361
downloaded from KitabYurdu.org
ya 120 Mkq təşkil edir. H vitamininin çatışmaması zamanı or-
qanizmdə dərinin müxtəlif cür zədələnməsi, zəiflik, yuxulu və-
ziyyət meydana çıxaraq, iştaha pozulur.
Biotin noxud, soya, buğda, göbələk, yumurta sarısı,
qaraciyər, böyrək, ürək, gül kələm və s. olur.
PP vitamini (nikotin turşusu-nikotinoamid). Suda həll olan
vitamindir. PP vitamini karbohidratlarm mübadiləsində vacib rol
oynayan kodehidrogenaz kofementlərinin tərkib hissəsini əmələ
gətirir. Nikotin turşusu triptofandan bakteriyalar və bir çox
bitkilərin toxumaları vasitəsilə sintez edir. PP vitamininin
çatışmaması zamanı dermatit (dəri örtüklərində ilti- habi proses),
diareya (qarm pozulması) və demensiya (psixi pozğunluq) kimi
xəstəliklər inkişaf etmiş olurlar.
NAD (nikotinoamiddinukleotid) və NADF (nikotino-
amiddinukleotid fosfot) formasında kofermentidir. NAD və NADF
hidrogen və elektronların akseptorları olub, oksidləş- mə və bərpa
proseslərində iştirak edir. Hüceyrə tənəffüsündə iştirak edir. Ət və
balıq məhsullarında, xüsusilə mal əti, böyrək, ürək, qızılbalıq,
siyənəkdə çox olur.
İnsan orqanizminin PP vitamininə olan gündəlik tələbatı
yaşlılarda 12-18 mq, uşaqlar üçün:
6
aydan - lilə qədər -
6
mq, 1-1,5
ilə - 9 mq, 1,5-2 ilə - 10 mq, 3-4 ilə - 12 mq, 5-6 yaşa qədər - 13
mq, 7-10 yaşa qədər - 15 mq, 11-13 yaşa qədər - 19 mq qədər olur.
Foli turşusu (foli turşusu, folisint poliqlutamil folasin).
Qaraciyərdə foli turşusu fəal formaya keçir - foli və ya tetra-
hidrofoli turşusu və purin, primidinlərin sintezində və bəzi amin
turşuların çevrilməsində iştirak edir. Histidin mübadiləsində,
meteonii sintezində, xolin mübadiləsində iştirak edir. Gündəlik
tələbat 01-2 mq-dir. Folatların hamiləliyin birinci üç ayında qəbul
edilməsi dölün inkişafının normal getməsi üçün çox lazımdır.
Antivitaminlər. Antivitamin dedikdə vitaminlərin bioloji
effektini dayandıran kimyəvi maddələr başa düşülür. Antivi-
taminlərin çoxu vitaminlərə oxşayan kimyəvi struktura malik olur
(məsələn, piridoksin və onun konkret antaqonisti-
362
downloaded from KitabYurdu.org
dezoksipiridoksin). Antivitaminlərə həmçinin vitaminlərin struktur
antoqonistləri olmayan bir sıra birləşmələr (məsələn, vitaminləri
parçalayan fermentlər) daxildir.
15.9. Su və mineral maddələr mübadiləsi
İnsan və heyvan orqanizmlərində ritmik davam edən
fizioloji və biokimyəvi proseslərin normal halda baş verməsi üçün,
gündəlik tələbata uyğun qəbul edilən üzvi maddələrlə bərabər
(zülallar, yağlar, karbohidratlar, fermentlər, vitaminlər, hormonlar)
su və mineral maddələr də mütləq lazımdır. Su və mineral
maddələrin hüceyrə üçün qida və enerji əhəmiyyəti olmasa da,
orqanizm üçün aşağıda göstərilən çox mühüm vəzifələri yerinə
yetirirlər: 1. Qanda oksigen və CO
2
daşınmasında iştirak edirlər. 2.
Osmos təzyiqinin tənzimində iştirak edirlər.
3. Hüceyrə sitoplazmasmm, qanın plazmasının, qan cisimcik-
lərinin, limfa və hüceyrəarası mayenin əsas tərkib hissələridir.
