Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


  downloaded from KitabYurdu.org 13.5. Mədə-bağırsaq traktının hormonları və peptidləri



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə19/56
tarix28.06.2020
ölçüsü4,1 Mb.
#32184
1   ...   15   16   17   18   19   20   21   22   ...   56
-kitabyurdu.org--Insan ve heyvan fiziologiyasi- II hisse


205 

downloaded from KitabYurdu.org



13.5. Mədə-bağırsaq traktının hormonları və peptidləri 

Mədə-bağırsaq  traktı  həm  onu  təmin  edən  hormonların 

təsirinin müxtəlifliyinə, həm də nəticənin diapozonuna görə daha 

çox hormonların təsirinə məruz qalan orqanlara aid edilir. Hazırkı 

vaxtda mədə-bağırsaq traktında və mədəaltı  vəzidə selikli mədə-

bağırsaq  traktının  fəaliyyəti  üçün  mühüm  olan  hormonlar  və 

peptidlər  hazırlayan  18  növ  hüceyrə  müəyyən  edilmişdir.  Mədə-

bağırsaq  traktının  klassik  hormonlarına  qa-  strin,  sekretin  və 

xolesistokinin  aid  edilir;  spesifik  amillərin  təsiri  ilə  qana  ifraz 

olunan bu maddələr müəyyən effektor orqanlara təsir edir. Son illər 

həmçinin hormonlar kimi təsir edən bir sıra mədə-bağırsaq traktma 

bioloji  fəal  peptidlərin  olduğu  isbat  edilmişdir  (cədvəl  1.1).  Bu 

peptidlərin  bir  çoxu  parakrin  yolla  təsir  edir,  b.s.  əmələ  gəldiyi 

hüceyrədən, qonşu effektor hüceyrəyə daxil olur. Digər peptidlər 

neyrokrin yolla təsir edir; b.s. sinir uclarından onlar təsir etdiyi yerə 

xaric olur. Əvvəllər belə hesab edirdilər ki, bir sıra neyropeptidlər 

(enke-  falin,  endorfınlər)  ancaq  beyində  olur,  lakin  indi  onların 

resep-  torları  bağırsaqlarda  da  tapılmışdır.  Hormonlar  və 

peptidlərin ifraz olunması azan sinirin iştirakı ilə baş verir. Bundan 

başqa,  mədə-bağırsaq  traktının  endokrin  hüceyrələri  bağırsağın 

boşluğunda spesifik maddələrlə təsirdə olan reseptorlara malikdir. 

Bu  maddələrin  təsiri  ilə  hüceyrənin  bazal  hissəsindən  hormonla 

dolu qranulalar xaric olur və sonra kapillyarlara daxil olur. Mədə-

bağırsaq  traktının  hormonlarının  əmələ  ğəlməsinin  tənzimi  digər 

endokrin  sistemlərindən  onunla  fərqlənir  ki,  bu  hormonların 

sekresiyası həmin hormonların qatılıgmdan daha çox, peptidlərin 

qanda  endokrin  hüceyrələri  ilə  həzm  traktında  qidanın 

komponentlərinin qarşılıqlı təsirindən asılı olur. 

Mədə-bağırsaq  traktının  hormonları  və  peptidlərini 

aminturşusu ardıcıllığına görə iki qrupa ayırmaq olar. Birinci qrupa 

beş eyni aminturşusu qalığına malik olan qastrin və xolesistokinin 

aiddir. 


Hər  iki  birləşmə  hüceyrənin  səthində  olan  eyni  reseptora 

oxşar nəticə ilə təsir edir, lakin onların təsirinin effektliyi re- 



206 

downloaded from KitabYurdu.org



septorların spesifikliyindən asılı olaraq ola bilsin ki, müxtəlif ola 

bilər.  Belə  ki,  məsələn,  qastrin  pariyetal  hüceyrələrə  xolesi- 

stokininə  nisbətən  qüvvətli  təsir  edir,  xolesistokinin  isə  öd  ki-

səsinin yığılmasına qastrinlə müqayisədə daha qüvvətli təsir edir. 

