Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi


  downloaded from KitabYurdu.org XX FƏSİL



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə42/56
tarix28.06.2020
ölçüsü4,1 Mb.
#32184
1   ...   38   39   40   41   42   43   44   45   ...   56
-kitabyurdu.org--Insan ve heyvan fiziologiyasi- II hisse


444 

downloaded from KitabYurdu.org



XX FƏSİL 

ALİ SİNİR FƏALİYYƏTİ 

20.1.  Ali sinir fəaliyyəti haqqında anlayış 

İlk  dəfə  olaraq  İ.P.Pavlov  beyin  yarımkürələrinə  və  onun 

qabığına ali sinir fəaliyyəti orqanı kimi baxırdı. 

Ali  sinir  fəaliyyəti  dedikdə,  İ.P.Pavlov  beyin  qabığı  və 

qabıqaltı törəmələrin qarşılıqlı iş mexanizmlərini nəzərdə tuturdu. 

İ.P.Pavlov  ibtidai  sinir  fəaliyyətinə  instinkt  reaksiyalar  və 

davranış xassələri kimi baxırdı və bu fəaliyyətin beyin sütununun 

və  mərkəzi  sinir  sisteminin  səviyyəcə  daha  aşağıda  yerləşən 

şöbələrinin iştirakı ilə həyata keçirildiyini göstərmişdir. 

İnsanda  ali  sinir  fəaliyyəti  məhz  ona  xas  olan  şüurlu  fəa-

liyyətdə  və  əmək  fəaliyyəti  sayəsində  yaranan  ikinci  siqnal  sis-

teminin (nitq qabiliyyəti)  yaranmasında özünü göstərir. Beləliklə, 

İ.P.Pavlov ali sinir fəaliyyəti haqqında təlimin məzmununa şərtsiz 

və  şərti  reflekslər,  birinci  və  ikinci  siqnal  sistemləri,  qabığın  və 

digər  mürəkkəb  mərkəzi  törəmələrin  analiz-  sintez  xassələri 

haqqında yeni təsəvvürləri daxil etmişdir. 



Şərti  refleks.  (bu  anlayışı  elm  aləminə  rus  alimi  tvan  Pet- 

roviç  Pavlov  1901-ci  ildə  daxil  etdi)  Əvvəllər  orqanizmin  reak-

siyasına səbəb olmayan, sonra indeferent stimula uyğun orqanizmin 

reaksiyasına  səbəb  olan  qıcıqla  bir  yerdə  bir  neçə  dəfə  təkrar 

olunduqda, o özü də reaksiyaya səbəb olur. 

I.P.  Pavlov  klassik  təcrübəsi  ilə  əvvəlcə  ac  itə  ət  verməklə 

onda tüpürcək ifrazına səbəb olur. Sonra hər dəfə yeməkdən qabaq 

əvvəlcə zəngin səsini çalmış və ya lampanı yandırmışdır. Bundan 

bir neçə saniyə keçdikdən sonra yemək vermişdir və bu əməliyyatı 

ancaq zəng səsi (qidalanmadan əvvəl) tüpürcək ifarzına səbəb olana 

qədər  təkrar  etmşidir.  Bu  tərcübədə  ət  -  şərtsiz  qıcıq  (həmişə 

tüpürcək ifrazına səbəb olur), amma zəng səsi isə şərti qıcıq hesab 

edilir. 

Yəni şərti refleks yaranandan sonra, ancaq zəng səsi veri 



445 

downloaded from KitabYurdu.org



ləndən sonra vəzidən şirə ifraz olunur. 

Şərti refleksin yox olması. Əgər şərti refleks, şərtsiz qıcıqla 

möhkəmləndirilmədən  təkrar  olunarsa,  onda  şərti  refleks  nəhayət 

yox olur. Bu sönmə və ya daxili ləngimədir. 

Lakin şərti qıcıq şərtsiz qıcıqla vaxtaşırı təkrar olunursa onda 

yaranan şərti refleks uzun müddət mühafizə edilir. 

