birləşdirici şöbə; 9-toplayıcı boru; 10-yığıcı boru.
Gətirici damarın divarında yumaqcığa daxil olduğu yerdə
mioepitelial hüceyrələrdən əmələ gəlmiş qalınlaşma yus-
taqlomerulyar (yumaqcıq ətrafı) kompleks var (şəkil 5 Q).
Yustaqlomerulyar kompleks morfoloji cəhətdən üçbucağı
xatırdadır, iki tərəfdən afferent və efferent arteriolalarla əhətə
olunub, əsasında isə bərk ləkə (macula densa) adlanan hüceyrələrlə
əhatə olunmuşdur (şəkil 5 Q).
Bu hüceyrələr daxili sekretor funksiyaya malik olub,
böyrəyə az qan gəldikdə renin ifraz edirlər. Renin arterial qan
təzyiqinin tənzimində iştirak edir. Güman olunur ki, elektrolit
291
downloaded from KitabYurdu.org
balansının normal saxlanmasında da onun əhəmiyyəti var.
Nefronun tipləri. Nefronun iki əsas tipi ayırd edilir - qabıq
(nefronun əsas şöbələri qabıq maddəsində yerləşir, nef- ronlarm
85%-i qabıq nefronlardır) və yukstamedulyar [(bu nefronların
Henle ilgəyi böyrəyin beyin maddəsinin dərinliyinə daxil olur)
(şəkil 4)].
Yukstamedulyar nefron böyrəyin beyin maddəsində
yerləşir. Yukstamedulyar nefronlarda qan gətirici damarın diametri
çıxarıcı damarın diametrinə bərabər olur. Digər tərəfdən çıxarıcı
damar kapsuldan çıxdıqdan sonra ikinci dəfə kapillyar əmələ
gətirmədən venoz sisteminə açılır.
Henle ilgəyinin nazik borucuqları yastı epitel hüceyrə-
lərindən ibarət olub və əhəmiyyətli dərəcədə suyun diffızion rolunu
azaldır. Henle ilgəyinin hüceyrələri kanalcıq-ların mən- fəzindən
NaCl kanalcıqlar arasındakı çıxarıcı arteriola qovur, nəticədə
arteriolda təzyiq yüksəlir, mühit hipertonik olur. Bu isə böyrək
kanalcıqları arasında suyun osmotik diffuziyası üçün şərait yaradır.
Henle ilgəyinin yoğun şöbəsinin kanallarının divarı sidik cövhəri
və su üçün keçirici deyil. Birləşdirici şöbə və birləşdirici
borucuqların divarı əsas və aralıq hüceyrələrdən ibarətdir. Əsas
hüceyrələrin sərbəst səthində kirpiciklər var. Onların əsas
funksiyası Na
+
və Ch reabsorbsiya və K
+
sekresiya etməkdir.
Aralıq hüceyrələr A (a) və V (/?) tipli hüceyrələrə ayrılırlar.
Bu hüceyrələr K
+
reabsorbsiya edir, bundan başqa a - hüceyrələri
H
+
, /? - hüceyrələri isə
HCO3
sekresiya edir. Top- layıcı axarlar
(toplayıcı borucuqlar kimi) elektrolitlərin, həmçinin aldosteron və
ADH-təsiri altında su və sidik cövhərinin nəql olunmasında iştirak
edir.
Böyrək cisimciyin (şəkil 5) süzülmə baryerindən plaz-
manın süzülməsi nəticəsində ilk sidik əmələ gəlməsi baş verir
(ultrafiltrat və ya yumaqcıq filtratı).
Filtrasiya baryeri (şəkil 5B, V) kapillyarların endoteli, bazal
membranı və podositlərin ayaqcıqları arasında olan filtrasiya
yarığından ibarətdir.
292
downloaded from KitabYurdu.org
Daıııar qütbü
Yumaqcıq kapilyan.
podosıt
(kapsııiııu
daxili qatı)
kapsulun boşluğu
Proksimal əyri bontcuqlar
Sidik qtitbii
Şəkil 5. Böyrək cismi, fıltrasiya baryeri və yumaqcıq ətrafı kompleksi. A. Böyrək cismi
kapilyar yumaqcığı (təqribən 50-e qədər kapillyarlar ilgəyi) və epitel kap- suladan ibarətdir. Böyrək
cisminin getirici arteriol daxil və xaric olan nahiyə damar qütbü adlanır; nefrondan proksimal əyri
borucuqlar çıxan nahiyə cismin sidik qütbüdür. Epitelial kapsula iki qatdan ibarətdir; xarici
(parietal) və daxili (visseral). Qatlar arasında boşluq olur, bura qan kapillyarlarından yumaqcıq
fıltratı daxil olur. Kapsulun boşluğu proksimal əyri borucuqlara açılır. Bir qatlı yastı epiteldən
ibarət olan kapsulun xarici qatı, kapsulun xariclə əlaqəsini məhdudlaşdırır. Kapsulun xarici qatının
hüceyrələri (podositler) yumaqcıqların kapilyarlanmn xarici yuxarı səthinə bitişmiş və endotel və
bazal membranla birlikdə podositlər və kapillyar üçün ümumi olan fıltrasiyada iştirak edir. Həmin
nefronun böyrək cisminin sidik qütbündən distal əyri borucuq damar qütbünə yaxınlaşır. Nefronun
bu şöbəsinin şəkilinin dəyişməsi hüceyrələri (sixv ləkə) şəklini deyişmiş gətirici arteriollarla birlikdə
(yukstamedulyar hüceyrələr) yumaqcıq ətrafı kompleks əmələ gətirir. Böyrək cisminin və həmçinin
yumaqcıq ətrafı kompleksin tərkibinə yumaqcıqların kapilyar ilgəkləri arasında yerləşən mezanxial
hüceyrələri daxildir. B. Podositlər. Kapsulun şəklini dəyişmiş daxili vərəqinin hüceyrələridir. Onlar
böyük ayaqcıqlar əmələ gətirir, hansı ki, onlardan çoxlu sayda kiçik ayaqcıqlar çıxır. Yumaqcığın
kapilyarların endotelial hüceyrələrində çoxlu sayda fenestrlər var. Kapsulun daxili qatı ilə
kapillyarların endoteli arasında ümumi (üçqatlı) bazal membran formalaşır.
downloaded from KitabYurdu.org
Kaya əzələ
hüceyrələri
yuqostavaskulyar
(mezanqilial)
hüceyrələr
endotelial hüccyrələlr
Şəkil 5.
Böyrək cismi, fıltrasiya baryeri və yumaqcıq ətrafı kompleksi (ardı).
V. Filtratsiya yarığı. Podositlərin kiçik ayaqcıqları bazal membrana birləşirlər.
Podositlərin ayaqcıqları arasında kiçik (3040 nm) filtratsiya yarığı vardır. Plazmanın
fıltrasiyası bazal membranın lifli əsası və fıltrasiya yarığında həyata keçirilir. Q.
Yumaqcıq ətrafı kompleks, yumaqcığın kökündə yerləşən üç tip hüceyrədən əmələ
gəlmişdir. Birinci tip-yuqustaqlamerulyar (danəli) hüceyrələr - gətirici arteriolun renin
qranulaları saxlayan şəklini dəyişmiş orta qat saya əzələ hüceyrəsidir. İkinci tip-
yukustovaskulyar hüceyrələr (mezenxial) gətirici və çıxarıcı arteriollar arasında yerləşir.
Üçüncü tip-distal bo- rucuğu yumaqcıq kökü ilə təmasda olduğu yerin epitel hüceyrələrdir
(sıx ləkənin hüceyrələri).
Filtrasiyanın parametrləri. Yumaqcıq fıltrasiyası müxtəlif
ölçülərlə xarakterizə olunur. (Filtratm həcmi yumaqcıq fil-
trasiyanın sürəti - YFS; effektiv fıltrasiya təzyiqi, filtratm gös-
təriciləri, kapsulun epitel boşluğu ilə kapillyarların mənfəzi arasında
osmotik təzyiqin fərqi, fıltrasiya olunan ion və mole- kullarm
xarakteri). Qanın plazmasından fıltrasiya olunan ilk sidik
yumaqcığın kapillyarlarından axan qanın 10%-ni təşkil edir. Bu isə
yaşlı adamlar üçün 10% sutkada 1800 / qan = sut. 180/ ul- tra və ya
125 ml/dəq. (plazmanın həcminin 20%) olur.
Elektrik yükü. Bazal membranın torunun gözcükləri və
fıltrasiya yarıqları mənfi yük daşıyır, bu vəziyyət də anionlarm
filtrasiyasmı məhdudlaşdırır və kationların filtrasiyası isə asanlaşır.
Yumaqcıq filtratm tərkibi. Filtrasiya nəticəsində ilk si
294
downloaded from KitabYurdu.org
diyin tərkibi plazmanın tərkibinə yaxın olur, lakin ultrafiltrat- da
qanın hüceyrə elementləri olmur, zülal isə nisbətən az olur. Xüsusilə
ilk sidikdə həqiqi radiusu 4 nm çox olan makromole- kullar olmur.
Böyrəyin qan cərəyanının və yumaqcığm filtrasiya sürə-
tinin tənzimində çoxlu hormonlar və neyromediatorlar iştirak edir.
Onlardan anqiotenzin II, noradrenalin, dofamin, ADH, atriopeptin,
entotelin, leykotrien və NO-azot oksidini göstərmək olar.
Sidiyin əmələ gəlmə prosesi haqqında yuxarıda qeyd
etdiklərimizi daha ətraflı nəzərdən keçirsək son sidiyin əmələ
gəlməsi əsas 3 prosesdən - süzülmə, geriyə sorulma və sekresiyadan
ibarətdir. Sidiyin əmələ gəlməsinin ilk mərhələsi Bau- man-
Şumlyanski kapsulunun daxilində Molpigi yumaqcıqla- rında baş
verir. Əvvəlcə qanın plazma hissəsi Şumlyanski- Bauman
kapsulundan süzülür. Toplanmış fıltrat (süzüntü) tər- kibcə yalnız
zülalların və formalı elementlərin olmaması ilə qanın plazmasından
fərqlənir. Həmin fıltrat (ilk sidik) birincili, ikincili dərəcəli qıvrım
kanalcıqlar və sidik toplayıcı bo- rucuqlarda hərəkət etdikdə
tərkibindəki su və həll olmuş maddələr müxtəlif intensivlikdə
geriyə sorulur (kanalcıq reabsor- -bsiyası). Digər proses - kanalcıq
sekresiyası ondan ibarətdir ki, nefronun epiteli hüceyrələrdən yeni
üzvi maddələr, NH
4
+
və H
+
ionları sintez olunur.
Sidiyin əmələ gəlməsində birinci nəzəriyyə 1842-ci ildə
Bauman tərəfindən irəli sürülmüş sekretor nəzəriyyədir. O ilk dəfə
bu kapsulanın birinci dərəcəli qıvrım borucuqlara açıldığını
müəyyən etmişdir. Baumana görə sekresiya vasitəsilə su və duz
Malpigi yumaqcığında, başqa üzvi maddələr isə qıvrım
kanalcıqların divarından ifraz olunur.
Qana bəzi kolloid boyası yeridildikdə bu boyalar kap-
sulaya toplanmış mayedə deyil, kanalcıqlarda və kanalcıq epi-
telinin protoplazmasmda olur. Beləliklə, sianidlə kanalcıqda
toxuma tənəffüsünü ləngitdikdə bu proses azalır.
Dərisi tikanlılarda, o cümlədən quşların böyrəklərində
yumaqcıqlar az və kanalcıqların əksəriyyəti kor qurtardığm-
295
downloaded from KitabYurdu.org
dan sidiyin əmələ gəlməsində kanalcığın sekresiyası əsas rol
oynayır.
1844-cü ildə K.Lüdviq tərəfindən irəli sürülən süzülmə
nəzəriyyəsinə görə sidiyin əmələ gəlməsi qanın plazma hissəsinin
yumaqcıq kapillyarlarmdan süzülməsi və qıvrım kanalcıq- larda
yenidən geriyə sorulması (reabsorbsiyası) nəticəsində baş verir.
Yumaqcıq kapillyarlarının ümumi səthi böyrəyin 100 q
çəkisinə görə 1,5 m
2
-a çatır. Bu süzgəc 100 A-ə qədər molekul- ları
keçirir.
Bunu A.N.Riçards əvvəlcə qurbağa, sonra isə dəniz donuzu
və siçanların kəskin təcrübə şəraitində böyrəyin üzərini açaraq
mikroskop altında kapsulalardan birinə nazik mikro- pepitka şüşə
borucuq salınmışdır.
Bu yolla sidiyin kapsulun daxilindən mikropepitka ilə
xaricə şüşə boru axıdıb toplamışdır. Nəticədə alman yumaqcıq
fıltratının tərkibində üzvi və qeyri-üzvi maddələrin olduğu
müəyyən edilmişdir.
Süzülmənin olması böyrəklərin zəngin qan təchizatı ilə
əlaqədardır. Gündə böyrəklərdən 1500-1800 /-ə qədər qan keç-
diyindən hər 6-10 / qanda 1 /. fıltrat əmələ gəlir. 150-180 / yumaqcıq
fıltratının yalnız 1-1,5 l bədəndən xaric olur ki, buna son sidik və ya
ikincili sidik və ya defınetiv sidik də deyilir. Demək qıvrım
kanalcıqlardan keçərkən ilk sidiyin tərkib hissəsi yenidən geriyə -
qana sorulur. Bu mülahizəni sonralar V.Keşni inkişaf etdirərək
sidiyin əmələgəlmə prosesində süzülmə - geriyə sorulma
(fıltratsion-reabsorbsion) nəzəriyyəsini irəli sürür.
Birinci qıvrım kanalcıqda əsasən qlükoza, qismən su və
duzlar, Henle ilgəyinin enən hissəsində suyun çox hissəsi, qalxan
hissəsi və ikinci dərəcəli qıvrım kanalcıqlarda isə qapı maddələrin
geriyə sorulması baş verir.
Belə ki, Henle ilgəyinin enən hissəsində su qalxan hissəsinə
nisbətən çox sorulur.
Müxtəlif maddələrin geriyə sorulma intensivliyini sübut
etmək üçün itin təcrid olunmuş böyrəyi üzərində təcrübə apa
296
downloaded from KitabYurdu.org
rılmışdır. Böyrəkləri sianidlə zəhərlədikdə və ya soyutduqda
maddələr mübadiləsi zəifləyir, geriyə sorulma prosesi azalır və
xaric olan sidiyin miqdarı kəskin artır.
Bəzi maddələr tamamilə sorulmur (məsələn, kreatin,
sulfatlar, karbomid. Bunlara qeyri-qatı maddələr deyilir), digərləri
isə müxtəlif münasibətdə (mələsən, sidik cövhəri, sidik turşusu,
amiak çox az miqdarda geriyə sorulurlar) sorulurlar. Bəzi maddələr
isə tamamilə geriyə sorulurlar (məsələn, qlüko- za, natrium, kalium,
kalsium və s.). Belə maddələr qapı maddələr adlanırlar. Belə ki,
qlükozanın miqdarı qanda 150-180%- dən artıq olmadıqda,
tamamilə geri sorulur.
İlk və son sidiyin tərkibi bir-birindən fərqlənir. Belə ki, son
sidikdə sidik cövhərinin miqdarı ilk sidikdən 65 dəfə, sidik turşusu
12 dəfə, kalium 7 dəfə, fosfatlar 16 dəfə, sulfatlar 90 dəfə çoxdur.
Qlükoza, qan, zülallar normal sağlam adamların son sidiyində
olmur.
14.4. Böyrək kanalcıqlarında nəqliyyat
Natrium. Böyrəklər ion Na, K, Ca, Mg və s. homeostaz
sisteminin tənzimində mühüm rol oynayır. Balanslandırılmış dieta
zamanı orqanizmə daxil olan 120m mol Na
+
ancaq 15% tər vəziləri
və mədə-bağırsaq sistemi vasitəsilə xaric olur, 85% isə sidiklə xaric
olur.
Hər gün böyrəklər tərəfindən 25500 m mol Na fıltrasiya
olunur və 25400 m mol isə reabsorbsiya olunur, bu 1,5 kq xörək
duzuna ekvivalentdir. Natrium ionlarının geriyə sorulma- sında
bütün hüceyrələrdə olan dehidrogenaza fermentinin mühüm rolu
vardır. Civə preparatları dehidrogenaza fermentinin fəallığını
azaltdıqda natrium duzlarının sorulması pozulur. Kanalcıq epiteli
ilə natrium ionlarının daşınması xlor ionlarının sorulmasında iştirak
edir. Bundan aydın olur ki, böyrəklər bədəndə mayenin həcminin
saxlanmasında
çox
böyük
əhəmiyyətə
malikdir.
Na
+
rabsorbsiyasını artıran amillərə, başqa sözlə Na
+
və suyun bədəndə
saxlanmasına aldostoron, ADH və sinir sisteminin simpatik
şöbəsinin təsiri səbəb olur.
297
downloaded from KitabYurdu.org
Na reabsorbsiyasını artıran amillərə, başqa sözlə diure- zi
sürətləndirən Na
+
qüvvətli itkisinə və orqanizmdə suyu azaldan
amillərə atropeptin, bradikinin, dofomin və endoqen inqibitor Na
+
,
K
+
, ATF. Xlorun böyrək borucuqlarının müxtəlif nahiyələrində
reabsorbsiya həcmi, həmçinin Na
+
üçün olduğu kimidir.
Plazmada natrium ionlarının miqdarı azaldıqda böy-
rəküstü vəzi qabıq maddəsi hormonu olan aldosteron ifrazı baş verir
və nefronların distal hissəsində və toplayıcı boru- cuqlarda natrium
ionlarının geriyə sorulmasmı artırır.
Su. Bütün böyrək kanalcıqları boyu suyun sorulması ancaq
passiv baş verir. 170 / filtrasiya olunmuş sudan proksi- mal
kanalcıqlarda 67%, Henli ilgəyində 15%, toplayıcı boru- cuqlarda
və axarlarında 10-dan 15%-ə qədər sorulması baş verir. Nefronun
distal borucuqlarında reabsorbsiya getmir.
Beləliklə, böyrəklər osmotik tənzimdə əsas orqandır.
Orqanizmdə suyun miqdarı artdıqda bunu hipotalamusun
supraorbital nüvələrində yerləşən mərkəzi, həmçinin qaraciyərdə,
böyrəklərdə, dalaqda və digər orqanlarda olan periferik
osmoreseptorlar hiss edir. Nəticədə neyrohipofızdən qana an-
tidiuretik hormonun az daxil olması hesabına suyun böyrəklərdən
süzülməsi sürətlənir.
Qanda suyun miqdarı artdıqda antidiuretik hormon ifrazı
artır və suyun fakültativ geriyə sorulması sürətləndiyi üçün sidik
ifrazı azalır.
Kaliy. Böyrəklər hər gün 800 m M K
+
filtrasiya edir,
hərçənd qida ilə 100 m M qədər daxil olur, amma sidiklə təqribən
90 m M ekskritsiya olunur. K
+
həmçinin sekresiyada baş verir.
Beləliklə, orqanizmdə K
+
balansının saxlanması filtrasiya,
reabsorbsiya və sekresiyanın əlaqələndirilməsi nəticəsində baş
verir. Nefronun praksimal hissəsində K
+
güclü reab- sorbsiyası
(80%) baş verir, amma distal hissədə orqanizmə ka- limun daxil
olmasından asılı olaraq bu kation ya reabsorb- siyası, ya da
ekskretsiya olunur. Aldasteron hormonu sidikdə kaliumun xaric
olunmasını sürətləndirir. Alkaloz sidiklə kaliumun ifrazını
çoxaldır, asidoz isə azaldır.
298
downloaded from KitabYurdu.org
Birinci dərəcəli qıvrım kanalcıqlar və Henle ilgəyində
gedən proseslərdən fərqli olaraq, ikinci dərəcəli qıvrım kanal-
cıqlarda natrium və kalium ionlarının geriyə sorulma dərəcəsi daimi
(mütləq geriyə sorulma) olmayıb dəyişkəndir (fakultətiv geriyə
sorulma). Bu proseslər natrium və kaliumun qandakı qatdığından
asılı olub, orqanizmdə bu ionların normal səviyyəsinin
saxlanmasında mühüm tənzimedici mexanizmdir.
Geriyə sorulma təkcə qıvrım kanalcıqlar və Henle ilgəyində
deyil, həm də toplayıcı borucuqlarda gedir. Burada əsasən NaCl
sorulur. Toplayıcı borucuqlara daxil olan qatı hi- petonik sidik
əsasən suyun sorulması ilə əlaqədardır. Böyrəyin beyin maddəsinin
toxumasında osmotik təzyiq yüksək olduğundan toplayıcı
borucuqların mənfəzindən su toxuma arası mayeyə keçir.
Sidik cövhəri. Amin turşularının katobolizmin son məhsulu
olan sidik cövhəri qaraciyərdə NH
4
+
-dan əmələ gəlir, onun qanda
qatılığı (sidik cövhərin azotu) 2,5-8,32 mmol/1. Sidik cövhərinin
100%-da böyrəklərdə fıltrasiya olur, sidik vasitəsilə fıltrasiya
olunan sidik cövhərinin 40%-i ekskretsiya olunur (hər gün 20-35
qr). Böyrəklərdə sidik cövhəri həm re- absorbsiya, həm sekretsiya
olunur, həm də nəticədə böyrəyə daxil olan sidik cövhərinin 5%-ni
təşkil edən venoz qan böyrəyi tərk edir (şəkil 6).
Qanda bir sıra üzvi maddələrin sabitliyi böyrəklərin
metabolik fəaliyyəti sayəsində təmin olunur.
Qlükoza. Böyrəklərdə qlükozanm yenidən əmələgəlmə -
qlükogenez sistemi vardır. Uzun müddətli aclıq zamanı böyrəklər
qana daxil olan qlükozanm ümumi miqdarının yarısını sintez edir.
Ac qarma plazmada qlükozanm qatılığı - 4-5,5 m M (3,58-6,05 m
mol/1, 85-115 mq%). Böyrəklərdə qlükoza, hansı ki, tamamilə
fıltrasiya olunur və nefronun proksimal kanalcıqlarının başlanğıc
hissəsində fəal olaraq reabsorbsiya olunur.
Sidikdə qlükoza, qan, zülal olmur.
299
downloaded from KitabYurdu.org
Amin turşuları. L-amin turşularının qanda qatılığı 2,4mM
qədərdir. Bu daha çox mədə-bağırsaq traktının amin turşularından
sorulur. Böyrəklərdə amin turşularının əksəriyyəti süzülür və 98%-
i Na
+
-dan asılı olmayan diffuziya yolu ilə sorulur.
Böyrək yumaqcıqlarından kiçik molekullu zülallar,
peptidlər süzülür. Onlar nefronun proksimal kanalcıq hüceyrə-
lərində amin turşularına qədər parçalanır və bazal plasmatik
membrana ilə toxumaarası mayeyə, sonra isə qana keçirlər. Bu da
orqanizmdə amin turşularının bərpasını təmin edir. Böyrək
xəstəliklərində bu funksiya pozula bilər.
Fosfatlar. Qanın plazmasında fosfatların qatılığı - 4,2
mq%, 50% ionlaşmış formada olur (HPO
4
- dörddən beşi,
300
downloaded from KitabYurdu.org
H3PO4-
beşdən biri). 40% elektrolit kompleksi, 10% zülallarla
əlaqəlidir. Qalxanabənzər vəzin hormonu bu nəqliyyatı in- qibirə
edir. Müəyyən qədər fosfor kanalcıqların mənfəzinə sekresiya
olunur.
Kalsiy. Kalsi elementin qanın plazmasında qatılığı 2,22,7 m
M. Kalsiumun 40%-ə qədəri zülallarla əlaqədar olub və
böyrəklərdə süzülmür. Kalsiumun 60%-i qandan süzülür, bu kalsi
karbonat sitratlar, fosfatlar və sulfatlar (15%) və ionlaş- mış
kalsium (45%, 1,0-1,3 m M). Süzülmüş kalsiumun 95%-i
reabsorbsiya olunur. Qalxanabənzər vəzin hormonu və vitamin D
Ca
2+
reabsorbsiyasım stimulyasiya edir, qanın plazmasında olan
[Ca
2+
] isə Ca
2+
reabsorbsiyasım pozur.
Qalxanvarı ətraf vəzilərin ifraz etdiyi parathormon qanda
kalsium azaldıqda ilk sidikdən və sümüklərdən kalsiumun qana
sorulmasım sürətləndirməklə onun səviyyəsini normallaşdırır.
Əksinə qanda kalsiumun miqdarı artıqda qastri- nin təsirindən
qalxanvarı vəzidən tireokalsitonin hormonu ifraz olunur. Nəticədə
kalsiumun böyrəklərlə ifrazını artırmaqla onun qanda səviyyəsini
azaldır.
Maqnium. Qanın plazmasında maqni qatılığı 0,8-1,0 m M
(1,8-2,2 mq%), 30%-i maqni zülalla əlaqəlidir. 70% maqni
böyrəklərdə süzülür. Ondan ən azı 10%-i fosfatlardan sitratla- rın
və oksatların tərkibində olur.
60% ionlaşmış maqnidir (Mg
2+
). Qalxanabənzər vəzinin
hormonu nefronun bütün kanalcıqlarında reabsorbsiyanı
qüvvətləndirir.
Beləliklə, məhz böyrəklər su mübadiləsinin əsas tənzim-
ləyiciləridir.
Ağciyər və böyrəklər qanın turşu-qələvi müvazinətini qanın
bufer sisteminin komponentlərinə CO
2
və HCÜ
3
' nəzarət etməklə
birinci dərəcəli əhəmiyyətə malikdir.
Böyrəklərin turşu ifrazı funksiyası orqanizmdə turşu-
qələvi vəziyyətindən daha çox asılıdır.
Ətlə qidalandıqda sidiyin PH-ı turşuluğa, bitki mənşəli
qidalarla qidalandıqda isə qələviyə doğru dəyişir. İntensiv fiziki iş
zamanı qana çoxlu miqdarda süd və fosfor turşusu daxil
Dostları ilə paylaş: |