İkinci qrupa hormonlara və peptidlərin daha xarakter nümayəndəsi 

sekretin hesab edilir. Elə bu qrupa həm  də vazo-  aktiv intestinal 

polipeptid,  qlükogen  və  qlükozadan  asılı  insu-  linotrop  peptid 

daxildir  -  hamısı  polipeptid  zəncirdə  eyni  cür  aminturşusu 

ardıcıllığının  olmasına  görə  sekretinlə  yaxındır.  Bu  iki  qrupun 

hormonları  bir  halda,  biri-birinə  nəticələr  effektlərinə  qarşı 

antaqonist kimi, digər halda sinergist kimi təsir edir. Sinergistliyə 

misal  -  bu  hormonların  mədəaltı  vəzinin  asinus  hüceyrələrinə 

təsirini  göstərmək  olar  (şəkil  4).  Mədəaltı  vəzinin  fermentlərinin 

ifrazını həm birinci qrupun hormonları (qastirin və xolesistokinin), 

həm də az dərəcədə ikinci qrupun bir az sıra hormonlar (sekretin 

və VİP) stimulyasiya edir. Nəticədə bütün bu “birinci vasitələrin” 

onların  reseptorları  ilə  qarşılıqlı  təsiri  nəticəsində  kalsiumun 

(qastrin,  xolesistokinin)  hüceyrədaxili  qatılığı  artır  və  ya  SAMF 

(sekretin və VİP) əmələ  gəlməsi  çoxalır. Öz növbəsində axırıncı 

“ikinci vasitəsi” kimi təsir edərək mədəaltı vəzinin hüceyrələrinin 

fermentlərini sekresiyasını stimulyasiya edir. 

Sekretin


 

Vazoaktiv

 

İoteııstına



l

 

Polipeptid



 

|

B



 

Asetilxolin

 

n

 



Xolesistokinin!  [“} 

Qastrin j [_$

 

 

Fermentin 



sekresiyası 

Şəkil  4. 

Fermentlərin  müxtəlif  hormonlar,  mediyatlar  vasitəsilə 

sekresiyasının stimulyasiyası və onların təsirinin hüceyrədaxili mexanizmi 

207 

downloaded from KitabYurdu.org



Cədvəl 1.1 

Mədə-bağırsaq traktının hormonları və bioloji fəal peptidləri 

Hormonlar

 

Əsas funksiyalar

 

Qastrin

 

Sekretin

 

Xolesistokinin

 

Mədə  sekresiyasını  stimulyasiya  edir  və  troftik 



effektə səbəb olur.

 

Mədəaltı  vəzin  sekresiyasını  stimulyasiya  edir 



(bikarbonat).

 

Mədəaltı  vəzinin  sekresiyasını  və  öd  kisəsinin 



yığılmasını stimulyasiya edir (fer- mentləri).

 

Bioloji fəal peptidlər (hormonların 



namizədləri) Somotostatm 

pankraatik po- lipeptid uroqastron 

Enteroqlyukaqon

 

Neyrotenzin

 

QİP (qlükozadan asılı insuli- notrop 

peptid)

 

Sekresiyanı zəiflədir (mədə, mədəaltı vəzi).

 

“ ” (mədəaltı vəzinin şirəsini, ödü). “ ” (mədənin).

 

“  ”  (mədənin  mədəaltı  vəzinin),  öd  ifrazını 



stimilyasiya edir.

 

Mədənin sekresiyası və boşalmasını zəiflədir.

 

İnsulinin ifrazına səbəb olur.

 

13.6.  Mədə-bağırsaq traktmm motorikası 



Peristaltikanın  növləri.  Mədə-bağırsaq  traktında  həzm  və 

sorulma, onların əzələlərinin yığılma və boşalması ilə əlaqədər olan, 

onun  divarının  konfiqurasiyasını  daha  yüksək  dərəcədə 

dəyişməsindən asılı olur. 

Peristaltikanın əsas növləri şəkil 5-də göstərilib. 

Qida kütləsinin ağız dəliyindən, anal dəliyinə doğru hərəkəti 

dairəvi və uzunsov əzələlərin bağırsaq boyu dalğavarı yığılması ilə 

əlaqədə  olub,  daha  doğrusu  onu  həm  ritmik  yığılma,  həm  də 

boşalma dalğası müşayiət edir. 