İnstrumental şərti reflekslər. Şərti refleksin sərbəst forması 

instrumental refleksdır. Bu reflekslər fəal və məqsədyönlü fəaliyyət 

əsasında formalaşır. Bura isə dirissirovka və ya ope- rant təlim alma 

("sınaq  və  təcrübi  xəta"  üsulu  ilə  təlim  almadır)  aid  edilir.  Əgər 

insan və heyvan müsbət qıcıq almaq üçün, yaxud mənfi stimuldan 

qaçmaq  üçün  şərti  (məsələn,  zəng  səsi)  cavab  olaraq 

manipulyatorun  düyməsini  basmağı  öyrənirsə,  bu  şərti  refleks 

instrumental refleks kimi təsnif olunur. İnsan üçün bu refleksi nitqin 

köməyi ilə yaratmaq olar. 

Şərti refleksin fizioloji əhəmiyyəti. Şərti refleks hər bir şəxsin 

fərdi həyatında qazanılır və toplanır. Uyğunlaşma xarakteri daşıyır 

və fərdin davranışı daha plastik olur. 

Beləliklə, şərti refleks - fərdi qazanılmış sistemli, uyğunlaşma 

reaksiyasıdır.  Sinir  sistemində  şərti  qıcıqlandırıcı  ilə  şərtsiz 

reflektor fəaliyyəti arasında müvəqqəti əlaqə formasıdır. 



20.2.  Anadangəlmə və ya şərtsiz reflektor fəaliyyəti 

İnstinkt.  Təkamül  nəticəsində  heyvanlar  mənsub  olduqları 

növü qoruyub saxlamaq üçün qidalanma, mübarizə və cinsi fəallıq 

kimi əsas bioloji funksiyaları qazanmışdır. İnstinkt ilk növbədə ən 

ümdə  bioloji  xassələri  qoruyub  davam  etdirməyə  imkan  verir  və 

onlar fizioloji mahiyyətinə görə anadangəlmə şərtsiz reflekslərdir. 

Bunların əsasını təşkil edən reflektor mexanizmlər eyni bir növün 

bütün fərdlərində tamamilə oxşar mexanizmlər şəklində meydana 

çıxır,  nəsildən-nəslə  keçərək  instinktiv  davranış  reaksiyalarını 

əmələ  gətirir.  Belə  ki,  yenicə  dünyaya  gələn  orqanizmdə  bu 

mexanizmlərin bir çoxu artıq fəaliyyətə hazır vəziyyətdə olur. 

Deməli, instinktiv fəaliyyətin səciyyəvi xüsusiyyətlərin 

446 

downloaded from KitabYurdu.org



dən  biri  onların  növə  mənsub  olan  bütün  fərdlərdə  eyni  şəkildə 

təzahür etməsindədir. Hər fərd üçün  eyni  dərəcədə  zəruri  bioloji, 

hüdudi avtomatizmə çatmış, təkrar aktlardır. 

Mövcud  şərait  dəyişən  kimi  instinktiv  davranış  məqsədə- 

uyğunluğunu itirir. Bu onu göstərir ki, instinktiv davranış formaları 

yalnız dəyişməz şəraitdə məqsədəuyğun olur. 

İnstinktin tədqiqi göstərir ki, ibtidai hiss üzvlərinə malik olan, 

yəni bağırsaq boşluqlu heyvanlara nisbətən inkişafca daha yüksək 

pillədə duran qurdlarda, həşəratlarda və digər onurğasızlarda aydın 

nəzərə çarpan instinktiv davranış formaları anadangəlmədir. 

İ.P.Pavlova  görə,  instinkt  mürəkkəb  şərtsiz  refleks  olub, 

yalnız  müəyyən  və  sadə  təsirlərə  yaxud  qıcıqlar  kompleksinə 

verilən  ardıcıl,  zəncirvarı  reaksiyalardır.  Onlar  ciddi  surətdə 

müvafiq  şəraitə  uyğunlaşdırılmış  olur.  Bir  çox  instinktlər  öz 

məhdudluğu,  standartlığı,  stereotipliyi  ilə  fərqlənir.  Məsələn, 

hörümçək  özünə  yaşayış  arealı  kimi  və  ov  məqsədilə  mürəkkəb 

quruluşlu  top  düzəldir.  Bir  o  qədər  də  həyat  təcrübəsi  olmayan 

hörümçək balası da heç təlim almadan, stereotip olaraq bu cür top 

qura bilir. Arı ailəsi yem ehtiyatı və nəsil qayğısına qalmaq üçün 

çox  böyük  ustalıqla  şanı  qurur  və  bunu  hər  dəfə  eyni  dəqiqliklə 

yerinə  yetirir.  Qrup  halında  yaşayan  arılar,  yaxud  qarışqalar 

arasında da elə ona bənzər ciddi müəyyənləşdirilmiş əmək bölgüsü 

və  tabelik  münasibətləri  mövcuddur.  Lakin  həşəratların 

məqsədəuyğun instinktiv davranışı, əslində məqsədi dərk etməkdən 

uzaqdır. 

