İnsanın qidanı udma aktı.
226
downloaded from KitabYurdu.org
olar ki, udma reflektoru bir hadisədir. Bu hadisə dilin kökündən
başlayır (şəkil
8
).
Udma mərkəzi uzunsov beyində, tənəffüs mərkəzindən bir
qədər yuxarı, IV mədəciyin dibində yerləşir.
Ağız boşluğuna düşən qida dişlər vasitəsilə mexaniki işdən
çıxır, tüpürcək vasitəsilə islanıb sürüşkən hala düşür.
Bu işdə dilin böyük əhəmiyyəti vardır. Belə ki, dil öz
hərəkəti vasitəsilə qidanı dişlərin arasına verir, ağız boşluğunda
çeynənmiş qidanı çevirir, qida qırıntılarını bir yerə toplayır və
qidanın udulmasında iştirak edir. Loxma halına düşmüş qida dilin
üst səthinə doğru yönəlir, bu zaman çeynəmə hərəkətlərində pauza
yaranır, tənəffüs müvəqqəti təxirə salınır, dil qalxıb yumşaq
damağa söykənir, qidanı dilin kökünə itələyir. Bu hadisədə çənəaltı
və eləcə də dilaltı əzələnin yığılması dilin geriyə çəkilməsinə səbəb
olur və qidanın geri qayıtmasına imkan vermir. Bu zaman qida ağız
boşluğundan ud- lağa keçir.
Dil kökünün qıcıqlandırılması yumşaq damağın və dil
kökünün əzələlərinin təqəllüsü sayəsində yumşaq damaq yuxarı
qalxıb burun dəliklərini qapayır, qidanın burun boşluğuna
düşməsinin qarşısını alır. Dil hərəkət etməklə qidanın udlağa doğru
hərəkəti üçün şərait yaradır. Elə bu vaxt dilin kökü aşağı enir,
qırtlaq qapağını aşağı basıb qırtlaq dəliyini qapayır. Beləliklə, qida
udlaqdan yemək borusuna keçir.
13.16. Qidanın yemək borusu ilə hərəkəti
Yemək borusunun vəzifəsi qidanı udlaqdan mədəyə öt-
ürməkdir. Orta yaşlı şəxslərdə 22-25 sm uzunluqda olub, daxili
selikli, orta-əzələ, xarici birləşdirici toxuma qişasından təşkil
olunmuşdur.
Yemək borusunun aşağı 2/3 hissəsi saya əzələ toxuma-
sından; yüxarı 1/3 hissəsi eninəzolaqlı əzələ toxumasından təşkil
olunmuşdur (şəkil
1
).
Qeyd etdiyimiz kimi, yemək borusu ilə qidanın hərəkəti
227
downloaded from KitabYurdu.org
reflektoru hadisə olub, mərkəzi uzunsov beyində yerləşir.
Yemək borusu azan siniri və simpatik sinirlərlə inner-
vasiya olunur. Azan siniri yemək borusunun hərəkətlərini
sürətləndirir, simpatik sinirlər əksinə, bu hərəkətləri tormoz- layır.
Azan sinirin gətirdiyi impulsların təsirindən həlqəvi əzələlər yığılır,
boylama əzələlərin boşalması sayəsində qida yemək borusunun
daralmış hissəsindən aşağıya düşür. Qida həmin nahiyəyə düşən
kimi, yaranan refleks sayəsində yuxarı yemək borusunun daralması
qidanı aşağıya doğru itələyir. Belə reflekslər ardıcıl olub, biri digəri
üçün refleks yaradaraq zəncir təşkil edir. Nəhayət, yemək
borusunun qarın hissəsi boşalır, qida yemək borusundan mədəyə
düşür.
Bərk qidalar duru qidalara nisbətən ağız boşluğundan
mədəyə nisbətən gec keçir. Orta hesabla bərk qidalar 8-10, duru
qidalar
1-2
saniyə müddətində mədəyə keçir.
Yemək borusunda nəinki bərk qida, həm də su kimi duru
maddələr də yemək borusunda qala bilər. Su qurtum- qurtum içilsə
də yemək borusundan arası kəsilməz maye sütunu şəklində mədəyə
axır. Mayelər içildiyi zaman yemək borusu peristaltik hərəkət
etmir. Bu içməni ani dayandırıb, sonra da içdikdə içilən su yemək
borusunda ilişib qalır. Buna səbəb maye su sütununun qırılmasıdır.
Bu zaman bərk qidalar qəbulunda olduğu kimi mayedən yuxarı
yemək borusu daralır, sonradan içilən su daralmış hissədə qalır və
ağrı hissi törədir. Belə vəziyyətdən bir qədər keçdikdən sonra udma
refleksləri bərpa olur və adi vəziyyət yaranır.
13.17. Mədədə həzm
Mədə qarın boşluğunun sol tərəfində, diafraqmanın sol
günbəzi altında yerləşir. Nazik bağırsağın genişlənməsindən əmələ
gəlmişdir. Forması onun dolu və boş olmasından asılı olaraq dəyişir
(şəkil
1
).
Mədənin 5/6 hissəsi solda, 1/6 hissəsi sağda yerləşir. Mə-
dənin sol tərəfdə dibi, dibinin üst-daralmış hissəsi onun kürəci- yin,
sağ tərəfə çevrilmiş çıxacağı-pilorisi, aşağı çıxıq hissəsi -
228
downloaded from KitabYurdu.org
böyük əyriliyi, yüxarı kiçik basıq hissəsi - kiçik əyriliyi vardır.
Mədənin divarı dörd qişadan təşkil olunmuşdur (şəkil
8
).
1. Daxili - selikli qişa, şilindir formalı epitel hüceyrələ-
rindən əmələ gəlmişdir və büküşlərlə zəngindir.
Selikli qişada saysız-hesabsız boruşəkilli vəziləri vardır.
Bunların axacaqları mədənin selikli qişasında yerləşən bü- küşlərin
arasına açılır. Mədənin selikli qişasında 3 növ hüceyrələrə təsadüf
edilir: (
1
) əsas-baş hüceyrələr (
2
) əlavə və yaxud örtük hüceyrələri
(3) selik hüceyrələri. Örtük hüceyrələr xlorid turşusu, baş
hüceyrələr ferment ifraz edir. Selik hüceyrələri isə selik
hazırlayırlar. Mədənin dibində həm turşu, həm də fermentlər
hazırlayan hüceyrələrə təsadüf edilir. Çıxacağında baş hüceyrələr
daha çoxdur.
II selikaltı qişa boş birləşdirici toxumadan təşkil olunmuş,
qan damarları və sinirlərlə zəngindir. Selikaltı qişamn hesabına
selikli qişa üzərində külli miqdarda büküşlər əmələ gəlir.
III əzələ qişası ən qalın qişa olub 3 istiqamətdə - həlqəvi,
çəp və böyləmə gedən əzələ liflərindən təşkil olunmuşdur.
Bu əzələlərin yığılması sayəsində mədənin hərəkətləri
peristaltik, rəqqası şəkildə təzahür edir.
IV xarici-seroz qişa mədəni xaricdən əhatə edib xüsusi
bağlar əmələ gətirir və mədəni qarının arxa divarına və qonşu
üzvlərə fıksə edir.
Mədə qidaların toplanması üçün bir anbar vəzifəsi görür.
Məsələn, atın mədəsi 6-15 litrə, gövşəyən heyvanlarınkı 50-100
litrə qədər qida tutur.
13.18. Mədə vəzilərinin sekresiyasının
tədqiqolunma üsulları
Hələ qədim vaxtlardan alimlər mədə şirəsi almağa və mədə
vəzilərinin fəaliyyətini öyrənməyə çalışmışlar. Heyvanlara ipə
bağlanmış süngər uddurub həmin süngəri mədədən geri çəkib
süngəri sıxmaqla mədə şirəsi əldə etmişlər. Eləcə də heyvanları
yedirtdikdən sonra, onları öldürüb mədəsini çıxararaq onun selikli
qişasından şirə almışlar. Lakin əldə edilən mədə
229
downloaded from KitabYurdu.org
şirəsi nə təmiz olmuş, nə də mədə vəzilərinin fəaliyyətini
görünməyə imkan vermişdir.
1825-1833-cü illərdə Amerika həkimi Bouman öz gülləsi
ilə özünü yaralayan Kanada ovçusu Sen Martinin yaralanmış
mədəsini müalicə etmiş, yara bir müddətdən sonra sağalmış, lakin
yaranın ağzı bitişməmişdir dəlik və ya fıstula şəklində açıq
qalmışdır. 7 il müddətində xəstədən ac qarma mədə şirəsi almış,
lakin onu təmiz halda əldə edə bilməmişdir.
İnsan üzərində belə təcrübənin aparılmasının mümkün
olmadığını görən alimlər itlər üzərində təcrübə aparmağa başladılar.
Bununla əlaqədar olaraq itlər üzərində aparılan təcrübələrin
nəticələri insanda mədə vəzilərinin fəaliyyətini tam aydınlaşdırmaq
üçün böyük əhəmiyyət kəsb edir.
1842-ci ildə rus həkimi Basov, 1843-cü ildə fransız alimi
Blondulo biri digərindən xəbərsiz itlər üzərində narkoz altında
təcrübələr apararaq itin qarın boşluğunu açıb mədəyə metaldan
düzəldilmiş fıstula borusunun bir ucu mədəyə keçirdilməklə oraya
tikilmiş, digər ucu xaricə çıxardılmış qarının dərisinə tikilmişdir.
Yara sağaldıqdan sonra heyvanlar uzun illər yaşamış və istənilən
vaxt mədə şirəsi almaq mümkün olmuşdur.
Belə operasiya olunmuş itlərə qastrotomirə edilmiş itlər
deyilir. Yəni qastro - mədə, tomiyə isə dəlik deməkdir. Belə
heyvanların yarası sağaldıqdan sonra heyvanı ac saxlamaqla
bərabər fıstul vasitəsilə mədə bir neçə dəfə ilıq su ilə yuyulur.
Bundan sonra heyvandan mədə şirəsi əldə edilir. Alınan mədə şirəsi
tüpürcək ilə qarışdığı üçün təmiz olmur.
1889-cu ildə İ.P.Pavlov, E.O.Şumova-Simanovskaya
birlikdə külli miqdarda təmiz mədə şirəsi alınması üsulunu kəşf
edirlər. Mədə fıstulası olan itin üzərində ikinci dəfə cərra- hi
əməliyyat aparılır. Heyvanın boyun nahiyəsi orta xətt üzrə kəsilir,
boyun əzələləri ayrıldıqdan sonra yemək borusu tapılır və kəsilir.
Kəsilmiş yemək borusunun hər iki ucu xaricə çıxar- dılaraq boynun
dərisinə tikilir. Belə əməliyyata qastroezofaqo- tomiya deyilir. Yara
sağaldıqdan sonra belə heyvanları saat-
230
downloaded from KitabYurdu.org
larla yedizdirdikdə belə nə qida, nə də qida ilə qarışmış tü-
pürcək mədəyə keçmir, kəsilmiş yemək borusundan xaricə tö-
külür. Belə qidalandırmaya yalançı qidalandırma deyilir (şəkil
9). Belə heyvanlar
illərlə yaşayır və
bunları
qida-
landırmaq lazım gəl-
dikdə ya fıstula vasi-
təsilə mədəyə qida
daxil edilir, yaxud da
kəsilmiş yemək bo-
rusunun mədəyə tə-
rəf olan ucundan
zond vasitəsilə qida
daxil edilir.
Qastroezofaqotomirə edilmiş heyvanlar üzərində aparı-
lan tədqiqatlar qidanın ağız boşluğuna düşməsilə mədə vəzilə-
rinin şirə ifrazı mexanizmini aydınlaşdırmışdır.
Məlum olduğu kimi, qidalar mədədə saatlarla qalır.
Normal həzm zamanı mədəyə düşən qidaların mədə vəzilərinin
şirə ifrazı mexanizminə təsiri-
ni qastroezofaqotomiyə edil-
miş itlər üzərində öyrənmək
mümkün olmadığını nəzərə
alıb İ.P.Pavlov, eləcə də Hay-
den-Hayn kiçik mədə əldə
etməklə mədə vəzilərinin şirə
ifrazı mexanizmini öyrənməyə
nail olmuşlar.
1878-ci ildə Hayden-
Haynın təklifi ilə itlər üzərin-
də əməliyyat aparılır. O, heyvanın qarın boşluğunu açıb mə-
dənin böyük əyriliyi nahiyəsində 3 bucaq şəklində kəsik aparır
və böyük mədədən kiçik mədə ayırır.
Hayden-Haynın ayırdığı kiçik mədə əsas mədədə gedən
normal həzm prosesini tamamilə əks etdirə bilmir. Hayden-
޻kU 10.
İ.P. Pavlov üsulu ilə təcrid edilmiş kiçik
mədəciyin sxemi.
1. Selikli qişa, 2. Əzələ qişa, 3. Serroz qişa, 4-5-6-
fistula borusu, 7. Qarının divarının dərisi.
Kiçik mədəciyin boşluğunu(a), böyük mədəcik
boşluğundan (A) ayıran ikiqat selikli qişa.
B - mədəyə giriş. C - mədənin piloris şöbəsi.
Şəkil 9.
Pavlovun təcrübəsi qida borusu və mədəsində
fıstula olan itdə mərkəzi sinir sisteminin mədə
şirəsi ifrazına təsirini nümayiş edir.
231
downloaded from KitabYurdu.org
Hayn kiçik sinir liflərini kəsir, bu zaman kiçik mədənin inner-
vasiyası pozulur. Bu üsul ilə əldə edilən kiçik mədə reflektoru
şirə ifrazı mexanizmini aydınlaşdıra bilmədiyi kimi, sinir liflə-
rindən təcrid olunmuş kiçik mədə vəziləri atrofıləşir, uzun
müddət mədə şirəsi əldə etmək mümkün olmur.
1894-cü ildə İ.P.Pavlov Hayden-Haynın kiçik mədəsin-
dən fərqli olaraq, kiçik mədəyə gələn sinir liflərini mühafizə
etmək şətrtilə xüsusi təcrid olunmuş mədəcik operasiya üsulu-
nu təklif etmişdir (şəkil 9 və 11). Bu üsul ilə mədə və kiçik mə-
dəciyin normal innervasiyası mühafizə olunmaqla mədə vəzilə-
rinin sekretor fəaliyyətini fizioloji şəraitə mümkün qədər yaxın
tərzdə müşahidə etməyə imkan yaratdı.
İ.P.Pavlov üsulu ilə əldə edilmiş kiçik mədəcik təxmi-
nən mədənin
hissəsini təşkil edir. Heyvan qidalandığı
zaman qida mədəyə düşür, lakin kiçik mədəciyə keçə bilmir.
Bu zaman mədəcikdən mə-
də şirəsi ifraz olunur. Bu sa-
hədə aparılan bir çox təcrü-
bələrin nəticələrindən aydın
olmuşdur ki, kiçik mədəcik
mədənin fəaliyyətini dəqiq
halda olduğu kimi əks etdi-
rir. Xəstəyə ət suyu, kələm
şirəsi, kofein və ya 5 faizli
spirt məhsulu verdikdən 2-3 saat sonra zond vasitəsilə şirə alı-
nır. Eləcə də yuxarıda qeyd olunan maddələri vermədən belə
alim Kurtsinin təklifi ilə ikiqat zonddan istifadə edilir.
Zondun bir qatı xaricdə rezin havaverici balon ilə birləşir.
Bunun mədədə qurtaran o biri ucu rezin kisə ilə əlaqələnir. Buna
söykənmiş zondun ikinci qatının ağzı açıq olur. Rezin kisəyə hava
vurduqca şişir, bu, mədənin mexanoreseptorlarını qıcıqlandırır və
ifraz olunan mədə şirəsi zondun ikinci qatı ilə xaricə verilir.
Bu üsul ilə təxminən 2 saat müddətində 200-1000 ml-ə
qədər mədə şirəsi almaq mümkündür.
232
downloaded from KitabYurdu.org
Qeyd etmək lazımdır ki, bu üsulla alman mədə şirəsi xəs-
tələrdən zond vasitəsilə alman mədə şirəsinə nisbətən təmiz olur.
Son illər radioelektronikanın inkişafı ilə əlaqədar olaraq
mədə vəzilərinin fəaliyyətini öyrənmək üçün radiotelemet- rik
üsuldan istifadə edilir. Bu məqsədlə xəstəyə diametri
8
mm,
uzunluğu 15 mm olan radio həb uddurulur. Bu həb elektromaqnit
dalğaları verən generatordan və çeviricidən ibarətdir. Çevirici
vasitəsilə mədə şirəsinin tərkibindəki hidrogen ionlarının qatılığı,
mədə daxili təzyiqi, hərarətin dəyişməsi qəbul olunub generatora
verilir. Bu zaman əmələ gələn dalğalanmalar xəstə ilə birləşdirilmiş
antenaya verilir və nəhayət radioqəbuledici tərəfindən əks olunur.
