12.23. Süni tənəffüs
Suda boğulmuş, elektrik cərəyanı vurmuş, qazla zəhər-
lənmiş adamlarda tənəffüsü və ürəyin ritmini bərpa etmək
193
downloaded from KitabYurdu.org
üçün aşağijdakı üsullardan istifadə olunur:
1) Xüsusi nasos vasitəsilə ritmik olaraq hava ağciyərlərə
yeridilir.
2) Əgər nasos olmazsa, adamı arxası üstə uzadıb, başını bir
qədər geri əyirlər. Sonra dirsəkdən aşağı hissədən tutaraq onun
qollarını iki-üç saniyə döş qəfəsinə sıxır və beləliklə, onun həcmini
azaldaraq daxilindəki havanı bayıra qovurlar. Nəfəsalma əmələ
gətirmək üçün qolları dairəvi hərəkətlə yuxarı qaldırırlar. Bu üsul
praktikada daha geniş tətbiq edilir.
3) Döş qəfəsinin ritmik sıxılması və genişlənməsi ilə
həyata keçirilir. Bunun üçün adamı üzüüstə uzadıb başını yana
çevirirlər. Süni tənəffüs verən adam elə oturur ki, şəxsin gövdəsi
onun iki dizi arasında qalsın. Əvvəlcə hər iki əllə döş qəfəsi böyük
qüvvədə sıxılır ki, nəfəsvermə baş versin. Sonra əlləri döş
qəfəsindən götürürlər ki, döş qəfəsi genişlənsin və nəfəsalma baş
versin.
Son zamanlar tənəffüsü təmin etmək üçün «dəmir ağciyəri)
adlanan cihazdan istifadə edilir. Bunun üçün zərər çəkmiş adamı
həmin kameraya yerləşdirib, sonra baş və boyunu kameradakı
deşikdən xaricə çıxarırlar. Kompressorun köməyilə kamerada
təzyiqi azaltdıqda hava ağciyərlərə daxil olur, təzyiq artıqda isə döş
qəfəsi sıxılır və hava ağciyərlərdən xaricə qovulur.
194
downloaded from KitabYurdu.org
XIII FƏSİL
HƏZM
13.1. Mədə-bağırsaq sisteminin funksiyaları
Mədə-bağırsaq traktımn əsas vəzifəsi - qidanı qana sorub
digər orqanlara nəql oluna bilən molekulalara çevirməkdir.
Bu proses qidanı həzm şirəsinin iştirakı ilə mexaniki dəy-
işikliyə (xırdalanma, qarışdırma, hərəkətetdirmə və yerləşdirmə)
uğratma və ifrazı ilə başlayır. Həzm şirəsində olan fer- mentlər
zülalları, yağları və karbohidratları sorula bilən daha kiçik hissələrə
parçalayır. Həzmin son məhsulları, su, mineral duzlar və
vitaminlərlə birlikdə bağırsağın selikli qişasının hüceyrələrinin
məsaməsindən qana və limfaya sorulur.
Ağız
Tüpürcək vəzləri
Qidaborusu
Qaraciyər
Öd kisəsi
Onikibarmaq
bağırsaq
Qalxan yoğun
bağırsaq
Düzbağırsaq
Qulaqyanı vəzi
Mədə
Mədəaltı vəzi
Acı bağırsaq
Qalca bağırsaq
nus
Şəkil 1.
Həzm və sorulmada iştirak edən üzvlərin quruluşu.
195
downloaded from KitabYurdu.org
Mədə-bağırsaq sistemi ağız dəliyini, anal dəliyi ilə birləşdirən
bir boruya bənzəyir və ağız boşluğu, udlaq, qida borusu, mədə,
nazik və yoğun bağırsaqlardan ibarətdir. Mədə-bağırsaq traktına bir
çox orqanların, o cümlədən ağız suyu, mə- dəaltı vəzi və qaraciyərin
sekresiya məhsulları daxil olur (şəkil
1)
. Həzm borusunun divarı onun ayrı-ayrı şöbələrinin müxtəlif
funksiyalar yerinə yetirməsinə baxmayaraq, eyni bir plan üzrə
qurulmuşdur (şəkil 2).
Şəkil 2. Həzm traktının ümumi sxemi.
Mədə-bağırsaq traktının bir şöbəsi əsasən qidanın nəql olunmasına
(ağız boşluğu və qida borusu), digərləri anbar və
Öd kisə
196
downloaded from KitabYurdu.org
zifəsi (mədə və yoğunbağırsaq) və üçüncülər isə qidanın həzmi və
sorulmasına xidmət edir.
Bu funksiyaların yerinə yetirilməsi: 1) bir sıra hormonlar və
bioloji fəal maddələrin (peptidlərin); 2) saya əzələ hüceyrələrinin
yığılma fəallığı hesabına; 3) vegetativ sinir sistemi vasitəsilə həyata
keçirilir.
Həzm borusunun normal funksiyasının pozulması müxtəlif
xəstəliklərə və kliniki dəyişikliklərə səbəb ola bilər: həzm və
sorulmanın pozğunluğuna öyümə, qusma, köp, ishal, turşuluğun
artması, kökəlmə və s.
Xarici mühitdən orqanizmə daxil olan qida maddələrinin
qana və limfaya daxil olmasını nazik bağırsaqların divarında
yerləşən xovlar təmin edir.
Mürəkkəb qida maddələri həzm üzvlərinə düşdükdə fiziki,
kimyəvi dəyişikliklərin təsiri altında onlar suda əriyə bilən sadə
hissələrə parçalandıqdan sonra hüceyrələrin mənimsəyə biləcəyi
yararlı hala keçib bağırsaqlardan qana və limfaya sorulurlar ki, bu
mürəkkəb fizioloji prosesə həzm deyilir.
Heyvanat aləminin təkamülündə həzm üzvləri mürək-
kəbləşmiş və inkişaf etmişdir (şəkil 1). İnkişafın müxtəlif dövr-
lərində həzm prosesi üç formada təzahür etmişdir: 1) hü-
ceyrədaxili həzm; 2) hüceyrəxarici həzm; 3) membran həzmi (şəkil
17).
Hüceyrədaxili həzm. Həzm prosesinin ən sadə forması olub,
təkhüceyrəlilərdə və ibtidai çoxhüceyrəli heyvanlarda təsadüf
edilir. Təkhüceyrəlilərdə həzm zamanı hüceyrə am- yöbvarı hərəkət
zamanı yalançı ayaqcıqlar çıxarıb qidanı əhatə edib öz içərisinə alır.
Ali sinif heyvanlarda və insanda, hüceyrədaxili həzmə malik
olan qan və limfada sərbəst hərəkət edən ağ qan hüceyrələri -
leykositləri misal gətirmək olar.
Hüceyrədaxili həzmi ilk dəfə görkəmli rus alimi
İ.M.Meçnikov (1845-1916) kəşf etmiş və bu prosesə faqositoz adı
vermişdir (faqo - latınca uduram, faqositlər - uducu hüceyrələr
deməkdir).
Leykositlər orqanizmə düşən yad cisimciklərə, orqanizm
197
downloaded from KitabYurdu.org
də dağılmış hüceyrələrə, xəstəlik törədən mikroorqanizmlərə qarşı
mübarizə aparır, onları udur və zərərsizləşdirirlər.
Hüceyrəxarici həzm. Hidralar - bağırsaqboşluqları və bir sıra
başqa ibtidai çoxhüceyrəli heyvanlardan başqa, bütün heyvanlarda,
o cümlədən insanda həzm prosesi hüceyrə xaricində gedir. Belə
həzmə hüceyrəxarici həzm deyilir.
Hüceyrəxarici həzm zamanı qida maddələri həzm borusuna
daxil olub, həzm borusu divarlarında yerləşən həzm vəziləri
tərəfindən ifraz olunan fermentlərin təsiri altında mürəkkəb qidalar
suda əriyə bilən sadə hissələrə qədər parçalanaraq həzm borusunun
divarlarından qana və limfaya sorularaq hüceyrə və toxumaların
istifadəsinə verilir.