Onurğalı  heyvanlarda  da  instinktlər  geniş  yayılmışdır.  Hər 

çoxalma  dövrü  ərəfəsində  nərə  balığı  dənizdən  çaya  miqrasiya 

edərək əlverişli yerdə kürü tökür və sonra öz məskəni olan dənizə 

qayıdır.  Quşlarda  və  məməlilərdə  qida  əldə  etmək,  yuva  və  ya 

sığınacaq  qurmaq,  nəsil  qayğısına  qalmaq,  öz  yaşayış  arealını  və 

özünü qorumaq uğrunda mübarizə instinktləri çox güclüdür. 

447 

downloaded from KitabYurdu.org



20.3. Şərtsiz refleks növləri 

Mühüm  bioloji  əhəmiyyətə  malik  olan  reflekslərin  ilk 

təsnifatını 1926-cı ildə I.P.Pavlov vermişdir. 

A.D.Slonim şərtsiz refleksləri 3 əsas qrupa bölmüşdür: 

I.  Maddələr  mübadiləsini  və  orqanizmin  daxili  mühitinin 

sabitliyini  mühafizə  edən  reflekslər  (qida  və  hemostatik  ref- 

lekslər); 

II.  Xarici  mühitin  təsirlərinə  və  onların  dəyişilmələrinə 

verilən  reflektor  reaksiyalar  (müdafiə,  mühit  və  ya  vəziyyət 

refleksləri); 

III.  Növün nəslini mühafizə edən reflekslər (cinsi, valideyn, 

ictimai davranış refleksləri və s.). 

Məməlilərdə inkişafın ilk mərhələlərində əvvəlcə birinci qrup 

şərtsiz reflekslər, onların ardınca ikinci və üçüncü qrup reflekslər 

meydana çıxır. Mühitin mürəkkəbləşməsi, hiss üzvlərinin inkişafı 

funksiyalarının 

müxtəlifləşməsi 

onların 


formalaşmasını 

sürətləndirir.  Hər  üç  qrup  reflekslər  sonralar  orqanizmin 

fəaliyyətində mühüm rol oynayır. 

Səciyyəvi  xüsusiyyətlərinə  görə  şərtsiz  refleksləri  6  qrupa 

bölmək olar: 

1)  Qida  refleksləri.  Bunlar  qidalanmanı  təmin  edən  ref- 

lekslərdir.  Buraya  əmmə,  qidanı  tutma,  çeynəmə,  ağız  şirəsi  ilə 

islatma, udma, mədə və pankreas şirələrinin ifrazı və s. reflekslər 

daxildir. 

2) Müdafiə  refleksləri.  Bunların  formaları  olduqca  çoxdur. 

Nəfəs yoluna toz və zərərli qazlar düşdükdə əmələ gələn asqırma 

və öskürmə refleksləri, həzmdə yaranan pozğunluq zamanı öyümə, 

qusma  refleksləri,  gözə  kəskin  işıq  düşdükdə  gözün  və  bəbəyin 

daralması refleksləri, düşmənlə mübarizə refleksləri və i.a. 

3)  Cinsi reflekslər. Bunlar cinsi aktların icrası, nəsilver- mə, 

nəsil qayğısına qalma ilə bağlı olan reflekslər dir. 

4) Xəbərdarlıq refleksləri. Buraya xarici mühitdə baş verən 

müxtəlif  dəyişmələrdən,  eləcə  də  orqanizmin  məkandakı 

vəziyyətindən xəbərdarlığı təmin edən reflekslər aiddir. Qəfil- 

448 

downloaded from KitabYurdu.org



dən  göz  qabağından  keçən  cisim  və  ya  hadisəyə  doğru  başm  və 

gözün hərəkəti, qeyri-adi səsə qulaqların şəklənməsi və s. bu kimi 

reflekslərə aiddir. 