Qida  kütləsinin  həzm  şirəsi  ilə  qarışması.  Kiçik  olmayan 

bağırsaq  sahəsində  baş  verən  ritmik  seqmentasiya  sayəsində 

mümkün olur. Seqmentasiya bir-birinə yaxın olan bağırsağın gah bu 

və gah da digər sahələri arasında üzükvarı və ya dairəvi əzələlərin 

növbələşən  yığılması  və  boşalması  sayəsində  baş  verir.  Çünki 

bağırsağın yuxarı hissəsindən aşağısına doğru yığılma tezliyi azalır 

və qurdabənzər hərəkət sayəsində qida kütləsi 

208 

downloaded from KitabYurdu.org



anal  dəliyə  doğru  tədricən  yerini  dəyişir.  Həzm  boşluğunun 

funksional  cəhətdən  bir-birindən  fərqlənən  nahiyələrin  tonik 

təqəllüsü  və  xüsusi  şöbələrin  (sfinkterlərin)  dövrü  boşalması 

sayəsində bir-birindən ayrılır. Məsələn, mədə ilə bağırsaq arasında 

qida  borusunun  aşağı  sfmkteri  olur,  lakin  qalçabağır-  saqla 

korbağırsaq  arasında  -  ileotsekal  (Bauqineva)  sfınkter  olur.  Bu 

sfinkterlərin təqəllüsü sayəsində qida ancaq bir istiqamətdə hərəkət 

edir.  Peristaltikanın  tənzimi  mədə-bağırsaq  traktının  saya  əzələ 

hüceyrələrin membramndakı sükunət potensialının spontan ritmik 

depolyarizasiya ilə xarakterizə olunur. Bu depolyarizasiya əzələdə 

mexaniki cavaba səbəb olmur, lakin əgər onun üzərinə qısamüddətli 

fəaliyyət potensial əlavə olunursa, onda Ca

+2

 ionlarının hüceyrəyə 



daxil  olması  nəticəsində  əzələ  təqəllüsü  inkişaf  edir.  Təqəllüsün 

qüvvəsi  fəaliyyət  potensialının  qüvvəsindən  asılı  olur.  Bununla 

əlaqədar olaraq əzələnin hər bir təqəllüsü ləng dalğaların yaranması 

ilə  korrelyasiya  olunur.  Ləng  dalğanın  əsas  ritmi  mədə-bağırsaq 

traktının müxtəlif şöbələrində mədədə, onikibarmaq bağırsaqda və 

acıbağırsaqda da dövr edir və buna uyğun olaraq dəqiqədə 3, 12 və 

8 təqəlluş təşkil edir. 

 

 



Peristaltika 

Ritmiki seqmenlasiya 

 

Tonik təqəllüs 



H Qısa məsafəyə 

5

 



itələmə və ya 

f f 



yerdəyişmə yaxud £ ’ 8 

əks peristaltika * 

 

jj^l Bölünmənin ^ 



Şəkil 5. Mədə-bağırsaq traktının peristaltikasının növləri və 

onların funksional əhəmiyyəti. 



209 

downloaded from KitabYurdu.org



13.7.  Bağırsaqda nəqliyyatın əsas mexanizmləri 

Bağırsağın  əsas  funksiyası  -  suyun,  mineral  maddələr  və 

həzm  olunmuş  qida  maddələrinin  məhsullarının  sorulmasıdır.  Bu 

prosesdə  nazik  və  yoğun  bağırsaqlar  müxtəlif  funksiyalar  yerinə 

yetirirlər. Nazik bağırsaqların əsas funksiyası- energetik materialın, 

su,  mineral  duzların,  öd  turşusu  və  vitaminləri  nəql  etməsidir. 

Yoğun  bağırsaq  kal-nəcis  üçün  rezervuar  rolu  oynayır,  həmçinin 

bağırsaqdan mayenin sorulmasınm tənzimində mühüm rol oynayır. 

Nazik və yoğun bağırsaqlar arasında anatomik və funksional fərqlər 

olmasına baxmayaraq, onların epitelindən nəqliyyatın mexanizmi 

prinsip üzrə eynidir. 

Suyun sorulması  - mədə-bağırsaq traktı boyunca suyun hər 

iki istiqamətdə daşınması-selikli qişa səthindən, seroz qişa səthinə 

doğru (sorulma) və seroz qişa səthindən selikli qişa səthinə doğru 

(sekresiya) - bu, təmiz passiv xarakter daşıyır. Aydındır ki, suyun 

hüceürələrarası  daşınması  daha  mühüm  əhəmiyyətə  malikdir. 

