlər:
1. Müdafiə vəzisi daşıyan bakteriyalar.
2. Həzm şirəsinin komponentlərinin parçalanmasında
iştirak edən bakteriyalar.
3. Vitaminlərin, fermentlərin və digər fizioloji aktiv
maddələrin sintezində iştirak edən bakteriyalar.
Bağırsağın normal mikroflorası patogen mikroblara və
onların toksinlərinə qarşı kəskin antaqonist aktivliyə malik
olmaqla, həm də sahibin orqanizmini həmin patogen mikrob- ların
bədənə daxil olmasından və onların çoxalmasından qoruyur. Bir
çox xəstəliklər, məsələn, ishal, qarın yatalağı, bağır
263
downloaded from KitabYurdu.org
saq iltihablarında həm bağırsaq mikroflorasının tərkibi, həm də
antaqonist xassəsi dəyişə bilər. Xüsusilə, orqanizmə antibiotiklər
daxil olduqda bakteriyaların antaqonistik xassəsi kəskin zəifləyir.
Həzm şirələri və onların aktiv komponentləri (ferment- lər,
fosforlu birləşmələr, öd turşuları və s.) öz fizioloji vəzifələrini
yerinə yetirdikdən sonra bunların bir hissəsi nazik bağırsaqların
sonunda geriyə sorulur, digər qismi isə ximusla birlikdə yoğun
bağırsağa daxil olur. Bu şöbədə bəzi birləşmələr sorulur və ya
mikrofloranın müxtəlif təsirlərinə məruz qalır.
Yoğun bağırsaq florasının mikrob kütləsini parçalayan
digər şirələrdən biri də öd hesab olunur.
Öd turşusu qaraciyərdə sintez olunaraq qlikohol və ya
tauroal turşusu şəklində öd ilə birlikdə ifraz olunur. Lakin nəcisdə
öd turşusu sərbəst halda olur.
13.42. Bağırsaq mikroflorası
Bağırsaq mikroflorası bir çox üzvi maddələrin hidro- lizinin
başa çatdırılmasında, həmçinin bir sıra bioloji fəal maddələrin
sintezində iştirak edir. Bağırsaq florasının K və B qrupu
vitaminlərinin sintezində iştirakı in Vitro və in ViVo şəraitində
müəyyən edilmişdir. İnsanda bağırsaq mikroflorası- mn vitaminləri
sintez etməsi və onların orqanizm tərəfindən mənimsənilməsi
prosesləri gövşəyən heyvanlara və gəmiricilərə nisbətən yaxşı
öyrənilmişdir. Lakin bəzi müəlliflərin fikrinə görə, insanın foli
turşusuna və biotinə olan ehtiyacı tamamilə, vitaminlərdən tiamin,
piridoksinin və Bi
2
-yə olan ehtiyacı az da olsa bağırsaq florasının
sintezi hesabına ödənilir.
Digər müəlliflərə görə isə insan bağırsağında enteral sintez
olunan vitaminlər təcrübi olaraq istifadə olunmur.
13.43. Yoğun bağırsaqların hərəkəti
Yoğun bağırsağın hərəkət funksiyası aşağıdakı vəzifələrin
yerinə yetirilməsini təmin edir:
264
downloaded from KitabYurdu.org
1. Nəcisin toplanması üçün anbar vəzifəsi.
2. Evakuator fəaliyyəti (nəcisin bədəndən xaric olunması).
3. Sorma vəzifəsi (əsasən su).
Qida qalıqlarının yoğun bağırsaqda hərəkəti uzun müddət
davam edir. Demək olar ki, bütünlüklə həzm prosesinə sərf olunan
(müddət 1-2 sutka) çox hissəsi yoğun bağırsaqlarda qida
qalıqlarının evakuasiyasına sərf olunur.
Yoğun bağırsaqlarda hərəkətlər peristaltik və kəfkirva- rı
formada olur. Həmin hərəkətlərin xarakteri haqqında məlumat
nazik bağırsaqlarda hərəkətin öyrənilməsi zamanı verilmişdir.
Yoğun bağırsaqlar ikiqatlı innervasiyaya malikdir. Bu
proseslər sinir sisteminin simpatik və parasimpatik şöbələri
tərəfindən həyata keçirilir. Yoğun bağırsaqların divarında əsas iki
sinir kələfi yerləşir:
1. Averbax;
2. Meysner.
Averbax kələfi əzələ qişasının xarici və daxili qatları
arasında yerləşir. Meysner kələfi isə selikaltı qişanın altında
yerləşir.
Hər iki kələf yerli xarakter daşımaqla bağırsağın inte-
ramural innervasiyasım təmin edir.
Bağırsağın saya əzələ toxuması bilavasitə kimyəvi və
mexaniki qıcıqların təsirinə məruz qalır. Yoğun bağırsaqların
hərəkətini tənzim edən reflekslərin qövsləri mərkəzi sinir siste-
minin ali və aşağı şöbələrindən qapanır. Yoğun bağırsaqların
hərəkəti humoral tənziminə nisbətən az öyrənilmişdir. Seroto- nun
yoğun bağırsağın fəaliyyətinə tormozlayıcı, nazik bağırsağın
hərəkətinə isə oyandırıcı təsir göstərir. Adrenalin, qlüko- qon yoğun
bağırsaqların motor fəaliyyətini tormozlayır.
13.44. Defeksiya aktı
Defeksiya aktı reflektoru hadisədir. Bu hadisə zamanı
yoğun bağırsaqların qurtaracağında toplanan nəcis kütləsinin
265
downloaded from KitabYurdu.org
təzyiqindən (40-50 sm su sütununun hündürlüyündə) selikli qişa
üzərində yerləşən hissi sinir uclarının qıcıqlanması nəticəsində
onurğa beyninin bel-oma nahiyəsində yerləşən de- fekasiya
mərkəzinə nəql olunur. Buna cavab olaraq mərkəzdən düz
bağırsağın daxili və xarici sfmktorlarma (büzücü əzələlərinə) gələn
impulsların nəticəsində sfmktor boşalır və yoğun bağırsaqda
toplanan nəcis xaricə tullanır.
Bir sutka ərzində insanda nazik bağırsaqlardan yoğun
bağırsaqlara 4000 qr qədər qida himusu daxil olur. Bu kütlənin 150-
250 qr nəcis şəklində bədəndən xaric olunur. Nəcisin 1/3 hissəsini
bakteriyalar təşkil edir. Bitki mənşəli qidalar qəbul edən zaman
qarışıq və ət qidalarına nisbətən daha çox nəcis əmələ gəlir.
Qeyd etmək lazımdır ki, defekasiya aktının qeyri-iradi
tənzimi onurğa-beyninin bel-oma nahiyəsilə əlaqədar olmasına
baxmayaraq, defekasiyanın həyata keçirilməsi mərkəzi sinir
sisteminin yuxarı şöbələrinin (uzunsov beyin, hipotalamus və beyin
qabığı) iştirakı ilə baş verir. Defekasiya əsasən parasimpatik sinir
sisteminin təsirilə həyata keçirilir. Belə ki, çanaq siniri anus
sfmktorunun yığılmasını tormozlayır və düzbağır- sağın motor
funksiyasını stimulə edir.
13.45. Membran həzminin fiziologiyası
İndiki zamanda 2 klassik qidalanma tipin-dən (hücey-
rəxarici və hüceyrədaxili) başqa 3-cü qidalanma tipi də məlumdur
ki, bu da membran qidalanmadır (şəkil 17).
Hüceyrəxarici qidalanma onunla xarakterizə olunur ki,
hüceyrələrdə sintez olunan hüceyrəxarici mühitə daşınır və öz vəzi-
fəsini sekretor hüceyrələrdən az və ya çox məsafədə yerləşməklə
yerinə yetirir. Əksər heyvanlarda bu proses xüsusi boşluqlarda gedir
və hüceyrəxarici qidalanma kimi qeyd olunur. Lakin bəzi hallarda
məsafəli qidalanma orqanizmdə kənar həyata keçirilir. Əksər
həşəratlar həzm fermentlərini hərəkətsiz ovunun bədəninə yeridirlər
və bir-iki saat sonra yeyilir. Bu zaman məsa-
266
downloaded from KitabYurdu.org
fəli qidalanma belə hallarda qeyri-səthi proses sayılır. Bakte- riyalar
müxtəlif qidalandırıcı fermentləri kultural mühitə ifraz edirlər.
i
Şəkil 17. Həzmin müxtəlif tiplərində qidanın hidroliz üçün lokalizasiyası. a) hüceyrəxarici
- distant, b) hüceyrədaxili, v) membran (divarönü). 1 - hüceyrəxarici maye; 2 -
hüceyrədaxili maye; 3 - hüceyrədaxili vakoul; 4 - nüvə; 5 - hüceyrə membram.
Hüceyrədaxili qidalanma (lordan, 1934, Buddenlrokc,
1956, Müller, 1963; Bockus 1964), zamanın müəyyən qədər
parçalanmış, yaxud parçalanmamış qida hüceyrələrin içərisinə
daxil olur və burada sonrakı hidrolizə məruz qalır. Belə tip
qidalanma yalnız birhüceyrəli və ibtidai orqanizmlərdə deyil,
həmçinin məməlilərdə də geniş yayılmışdır. Axırıncı halda söhbət
qanın ağ elementinin faqositar xassəsindən gedir və buraya
retikuloendotelial sistem də aiddir. Faqositozun müxtəlifliklərindən
biri də pinositozdur. Pinositoz ali heyvanların ekdo və endodermal
mənşəli hüceyrələri üçün az və ya çox dərəcədə xarakterikdir.
Hüceyrədaxili qidalanma xüsusi hüceyrədaxili boşluqlarda gedə
bilər. Həzm vakuollarında bunlar ya həmişə mövcud olur, ya da
faqositoz və pinositoz prosesləri zamanı yaranır və qidanın
xırdalanması qurtaran zaman vakuol yox olub gedir.
Membran qidalanma - hüceyrədaxili və hüceyrəxarici
267
downloaded from KitabYurdu.org
mühit sərhədindəki hüceyrə membranı üzərində fiksə olunmuş fermentlərlə
həyata keçirilir.
Fiziki-kimyəvi baxımdan bu
bircinsli səthlərdə
heterogen katalizi
xatırladır. Fermentlər fiksə olunmuş, onların aktiv
mərkəzləri
müəyyən
dərəcədə
istiqamətlənmiş
və
bu
istiqamətlənmə membranın səthinə və su fazasına olan münasibətə
görə götürülmüşdür.
Aktiv mərkəzlərin qidalandırıcı substrata
olan
münasibətinə görə onun sərbəst istiqamətlənməsi mümkün deyildir.
Dərin qatda yerləşmiş əlaqələr, membran qidalanmanı həyata
keçirən fermentlərin fəaliyyəti üçün qeyri-mümkündür. Bununla o,
boşluq və hüceyrə- daxili qidalanmadan səciyyəvi cəhətcə
fərqlənmiş olur. Membran qidalanma zamanı fermentlər
ansamblının təşkili mümkündür. Nəhayət, membran hüceyrələrinin
üst səthlərində hidroliz və transmembran daşınma proseslərinin
arasında effektiv qarşılıqlı əlaqə həyata keçirilir. Membran
qidalanma, 3- cü tip qidalanma kimi, hüceyrə membranının səthində
gedən fermentativ hidrolizə yaxın olmaması ilə xarakterizə olunur.
Belə ki, bu prosesə iki mühiti - hüceyrədaxili və hüceyrəxarici
mühiti ayıran hüceyrə membramnda fiksə olunmuş fermentlər səbəb
olur. Nazik bağırsaqların üst səthində fəaliyyət göstərən fermentlər
ikili mənşəyə malikdir: 1. Himusdan adsorbsiya olunmuşlar
(pankreas fermentləri amilaza, lipaza, proteaza və s.); 2. Bağırsağın
özünəməxsus fermentləri olub, bağırsağın daxili hüceyrələrində
sintez olunur və membran hüceyrələrinin səthində toplanmış olur
(oliqosaxaridazalar, oliqopeptidazalar, fosfatazalar və s.).
Ali heyvanlarda membran qidalanma nazik bağırsağın
epitelinin (haşiyəli büküş) üst səthində həyata keçirilir, nəticə
etibarilə, qidalı maddələrin çevrilməsi və assimilyasiyasını yaradan
ali sistem formalaşır (şəkil 18). Molekulüstü sistemlər və iri
molekullar bağırsağın səthində fəaliyyət göstərən fermentlərin təsiri
altında parçalanır. Səthi aktivliyə malik olan haşiyəli büküş
zonasına hidrolizin aralıq məhsulları eleminə (xaric edilir) olunur
ki, orada da hidrolizin son mərhələsi başa çatır və sorulma zonasına
keçir. Beləliklə, membran qidalanma qidalı maddələrin effektiv
konveyer tipli çevrilməsini və mənimsə
268
downloaded from KitabYurdu.org
nilməsini təmin edir. Belə ki, bu, aktiv nəqliyyat kimi, həmin səthdə
həyata keçirilir və bu proseslər zamanı və məkan daxilində birləşir.
Bəzi hesablamalar göstərir ki, membran qidalanma peptidli və
qlükozidli əlaqələrin parçalanmasının 80-90 %-ni, qliseridlərin -
55-60 %-ni həyata keçirir. Bununla da, köməkçi deyil, vacib həyati
mexanizm sayılır. Bağırsaq hüceyrəsinin sərhədində və himusda
məhz çox inkişaf etmiş bağırsaq membranı səthində güclü hidroliz
mümkündür. Artıq fizioloji eksperimentlərə əsaslanaraq
submikroskopik sorulma səthinin mövcud olması haqqında nəticə
çıxarmaq olar. Bu da ilk növbədə aktiv səthi kəskin olaraq
genişləndirir və ona sorulma katalizatoru xassəsini verir.
Şəkil 18. Nazik bağırsaqda qida olan (II) və qida olmayan (I) şəraitdə boşluq (A) və
membran həzminin qarşılıqlı əlaqəsinin sxemi.
1 - nazik bağırsaq boşluğunda fermentlərin xaotik yerləşməsi, 2 - mikro- xovcuqlar; 3 -
mikroxovcuqların üst səthində fermentlər, 4 - haşiyəli bü- küşlərin məsaməsi, 5 - həşiyəli
büküşün məsamələrindən keçə bilməyən mikroblar, 6-7 - hidrolizin müxtəlif
mərhələsində olan qida maddələri
Bu cür submikroskopik məsamələrin mövcudluğu Qrenjer
və Beyker (1949, 1950) tərəfindən sübut olunmuşdur. Onlar ilk dəfə
olaraq siçovulun nazik bağırsağının epitelinin elektron mikroskopu
ilə tətqiq etmişlər. İşıq mikroskopunda kutikula kimi görünən,
əslində böyük miqdarda hüceyrələrin çıxıntıları olmuşdur.
Çıxıntıların hündürlüyü 0,62 mkm və dia-
269
downloaded from KitabYurdu.org
metri təxminən 0,08 mkm-ə bərabərdir. Hər bir hüceyrədə 3000-ə
yaxın çıxıntı vardır. Sonralar onları
mikroxovcuqlar
adlandırmışlar.
Onlar bağırsağın 1 mm
2
epitelinin səthində isə təxminən 50-200
milyon olur. İnsanda mikroxovcuqlarm hündürlüyü təxminən 0,1
mkm təşkil edir, diametri 0,7 mkm-dən 1,5 mkm-ə qədər arasında
olur. Hesablanmışdır ki, mikroxovcuqlarm olması hesabına
bağırsaqların sorma səthi 14-39 dəfə artır (şəkil 19).
Şəkil 19. Bağırsaq hüceyrəsinin sxematik görünüşü.
1- mikrovcuqlar, 2 - terminalator, 3 - Desmo-somlar, 4 - mitoxondri,
5
- qranulyar retikul, 6 - Holci aparatı, 7 - bazal membran, 8 - hamar retikul.
Mikroxovcuqlarm - silindirik çıxıntıları olan, plazmatik
membranla məhdudlanır. Hündürlükləri diametrindən 7-10 dəfə
çoxdur. Onlar sitoplazmanın tam strukturunu əhatə edir və xaricdən
qalınlığı 100-200 A° olan tipik hüceyrə membranı ilə örtülür. Bu,
plazmatik membranın lipoproteinli strukturuna tamamilə uyğun
gəlir. Son illər membranın strukturu haqqında fikirlər kökündən
dəyişilmişdir. Hansı ki, əvvəllər bu böyük və azsıxlıqlı üç
kompleksli törəmə kimi təsvir edilirdi.
270
downloaded from KitabYurdu.org
Hal-hazırda «qalın» membran konsepsiyası özünə çoxlu tərəfdar
toplamışdır (Benson, 1967; Green, Gololberder, 1967; Va- silyev,
Malenkov, 1968; Poqlazev, 1970 və s.).
Nazik bağırsağın haşiyəli büküşünün strukturu haqqında
təxminən belə nəticələri Qoldin (1959) və Şestopavlova (1959) da
əldə etmişlər.
Lakin Qoldin və Şestopavlova, Qrenaj və Beykerdən fərqli
olaraq belə hesab edirdilər ki, mikroxovcuqlar homogen strukturlar
deyil, bütöv submikroskopik boş silindirlərdir, içərilərindən
sorulmaya xidmət edən kanalcıqlar keçir. Bəzi hallarda onlar
hüceyrə səthində qrup halında yerləşmişlər. Boşluq qidalanmanın
köməyilə ən əvvəl maddələrin hidrolizi, bağırsağın səthində isə
aralıq və sonuncu mərhələ hidrolizi gedir (şəkil 19). Membran
qidalanma aralarındakı məsafə 100-dən 200A°-ə yaxın olan
mikroxovcuqların səthində gedir. Mole- kulların ölçüsü haşiyəli
büküşün diametrindən böyük olduğundan, onlar membran
qidalanmaya daxil ola bilmir və boşluq qidalanma ilə müqayisədə
qeyri-effektiv nəticə verir.
Dostları ilə paylaş: |