5) 


Statogenetik  və  lokomotor  reflekslər.  Bədənin  məkanda 

vəziyyəti və hərəkəti ilə əlaqədar olan reflekslər dir. 

6) 

Daxili  reflekslər.  Daxili  orqanların  tənzimi  ilə  əlaqədar 

olan  reflekslərdir.  Qusma,  defekasiya,  qan  təzyiqinin  reflektor 

tənzimi belə reflekslərdəndir. 

20,4.  Şərtsiz reflektor fəaliyyəti 

Şərti  refleks.  İ.P.Pavlova  görə  qabaqcadan  heç  bir  təlim 

olmadan orqanizmdə müəyyən dərəcədə reaksiya, qıcıq (məsələn, 

qida) - şərtsiz cavab adlanır. Orqanizmə əvvəllər yabanı (indiferent) 

olan və yalnız təkrar təsirlərdən sonra müəyyən reaksiya doğurmaq 

qabiliyyəti kəsb edən qıcıq - şərti qıcıq, ona verilən reaksiya isə şərti 

reflektor cavab adlanır. 

Əgər hər dəfə  yemək verməzdən əvvəl kamerada, itin gözü 

qarşısında işıq yandırılarsa və bu təcrübə dəfələrlə təkrar edilərsə, 

onda heyvan qida almadan da işığın yanmasına ağız şirəsi ifrazı ilə 

cavab  verir  (şəkil  1.).  Deməli,  şərtsiz  qıcıq  (qida)  və  şərti  qıcıq 

(lampa işığı) orqanizmə dəfələrlə birgə təsir etdikdə işıq da bioloji 

əhəmiyyətli  qıcıq  və  ya  siqnal  funksiyası  qazanır.  Onun  əmələ 

gəlməsi üçün əvvəlcədən heyvan üçün əhəmiyyətsiz olan hər hansı 

qıcığın,  şərtsiz  refleks  törədən  qıcıqla  bir  vaxtda  təsir  göstərməsi 

zəruridir.  Şərtsiz  qıcıq  şərti  qıcıqla  yanaşı  getməli  və  onu 

möhkəmləndirməlidir.  Şərti  qıcıq  və  ya  şərti  siqnal  kimi  işıqdan, 

zəngdən, fitdən, musiqi tonlarından, elektromaqnit kameralarından, 

dərini  mexaniki  qıcıqlandıran  qaşovlardan,  dərini  soyudan  və 

qızdıran,  əzələ  tə-  qəllüsünü  dəyişdirən  aparatlardan,  bədənin 

məkanda  tutduğu  vəziyyətdən,  daxili  üzvlərin  vəziyyətindən, 

orqanizmdə  gedən  maddələr  mübadiləsinin  dəyişməsindən,  bir 

sözlə bütün ekste- roseptiv və proprioreseptiv qıcıqlardan istifadə 

etmək olar. Şərti qıcıqlar iki cür olur. Onların bir qrupu heyvanın 

təbii ehtiyacları ilə əlaqədardır (qoxu, qidanın forması, rəngi və s.), 



449 

downloaded from KitabYurdu.org



bunlara təbii şərti qıcıqlar deyilir. 

 

Şəkil 20.1. Şərti refleksin və xarici ləngimənin yaranması sxemi: 



I - şərtsiz tüpürcək ifrazı refleksi, II - it üçün indiferent (əhəmiyyətsiz) olan işıq 

qıcığı,  III  -  şərti  refleksin  alınması,  it  üçün  əhəmiyyətsiz  olan  qıcığın  şərtsiz  qıcıqla 

möhkəmləndirilməsi  (beyin  qabığında  eyni  vaxtda  iki  oyanma  mənbəyinin  əmələ 

gəlməsi), IV - şərti refleks, V - şərti refleksin xarici ləngiməsi (oyanma mənbəyinin beyin 

qabığının eşitmə zonasında əmələ gəlməsi və başqa zonaların ləngiməsi). 

tkinci  qrup  isə  təcrübə  şəraitində  tətbiq  olunan  şərti  qı-

cıqlardır (işıq, zəng səsi və s.), bunlara süni şərti qıcıqlar deyilir. 

Şərti  reflekslərdən  fərqli  olaraq,  şərtsiz  reflekslərin  icrası, 

əsasən, mərkəzi sinir sisteminin ibtidai şöbələri - qabıqaltı nüvələr, 

beyin sütunu və onurğa beyni vasitəsilə olur. İnsanda və meymunda 

funksiyaların beyin qıcığında yerləşməsi ilə əlaqədar olaraq, bir sıra 

şərtsiz reflekslər mütləq yarımkürələrin iştirakı ilə həyata keçirilir. 

Tədqiqiatlarla müəyyən olunmuşdur ki, beyin yarımkürələri 

tamamilə kəsilib çıxarılmış itlərdə əməliyyatdan əvvəl yaradılmış 

şərti  reflekslərin  hamısı  itir  və  onlarda  artıq  belə  şərti  əlaqələr 

yaratmaq  mümkün  olmur.  Deməli,  şərti  refleksin  qövsü  beyin 

qabığında qapanır. 

450 

downloaded from KitabYurdu.org



20.5. Şərti refleks növləri 

İ.P.Pavlov  şərti  refleksin  aşağıdakı  növlərini  daha  ətraflı 

öyrənmişdir. Onların bəziləri ilə tanış olaq: 

1. Şərti  tüpürcək  refleksi.  Birinci  dərəcəli  reflekslərə  aid 

edilir. Şərti refleks ilk dəfə tüpürcək vəzilərində öyrənilmişdir. Bu 

reflekslərdə  müəyyənləşdirilən  bütün  qanunauyğunluqlar,  əsas 

etibarilə,  tüpürcək  vəzilərinin  şərti  reaksiyalarının  təhlilinə 

əsaslanmışdır. 

Tüpürcək,  mədə  və  pankreas  vəzilərinin  şərti  şirə  ifrazına 

birlikdə  şərti  qida  refleksləri  deyilir.  Bunların  əhəmiyyəti  qida 

qəbulundan  əvvəl  onun  həzmi  üçün  lazımi  əlverişli  şərait  ya-

ratmaqdan ibarətdir. 

2. Şərti hərəki refleks. Bunlar iki yerə bölünür: şərti hərə- ki 

qida refleksləri və şərti hərəki müdafiə refleksləri. 

3. Şərti  ürək  və  qan  damar  refleksi.  İnsanda  göz  almasına 

düşən azacıq təzyiq ürək fəaliyyətini ləngidir, onun döyünmələrinin 

sayını azaldır. Buna şərti göz-ürək refleksi deyilir, yaxud da şərti 

vazomotor  (damar  hərəki)  refleks  almaq  üçün  üzərində  təcrübə 

aparılan  adamın  bir  qolu  pletizmoqrafa  salınır,  digər  qoluna 

spirtşəkilli metal boru sarınır. Bu şərtsiz ref- leksdir. Spiral borudan 

soyuq və ya isti su buraxmazdan əvvəl hər hansı şərti qıcıq versək 

və bu şərtsiz qıcıqla müşayiət olunarsa, damarın sıxılıb genəldiyini 

müşahidə  etmək  olar.  Bu,  qan  damarlarına  qarşı  alınan  şərti 

vazomotor refleksdir. 

4. Vaxta  qarşı  şərti  refleks.  Burada  şərti  qıcıq  kimi  vaxt 

götürülür. Əgər təcrübə ərzində müəyyən vaxtda itə yemək verilsə 

və ya onun ağzına turşu məhlulu tökülsə, bir neçə dəfə təkrardan 

sonra, həmin vaxta qarşı şərti ağız şirəsi ifrazı refleksi yaranacaqdır. 

5. Ali  dərəcəli  şərti  reflekslər.  Şərtsiz  reflekslər  əsasında 

yaradılan  şərti  reflekslərə  birinci  dərəcəli  şərti  reflekslər  deyilir. 

Müəyyən dərəcəyə qədər möhkəmlənmiş hər hansı refleks yeni şərti 

refleks almaq üçün əsas ola bilər. Bunlara ikinci dərəcəli və ya ali 

dərəcəli şərti refleks deyilir. Bu reflekslərin yaranması üçün əvvəlcə 

hər hansı şərtsiz və şərti qıcıq, məsələn, 



451 

downloaded from KitabYurdu.org



qida və zəngin çalınması eyni vaxtda tətbiq edilir və sabit şərti qida 

refleksii yaradılır. Sonra zəng səsi ilə başqa şərti qıcığı,  məsələn, 

dərinin qaşınmasını eyni vaxtda tətbiq edirlər. Bu zaman əvvəlcə 

bir  neçə  saniyə  ərzində  dəri  qıcıqlandırılır,  sonra  zəng  çalınır  və 

şərtsiz  qıcıqdan  isə  istifadə  edilmir.  Beləliklə,  təkcə  dərinin 

qaşınması  şərti  qida  refleksinin  yaranmasına  səbəb  olur.  Halbuki 

əvvəllər  bu  təcrübədə  dərinin  qaşınması  şərtsiz  qida  refleksii  ilə 

möhkəmləndirilməmişdir.  Bu  qayda  ilə  heyvanlarda  və  insanda 

ikinci  və  üçüncü,  hətta  çox  dərəcəli  şərti  reflekslər  almaq 

mümkündür. Uşaqlarda 

6

 dərəcəli şərti refleks yaradılmışdır. 



6

.  Şərti  interoreseptiv  reflekslər.  İtin  mədəsinə  iki  fıstula 

qoyulur. Onlardan biri ilə mədəyə ilıq su daxil edilir, digərindən isə 

həmin  su  xaricə  axıdılır  və  beləliklə,  onun  reseptorları  müəyyən 

vaxt ərzində temperatur təsirinə məruz edilir. Eyni zamanda onun 

ayağı  elektriklə  qıcıqlandırılır.  İt  bu  zaman  pəncəsini  çəkir. 

Əməliyyatı bir neçə dəfə təkrar etsək, onda heyvan elektrik qıcığı 

almasa da, mədənin yuyulmasına qarşı şərti hərəki reflekslə cavab 

verəcəkdir. Bu təcrübə mədə resep- torlarınm iştirakı ilə yaranmış 

şərti müdafiə hərəki refleksinə misaldır. 

Mədə  divarının  mexaniki  qıcıqlandırılması  ilə  qidanın 

verilməsi  eyni  vaxtda bir neçə dəfə təkrar edildikdən sonra təkcə 

mədənin  qıcıqlandırılması  tüpürcək  ifrazına  səbəb  olur.  Bunlar 

interoreseptorlardan alınan şərti qida refleksləridir. 



20.6.  Şərti reflekslərin xüsusiyyəti 

insan  və  heyvan  orqanizminin  həyatında  öz  xarakteri  və 

əhəmiyyətinə  görə  bir-birindən  fərqlənən  ən  müxtəlif  şərti  ref- 

leksləri  səciyyələndirən  mühüm  xüsusiyyətlərdən  biri  onların 

ləngiməsi  və  sönməsidir.  Əmələgəlmə  şəraitinə  və  funksional 

əhəmiyyətinə görə I.P.Pavlov ləngimənin daxili və xarici ləngimə 

növlərini  müəyyən  etmişdir.  Orqanizmin  artıq  ehtiyacı  olmayan, 

onun tələbatına uyğun gəlməyən şərti reflekslər təd- 



452 

downloaded from KitabYurdu.org



ricəxı sıradan çıxır, buna sönən ləngimə deyilir. 

1  Şərti  refleksin  sönməsi.  Məsələn,  fərz  edək  ki,  müəyyən 

şərti  qıcığa  qarşı  5  ml  tüpürcək  ifraz  edilir.  İndi  biz  həmin  şərti 

refleksi möhkəmləndirməsək, yəni itə işığı göstərib qida verməsək, 

o zamanı ifraz olunan tüpürcəyin getdikcə azaldığını və axırda sıfra 

bərabər  olduğunu  görərik.  Pavlov  buna  şərti  refleksin  sönməsi 

deyir. Bunu  yenidən almaq üçün şərti qıcığı bir neçə dəfə şərtsiz 

qıcıqla təkrar etmək lazımdır. 

2. Qıcıqların  fərqlənməsi.  Məsələn,  itdə  qarın  nahiyəsində 

dərinin  qaşınmasına  və  itin  gözünün  qarşısında  ekranı  işıqlan-

dırmağa  qarşı  möhkəm  şərti  refleks  aldıqdan  sonra,  başqa  yaxın 

qıcıqlar,  üçbucaq  ekran  işıqlanır)  verilir.  İkinci  qıcıqlar  qida  ilə 

möhkəmləndirilmir. Əvvəlcə ikinci qıcıqlara qarşı reaksiya alınsa 

da, işıq ilə möhkəmləndirilmədiyi üçün sönür. Deməli, it qıcıqları 

bir-birindən  ayıra  bilir.  Buna  qıcıqların  fərqləndirilməsi  deyilir, 

yəni təcrübə zamanı tətbiq olunan qıcıqları qəbul edən mərkəzlər 

birinci halda oyanır, ikinci halda isə ləngiyir. 

3. Şərti ləngimə. Məsələn, metranomun zərbəsinə qarşı şərti 

refleks  əldə  etdikdən  sonra  həmin  şərti  qıcığı,  başqa  bir  qıcıqla, 

zəngin səsi ilə eyni vaxtda tətbiq edirlər. İt iki qıcığa qarşı tüpürcək 

ifraz edir. Çünki ikinci qıcıq qida ilə möhkəmləndirilməyib, ancaq 

tək  metronomun  səsinə  tüpürcək  ifraz  edir.  Deməli,  ikinci  şərti 

qıcıq, yəni zəng səsi qida ilə möhkəmləndirilmədiyi üçün bir neçə 

təcrübədən sonra ləngidici təsir edir. 



Xarici ləngimə. Bu hadisə Pavlov tərəfindən belə izah edilir. 

MSS-nə  gələn  hər  hansı  qüvvətli  qıcıq  orada  qüvvətli  oyanma 

nöqtəsi  əmələ  gətirir.  Bu  oyanma  bütün  başqa  mərkəzlərin,  o 

cümlədən tədqiq olunan şərti refleks mərkəzinin ləngiməsinə səbəb 

olur  (şəkil  1-V).  Xaricdən  verilən  qıcığın  təsiri  altında  şərti 

refleksin  zəifləməsi  və  ləngiməsinə  səbəb  olur: 

1

)  Deməli,  güclü 



qıcıqların təsirindən refleks sönə bilər, buna hüdudxarici ləngimə 

deyilir.  Bu  ləngimə  şərti  siqnalın  şərtsiz  siqnala  təkrar 

möhkəmləndirilmədiyi hallarda daha tez baş verir. 2) Orqanizmin 

xarici və daxili mühitinin dəyişilməsi ya 



453 

downloaded from KitabYurdu.org



ranmış şərti refleksi ləngidir. Buna müvafiq olaraq, şərti ref- leksin 

xarici  (şərtsiz)  və  daxili  (şərti)  ləngiməsi  müəyyənləşdirilmişdir. 

Xarici  ləngiməyə  səbəb,  əksər  hallarda,  bə-  lədləşmə  şərtsiz 

reflekslər,  habelə,  müxtəlif  şərti  reflektor  aktlardır.  3)  Keçikən 

ləngimə  forması  da  mövcuddur.  Şərti  siqnalla  şərtsiz  siqnal 

arasındakı vaxtı uzatdıqda şərti reaksiyanın baş verməsi ləngiyir. 4) 

Mənfi  və  müsbət  əhəmiyyətli  qıcıqların  fərqləndirilməsi  zamanı 

şərti siqnalla əmələ gələn refleks ləngiyə bilər. Buna fərqləndirici 

ləngimə  deyilir.  Müsbət  və  mənfi  siqnallar  qarşılıqlı  surətdə 

fərqləndirici  ləngiməni  yarada  bilər.  Müsbət  qıcıqlar  mənfilərə 

qarşı  yaranan  refleksləri  və  ya  əksinə,  mənfi  siqnallar  müsbət 

siqnallara qarşı yaranan refleksləri söndürə bilər. 