Suyun  transepitelial  daşınması  üçün  hərəkətverici  qüvvə 

natriumun  bağırsağın  məsaməsi  ilə  hü-  ceyrəarası  sahədə  fəal 

nəqliyyatı zamanı yaranan hidrostatik və əsasən osmotik qradiyent 

xidmət edir. 

Natriumun  hüceyrədən  bazolateral  membrandan  fəal  xaric 

edilməsi  nəticəsində  hüceyrəarası  maye  hipertonik  olur.  Suyun 

cərəyanı  hüceyrəarası  boşluqda  hidrostatik  təzyiqin  qradiyentini 

yaradır. Beləliklə, məhz hüceyrəarası boşluqda yaranan hidrostatik 

təzyiq  suyun  və  həllolunmuş  maddənin  subepitelial  kapillyara 

hərəkəti  üçün  hərəkətverici  qüvvə  rolunu  oynayır  və  bu  hərəkət 

ancaq  hidrostatik  təzyiq,  kapill-  yarlarında  olan  fıltrasiya 

təzyiqindən  çox  olanda  mümkün  olur.  Mineral  duzlar  və  suyun 

bağırsağın  boşluğuna  maddələrin  ifraz  olunması  seroz  səthindən 

selikli  səthə doğru əks  istiqamətə nisbətən çoxlu  maye daşınanda 

müşahidə  edilir.  Bu  proses  mayenin  cərəyanın  selikli  səthindən 

serozlu  səthə  doğru  az  olduğu  zaman  mümkündür.  Bir  halda  ki, 

suyun  daşınması  -  tam  passiv  prosesdir,  ona  görə  də  sorulmanın 

sekresiyaya çev 



210 

downloaded from KitabYurdu.org



rilməsi  üçün  osmotik  və  hidrostatik  qradiyentin  istiqaməti 

dəyişməlidir.  Beləliklə,  suyun  sekresiyası  üçün  həmişə  elektro- 

litlərin sekresiyası xidmət edir. Mayenin sekresiyası üçün bir neçə 

mümkün mexanizm mövcuddur: 1) anionlarm fəal sekresiyası; 2) 

fəal  sorulmanın  zəifləməsi;  3)  bağırsağın  mənfəzində  yüksək 

osmolyarlığın  olması;  4)  seroz  səthdə  hidrostatik  təzyiqin 

yüksəlməsi;  5)  ionlar  üçün  sıxtəmasların  keçiriciliyinin  artması. 

Elektrolitlərin  fəal  sekresiyasında  mərkəzi  rolu  AMF  (SAMF) 

oynayır. 

13.8.  Aclıq, toxluq və 

susuzluğun fizioloji 

əsaslan 

Orqanizmin qida maddələrinə olan tələbi fizioloji bir proses 

olan  aclıq  nəticəsində,  yəni  orqanizmin  qəbul  etdiyi  qida 

maddələrinin  miqdarını  dövran  edən  qanda  və  depoda 

azalmasından sonra üzə çıxır. 

Aclıq  subyektiv  olaraq  xoşagəlməz  hisslərin:  ürək  qalxma, 

baş  ağrısı,  baş  gicəllənməsi,  ümumi  zəiflik  və  s.  əmələ  gəlməsi 

özünü  göstərir.  Aclıq  obyektiv  olaraq,  aclıq  hissini  aradan 

qaldırmaq üçün, qida axtarışına xidmət edən davranış reaksiyasıdır. 

Aclığın istər obyektiv, istərsə də subyektiv olaraq hiss olunmasına 

səbəb,  mərkəzi  sinir  sisteminin  müxtəlif  şöbə  və  səviyyələrində 

yerləşmiş  neyronların  qıcıqlanmasıdır.  İ.P.Pavlov  bu  neyronların 

cəmini həzm mərkəzi adlandırmışdır. Bu mərkəzin vəzifəsi qidanın 

axtarışı və qəbulu ilə əlaqədar həzm davranışını tənzim etməkdir. 