Hüceyrə daxili həzmdə olduğu kimi hüceyrə xarici həzmdə
də müxtəlif qidaları kimyəvi dəyişikliyə uğradan daha təsirli həzm
fermentlərinə təsadüf edilir.
Membran həzmi haqqında 263-268 səhifədə ətraflı məlumat
verilmişdir.
Həmin fermentlərdən zülalları parçalayan fermentə -
proteaza, yağları parçalayan fermentə - lipaza, sulukarbonları
parçalayana - karbohidraza deyilir.
Proteaza fermentinin təsirilə zülallar suda həll ola bilən
aminturşularına qədər, lipazanın təsirindən yağlar qliserin və yağ
turşularına qədər, karbohidrazanın təsiri ilə mürəkkəb şəkərlər
qlükoza və fruktozaya qədər parçalanırlar.
Su, duzlar və bir sıra üzvi maddələr fermentativ təsirə
uğramadan sorulurlar.
Qida maddələri həzm kanalında kimyəvi dəyişikliklərə məruz
qalmaqla yanaşı mexaniki dəyişikliklərə uğrayır. Bu dəyişiklik
zamanı qidalar kəsilir, parçalanır, didilir, üyüdülür, həzm şirələri ilə
qarışıb, həzm kanalı boyu hərəkət edir, bunların həzm oluna
bilməyən hissəsi xaricə tullanır.
Həzm üzvlərinin aşağıdakı əsas vəzifələri vardır: 1) sek-
retor; 2) hərəki və ya motor; 3) sorma vəzifəsi; 4) evakuator; 5)
hidrostatik; 6) endokrin; 7) immun vəzifəsi.
Sekretor vəzifəsi həzm vəziləri tərəfindən ifraz olunan həzm
şirələri və onların tərkibindəki fermentlərin təsirilə əla
198
downloaded from KitabYurdu.org
qədardır. Məsələn, tüpürcək, mədə şirəsi, pankreas şirəsi, öd,
bağırsaq şirəsi və s.
Hərəkat və ya motor vəzifəsi həzm üzvlərinin divarların-
da yerləşən əzələ liflərinin yığılması sayəsində yerinə yetirilir.
Məsələn, çeynəmə, udma, qidanın həzm kanalında hərəkəti,
defekasiya və s. misal göstərmək olar.
Sorulma vəzifəsi həzm kanalının divarlarında yerləşən se-
likli qişanın soruculuq qabiliyyəti ilə əlaqədardır.
Həzm üzvlərinin sekretor vəzifəsindən başqa ekskretor
vəzifəsi də vardır.
Bunun sayəsində
mübadilə zamanı or-
qanizmə lazım ol-
mayan bir sıra duz-
lar, öd piqmentləri
orqanizmdən xaric
edilir.
Həzm borusu-
nun divarı aşağıdakı
qişalardan təşkil
olunmuşdur (şəkil
lb).
1. Selikli qişa -
tunica mucosae - həzm borusunun divarını daxildən örtür.
Daxili epiteli, xarici xüsusi selikli qişa qatından ibarətdir.
2. Selikaltı qişa boş birləşdirici toxumadan əmələ gələn
üzvdə büküşlər əmələ gətirir.
3. Əzələ qişası - dil, udlaq, qida borusunun bir hissəsi
müstəsna olmaqla daxili üzvlərin əzələ qişası saya əzələ liflərindən
əmələ gəlmişdir.
Boru divarındakı əzələ qişası daxildən: a) dairəvi, xaricdən;
b) uzununa təbəqələrdən, mədədə isə əlavə, həm də çəp əzələ
liflərindən əmələ gəlmişdir.
Həzm borusunun bəzi nahiyələrində həlqəvi əzələ qatı
yoğunlaşaraq sfınkterlər əmələ gətirir.
Bu əzələlərin yığılması sayəsində borunun mənfəzi qur-
venolar,
sinirlər,
limfadamarları)
Şəkil lb.
Mədə-bağırsaq sisteminin borusunun
divarının sxematik təsviri.