Oyanma və ləngimə mahiyyətcə dinamik proses olub, əksər 

hallarda gözlənilmədən baş verir və yox olur. Bu xassənin əsasını 

bir  sıra  qanunauyğunluqlar  təşkil  edir.  Bunlara  oyanmaların 

yayılması və ya irradiasiya, cəmlənməsi və ya konsen- trasiya, bir-

birini gücləndirməsi və ya yenidən doğurması - induksiya hadisələri 

aiddir. Oyanma ləngimə doğurursa və onu gücləndirirsə, bu mənfi 

induksiya  və  müsbət  induksiyadır.  Hər  iki  sinir  hadisəsinin 

qarşılıqlı  təsiri  həm  irradasiya  və  kon-  sentrasiyanın,  həm  də 

induksiyanın xassələri ilə əlaqədardır. 

Şərti reflekslərin mühüm xassələrindən biri onların tədricən 

ixtisaslaşmasıdır.  Şərti  reflekslərin  ixtisaslaşması  dəyişilən  mühit 

şəraitinə daha düzgün və adekvat cavabların verilməsini təmin edir. 



Qıcıqların  analizi  vs  sintezi.  Ali  heyvanlarda  və  insanda 

qıcıqları təhliletmə bacarığı yüksəkdir. Bu orqanizmlərdə qıcıqların 

analizi,  bilavasitə,  böyük  yarımkürələrin  qabığı  və  qabıqların 

analizi,  bilavasitə,  böyük  yarımkürələrin  qabığı  və  qabıqaltı 

törəmələrin  iştirakı  ilə  gedir.  Qıcıqların  analizi  resep-  tor  aparat 

səviyyəsində  başlansa  da,  özünün  ən  yüksək  mərhələsinə  sütun 

törəmələri və beyin  qabığında  çatır.  Eynilə sinir  sistemi  müxtəlif 

qıcıqları əlaqələndirmək, müxtəlif qıcıqları əlaqələndirmək, onları 

ümumiləşdirmək  xassəsinə  də  malikdir.  Bu  qıcıqların  analiz  və 

sintez hadisələridir. Analiz kimi sintez 



454 

downloaded from KitabYurdu.org



də  reseptorlardan  başlanıb,  sütun  törəmələri  və  beyin  qıcığında 

özünün ən yüksək mərhələsinə çatır. 

İ.P.Pavlovun  təliminə  görə,  analiz  və  sintez  hadisələrinin 

maddi əsasını analizatorlar təşkil edir. Hər analizator müvafiq xarici 

və daxili mühit siqnallarını ayrı-ayrılıqda qəbul edib, onları analiz 

və sintez edərək orqanizmin bu və ya digər səciyyəli uyğunlaşma 

reaksiyalarını təmin edir. 

Analiz və sintez hadisələri beyin funksiyasının iki ayrılmaz, 

sıx  və  qarşılıqlı  təsirə  malik  cəhəti  olub,  ali  sinir  fəaliyyətinin 

əsasını təşkil edir. 



Dinamik  stereotip.  Siqnalların  mərkəzi  sinir  sisteminə 

müəyyən  nizamlı  sistem  halında  təsiri  öz  növbəsində  onun  fəa-

liyyətində  xüsusi  sistemlik  yaradır.  Dinamik  stereotip  məhz  bu 

sistemliyi özündə əks etdirir. 

İ.P.Pavlovun tərifinə görə, dinamik stereotip beyin qabığının 

kompleks  qıcıqlardan  doğan  kompleks  fəaliyyəti  kimi  başa 

düşülməlidir.  Bu  kompleksə  daxil  olan  qıcıqlar  ardıcıllığı  və 

müddəti bir-birinə təsir edir, onların hər birinin ayrılıqda doğurduğu 

nəticə  özündən  əvvəl  və  sonrakı  qıcığın  effektindən  asılıdır. 

Dinamik  stereotip  çətin  yaranır,  əmələ  gəldikdə  isə  uzun  müddət 

davam edir və orqanizmin qazandığı müəyyən vərdiş, uyğunlaşma 

və  davranış  aktı  kimi  təzahür  edir.  Qazanılmış  stereotiplər  daimi 

funksional  hallar  olmayıb,  müəyyən  şəraitdə  güclü  bioloji 

tələbatların təsirindən dəyişilə və biri digərini əvəz edə bilər. İnsan 

və  ali  heyvanların  həyatında  dinamik  stereotipin  olduqca  böyük 

əhəmiyyəti vardır. Belə ki, formalaşmış stereotiplər sayəsində beyin 

daha asan işləyir və onun fəaliyyətində avtomatizm daha tez yaranır.

 



Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin