13.46. Membran qidalanmanın sterilliyi
Nazik bağırsağın himusunda müxtəlif bakteriyalar inkişaf
edir ki, onların da konsentrasiyanm 1 ml-də milyondan çox mikrob
olur. Bağırsağın bakterial florası adi şəraitdə faydalıdır, çünki o
mikroorqanizmlərə lazım olan bəzi əvəzedilməz amin turşularının,
vitaminlərin daşıyıcısı sayılır. Lakin belə bir sual meydana çıxır. Nə
üçün amin turşularının, qlüko- zanın və digər qidalı maddələrin
mənimsənilməsində mikroor- qanizmlərin rəqibləri olmurlar?
Bu suala belə cavab vermək olar. Haşiyəli büküşün ultra
məsafələrində gedən qidalanmanın son mərhələsində mono- merlər
yaranır ki, bu da mikroorqanizmlərin diffuz yolla qidalanması üçün
əlverişlidir. Əgər bağırsağı tutan bakteriyanm ölçüsü (1 neçə mkm
haşiyəli büküşün məsamələrinin ölçüsü 100-200 A°) ilə müqayisə
etsək, onda aydın olar ki, haşiyəli büküşün daha bir mühüm
funksiyası da onun özünəməxsus
271
downloaded from KitabYurdu.org
bakterial filtr funksiyasına malik olmasıdır, nəticədə hidrolizin son
mərhələsi mikroblar üçün keçilməz olan haşiyəli büküşdə çox gözəl
steril şəraitdə gedir və ona görə də makroorqa- nizmlərin rəqibi ola
bilmirlər (Uqolev, 1961, 1963).
13.47. Həzm üzvlərinin sorma vəzifəsi
Xarici mühitdən, bədən səthində və boru şəkilli daxili
üzvlərdən müxtəlif maddələrin bir neçə qat hüceyrələrdən təşkil
olunmuş mürəkkəb bioloji membrandan qana və ya lim- faya
keçməsi prosesi sorulma adlanır.
Sorulma əsas etibarı ilə nazik bağırsaqlarda gedir. Başqa
həzm üzvlərində isə sorulma ya zəif gedir, ya da heç getmir.
Məsələn, ağız boşluğunda bəzi dərman maddələri sorulur. Mədədə
sorulma çox zəif, cüzü miqdarda baş verir. Burada mineral duzlar,
monosaxaridlər, spirt və su çox az miqdarda sorulur, onikibarmaq
bağırsaqda da sorulan maddələrin miqdarı çox deyildir.
E.S.Londonun təcrübələri göstərmişdir ki, burada sulu karbonların
53-63 %-i zülal və yağların az hissəsi sorulur, onikibarmaq
bağırsaqda sorulan zülalın miqdarı buraya həzm şirələrilə daxil olan
zülalın miqdarından az olur.
Normal fizioloji vəziyyətdə yoğun bağırsaqlarda da qida
maddələrinin sorulması zəifdir. Çünki qida maddələrinin əksər
hissəsi nazik bağırsaqlarda sorulur. Yoğun bağırsaqlarda tez
parçalanan və asan mənimsənilən maddələr sorulur. Buna
əsaslanaraq bəzi patoloji hallarda asan mənimsənilən qida
maddələri imalə vasitəsilə yoğun bağırsağa yeridilir. Ancaq bu
üsulla insanın uzun müddət yaşamasım təmin etmək mümkün
olmur. Normal fizioloji hallarda yoğun bağırsağlarda bir gün
ərzində 0,4-0,51 su sorulur. Yoğun və ya nazik bağırsağlarda su
sorulması prosesinin pozulması orqanizm tərəfindən su itkisinin
baş verməsinə səbəb olur.
Sorulma nazik bağırsaqlarda intensiv gedir. Güman edilir ki,
burada sorulma 1 saat ərzində 2-3 litrə çatır. Buna səbəb nazik
bağırsaqlarda xovların olmasıdır, hər bir xov arteriya,
272
downloaded from KitabYurdu.org
vena və limfa damarına malikdir. Xova daxil olan arteriya onun
zirvəsinə çatır və burada onun bir hissəsi kapillyar toruna keçir,
digər məhsul isə birbaşa əsas vena ilə arteriya-vena əlaqəsi yaradır.
Xovun mərkəzində, arteriya ilə vena arasında limfa kapillyarı
yerləşir. Xovun daxilində Meysner toru ilə birləşən zəif saya əzələ
və sinir şəbəkəsi yerləşir. Meysner toru selikli və selikaltı qişalar
arasında sinir yolu yaradır və xovlara liflər göndərir.
Sorulma gedən membran haşiyəli epitel adlanan hüceyrə-
lərdən təşkil olunmuşdur. Bu hüceyrələr silindrşəkilli olub,
diametrləri 8 mk, hündürlükləri 25 mk-a qədər olur. Elektron
mikroskopu altında bu hüceyrələr qalınlığı 1-3 mk olan haşiyə
şəklində görünür ki, epitel öz adının elə buradan götürmüşdür.
Elektron mikroskopunun köməyilə müəyyən edilmişdir ki, bu
haşiyə nazik sapşəkilli adacıqlardan - mikroxovlardan təşkil
olunmuşdur. Bir hüceyrə səthində 1500-3000 mikroxov olur.
Bunların daxilindən mikrokanalcıqlar keçir. Hər bir mikroxo- vun
hündürlüyü 1-3 mk, diametri 0,08 mk-ə çatır. Onların mövcudluğu
selikli qişanın sorulma səthini 500 m2-a qədər artırır.
Bağırsağın daxili səthi insanda təqribən 0,65 m
2
-a qədər- dir.
Ancaq səthdə Kerrin büküşlərinin olması və selikli qişanın külli
miqdarda xovlarla əhatə olması (1 mm
2
-da 18-40) sayəsində
bağırsağın ümumi səthi 4-5 m
2
-a çatır.
Onikibarmaq bağırsaqdan aşağı bütün nazik bağırsağı
çıxarılmış heyvan tezliklə ölür. Çünki maddələr əsasən nazik
bağırağm qeyd olunan şöbələrindən qana sorulur. Əgər eksperiment
zamanı nazik bağırsağın müəyyən hissəsinin selikli qişası
zədələnərsə və ya natrium-florid vasitəsilə zəhərlənərsə, bu hissədə
sorulma prossesi kəskin pozulur. Tətqiqatlar göstərmişdir ki,
sorulma selikli qişanın epitelinin normal fizioloji funksiyası ilə
əlaqədardır.
Sorulmanm mexanizmi məsələsini öyrənərkən fizioloq- lar,
hər şeydən əvvəl, üzvi və qeyri-üzvi mənşəli membranlarda baş
verən analoji mexanizmləri tətqiq etmişdir. Sorulma prosesinin
izahında 2 mexanizmi: (süzülmə və diffuziya), bun
273
downloaded from KitabYurdu.org
dan başqa, membran müxtəlif maddələr üçün müxtəlif keçirici- liyə
malik olduğundan osmos hadisəsi göstərilir. Ancaq təkcə fıziki-
kimyəvi təsəvvürlər sorulmanı izah edə bilmir.
Süzülmənin mexanizmi müəyyən mexaniki təzyiq nəticə-
sində membrandan keçməsindən ibarətdir. Bağırsaqda me- xaniki-
hidrostatik təzyiq yaradan bəzi xüsusyyətlər vardır: bağırsağın
peristaltikası, xovların sorucu hərəkəti və s. Star- linq göstərmişdir
ki, hidrostatik qüvvələr sorulmanı təmin edə bilməz.
Sorulma elə bir mürəkkəb fizioloji prosesdir ki, bu zaman
müxtəlif maddələr bağırsaq divarının epitel membranın- dan
keçərək qana və ya limfaya daxil olur. Membranın birtərəfli
keçiriciliyi nəticəsində bu maddələr əks istiqamətdə, yəni qandan
və limfadan bağırsaqlara keçə bilmir. Yalnız bəzi ionlar, məsələn,
Na və K ionları hər 2 istiqamətdə keçir.
Sorulmanın fiziologiyası maddələr mübadiləsi və xovla- rın
hərəkətilə sıx əlaqədardır. Bu biokimyəvi və fizioloji proseslərdə öz
növbəsində sinir sisteminə tabedir.
Sorulma bağırsaq divarının saya əzələlərinin mexaniki
yığılması nəticəsində bağırsaqda yaranan hidrostatik təzyiqdən
asılıdır. Tədqiqatlar göstərir ki, bağırsaqda təzyiqin 8-10 mm civə
sütunu səviyyəsinə qədər artması xörək duzu məhlulunun 2 dəfə
sürətlə sorulmasma səbəb olur. Lakin təzyiqin 80100 mm-ə qədər
artması bağırsaq divarındakı xovların və qan damarlarının sıxılması
ilə nəticələnir ki, bu da sorulmanın tam dayanmasına səbəb olur.
Sorulma prosesində osmos və diffuziyanın əhəmiyyəti
böyükdür. Ancaq bunların sorulmada rolu dəqiq müəyyən
edilməmişdir. Çünki bioloji obyektlərdə osmos təzyiqinin özü
müxtəl if faktorlardan asılıdır. Hipotonik məhlullardan suyun
sorulması osmos qanunlarına görə izah edilir. Lakin mövcud olan
əksər faktlar sorulmanın süzülmə, diffuziya və osmosun sadə
proseslərilə izahını rədd edir. Heyvanın bağırsağına qan- dakı
miqdarına görə zəif qatılıqlı qlükoza məhlulu yeridildikdə qlükoza
sorulur. Eləcə də bağırsağa NaCl duzunun izotonik məhlulu
yeridildikdə duz suya nisbətən tez sorulur və məhlul
274
downloaded from KitabYurdu.org
hipotonik olur.
Öz tədqiqatlarında suyun və duzların sorulmasmı izotop
indekatorlar vasitəsilə öyrənən alimlərdən İnqrem və Vişer gö-
stərmişlər ki, bağırsaqlarda suyun sorulması diffuziya və os- mos
proseslərilə birlikdə olduğundan 100 dəfə tez gedir. Əgər bağırsaq
epiteli natrium-florid vasitəsilə zədələnmişsə, sorulma bütünlüklə
osmos və diffuziya qanunlarına tabe olur və kəskin pozulur. Bu
zaman qandan bağırsağa suyun və duzların, əksərən keçməsi
hesabına bağırsağa yeridilən məhlulun qatılığı və osmos təzyiqinin
bərabərləşməsi müşahidə olunur. Normal fizioloji hallarda bu nadir
hadisədir.
Sorulma prosesi bağırsağın selikli qişasının epitel hücey-
rələrinin maddələr mübadiləsilə əlaqədardır. Bu sorulmanın
temperaturdan və oksigenin miqdarından asılılığında özünü
göstərir. Belə ki, temperatur azaldıqda sorulma da zəifləyir. Enerji
mübadiləsini pozan zəhərlər sorulmanın da pozulmasına səbəb
olur.
Sorulma prosesində iştirak edən faktorlardan biri də xovların
saya əzələ liflərinin yığılmasıdır. Onlar yığılarkən özündən qan və
limfanı sıxışdırıb çıxarır, boşalarkən bağırsaqda həll olmuş
maddələr sorulur.
Xovlarm hərəkəti sorulmanın yeganə mexanizmi deyil. Belə
ki, xovlar iflic edildikdə də sorulma prosesi davam edir. Xovlarda
qapaqcıqların olması sayəsində limfa damarlarına tərəf axa
bilmirlər. Xovlarm hərəkəti nəticəsində mərkəzi limfa damarlarının
sorma təsiri yaranır. Müxtəlif heyvanlarda xovlarm hərəkətinin
mikrokinemotoqrafıya üsulu ilə öyrənilməsi göstərmişdir ki, bu
hərəkət yalnız yedizdirilmiş heyvanlarda müşahidə edilir. Ac
heyvanlarda isə bu hərəkəti süni qıcıqlan- dırmalar zamanı,
məsələn, selikli qişanın iynə ilə qı- cıqlandırılması zamanı almaq
olar. Xovların yığılmasına səbəb olan qıcıqlandırıcılar müxtəlif
maddələr ola bilər. Bunlar arasında bağırsaqlarda normal həzm
prosesi zamanı yaranan maddələr, məsələn, zülalların parçalanma
məhsulları-peptid- lər, alanin, leysin, öd turşusu, qlükoza və s.
xüsusi yer tutur.
Onikibarmaq bağırsağın selikli qişasında xovlarm hərə
275
downloaded from KitabYurdu.org
kə tini təmin edən xüsusi hormon-villikinin hazırlanır. Xovla- rın
hərəkətinin humoral yolla tənzimini belə bir təcrübə təsdiq edir: ac
itin qan damarına başqa bir tox itin qanının yeridilməsi xovların
hərəkətinə səbəb olur. Güman edilir ki, xovların saya əzələlərinin
yığılması selikaltı təbəqədə yerləşən Meysner sinir toru ilə tənzim
edilir.
Sinir sistemi bütünlüklə sorulma prosesinə və bağırsaq
keçiriciliyinə tənzimedici təsir göstərir. Müəyyən edilmişdir ki,
sorulma prosesi beyin qabığı tərəfindən tənzim edilir. Saponin
bağırsağın epitel hüceyrələrinin keçiriciliyini dəyişməklə qlü- koza
və suyun sorulmasmı gücləndirir. Saponini şərtsiz qıcıqlandırıcı
kimi qəbul edib, onun orqanizmə yeridiləcəyi əvvəlcədən xəbər
verildikdə belə, qlükoza və suyun sorulmasmı gücləndirir. Bununla
beyin qabığının tənzimedici rolu sübut edilmişdir. Bu refleks şərti
refleks fəaliyyətinin qanununa uyğundur: onu söndürmək və
yenidən yaratmaq mümkündür.
Amin turşularının nazik bağırsaqda sorulması sulu karbon və
fosfor mübadiləsini zəiflədən bəzi maddələrin, məsələn,
dinitrofenolun təsirindən pozulur. Bu onu göstərir ki, amin
turşularının bağırsaq səthindən qana keçməsi «aktiv nəq- liyyat»
prosesidir. Yəqin ki, amin turşularının sorulması prosesində onların
fosforlaşması baş verir. Amin turşusu məhluluna ATF turşusu və
qeyri-üzvi fosforun əlavə edilməsi sorul- manı gücləndirir. Qəbul
edilmiş heyvan mənşəli zülalın 95-80 %-i həzm edilir və sorulur.
Sulu karbonlar qana başlıca olaraq qlükoza və qalakto- za,
çox cüzi miqdarda isə fruktoza və pentoza şəklində sorulur. Başqa
maddələrdən fərqli olaraq sulu karbonlar oniki- barmaq bağırsaqda
intensiv, nazik bağırsaqda intensiv, nazik bağırsaqların digər
şöbələrində nisbətən zəif sorulur. Bağırsağa qlükoza yeridildikdə,
qapı venasında onun miqdarı 2-3 dəfə artır. Qana qlükoza və
qalaktozanın daxil olunması bağırsaq epitelinin «aktiv nəqliyyat»
xüsusiyyətinin nəticəsidir. Qlükoza və qalaktoza başqa şəkərlərə
nisbətən intensiv, hətta qatılıq qradiyentinin əksinə, yəni bağırsaqda
onların qatdıqları qandakına nisbətən az olduqda belə sorulurlar.
Heyvanın
276
downloaded from KitabYurdu.org
bağırsağının selikli qişasını monoyodasetat və ya 2,4 dinitro- fenol
ilə zəhərləməklə sulukarbon mübadiləsi və onların fos- forlaşması
prosesi pozularsa, qlükozanm sorulması zəifləyir. Pentozanın
sorulmasında isə osmos və diffuziya qanunlarına uyğun olaraq heç
bir dəyişiklik yaranmır. Belə güman edilir ki, sorulma prosesində
qlükoza və qalaktoza fermentativ fosfor- laşma prosesinə
uğrayırlar.
R.O.Faytelberq öz təcrübələrilə müəyyən etmişdir ki, sulu
karbonların nazik bağırsaqlarda sorulması mədəaltı vəzin hormonu-
insulin vasitəsilə stimulə edilir. Belə ki, insulin orqanizmin sulu
karbon mübadiləsinə təsir edərək, qanda qlükozanm miqdarını
azaldır.
B vitamini çatmadıqda qlükozanan sorulması zəifləyir.
Heyvanlar üzərində nişanlanmış atomlardan C
14
istifadə
etməklə aparılan təcrübələr göstərmişdir ki, həzm sistemində
orqanizmə daxil olan bəzi göstəricilərə görə 75 %-i, başqa gös-
təricilərə görə 30-45 %-i parçalanır. Bu zaman triqliseridlər mono,
diqliseridlərə və sərbəst yağ turşularına parçalanırlar. Nazik
bağırsaqlarda yağ turşularının duzları, mono və diqlise- ridlər,
bəzən parçalanmamış neytral- yağlar, yəni triqliseridlər də sorulur.
Triqliseridlər yalnız kiçik yağ damarlarından ibarət olan emulsiyaya
çevrildikdən sonra sorula bilirlər. Emul- siyalaşma prosesi öd
turşusu və yağın parçalanma məhsullarından (monoqliserid, yağ
turşusu duzları) ibarət mürəkkəb kompleks birləşmələrin təsiri
altında gedir. Emulsiyalaşmış triqliseridlər bağırsaq xovları
tərəfindən limfaya sorulur. Yağ turşu-ları, mono və diqliseridlər
bağırsağın epitelindən keçdikdən sonra onların bir hissəsi neytral
yağı resintez edir, digər hissəsi isə fosfolipidlərin sintezində istifadə
olunur.
Neytral yağ əsasən limfaya sorulur. Ona görə də yağlı qida
qəbul etdikdən 3-4 saat sonra limfa damarları südü xatırladan
maddə ilə dolur. Buna baxmayaq əgər itdə və ya pişikdə döş limfa
axacağı bağlansa belə, yağların sorulması yenə də baş verir. Normal
halda qana sorulan yağın ancaq kiçik bir hissəsi daxil olur. Bu yağ
turşularının qliseridlərinin bir-birilə yaratdıqları qısa sulu karbon
zəncirindən ibarətdir.
277
downloaded from KitabYurdu.org
Bağırsaqlara su qida və həzm şirələrilə daxil olur. Buraya l/-ə
qədər selik; 1,5-2,5 / mədə şirəsi; 0,5-0,75 1 öd; 0,7-1 /. mə- dəaltı
vəzin şirəsi və 1-2 /. Bağırsaq şirəsi, cəmi 6-7 /. maye daxil olur. Bu
miqdara gündəlik su rasionu da (təqribən 2-2,3 /.) aiddir.
Bağırsaqdan isə nəcis vasitəsilə cəmi 150 ml, su xaric olur. Qalan
miqdar isə bağırsaqlardan qana sorulur.
Suyun sorulması mədədən başlayır, nazik və yoğun
bağırsaqlarda intensiv gedir. Bəzi tədqiqatçılar ağır suyun (D
2
O)
sorulmasmı öyrənmişdir. Ağır suyu mədəyə və ya nazik bağırsağa
yeritməklə öyrənilmişdir ki, nazik bağırsaqlarda sorulma mədəyə
nisbətən təqribən 10 dəfə intensiv gedir. Göstərilmişdir ki, 50 ml.
ağır suyun nazik bağırsağa daxil edilməsindən 10 dəqiqə sonra onun
95 %-i sorulur.
Suda həll olunmuş K. Ca-un xloridləri və fosfatları da başlıca
olaraq nazik bağırsaqlarda sorulurlar. Bu prosesə göstərilən duzların
orqanizmdə miqdarı təsir göstərir. Belə ki, qanda Ca-un miqdarı
azaldıqda onun sorulması normaya nisbətən daha intensiv gedir.
Bağırsaqlardan qana sorulmuş maddələr (zülal və sulu-
karbonların parçalanma məhsulları) qan vasitəsilə qaraciyərə
gətirilir və burada bir sıra mürəkkəb kimyəvi dəyişilmələrə uğ-
rayırlar. Qaraciyərin bu vəzifəsi mühüm fizioloji əhəmiyyətə malik
olub, Ekk üsulu ilə operasiya edilmiş, yəni qapı venasını
qaraciyərdən ayırıb, aşağı boş venaya birləşmiş heyvanlarda
müəyyən edilmişdir. Bu əməliyyatdan sonra yığılan qan qa-
raciyərdən keçmədən qan dövranına daxil olur. Bu operasiya
nəticəsində heyvan ölür. Ölümün səbəbi isə orqanizmin zəhər-
lənməsidir. Normal halda parçalanma nəticəsində alman zəhərli
maddələr qaraciyərdə zərərsizləşdirilir.
Qaraciyərin qoruyucu funksiyası qanda olan zəhərli maddələri
zərərsizləşdirməkdən ibarətdir. Məsələn, yoğun bağırsaqlardan qana
indol, skatol, fenol kimi zəhərli maddələr sorulur. Bu maddlər
qaraciyərdə oksidləşərək kükürd və qlü- koron turşuları ilə
birləşərək zərərsiz efır-kükürd və cüt qlü- koron turşularına
çevrilirlər. Qaraciyərdə gedən zərərsizləşdi- rici proseslər qoruyucu
sintez adlanır. İtin bağırsağından gö
278
downloaded from KitabYurdu.org
türülmüş ekstraktm periferik qan damarlarına yeridilməsi heyvanın
zəhərlənməsinə səbəb olur. Halbuki, bu ekstrakt qanı venasına
yeridildikdə zəhərlənmə baş vermir. Bu tədqiqat qaraciyərin
qoruyucu vəzifəsini bir daha sübut edir. Qaraciyərlər aşağıdakı
funksiyaların yerinə yetirilməsində də iştirak edir. 1) Qaraciyər
qanın tərkibində olan albumin, fıbrinogen, qlobulı- nı, 2)
protrombin fermentini, 3) qanın laxtalanmasımn qarşısını alan
heparin maddəsini, 4) A,D vitaminlərini sintez edir. 5) Ana
bətnində qan yaradıcı funksiyanı yerinə yetirir. 6) Artıq zülalı
şəkərə çevirir. 7) Artıq şəkəri qlikogenə çevirir. 8) Zülalların
parçalanma məhsulu amonyakı sidik cövhərinə çevirir. 9)
Qaraciyər öd sintez edir və s. ümumiyyətlə, qaraciyər orqanizmdə
40-dan çox fizioloji funksiyaların yerinə yetirilməsində iştirak edir.
13.48. Həzinin yaş xüsusiyyətlərinin əsas göstəriciləri
Müasir elmdə böyümə, inkişaf və onun yaş hüdudlarını tam
əhatə edə bilən qəbul olunmuş təsnifat yoxdur. Aşağıdakı cədvəldə
insan ontogenezinin I-antenatal, II-internatal, III- postnatal yaş
dövrləri verilmişdir.
İnsanda yuxarıda qeyd edilən yaş dövrlərinə uyğun olaraq
müşahidə olunan inkişaf prosesi həm də həzm üzvlərinin morfo-
funksional dəyişilməsində özünü göstərir. Həzm sisteminin
postnatal inkişafa uyğun yaş xüsusiyyətlərilə qısa olsa da aşağıda
tanış ola bilərsiniz.
Ağız boşluğunda həzmin yaş xüsusiyyətləri: ağız boşluğu
həzm borusunun qapalı olmaqla sümük əsası olan yeganə həzm
üzvüdür. Burada dil və dişlər yerləşir. O, həm dad, həm də nitq
funksiyasını yerinə yetirir. Dişlər qidanı xırdalayır, həm də sözlərin
tələffüzündə iştirak edir. Yeni doğulmuş uşaqların ağız boşluğu
nisbətən kiçik olur.
279
downloaded from KitabYurdu.org
Cədvəl 2
İnsan ontogenezinin dövrləri
I Antenatal
11 İnternatal
III Postnatal
1. Herminal və ya xüsusi
rüşeym mərhələsi (1 həftə)
2. Embrional
dövr
(5
həftə)
iki
fazaya:
a)
histotrof qidalanma, b)
sarılıq qan dövram.
3. Fərdi
inkişafın
ne-
ofetal dövrü (2 həftədə).
4. Fərdi inkişafın fe- tal
dövrü (32 həftə): Dölün a)
hemotrof, b) aminotrof
qidalanma dövrləri.
Doğuşun
başlanmasından
göbək
çiyəsi
kəsilənə
qədər
keçən
dövrü
əhatə edir.
I. Yeni doğulma və ya çağa dövrü.
2.Südəmər dövr (10 gündən-1 il).
3. İlkin uşaqlıq (1-3 il).
4. Birinci uşaqlıq (4-7İ1).
5. İkinci uşaqlıq 7-11 yaş (oğlanlar), 8-11
yaş (qızlar).
6. Yeniyetmə 13-16 yaş oğlanlar, 12-15
yaş qızlar.
7. Gənclik dövrü 17-21 yaş oğlanlar, 16-
21 yaş qızlar.
8. Yetgin yaş, I dövr 22-35 yaş kişilər, 22-
35 yaş qadınlar.
9. Yetgin yaş; II dövr 36-60 yaş kişilər,
36-55 yaş qadınlar.
10. Ahıl yaş 61-74 yaş kişilər, 5674 yaş
qadınlar.
II. Qocalıq dövrü 75-90 yaş.
12. Uzunömürlük dövrü 90 yaşdan sonra.
Aşağıda yaş dövrlərinə uyğun olaraq dişlərin inkişafı 3
nömrəli cədvəldə verilmişdir.
Cədvəl 3
Süd və daimi dişlərin çıxma vaxtı
Dişlərin adı
Dişlərin çıxma vaxtı
süd
daimi
Orta kəsici
6-8 aylar
7-7,5 yaş
Yan kəsici
Dostları ilə paylaş: |