4. Qanın laxtalanmasmda turşu-qələvi müvazinətində yaxından
iştirak edirlər. 5. Bədən temperaturunun fiziki və kimyəvi
proseslərin neyro-humal tənzimində yaxından iştirak edirlər.
6.
Beləliklə, homeostazın sabit saxlanması onların hüceyrələr,
toxumalar və tam orqanizmdə olan normal miqdarından asılı olur.
Cədvəl
8
-də orqanizmin gündəlik tələbatına uyğun mi-
neralların miqdarı haqqında məlumat verilmişdir.
363
downloaded from KitabYurdu.org
Cədvəl 8
Minerallara gündəlik tələbat
Minerallar
Miqdarı
Natrium
3,0 qr
Kalsium
1,2 qr
Kalium
1,0 qr
Xlor
3,5 qr
Dəmir
18,0 mqr
Sink
15 mqr
Maqnezium
400 mqr
Yod
150,0 mkqr
Kobalt
məlum deyil
Mis
məlum deyil
Marqans
məlum deyil
Cədvəldə göstərilən Na, K, S, Cl, Mg, Fe, Y və s. miqdarı
çox, Mn, F, Cu, CO, Bk, Zn, Ag, Al və s. orqanizmdə cüzi miqdarda
olduqlarına görə onlara «mikroelementlər» deyilir.
Mikroelementlər toxumalara daha az keçir. Buna görə də uzun
müddət elə zənn edirlər ki, mikroelementlər su, qida, hava və s. vasitəsilə
orqanizmə təsadüfən düşür və həyat fəaliyyətində əsas rol oynamırlar.
Lakin daha dəqiq tədqiqatlar göstərir ki, gündəlik qidadan onları
tamamilə çıxardıqda bir sıra xəstəliklər və mübadilə pozğunluqları baş
verir. Mis və ya
v
kobalt duzları orqanizmə kifayət qədər daxil olmadıqda
qa- nazlığmın müəyyən formaları meydana çıxır.
Su və onun orqanizmdə rolu. Təkamül prosesində ilk tək
və çox hüceyrəli orqanizmlərin maye mühitində əmələ gəldiyi
dövrdə və indi də su mühitində yaşayan canlıların əksəriyyətində
su onlar üçün maye xarici mühiti təşkil etdiyi halda, quruda
yaşayan heyvanlar və insanda su - maye daxili mühiti (qan, limfa
və hüceyrəarası maye) təşkil edir. Bütün canlılar aclığa nə qədər
çox dözümlü olsalar da, susuz bir neçə gün belə yaşaya bilməz.
Məsələn, insan 40-50 gün ac qala bildiyi halda, susuz isə bir
həftədən artıq yaşaya bilmir.
İnsan gün ərzində təxminən 2-2,5 litr su qəbul edir. Su
364
downloaded from KitabYurdu.org
bədəndən əsasən sidik-ifrazat sistemi vasitəsilə (1-1,5 l), dəri
vasitəsilə (0,5-0,
6
, bəzən 21 və daha çox), ağciyərlərlə yəni tənəffüs
havası ilə (0,3-0
,8
l), düz bağırsaqla (nəcislə 100-150 ml) su xaric
olur. Suya olan gündəlik tələbat içilən (1.5 l) və qəbul olunan
qidaların tərkibində olan su ilə (0,9-1 l) bərpa olunur.
Su - canlı orqanizmlərin vacib tərkib hissəsi olub və heyvan
orqanizminin kütləsinin əhəmiyyətli hissəsini təşkil edir. Məsələn,
dəniz ulduzunun bədənində suyun miqdarı 99,9%-ə, bir çox
heyvanlarda isə 50-80%-ə bərabərdir. Yaşlı kişilərin bədən
çəkisinin 65%-ni, qadınların isə 51%-ni su təşkil edir. Yeni
doğulmuş uşaqlarda su bədən çəkisinin 75%-ni təşkil edir. İnsan
əzələsində su 75%, sümüklərində 20-40%, qanda 82%, qaraciyərdə
75%, beyin toxumasında 70-85%-ni su təşkil edir.
Na duzları orqanizmdə suyun saxlanmasına yardım edərək
K və Ca duzları onun orqanizmdən ifraz olunmasına səbəb olur.
Suyun və duzların xaric edilməsində iştirak edən böyrək və
tər vəzilərin fəaliyyəti sinir və humoral tənzimlər vasitəsilə həyata
keçirilir. Ara beynində hipotalamusun osmoresep- tor sinir
hüceyrələri su-duz mübadiləsinin tənzimində iştirak edir.
Su-duz mübadiləsini tənzim edən sinir mərkəzi ara beyində
- hipotalamusda yerləşir.
Su-duz mübadiləsinin tənzimində hipofizin arxa payının
hormonu - vazopressinin və böyrəküstü vəzin qabıq maddəsinin
hormonu - mineralokortikoidlərin böyük əhəmiyyəti var.
Vazopressin (antidiuretik hormon) böyrək kanal- cıqlarında suyun
geriyə sorulmasım artırır və bununla da diu- rezi azaldır. Hipofizin
ön payının hormonu sidik ifrazına əks istiqamətdə təsir edir.
Böyrəküstü
vəzin
qabıq
maddəsinin
hormonu
mineralokortikoidlərdən aldosteron böyrək ka- nalcıqların da
natriumun sorulmasım artırır, əksinə kaliumun sorulmasım azaldır,
suyu orqanizmdə toplayır.
Natrium mübadiləsi (Na*) - Turşu-qələvi reaksiyanı və
osmotik təzyiqi müəyyən edən natrium kationu hüceyrə mem-
365
downloaded from KitabYurdu.org
branından müxtəlif maddələrin daşınmasında iştirak edir. Fəaliyyət
potensialının formalaşma və nəql olunmasını müəyyən edir.
Natriumun çox istifadə edilməsi suyun orqanizmdə saxlanmasına
səbəb olur və sirkulyasiya olunan qanın həcmini və arterial təzyiqi
yüksəldir. Normal və sağlam orta yaşlı adamın natriuma olan
gündəlik tələbatını qida ilə gündə əlavə
12
12,5 qr xörək duzu qəbul
etməklə ödəmək olar. Natriuma olan tələbat gündə 4-6 qr təşkil edir.
Osmotik təzyiqin yaradılmasında natrium xlorid əsas rol oynayır.
NaCl-orqanizmdən tər və sidiklə xaric olurlar. Mineral maddələr
orqanizmin funksional sistemlərinə müxtəlif təsir göstərirlər. Na
+
və
K
+
ionları ürək əzələsinin fəaliyyətinin, hüceyrənin membran və
fəaliyyət potensialın tənzimlənməsində fəal iştirak edirlər.
Orqanizmdə Na miqdarının normadan az olması, əzələ təqəllüsünün
pozğunluğuna səbəb olur.
Bədənə normadan çox natrium daxil olması onun tem-
peraturunun artmasına, hətta zəhərlənməsinə belə səbəb ola bilər.
İsti sexlərdə işləyən adamlarda tərlə, sidiklə çoxlu natrium (45%
qədər) ifraz olunur. İsti sexlərdə işləyənlərə maye itkisinin qarşısını
nisbətən almaq üçün şirələr və 10-15 qr xörək duzu qatılmış su
içirtmək lazımdır.
Kalium mübadiləsi (K
+
) hüceyrədaxili mayenin katio- nu
olan kalium memran potensialı yaradır. Hüceyrə membra- nının
oyanmasını müəyyən edir. Əzələ və sinir hüceyrəsinin daxilində
kaliumun qatılığınm dəyişməsi əzələ və sinir sisteminin
funksiyasına təsir edir. Qanda kaliumun miqdarının azalmasına
hipokalemiya, çoxalmasına isə hiperkalemiya deyilir. Kalium
miqdarının azalması ürək əzələsinin təqəllüsünə mənfi təsir edir,
bağırsaqlarda parez əmələ gətirir. Bitki mənşəli qidalardan, kartofun
tərkibində kaliumun miqdarı daha çox olur. Na
+
və K
+
ionları ürək
əzələsinin fəaliyyətinin tənzimlənməsində fəal iştirak edərək, onun
oyanma qabiliyyətini əhəmiyyətli şəkildə dəyişirlər. Na
+
qan
plazmasından xaric edilməsi əzələ toxumasının yığılma xassələrinin
itirilməsi ilə nəticələnir. K
+
ionu heyvan hüceyrəsinin əsas mineral
katio- nudur.
366
downloaded from KitabYurdu.org
X'lor
( C t
) - xlor ionu osmotik təzyiqin tənzimində, mədə
şirəsində duz turşusunun (H Ct) yaranmasında və sinap- tik
ləngimədə iştirak edir. CT ionlar Na
+
kationları ilə birlikdə qan
plazmasının və Orqanizmin digər mayelərinin osmotik təzyiqlərin
təşkilində iştirak edir. Ct~ mədənin həzm ferment- ləri ifraz olunan
həzm fermentlərinin fəallaşmasında vacib rol oynayan NaCf-un da
tərkibinə daxil olurlar. Xlor orqanizmdə əsasən xörək duzunun (Na
Ct) tərkibində toplanır. Dəri xlorun beposu sayılır. Xlor
orqanizmdən sidiklə, nəcis ilə, isti olduqda tər və vəzilərindən ifraz
olunan tərin tərkibində xaric olur.
Kalsium mübadilsəi (Ca
2+
). Kalsium (Ca
2+
) orqanizmdə
kalsi fosfat şəklində olur. Hüceyrə xarici mayedə kalsium ion-
larının səviyyəsinin yüksək olması, ürəyin sistola mərhələsində
dayanmasına səbəb olur. Ca
2+
ionlarının hüceyrə xarici mühitdə
qatdığının az olması sinir lifinin spontan boşalmasına və tetanusa
səbəb olur. Kalsium ionları bir çox fermentativ reaksiyalara təsir
edir. Ca
2+
ionları qanın laxtalanmasında iştirak edir. Orta yaşlı
adamın kalsiuma gündəlik tələbatı 0,6-0
,8
qr olur. Ca
2+
ionları
uşaqlarda sümük sistemin formalaşmasında çox lazım olduğu
üçün, onların kalsiuma olan gündəlik tələbatı artır. Hamiləlik
dövründə qadınların kalsuma ehtiyacı daha yüksək olur. Bəzi
hamilə qadınlar bu dövrdə tabaşir yeməklə kalsiuma olan
ehtiyaclarını ödəyirlər.
Gündəlik qəbul edilən kalsiumun fosfora nisbəti 2:1
olmalıdır. D vitamini fosfat duzlarının bədəndə normal miqdarının
toplanmasına təsir edir.
«D» vitamini çatışmadıqda uşaqlarda raxit xəstəliyi,
böyüklərdə isə osteoparez və osteomalyasiya əmələ gəlir. Qal-
xanvarı ətraf vəzinin parathormonu kalsium mübadiləsinə təsir
göstərir. Bu hormonun azlığı tetaniya deyilən vəziyyət yaranır.
Kalsum orqanizmdən böyrəklərdə əmələ gələn sidiklə, dəridən
ifraz olunan tərlə, düz bağırsaqdan xaric olan nəcislə xaric olur.
Kalsium bitki məhsullarından kələm, ispanaq, kahı,
yerkökü və ağ turpda, heyvan məhsullarından süd, pendir və
367
downloaded from KitabYurdu.org
yumurta sarısında olur.
Fosfor mübadiləsi - fosfat
(PO4
3
-)
- hüceyrədaxili mayenin
əsas anionudur. Fosfatlar çoxlu koenzimlərlə dönən birləşmələr
əmələ gətirmək qabiliyyətinə malikdir, ATF, ADF, SAMF və başqa
maddələrin funksiyası ilə əlaqəsi vardır. Fosfatlar daha çox
miqdarda sümüyün tərkibində olur. Fosfor orqanizmə əsasən
natrium və kalium duzları şəklində daxil olur. Karbohidrat və əzələ
mübadiləsinin tənzim mexanizmində fosforun rolu daha böyükdür.
Üzvi birləşmələrin və ATF-in tərkibində olan fosfor enerji mənbəyi
kimi orqanizmin fəaliyyətinə mühüm əhəmiyyətə malikdir.
Fosforun artıq hissəsi sidik və düz bağırsaqdan nəcis ilə bədəndən
xaric olur.
Dəmir mübadiləsi (Fe
2+
) - Hb əmələ gəlməsində iştirak
edir, az miqdarda qaraciyərdə və borulu sümüklərin tərkibində olur.
Elektronların daşıyıcısı mitoxondiridlərdə olur. Dəmir oksigenin
toxumalara daşınması üçün və hüceyrədaxili oksid- ləşdirici
sistemlər üçün mütləq lazımdır.
Dəmir heyvan orqanizmində hemoqlobin, mioqlobin,
sitoxromlar kimi vacib bioloji birləşmələrin tərkibinə daxil olur.
Eritrositlərin tərkibində orqanizmdə olan bütün Fe-un təxminən
70%-i yerləşir. İnsan orqanizminin Fe-a olan gündəlik tələbatı 10-
30 mq təşkil edir. Fe insan və heyvan orqanizminə əsasən üzvi
birləşmələr şəklində daxil olur.
Hamiləlik dövrü ananı, uşağı isə 5-6 aylığından sonra, yəni
əlavə yemək verməklə dəmirlə təmin etmək lazımdır. Orqanizmin
dəmirə olan tələbatını ət, meyvə və tərəvəz, yumurta sarısı, paxla,
noxud, gül kələm, alma, ispanaq və quru gavalı qəbul etməklə
ödəmək olar.
Maqnezium (Mg
2+
) - hüceyrəyə çoxlu fermentativ re-
aksiyaların katalizatoru kimi lazımdır. Mg hüceyrə xarici qatı-
lığının artması sinir sistemi və skelet əzələsinin fəallığını azaldır.
Əksinə, Mg
2+
qatılığınm azalması oyanıcılığını yüksəldir, qan
damarlarının genişlənməsinə, ürək ritminin pozğunluğuna səbəb
olur.
Orqanizmin bir sıra fermentli sistemlərinin tərkibinə
maqnezium daxil olur. Onun MgCh şəklində olan müəyyən
368
downloaded from KitabYurdu.org
miqdarına qan plazmasına rast gəlinir. Mg
2+
ionları onlar ürək
əzələlərinin oyanmasının tənzimlənməsində iştirak edirlər. Bundan
başqa, Mg
2+
ionları karbohidratların hidrolizində iştirak edən
fermentlərin sintezinin zəruri komponentlərin- dəndirlər: Mg
2+
iştirakı zamanı fosfatazan fermentli fəallığı da artır.
Heyvan orqanizmində brom hipofizdə (15-30 mq%), eləcə
də bir sıra digər orqanlarda isə 0,1-0,7 mq% qatılıqda aşkar olunur.
Br orqanizmdə rolu müəyyən olunmasa da, o, dərman preparatların
tərkibində orqanizmə sakitləşdirici təsir göstərərək, sinir
sistemində tormozlayıcı prosesləri stimullaşdırır.
Yod (Q) - qalxanabənzər vəzinin T
3
-triyodotrionin və T
4
-
trioksin hormonlarının hazırlanması üçün lazımdır. İnsan yoda olan
gündəlik tələbatını dağ süxurlarında olan yodla zənginləşən suyu
içməklə təmin edir. İçməli suda yod az olanda əhalinin yoda olan
ehtiyacını ödəmək üçün xörək duzuna yod əlavə edilrlər. Bunun
üçün bir ton duza 12 qr qədər yod qatmaq lazımdır.
Yod ən çox dəniz yosunlarında olur. Yosunların suya ifraz
etdiyi yodun hesabına dəniz suyunda, bulaq suyuna nisbətən çox
olur. Orta yaşlı sağlam adamların yoda olan ehtiyacı 0,000014 qr
təşkil edir. Qalxanabənzər vəzin hipofunk- siyası zamanı vəzi
böyüyür və zob (Ur) xəstəliyi, hiperfunk- siyası zamanı isə
Bazedov xəstəliyi müşahidə olunur.
Kobalt (2
+
) vitamin B
12
əsas tərkib hissəsini təşkil edir,
çatışmazlığı anemiya (qanazlığı) xəstəliyi əmələ gətirir.
Mis (Cu
2+
) hüceyrədə oksidləşdirici proseslərdə iştirak
edərək, sitoxromoksidaza, monooksidaza, liziloksidaza, su-
peroksidaza dismutazının tərkibinə daxil olur.
Bəzi onurğasız heyvanlarda mis onurğalı heyvanların qanının
Hb oxşar olaraq orqanizmdə
02
-in daşıyıcısı kimi xidmət göstərən
hemoqlobinin tərkibinə daxıl olur.
Cu
2+
ionları qan təşkili proseslərində hemoqlobin ilə si-
toxromların sintezində də iştirak edirlər. İnsan orqanizminin Cu
olan gündəlik tələbatı 2 mq təşkil edir. Cu heyvanların orqan və
toxumalarında, daha çox isə qaraciyərdə rast gəlinir (
3
-
369
downloaded from KitabYurdu.org
5 mq%). Qida məhsullarında Cu çatışmaması zamanı orqanizmdə
qan təşkili proseslərinin Hb sintezinin pozulması başlanır.
Sink (Zn
2
+) - sink orqanizm üçün karbohidraza fer-
mentinin sintezi zamanı zəruridir. Bu ferment eritrositlərdə və
digər hüceyrələrdə CCh-mn mübadiləsində iştirak edir. Zn az
miqdarda insulinin tərkibində də rast gəlinir.
Xrom (Cr
2
-) - qlükozanm insulinə qarşı həssaslığını artırır.
Xromun çatışmazlığı insulinə qarşı rezistentliyi artırır. Selen
bərpaedici qulutationun oksidləşməsinə və trioksinin, triyod-
trioninə çevrilməsində iştirak edir.
Ftor (F) - az miqdarda ftor sümüyün və diş emalının
formalaşması üçün lazımdır. Həddindən çox ftor qəbulu flyo- roza
səbəb olur. Bu zaman sümükdə ləkələr və ölçüsünün böyüməsinə
təsadüf edilir.
370
downloaded from KitabYurdu.org
XVI FƏSİL
16.1. Bədən temperaturu və onun tənzimi
Bədən temperaturunun tənziminə görə heyvanlar 2 qrupa
bölünür: 1. Poykilotermik. 2. Homoyotermik. İnsan ho-
moyotermik qrupa daxildir.
Xarici mühitin temperaturundan asılı olmadan bədən
temperaturun tənzim edən heyvanlara homoyotermik, bədən
temperaturunun səviyyəsi xarici mühitin temperaturundan asılı
olan heyvanlara poykilotermik heyvanlar deyilir.
Homoyotermik - bədən temperaturunu tənzim edən isti-
qanlı heyvanlar (məməli heyvanların əksəriyyəti, məsələn, insan,
meymun, dovşan, it və s.), quşlar aiddir. Maddələr mübadiləsinin
normal səviyyəsini tənzim edən xüsusi fizioloji mexanizmin hesa-
bına bu stabilliyi nizamlaya bilir. İstiqanlı heyvanlarda (məməli və
quşlar) bədən temperaturunun nisbi sabitliyini qoruyub, sax-
lamasına izotermiya deyilir. Poykilotermik - bədən temperaturunu
tənzim edə bilməyən, fəaliyyəti xarici mühitin temperaturundan
asılı olan soyuqqanlı heyvanlara deyilir (balıqlar, suda- quruda
yaşayanlar, sürünənlər aid edilir).
Bədən temperaturu homeostazın ən mühüm parametr-
lərindən biri hesab edilir. Normal daxili temperatur 0,6° tərəddüdlə
fərqlənən 37°C hesab edilir. Termodinamik nöqteyi- nəzərdən
homoyetermik insan ancaq istilik törətmə və istilik vermə arasında
olan balansın saxlanması şəraitində bədən temperaturunu bütöv
orqanizmdə qoruyur və neyro-endokrin yollarla onu tənzim edir. _
İstiliyn əmələ gəlməsi. İstilik maddələr mübadiləsi vasitə-
silə əmələ gəlir. İstilik törətmənin səviyyəsi aşağıdakılardan
asılıdır: əsas mübadilədən, əzələ fəaliyyətindən, hormonların
effektindən (tiroksin, oksidləşmə və fosforlaşma zamanı əmələ
gələn istilik və həmçinin hüceyrədə güclü piy olanda) yaranır.
İstilikvermə. Əsas istilik qaraciyərdə, beyində, ürək və
skelet əzələlərində onların işləməsi zamanı əmələ gəlir. Sonra
istilik dəriyə verilir, ordan isə havaya və ətraf mühitə verilir.
Dostları ilə paylaş: |