Həzm  mərkəzi-mürəkkəb  hipotalamo  -  limbiko-retikulokortikal 

sistemdir.  Bütün  həzm  mərkəzinin  aktivasiyası  hipotalamusun 

lateral  nüvəsinin  oyanması  ilə  başlayır.  Belə  ki,  hipotalamusun 

lateral nüvəsinin dağılması qidadan imtina etməyə (Afaqiya) səbəb 

olduğu  halda,  onun  qıcıqlanması  isə  güclü  qida  tələbinə  (hiper- 

faqiyaya) səbəb olur. Yuxarıda qeyd olunanlara əsaslanaraq, demək 

olar  ki,  hipotalamusun  lateral  nüvəsində  aclığı  hiss  edən  mərkəz 

yerləşir. 



211 

downloaded from KitabYurdu.org



Hipotalamusun  ventiromedial  nüvəsinin  dağıdılması  hi- 

perfaqiyaya,  onun  qıcıqlandırılması  isə  afaqiyaya  səbəb  olur. 

Deməli, hipotalamusun ventiromedial nüvəsində toxluğu hiss edən 

mərkəz yerləşir. Lakin qida dövranının tənzimində hipotalamusun 

nüvəsində başqa, limbik sistem, torabənzər törəmə, baş, beyin yarım 

kürələrinin  qabığı  da  iştirak  edir.  Hipotalamusun  həzm  mərkəzi 

nüvələri  qanın  tərkibinin  dəyişilməsindən  və  müxtəlif 

reseptorlardan  daxil  olan  qıcıqların  təsirindən  ya  oyanır,  ya  da 

tormozlanır. Belə ki, ac heyvana tox heyvanın qanmı köçürdükdə 

aclıq  hissinin  söndüyü  müşahidə  edilir.  Qanda  olan  müxtəlif 

maddələrin  miqdarından  asılı  olaraq,  ya  aclıq,  ya  da  toxluq  hissi 

çıxır. Aşağıda adları verilmiş nəzəriyyələr bunu təsdiq edir. 

1. Qlukostatik  nəzəriyyə  -  qanda  qlükozanm  miqdarının 

azlığına əsaslanır. Qlükozanm qanda azlığı aclığa səbəb olur. 

2. Aminostatik  nəzəriyyə  -  qanda  amin  turşularının  artması 

qida mərkəzi neyronlarmın oyanmasına təsir edir. 

3. Termostatik  nəzəriyyə  -  hipotalamusun  nüvələrini  yuyan 

qanın temperaturuna əsaslanır. 

4. Hidrostatik  nəzəriyyə  -  aclıq  hissini  suyun  azlığı  ilə 

əsaslandırır. 

5. Metabolik  nəzəriyyə  -  bütün  qida  maddələrinin  par-

çalanması  zamanı  əmələ  gələn  krebs  tsiklinin  aralıq  məhsulları 

qanda dövr edərək, heyvanın qidaya qarşı oyanmasına səbəb olur. 

Onikibarmaq bağırsağın selikli qişasında sintez olunan peptid 

arentirin  maddəsi  iştahın  zəifləməsinə  səbəb  olur.  İnter-  sistal 

hormon - xolesistokinin-pankrezimin də iştahı tənzim edir.  • 

Qida mərkəzinin tənzimində təkcə qanın kimyəvi tərkibinin 

dəyişməsi deyil, həm də həzm traktmm reseptorlarından daxil olan 

afferent təsirlər də mühüm rol oynayır. Azan siniri və qarın siniri ilə 

həzm traktından MCC daxil olan afferent qıcıqlar aclıq və toxluq 

hissinin formalaşmasına səbəb olur. 

Şübhəsiz, qida mərkəzinin tənzimi həm qanın tərkibi ilə, həm 

də həzm traktmm müxtəlif nahiyələrindən gələn sinir siq 

212 

downloaded from KitabYurdu.org



nalları  ilə  müəyyən  edilir.  Qidanın  qəbulu  aclığın  əksinə  olaraq 

toxluq vəziyyətinə səbəb olur. Bu, hələ qana həzm olunmuş qida 

məhsulları  daxil  olana  qədər  yaranır.  Belə  toxluğa  birinci  və  ya 

sensor  toxluq  deyilir.  Sensor  toxluq  qida  mərkəzinin 

tormozlanmasına  səbəb  olur  və  mürəkkəb  reflektoru  təbiətə 

malikdir. Qana həzm olunmuş qida maddələrinin məhsulları daxil 

olduqdan sonra sensor toxluq, ikincili və ya təbii toxluq- la əvəz 

olunur. 