13.19. Mədə şirəsinin tərkibi və əhəmiyyəti
Mədə bir neçə funksiya yerinə yetirir. Onda udulmuş qida
toplanır və mədə şirəsi ifraz olunur. Bundan başqa qida mədədə
mexaniki dəyişikliyə uğrayır. Bütün bu təsirlərdən sonra qida
ximusa çevrilir və mədədən onikibarmaq bağırsağa daxil olur və
sonra bağırsaqlarda sonrakı dəyişikliyə və sorulmaya məruz qalır.
İnsanın, itin və bir sıra başqa heyvanların təmiz mədə şirəsi
rəngsiz, şəffaf və turş reaksiyalı olur. İnsanın mədə şirəsinin xüsusi
çəkisi 1,0083-1,0086 arasında dəyişir. Bundan əlavə mədə
turşusunun aşağıdakı vəzifələri vardır: 1) Xlorid turşusu pepsinin
maksimum dərəcədə təsir etməsi üçün lazım olan hidrogen
ionlarının qatılığmı yaradır. 2) Xlorid turşusu tripsi- nogeni tripsinə
çevirir. 3) Zülalları pepsinin təsirinə məruz qalması üçün şişirdir. 4)
Südün laxtalanması üçün süd zülalı olan prokazeinin kazeinə
çevrilməsi üçün pepsin və ximozin fermentlərini fəallaşdırır. 5)
Mədə turşusu bakteriosit təsirə malikdir. Belə ki, mədəyə düşən
mikroorqanizmləri təsirdən salır.
6
) Mədə turşusu mədə bağırsaqlar
üçün hazır şəklə düşmüş qidaların hissə-hissə onikibarmaq
bağırsağa keçməsi üçün şərait yaradır. 7) Mədədən bağırsağa keçən
xlorid turşu
233
downloaded from KitabYurdu.org
su mədəaltı vəzinin humoral yol ilə şirə ifrazı üçün əhəmiyyəti olan
prosekretini sekretinə çevirir.
Mədə şirəsinin tərkibinin 99,2-99,6 %-ni su, 0,4-0
,8
%- ni
bərk maddə təşkil edir. Bərk maddə üzvi və qeyri-üzvi maddələrdən
təşkil olunmuşdur. Üzvi maddənin çox hissəsini zülali birləşmələr,
sonra süd turşusu, qlükoza, kriatinfosfor və ade- nozinfosfor
turşuları, sidik cövhəri, sidik turşusu və s. təşkil edir.
Qeyri-üzvi maddələrdən ən çox Na, K, ammonium, xlor, az
miqdarda fosfor və sulfat duzlarına təsadüf edilir.
Mədə şirəsinin tərkibində zülalları parçalayan pepsin
fermenti vardır. Bu ferment turş mühitdə mürəkkəb zülalları orta
zülallara- albumoz və peptonlara qədər parçalayır.
Mədə şirəsinin tərkibində pepsindən başqa südü laxta-
landıran ximozin fermenti vardır. Bu ferment zəif turşu, zəif qələvi
və neytral mühitdə südün tərkibindəki prokazini kazey- nə çevirir.
Kazein isə pepsinin təsirindən parçalanır. Bununla da süd laxtalanır.
Mədə şirəsi fermentlərinin təsirindən laxtalanmış süd həzm olunur.
Mədə şirəsinin tərkibində yağları qliserin və yağ turşularına
qədər parçalayan lipaza fermenti dəri vardır. Yaşlı adamların mədə
şirəsinin tərkibində olan bu ferment emulsiya şəklinə düşmüş
yağlara əhəmiyyətli dərəcədə təsir göstərir. Südəmər uşaqların və
ya cavan heyvanların mədə şirəsinin tərkibindəki lipaza fermenti
süd yağlarının təxminən 25 faizini parçalayır. Ona görə də bu
ferment südlə bəslənən heyvanlar və uşaqlar üçün böyük əhəmiyyət
kəsb edir.
Selikli hüceyrələr daima Na
+
, K
+
, Cf və HCO
3
, örtük
hüceyrələrə isə stimulyasiya zamanı H
+
, K
+
və Cb ifraz edir. Mədə
şirəsinin əsas komponenti olan selik, mədənin daxili səthini
0,6
mm
örtərək onu mexaniki və kimyəvi zədələrdən qoruyur. Mədə
şirəsinin digər mühüm komponenti proteaza- mn sələfi olan
pepsinogendir. Turşunun təsirindən pepsinogen fəal proteolitik
fermen pepsinə çevirir və ancaq turş mühitə təsir edir. Qələvi
mühitdə pepsin geri dönməyən denaturasi- yaya uğrayır. Mədə
şirəsinin daxili amil adlanan üçüncü kom
234
downloaded from KitabYurdu.org
ponenti qlükoprteindir, örtük hüceyrələri ifraz edir. Bu vitamin Bi
2
-
nin nazik bağırsaqdan qana sorulmasına kömək edir.
Mədə şirəsinin tərkibində karbohidratları parçalayan
fermentlər yoxdur. Lakin ağız boşluğunda tüpürcək vasitəsilə
islanan qidalar mədəyə düşdükdə tüpürcək fermentləri xeyli vaxt
karbohidratları parçalayırlar.
Danilevskiyə görə mədənin selikli qişası xüsusi antipep- sin
adlı maddə hazırlayır ki, bu da pepsini təsirdən salır.
Qeyd etmək lazımdır ki, bu məsələnin böyük nəzəri və
təcrübi əhəmiyyətə malik olmasına baxmayaraq, hələ bu vaxta
qədər belə bir vacib məsələ aydınlaşdırılmamışdır.
13.20. Mədənin motorikası
Mədənin ehtiyat və nəqliyyat funksiyası. Mədənin əzələ
fəallığı onun üç əsas funksiyasının yerinə yetirilməsini təmin edir:
1) Qidanın qorunmasını, 2) Onun yerləşdirilməsi və xır-
dalanmasmı və 3) Onikibarmaq bağırsaqda hərəkətini - eva-
kuasiyasım təmin edir.
Mədənin əzələsi üç qatdan ibarətdir: xarici uzunsov, orta
dairəvi və daxili çəp əzələ qatlarından. Əzələ qatları arasında və
onun altında mədənin xüsusi sinir kələfi - Averbax və Meysner
kələfləri yerləşir. Kələflərə stimulyasiya və inqibirə edən
mediatorlar ifraz edən lifləri daxil olur.
Mədənin əsas vəzifəsi - ona daxil olan qida üçün anbar
vəzifəsi yerinə yetirməkdir. Qida borusundan qida kütləsi mədəyə
daxil olana qədər onda təzyiq aşağı düşür. Belə ki, hormonların
təsiri altında mədənin elastikliyi və həcmi artır. Mədənin tədricən
tonik yığılması nəticəsində qida tədricən mədənin çıxacağına doğru
yerini dəyişir. Mədənin boşalması vege- tativ sinir sistemi,
intramural sinir toru və hormonları tərəfindən tənzim olunur. Azan
sinirin kəsilməsi zamanı mədənin pe- ristaltikası əhəmiyyətli
dərəcədə zəifləyir və mədənin boşalması ləngiyir. Mədənin
peristaltikası xolesistokinin hormonunun və xüsusi ilə qastirin
hormonunun təsirilə qüvvətlənir. Lakin
235
downloaded from KitabYurdu.org
sekretin qlükaqon, samostatin hormonlarının təsirindən isə
sıxışdırılır. Mədə və onikibarmaq bağırsaq arasında təzyiq fərqi
hesabına qida bağırsağa daxil olur.
Mədənin şirə ifrazı. İonlar və makromolekullar olan mədə
vəziləri sutka ərzində 2-3 litr mədə şirəsi ifraz edir. Bundan başqa
mədə qana qastrin ifraz edir. Mədə şirəsi ac və dolu olanda ifraz
olunur. Mədə tərəfindən ifraz olunan turşu (HC1) zülalları
denaturasiya edir və pepsinogeni fəallaşdıraraq onu zülalları
hidroliz edən və bakteriosid təsirə malik olan pepsinə çevirir. Mədə
tərəfindən ifraz olunan selik mədənin divarını örtür, selikli qişanı
qoruyur və humusu əhatə edir.
Nəhayət, mədə şirəsində vitamin Bi
2
-nin sorulmasına səbəb
olan daxili amil olur (mikroprotein və foli turşusu), selikli mədəni
az miqdarda maddələr, məsələn, alkoqol (çox hissəsi mədədə)
sorulur.
Mədə üç şöbəyə: 1) kardial - mədənin girəcəyi, 2) Mədənin
dibi və cismi - mədənin %-ni təşkil edir. Buranın örtük hüceyrələri
HC1 turşu, əsas hüceyrələri pepsinogen I,II sekresiya edir; 3) Pilorik
şöbə - mədənin 15-20%-ni təşkil edir. Bo- rulu hüceyrələri selik
ifraz edir. Bu şöbənin xarakter xüsusiyyətini qastirin sekresiya edən
G-hüceyrələrinin olmasıdır.
13.21. Mədə sekresiyasının tənzimi
Azan sinirin cərrahi yolla kəsilməsi və ya mədənin G-
hüceyrələri olan antral hissəsinin çıxarılması bazal sekresiyanın tam
olaraq dayanmasına səbəb olur, buradan belə çıxır ki, o qastrinlə
stimulyasia olunur və azan sinirin fon tonsundan asılı olur.
Sekresiya üçün adekvat stimul rolunu qidanın qəbulu oynayır.
Qidanın təsiri onun qəbuluna qədər başlayır və qurtarana qədər
davam edir.
Sekresiya prosesi üç fazada baş verir. 1.Beyin fazası və ya
mürəkkəb reflektoru faza. 2. Mədə fazası. 3. Bağırsaq fazası.
Beyin fazası və ya mürəkkəb reflektorlu faza. Bu fazanın
başlanması qidanın qəbulunu gözləmək, o haqda düşün
236
downloaded from KitabYurdu.org
mək, danışmaq, onun görünüşü və qoxusu, nəhayət, dad his- siyatı
ilə əlaqədar olur. Beynin müxtəlif nahiyələrində sinir impulsları
mədəyə azan sinir vasitəsilə verilir. Güman edilir ki, azan sinirin
təsiri ilə xaric olan qastrin sekresiyaya səbəb olur, çünki mədənin
antiral hissəsinin denervasiyası praktiki olaraq sekresiyanı blokada
edir. Bu qarşılıqlı əlaqə 1899-cü ildə İ.P.Pavlov tərəfindən hərtərəfli
öyrənilmişdir (şəkil 6). O öz təcrübəsini ezofaqotomiya edilmiş qida
borusu və kiçik mədə fisiulası olan it üzərində aparmışdır. Belə
kiçik mədənin qan damarı və azan sinirlə əlaqəsi qalır, amma selikli
qişanın vasitəsilə böyük mədədən təcrid olunur. Belə heyvan
üzərində aparılan təcrübələrdən aşağıdakı nəticələr alınmışdır. 1.
“Yalançı qidalandırma” hansı ki, bu zaman udulmuş qida mədəyə
deyil, qida borusunun kəsilib boyunun dərisinə tikilmiş nahiyəsin-
dən xaricə tökülür. Bu proses reflektoru olaraq təçrid olunmuş
mədədən çoxlu mədə şirəsi ifrazına səbəb olur (Beyin fazası şərtsiz
reflektoru faza).
2. Əgər itin qidalanması həmişə zəng səsi ilə müşayiət
olunursa, onda bir neçə gündən sonra ancaq təkcə zəng səsi uyğun
gələn fistuldan tüpürcək və mədə şirəsi ifrazına səbəb olur (beyin
fazası şərti reflektoru komponenti). Bu təcrübələr şərti refleksləri
öyrənməyin əsasını qoydu.
Mədə fazası. Mədə şirəsi ifrazına ona daxil olan qidanın
təsirindən mədənin divarının gərilməsi və qidanın tərkibində olan
kimyəvi komponentlərin təsiri səbəb olur. Mədənin gərilməsi
nəticəsində əmələ gələn siqnallar sinir yolu ilə, yəni afferent və
efferent siqnallar - azan sinir və yerli intramural reflekslər vasitəsilə
nəql olunur. Kimyəvi stimulyasiya qastri- nin ifrazı ilə həyata
keçirilir. Mədə fazasında şirənin ifrazı üçün əsas kimyəvi
stimulyator rolunu zülalların həzm məhsulları - peptidlər,
oliqopeptidlər və amin turşuları, xüsusilə trip- tofan və fenilalanin,
həmçinin kalsi və digər maddələr, o cümlədən Mg
2+
ionları, alkoqol
və kofein oynayır.
Bağırsaq fazası. Nazik bağırsağın gərilməsi və orda iştirak
edən zülalların həzmolunma məhsulları, həmçinin mədə
sekresiyasını stimulyasiya edir. Stimulyasiyanın mexanizmi,
Dostları ilə paylaş: |