199
downloaded from KitabYurdu.org
dabənzər peristaltik olaraq gah genəlir, gah da yığılır və boru
mənfəzindəki möhtəviyyatı yuxarıdan anusa doğru hərəkət etdirir.
4.
Seroz qişa
- tunica serosa - boruşəkilli üzvlərin xarici qişası
olub, boş birləşdirici toxuma vasitəsilə əzələ qişası ilə birləşir. Boru
divarında həlqəvi və uzununa əzələ qatları arasında vegetativ sinir
sisteminin sinir hüceyrələrinin yığılmasından əmələ gələn,
peristaltikaya nəzarət edən Averbax sinir kələfi və vəzilərin şirə
ifrazını tənzim edən Meysner kələfi yerləşir. Boru divarında çoxlu
vəzilər (clandulae) olur. Hüceyrələri hər hansı bir maye (sekret,
ekskret) ifraz etməyə uyğunlaşan üzvə
vəz
deyilir.
Vəzilər:
1) Təkhüceyrəli - (qədəhəbənzər olub, tənəffüs yol-
larında, bağırsaqlarda olur), selikli sekret ifraz edir; 2) çox-
hüceyrəli vəzilərinin bir qisminə (divar daxili)
intramural vəzilər
(mədə, bağırsaq divarında) deyilir. Digər qisim vəzilər isə divar
arxasında (divar arxası)
ekstramural vəzilər
deyilir. Bunlar boruya öz
axacaqları vasitəsilə birləşir (qaraciyər, mədəaltı vəzi, ağız suyu
vəzilər) və s. Vəzilər quruluş və funksiyalarına görə:
1)
Endokrirı
və ya
daxili sekresiya vəziləri.
Buraya qalxa-
nabənzər vəzi, qalxanabənzər ətraf vəzi, böyrəküstü vəziləri,
hipofiz və epifiz aiddir.
2)
Ekzokrin vəzilər
- xarici sekresiya vəzilərinə deyilir. Ağız
suyu vəziləri, qaraciyər, tər və piy vəziləri, süd vəziləri və s.
3)
Qarışıq vəzilər
- həm daxili, həm də xarici sekresiyaya
malikdir. Buraya mədəaltı vəzi, xayalar, yumurtalıqlar aiddir.
Bəzilər ifrazetmə mexanizminə görə də üç qrupa bölünür:
1) Halokrin; 2) Apokrin; 3) Merokrin.
13.2. Həzm kanalı
Həzm kanalı ağız boşluğu ilə başlayır (Cavum oris) (şəkil 1
və 2).
Ağız boşluğunda bir neçə üzvlər:
200
downloaded from KitabYurdu.org
1) Dodaqlar (Labia);
2) Yanaqlar (Buccae);
3) Dişlər (dentes);
4) Dil (lingua s glossa);
5) Damaq (palatium);
6) Ağız suyu vəziləri (glandula salivates).
Qida ağız boşluğunda müəyyən dərəcədə hazırlandıqdan
sonra, əsnək deşiyi; 7) (Isthmus faucium) vasitəsilə, 8) udlağa
(pharjncx) burada da udulub qida borusuna; 9) (oesophagus)
ötürülür. Qida borusu udulmuş qidanı mədəyə, 10) (Venticulus
gaster) çatdırır.
Mədəyə gəlmiş qida maddələri kimyəvi təsirə məruz qalır.
Gövşəyən heyvanlarda mədə dörd hissədən ibarətdir.
1. İşkənbə - rumen.
2. Tor - reticulum.
3. Kitabça - omasum.
4. Qursaq və ya şırdan - ovamasum.
Mədədən sonra qida nazik bağırsağa (Intesinum tlnue) keçir.
Nazik bağırsaq üç şöbəyə bölünür:
1) Onikibarmaq bağırsaq - intesinum duadanum;
2) Acı bağırsaq - intesinum zeimum;
3) Qalça bağırsaq - intesinum ileum.
Qida əsasən nazik bağırsaqda sorulur. Onikibarmaq bağırsağa
qaraciyər və mədəaltı vəzinin axarı açılır. Bu vəzilərin inkişafı da
həzm üzvlərinin borusu ilə əlaqədardır. Nazik bağırsaqda sorula
bilməyən hissələr yoğunbağırsağa (intesinum crassum) keçir.
Yoğunbağırsaq da üç şöbəyə bölünür.
1) Korbağırsaq - intesinum caccum;
2) Çənbərbağırsaq - intesinum colon (qalxan, köndələn, enən
və S-ə bənzər);
3) Düzbağırsaq - intesinum rectum. _
Həzm sistemi üzvləri qidalı üzvi (zülal, yağ, karbohidrat) və
qeyri-üzvi (su, mineral duzlar) maddələrin qəbulu, fıziki- kimyəvi
dəyişikliyə uğradılması, sorulub qana və limfaya keçməsi, sorula
bilməyən hissələrin isə kal (nəcis, peyin) şəklində bədəndən xaric
edilməsi vəzifəsinə xidmət edir.
201
downloaded from KitabYurdu.org
13.3. Həzm sistemi filogenezi
Həzm sisteminin filogenezi - (tarixi inkişaf) cəhətdən digər
üzvlər və sistemlərə nisbətən daha qədimdir.
Təkhüceyrəlilərdən amyöbda həzm prosesi hüceyrənin
daxilində gedir. Amyöb qidanı təkhüceyrəsi vasitəsilə tutur. Sonra
bu qidanı protoplazmaya daxil edir. Həzm şirəsi ilə qidanı əhatə
edib, həzm vakuolunda onu həzm edib, sitoplazma tərəfindən
mənimsənilməmiş lazımsız hissə bədən səthi ilə xaric edilir.
Süngərlərdə, bağırsaqboşluqlarda gedən hü- ceyrədaxili həzm
1877-ci ildə ilə dəfə İ.İ.Meçnikov tərəfindən kəşf edilmişdir.
Çoxhüceyrəli heyvanlardan hidrada həzm prosesi hüceyrə
xaricində, həzm boşluğunda gedir. Hidra qidanı ağızətrafı qolcuqlar
vasitəsilə tutur və sonra bu yem bağırsağa keçir. Qida hüceyrələr
tərəfindən (qamçılı hüceyrələr qidanı amyöbvarı hüceyrəyə ötürür)
tutulur və həzm vakuolu əmələ gəlir. Lazımsız hissə ağızla xaric
edilir. Deməli, bağırsaq boş- luqlulardan hidrada həm
hüceyrədaxili, həm də hüceyrəxarici həzm gedir.
Onurğalıların əksəriyyətində və bir çox onurğasızlarda həzm
prosesi hüceyrədən xaric həzm boşluğunda gedir. Ali qurdlarda
həzm kanalını (ağız-udlaq, qida borusu - çinadan, bağırsaq, anus)
üç şöbəyə bölmək olar: ön, orta, arxa.
Xordalılarda - Neştərçədə həzm sistemi ağız deşiyi ilə
başlanır. Qida ağızdan udlağa, oradan orta bağırsağa, lazımsız hissə
anusla xaric edilir.
Balıqlarda - Baş bağırsaq, gövdə, bağırsaqlara (ön, orta,
arxa) bölünür. Baş bağırsağa aid olunan ağız-udlaq şöbəsi həzm
vəzifəsindən əlavə, tənəffüz vəzifəsini də yerinə yetirir. Baş
bağırsaqdan suda yaşayan heyvanlarda tənəffüz vəzifəsini ifadə
edən qəlsəmə, quruda yaşayan heyvanlarda isə ağciyərlər inkişaf
edir. Qida borusu və mədəni ön bağırsaq əmələ gətirir. Orta
bağırsaq şöbəsi qaraciyər, mədəaltı vəziyə malikdir. Arxa bağırsaq
yoğun bağırsaq şöbəsi adlanır. Və həzm olunmayan maddələri anus
vasitəsilə xaricə atır.
Amfibilərdə (suda-quruda yaşayanlar) ön bağırsaq (qida
202
downloaded from KitabYurdu.org
borusu, mədə), orta bağırsaq ayrı-ayrı şöbələrə bölünməmişdir.
Arxa bağırsaq genişlənərək kloakaya açılır. Öd kisəsi, qaraciyər,
mədəaltı vəzi vardır.
Reptililərdə (sürünənlər) - Ağız-udlaq şöbəsi ikinci sərt
damağın əmələ gəlməsi sayəsində ağız boşluğu burun boşluğundan
ayrılır. Ağız boşluğu udlaqdan ayrılmır. Orta bağırsaq ilgəkləri
çoxalır. Arxa bağırsaq - korbağırsaq və kloakaya ay-
nhr.
w
Quşlarda -Baş bağırsaq şöbəsinə aid edilən ağız və udlaq
yumşaq damaq vasitəsilə bir-birindən ayrılır.
Ön bağırsağın başlanğıcı, yəni qida borusu xeyli uzun olub
döş boşluğuna daxil olmamışdan qabaq bəzi quşlarda genişlənərək
çinadan əmələ gətirir. Qida borusundan sonra mədə gəlir ki, bu da
iki hissədən ibarətdir (vəzili mədə, əzələvi mədə). Orta bağırsaq
xeyli uzun olub, onikibarmaq, acı və qalça bağırsaqlara bölünür.
Arxa bağırsaq şöbəsində iki ədəd kor- bağırsaq vardır. Arxa
bağırsağın sonu genişlənərək kloaka əmələ gətirir. Bura həm də
sidik və cinsiyyət üzvlərinin axarları açılır.
Msməlihrdə - Ağız-udlaq nahiyəsində burun boşluğunun
ayrılması aydın görünür. Lakin udlaq tənəffüs, həm də həzm üçün
müştərək yol olaraq qalır. Qida borusu mədəyə açı-
hr.
_
M
Orta bağırsaq (onikibarmaq, acı və qalça) bağırsaq şöbə-
lərinə bölünür. Arxa bağırsaq olduqca böyük dəyişikliyə uğrayır.
Korbağırsaq, çənbərbağırsaq və düzbağırsaq şöbələrinə *
bölünmüşdür. Bəzi məməlilərdə (gəmirici, meymun, yırtıcı hey-
vanlarda və insanlarda) korbağırsağm aşağı hissəsi uzanaraq
soxulcanabənzər çıxıntı appendiks əmələ gətirir.
İnsanda appendiks 2-26 sm olur. Həzm sisteminin fılo-
genezini nəzərdən keçirdikdən sonra, onun dörd bağırsaq şö-
bəsindən ibarət olduğunu görürük:
1) Baş bağırsaq şöbəsi - ağız, udlaq;
2) Ön bağırsaq şöbəsi - qida borusu, mədə;
3) Orta bağırsaq şöbəsi — nazik bağırsaqlar (onikibarmaq
bağırsaq, acı, qalça);
203
downloaded from KitabYurdu.org
4) Arxa bağırsaq şöbəsi - (kor, çənbər, düz) yoğunba-
ğırsaqlar aiddir.
Otyeyən heyvanların həzm kanalı, ətyeyənlərdən uzun olur.
Şirinki bədənindən 3, itinki 5, qoyununku 25-28, qara- malınkı öz
gövdəsindən 20 dəfə uzundu. Yemin həzmi itlərdə 12 saat,
gövşəyənlərdə 7-8 gün, atlarda 3-4 gün çəkir.
Həzm kanalının mayası - ilk bağırsaq borusu endoblas- tik
qovucuğun rüşeym daxilinə soxulan hissəsindən əmələ gəlir. Həzm
kanalı rüşeym inkişafının ilk dövründə sadə boru şəklində olur.
Bağırsaqda diferensasiya embriogenezin ilk mərhələlərində
başlayıb, postnatal inkişafın 6-7-ci ilində başa çatır.
MƏDƏ-BAĞIRSAQ TRAKTININ FUNKSİYALARI HAQQINDA
ÜMUMİ TƏSƏVVÜRLƏR
13.4. Tənzim mexanizmləri
Daxili və xarici sinir sistemi. Mədə-bağırsaq sistemi xüsusi
entral və ya daxili, həmçinin «bağırsaqbeyni» adlanan sinir
sisteminə malikdir. Bu sistem vegetativ sinir sistemindən asılı
olmadan fəaliyyət göstərir, mədə və bağırsağın motor və sekresiya
fəallığını təmin edir. Bu sinir toru iki şöbədən ibarətdir.
1) Əzələarası Averbax torundan - Uzunsov və sirkulyar
(üzükvarı və ya dairəvi) əzələ qatları arasında yerləşir.
2) Selikatlı Meysner torundan sirkulyar əzələ (uzunvarı və
ya dairəvi əzələlər) qatla, selikaltı, əzələ qat arasında yerləşir (şəkil
2).
Averbax torunun lifləri saya əzələ efferent lifləri uzunsov və
sirkulyar əzələ qatlarının hüceyrələrində qurtarır; onlar əzələlərin
tonusunun və onların təqəllusunun ritmini tənzim edir. Selikaltı, tor
- yəni Meysner toru isə əsas epitel hüceyrələrinin sekretor fəallığını
tənzim edir. Hər iki torun afferent lifləri me- xanoreseptorlar və
ağrı reseptorlarından sensor siqnalları
204
downloaded from KitabYurdu.org
MSS-nə nəql edir.
Mədə-bağırsaq traktınm hərəki və şirə ifrazı fəallığına xarici
vegetativ sinir sistemi əhəmiyyətli dərəcədə təsir edir.
Mədə-bağırsaq traktı parasimpatik və simpatik sinir sis-
teminin lifləri ilə zəngin təmin olunmuşdur. Azan sinir uzunsov
beyindən çıxan preqanqlionar lifləri qida borusu, mədə, nazik
bağırsaqlar, yoğun bağırsağın proksimal hissəsini, qaraciyər, öd
kisəsi və mədəaltı vəzini innervasiya edir, amma onurğa beyninin
oma nahiyəsindən çıxan liflər isə S-ə bənzər bağırsağı, düz
bağırsağı və anal dəlik nahiyəsini innervasiya edir. Mədə-bağırsaq
traktım innervasiya edən parasimpatik sinir lifləri intramural (üzv
daxili) torun düyünlərində və ya tüpürcək vəzilərin divarında və
qaraciyərdə yerləşən düyünlərdə qurtarır. Preqanqlionar sinirlər
üçün neyromediator rolunu düyün hüceyrələrinin membranında
lokalizə olunan niko- tin reseptorları ilə qarşılıqlı təsirdə olan
asetılxolin yerinə yetirir. Asetilxolin postqanqliyonar sinir ucları
üçün də mediator rolunu oynayır. Lakin bu halda o effektor
hüceyrələrin mus- karin reseptorları ilə qarşılıqlı təsirdə olur. Çoxlu
digər bioloji fəal mediator, peptidlər, həmçinin postqanqliyonar
mediator rolu yerinə yetirən maddələr mövcuddur; buna misal,
vazofəal intersistal polipeptidi (VİP), enkefalinləri, P maddəsini və
se- rotonini göstərmək olar.
Mədə-bağırsaq traktım sinirləndirən preqanqlionar simpatik
sinir lifləri, onurğa beynin 5-12 ya döş və 1-3-ə qədər bel
seqmentlərindən xaric olur. Onlar (qida borusu, mədə, oniki-
barmaq bağırsaq və mədəaltı vəzi) yuxarı (nazik bağırsaq və yoğun
bağırsağın yuxarı hissəsi) və aşağı müşariqə düyünündə (yoğun
bağırsağın aşağı hissəsi və analdəlik) qurtarır. Preqanqlionar liflər
üçün - asetilxolin, postqanqlionar, liflər üçün isə noradrenalm
neyromediator rolu oynayır.
Həm azan, həm də simpatik sinirlər həmçinin visseral af-
ferent liflərə malikdir. Bu liflər vasitəsilə mərkəzi sinir sisteminə
daxil olan siqnallar hissiyatm yaranmasında iştirak edir.
Dostları ilə paylaş: |