Beləliklə,  hipotalamusun  lateral  nüvəsində  aclıq  mərkəzi, 

ventromedial nüvəsində toxluq mərkəzi yerləşir. 



Susuzluq.  Orqanizmdə  kimyəvi  təmiz  su  olmur.  Bədəni-

mizdə üç cür su olur. 

1) Üzvi və qeyri-üzvi maddələrin həlledicisi olan sərbəst su; 

2) kalloidlərin işlənməsinə səbəb olan birləşmiş su; 3) zülalların, 

yağların  və  karbohidratların  oksidləşməsi  zamanı  xaric  olan 

molekuldaxili su. Yaşlı adamlarda sutkalıq suya olan tələbat 2,2-

2,8  1  qədər  olur.  Orqanizmə  su  az  daxil  olduqda  susuzluq  hiss 

olunur.  Buna  səbəb  suyun  miqdarının  azlığı  zamanı  osmotik 

təzyiqin  yüksəlməsi  nəticəsində  xüsusi  osmo-  reseptorların 

oyanmasıdır.  Osmoreseptorlar  hipotalamusda  və  bir  sıra  daxili 

üzvlərdə  olur.  Baş-beyində  qida  mərkəzinin  analoqu  olan  “su 

mərkəzləri” vardır. Su mərkəzi - neyronlarm bir-birilə funksional 

birləşmiş  sistemi  olub,  su  mübadiləsini  tənzim  edən  baş-beyin 

yarımkürələrinin qabığında, qabıqaltı nüvələrdə və hipotalamusun 

nüvələrində  yerləşir.  Lakin  hipotalamusun  pozulmasından  sonra 

susuzluq  hissinin  yox  olması  su  dövranının  tənzimində  mərkəz 

rolunun hipotalamusa məxsus olduğunu göstərir. 

13.9.  Həzm üzvlərinin 

fəaliyyətinin öyrənilməsi 

metodları 

Həzm üzvlərinin fəaliyyətini öyrənmək üçün bir sıra üsullar 

tətbiq edilmişdir. 

İlk dövrlərdə insanlar cərrahiyyə əməliyyatları zamanı 



213 

downloaded from KitabYurdu.org



mədə-bağırsaq  sisteminin  fəaliyyəti  haqqında  məlumatlar  əldə 

etmək  üçün,  heç  bir  düzgün  nəticə  verə  bilməyən  müşahidə 

üsulundan istifadə etmişlər. 

Bizim  eranın  əvvəllərində  yaşamış  K.Qalen  (130-201) 

mədənin  depo,  qidanı  xırdalaması  və  hərəkət  etdirməsi  haqqında 

məlumat  vermişdir.  Hələ  200  il  bundan  əvvəl  mədənin  motor 

evakuator funksiyası haqqında eksperimentlər aparılmışdır. Haller 

(Haller, 1760) duru maddələrin  mədənin  pilorik hissəsindən asan 

keçdiyini,  bərk  maddələrin  isə  keçmədiyini  müəyyən  etmişdir. 

Amerikan  alimi  Bomon  (1833)  mədəsi  yaralı  xəstə  üzərində 

apardığı  təcrübələrlə  maraqlı  məlumatlar  əldə  etmişdir.  Həzm 

borusunun  öyrənilməsi  tarixində  mədənin  motor  funksiyasının 

tədqiqi üçün Kennonun (1911) rentgeno- loji üsulla apardığı işlərin 

xüsusi yeri vardır. 

Lakin  İ.P.Pavlovun  rəhbərliyi  altında  yerinə  yetirilən  və 

həzm  traktının  öyrənilməsi  epoxasının  əsasını  təşkil  edən  işləri 

nəzərə  almadan,  həzm  sahəsində  aparılan  tədqiqatları  qiymət-

ləndirmək düzgün olmaz. 

İ.P.Pavlova  qədər  həzm  üzvlərinin  fəaliyyətini  analitik- 

kəskin  təcrübə  üsulu  ilə  öyrənmişlər.  Bu  məqsədlə  təcrübə  ya 

narkoz  altında  və  yaxud  da  beyin  yarımkürələrinin  fəaliyyətinin 

aşağı  salınması  şəraitində  həzm  üzvlərinin  fəaliyyəti  öyrənilirdi. 

Belə şəraitdə heyvanın qarın boşluğu açılır, öyrəniləcək üzv və ya 

vəziyə  kanyula  keçirdib,  sinirləri  qıcıqlandırmaqla  və  ya  qana 

xüsusi  maddələr  yetirməklə  ifraz  olunan  şirənin  tərkibini 

öyrənirdilər.  Belə  təcrübə  şəraitində  orqanizm  zədələnir,  onun 

tamlığı  pozulur  və  həzm  üzvlərinin  normal  fəaliyyətini  tədqiq 

etmək mümkün olmur. 

I.P.Pavlov  və  onun  tələbələri  həzm  üzvlərinin  normal  fəa-

liyyətini  öyrənmək  üçün  tətbiq  edilən  yeni  üsul  sintetik-xroniki 

tədqiqat sayəsində böyük müvəffəqiyyətlər əldə etmişlər. 

Hələ  1842-ci  ildə  rus  həkimi  V.A.Basov  mədənin  sekretor 

vəzifəsini  öyrənmək  üçün  mədə  fıstulası  metodunu  tətbiq  edir. 

Bundan bir qədər sonra xarici alimlərdən Tiri-Vella, Hayden Hayn 

və başqaları həzm üzvlərinin fəaliyyətini öyrənmək üçün müxtəlif 

üsullar kəşf edirlər. 



214 

downloaded from KitabYurdu.org



İ.P.Pavlov fistula üsulunu təkmilləşdirir və yüksək dərəcədə 

inkişaf etdirir. O, fizioloji cərrahiyyə üsulunu irəli sürməklə həzm 

üzvlərinin  fəaliyyətində  sinir  sisteminin  rolunu  dərindən 

öyrənmişdir. 

İ.P.Pavlov  həzm  üzvlərinin  sekretor,  sorulma  və  motor 

vəzifələrini normal  şəraitdə öyrənmək məqsədilə müxtəlif üsullar 

təklif etmişdir. Məsələn, 1879-cu ildə mədəaltı  vəzinin fəaliyyəti, 

1895-ci  ildə  tüpürcək  fıstulası,  1902-ci  ildə  öd  axarlarına  fıstula 

borusu  qoyulması  kimi  təcrübələrlə  müxtəlif  qidaların  təsiri 

şəraitində həzm vəzilərinin fəaliyyətini düzgün öyrənməyə imkan 

vermişdir. 

Həmin  üsul  vasitəsilə  istənilən  vaxt  həzm  üzvlərinin  fəa-

liyyətini öyrənmək mümkün olur. 

Həzmin  fiziologiyası  sahəsində  apardığı  tədqiqatlara  görə 

I.P.Pavlova Nobel mükafatı verilmişdir. 

Hazırda  ağrısız  üsullar  işlənib  hazırlanmışdır  ki,  bunlar 

sağlamlığa zərər yetirmədən adamların üzərində geniş tətbiq edilir. 

Mədə  və  onikibarmaq  bağırsağa  zond  adlanan  rezin  boru 

yeritməklə,  mədə  və  bağırsaq  şirəsi  almaq  üçün  istifadə  edilən 

zondlama üsulu hamıya məlumdur. 

Hazırda  həzm  sistemini  öyrənmək  üçün  klassik  üsullarla 

yanaşı  elektrofizioloji,  rentgenoqrafıya,  radiotelemetrik,  endo- 

skopiya,  ultra  səs  dalğası,  immunoloji,  morfoloji  və  biokimyəvi 

üsulların son nailiyyətlərindən geniş istifadə olunur. 

Radioelektronikanm inkişafı ilə əlaqədar olaraq həzm sistemi 

orqanlarının  funksiyasını  öyrənmək  üçün  yeni  imkanlar  mümkün 

olmuşdur.  Belə  ki,  elektrodu  qarın  dərisinin  üstünə  qoyub,  onu 

cərəyan  mənbəyi  və  elektriki  ölçən  cihazlarla  əlaqələndirsək, 

mədənin saya əzələlərinin yığılması zamanı yaranan biotoku qeyd 

etmək olar. Bu üsul elektroqastroqrafıya adını almışdır. 



215 

downloaded from KitabYurdu.org



Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin