20.13. Müvəqqəti əlaqələrin neyrofizioloji əsası
İ.P.Pavlov hesab edirdi ki, orqanizmin xarici mühitlə mü-
rəkkəb qarşılıqlı əlaqələrinin mükəmməl tənzimini təmin edən ali
sinir fəaliyyəti, onun əsas tərkib hissəsi kimi şərti reflekslər beyin
yarımkürələri qabığı ilə qabıqaltı şöbələrin birlikdə tam
fəaliyyətinin məhsuludur.
Belə ki, beyin qabığının müxtəlif şöbələrinin qarşılıqlı
əlaqələri mexanizmində qabıq-qabıqaltı-qabıq yolları mühüm yer
tutur. Dominant hal və oyanmaların toplanması, mərkəzi
465
downloaded from KitabYurdu.org
sinir sisteminin bütün şöbələrinə aiddir; qabıqaltı sahələrdə və
onurğa beynində oyanmaların toplanması tez keçicidir, beyin
yarımkürələri qabığında isə onlar, bir qayda olaraq, müəyyən iz
buraxır və möhkəmlənir ki, bu da şərti refleksin yaranması üçün çox
zəruridir.
Müəyyən olunmuşdur ki, beyin yarımkürələri qabığında,
retikulyar formasiyada və talamus nüvələrində görmə, eşitmə,
duyma, temperatur, kinestezik və digər hissləri konvergensiya edən
bir çox hüceyrələr vardır. Məhz həmin törəmələrin hüceyrələri
müvəqqəti əlaqələrin əmələ gəlməsində yardımçı rol oynayır.
Şərti refleks yaradıldığı dövrdə və onun icrası zamanı
neyronların əksəriyyətinin fəallığı dalğavarı xüsusiyyət daşıyır.
Refleksin ilk fazasında reaksiya zəif, möhkəmləndirilmədikdən
sonra isə nisbətən sabitdir.
20.14. Sinir sisteminin inteqrativ funksiyası
İnteqrativ funksiya dedikdə baş-beyin yarımkürələrinin və
çoxlu qabıqaltı strukturların analitik sintetik fəaliyyəti başa düşülür.
Bu funksiyalara - təlimalma, yaddaş, düşüncə, nitq, şüur və
başqaları aiddir - adətən bunlar sinir sisteminin ali funksiyası
adlanır.
Təlimalma və yaddaş. Təlimalma - davranışı təcrübə əsa-
sında dəyişdirmək və bunun əsasında fərdi təcrübə toplamaq
qabiliyyətinə deyilir.
Təlimalma formaları. Assosiativ və assosiativ olmayan tə-
limalma formaları ayırd edilir. Assosiativ olmayan təlimalma
zamam orqanizm ancaq bir stimul haqqında məlumatı (alışma və
həssaslıq assosiativ) assotsiativ (şərti refleks) təlimalma zamanı isə
- bir stimulun digəri ilə münasibəti başa düşülür.
Alışma, öyrənmə - təlimalmanm neytral stimulu dəfələrlə
təkrar edilən ən sadə formasıdır. Bələdləşmə refleksi alışmanm
yayılmış forması hesab edilir («refleks» bu nədir).
Neytral stimulun təkrarın sayından, ölçüsündən asılı olaraq
get-gedə daha az elektrik siqnalı refleksə səbəb olur. Nə
466
downloaded from KitabYurdu.org
hayət, subyekt stimula tam alışır və ona əhəmiyyət vermir (bə-
lədləşmə refleksin sönməsi).
İmprintinq (alışma variantı, iz buraxma) - posnatal inkişafın
ilk mərhələlərində xarici obyektlərin və ya bir çox anadangəlmə
davranış hərəkətlərinin orqanizmə təsir edən fərqli əlamətlərin
yaddaşda möhkəmləndirilməsidir. Qorunub gələcək üçün saxlanır
və fərdi iz buraxmır, amma mühüm həyatı obyektlərin spesifik növ
səciyyəsidir. Başqa sözlə, heyvan genetik möhkəmləndirilmiş
mürəkkəb davranış hərəkətləri qazanır, hansı ki, uyğun gələn
qıcıqların təsirindən sonra sistemə daxil edilir. Sensitizasiya
alışmanın əksinə olan reaksiya olub, təkrar stimullara cavabı artırır,
əgər o bir və bir neçə dəfə xoşagələn və gəlməyən qıcıqlarla
uyğunlaşdırılırsa, adamlarda hamıya məlum olan mühüm həyatı
oyandırıcı stimulların intensivliyini artırmır (səsli yerdə dərin
yuxuya getmiş ana, uşağın səsini eşidən kimi, bir anda yuxudan
ayılır).
Təlimlənmə bütün heyvan orqanizminə xas olan ümumi
bioloji keyfiyyətdir. İbtidai heyvanlarda bəsit, ali heyvanlarda
təkmilləşmişdir. Təlimalma yaddaşla sıx bağlıdır - onun ilkin
mərhələsidir. Təlimalma orqanizmin əhatə olunduğu mühit və
mühitdə öz davranışı haqqında məlumat toplamaqdan ibarətdir. Bu
qabiliyyət olmasa fərdə mühitə uyğunlaşmaq çətin olar. Bu
qanunauyğunluq ibtidai təkhüceyrəli heyvanlara aid olan tərlik,
çoxhüceyrəli soxulcan və xordalılar tipinə aid olan balıqlar
(durnabalığı) və məməlilər (it, meymun) üzərində aparılan
təcrübələrdə özünü aydın göstərir. Məsələn, su ilə dolu şüşə
borucuğa tərliklər (infuzorlar) buraxılmışdır. Borucuğun ucunu
qızdırmışlar, infuzorlar borucuğun isti hissəsinə doğru üzmüşlər.
Onlar hər dəfə buraya toplaşanda işıq yandırılmışdır. İşıq infuzor
üçün neytral abiotik amildir. Bir neçə təkrardan sonra artıq
temperaturdan asılı olmadan infuzorlar yenə də borucuğun
işıqlandırılan tərəfinə toplaşmışlar.
Durnabalığmda kiçik balıqlara qarşı güclü ov refleksi vardır.
Bunu ləğv etmək çətindir, lakin buna nail olmaq mümkündür.
Təcrübədə kiçik balıqları öz yırtıcısından şüşə arakəsmə ilə
ayırmışlar. Durnabalığı hər dəfə öz ovu üzərinə
467
downloaded from KitabYurdu.org
hücum etmək istədikdə şüşəyə çırpınmışdır və uğursuzluğa məruz
qalmışdır. Onda şərti müdafiə refleksi işə başlamışdır. Arakəsmə
götürüldüyü halda belə, o ətrafda üzən xırda balıqlara hücum etmək
meylindən əl çəkmişdir.
Zəncirlənmiş itin qarşısına ipə bağlanmış ət parçası elə
məsafədə qoyulmuşdur ki, onu əldə edə bilməsin. Ət parçasına
bağlanmış ipi itin qabaq pəncəsi çatmayan məsafədə qoymuşlar,
lakin buna da əlac tapılmışdır: it arxaya çevrilərək dal ayağı ilə ipi
dartaraq əti əldə etmişdir.
Təcrübə göstərmişdir ki, həm bəsit, həm də ali orqanizmlərdə
biotik və abiotik amillər arasında əlaqə yaratmaq cəhdi, mühitə fəal
bələdləşmə meyli vardır.
20.15. Yaddaş
İnsan, yaxud heyvan beyninə analizatorlar, xüsusilə görmə
analizatoru vasitəsilə xarici aləmdən ölçüsü qeyri- müəyyən olan ən
müxtəlif sensor məlumatlar daxil olur.
Tamamilə aydındır ki, beynimizə daxil olmuş məlumatların
yalnız çox az bir hissəsi yaddaşımızda qahr. İnsanda yaddaşın ən
mühüm xüsusiyyətlərindən biri onun təşəkkülünə sözlə ifadə olunan
anlayışların, fikirlərin, ideyaların yadda mücərrəd şəkildə
saxlanmasından və istifadə edilməsindən ibarətdir.
Təkamül və fərdi inkişafın müxtəlif səviyyələrində duran
orqanizmlər xarici mühitdən asılı olmamağa müxtəlif dərəcədə nail
olur.
Bu baxımdan insan yaddaşı heyvanın, hətta ali primatla- rın
nitq yaddaşından köklü surətdə fərqlənən tamamilə yeni yaddaş
forması olmaqla bərabər o həm də, insanın xarici aləm hadisələrini,
gördükləri və eşitdiklərini, hiss etdiklərinin əsas məzmun və
mənasını yadda saxlamağa çalışır.
Yaddaşın təkamülündə birinci mərhələ birhüceyrəli or-
qanizmlərin qidaya doğru istiqamətini müəyyən edən kimyəvi,
genetik yaddaş hesab olunur.
Sinir sisteminə qədər olan bu yaddaş tipi (ona kimyəvi,
genetik hafizə tipi desək, yanılmarıq) birhüceyrəli orqanizmin
468
downloaded from KitabYurdu.org
daxili mühitinin sabitliyinin, təsirlərin izlərinin saxlanılması və
icrası şəklində meydana çıxır.
Yaddaşın təkamülündə ikinci mərhələ genetik yaddaşa
əsaslanan immun yaddaşda möhkəmlənən, məlumatların zülal
makromolekulları vasitəsilə hüceyrəarası mübadiləsinə əsaslanan
formasıdır.
Yaddaşın təkamülündə sonrakı üçüncü mərhələ sinir sistemi
olan heyvanlarda meydana çıxan sinir yaddaşıdır. Belə ki, sinir
hüceyrələri, yəni neyronda əmələ gələn oyanma elektrik impulsları
şəklində aksonun sinapsları vasitəsilə digər neyronlara nəql olunur.
Sinir yaddaşının ilk forması neyronlararası mürəkkəb şərtsiz
reflekslərə və ya instinkti təmin edən neyronlararası əlaqəyə
əsaslanır.
Sinir yaddaşının daha sonra meydana çıxan, funksional
cəhətdən daha mürəkkəb forması olan adaptiv yaddaş - emosional
möhkəmlənmə mexanizmilə idarə olunur. Sinir yaddaşı
qıcıqlandırıcının izinin mərkəzi sinir sistemində orqanizm üçün
siqnal əhəmiyyəti olan əlaqələr şəklində qalması və fıksə olun-
masıdır. İnsanda nitqin əmələ gəlməsilə əlaqədar olaraq mühitə asan
uyğunlaşan daha ali-məntiqi yaddaş forması formalaşır. Yaddaşın
bütün növləri ilk genetik strukturlar əsasında yaranır.
Beləliklə, insan və heyvan beyninə xarici aləmdən, səltə-
nətdən ölçüsü məlum olmayan, yəni onun məlumat tutumundan
100
dəfə çox siqnallar (görmə, eşitmə, qoxu, dad, dəri) daxil olsa da,
onların az bir hissəsi
1
%-ə qədər yaddaşda qalan iz salır.
Yaddaş - insan və heyvanlarda başa düşülən və düşülməyən,
dərk edilən və edilməyən, şüurlu və şüursuz səviyyədə olan mühitdə
baş vermiş genetik aparatda, MSS-də yəni bioloji sistemdə iz
qoymuş keçmiş hadisələri yadda saxlamaq, qorumaq və sonradan
lazım gəldikdə yada salmaq qabiliyyətidir.
Məlumatı bioloji sistemə daxil etmək kodlaşdırma adlanır.
Baş-beyin strukturlarına daxil olan məlumat insanın davranışına
uyğun formaya çevrilir. Yaddaş olmadan öyrənmək,
469
downloaded from KitabYurdu.org
düşünmək və heç bir fərdi davranış təcrübəsini həyata keçirmək
mümkün olmaz. İnsan fərdi təcrübə toplamadıqda onun həyatının
normal gedişi pozulur. Fərdi təcrübə toplamağa təlim deyilir. Təlim
isə yaddaş sayəsində mümkündür.
Ümumiyyətlə, yaddaşın, bütün növləri fəaliyyətdə forma-
laşmasına baxmayaraq bioloji tələbatın ödənilməsindən asılı
olmayaraq əmələ gəlir.
Onlara misal olaraq: 1) erkən izqalma (imprintinq); 2) la- tent
izqalma (menemik yaddaş); 3) qeyri-iradi yaddasaxlama və digər
halları göstərmək olar.
İmprintinq təlim almanın və yaddaşın ən ilk forması sayılır
və yeni dünyaya gəlmiş quş və ya heyvan balasının həyatlarının
məhdud zaman çərçivəsində, valideyn əhatəsi, həyatı ilə bağlı olan
görmə, eşitmə, taktil və qoxu siqnallarının beyində həkk
olunmasında ifadə olunur. Bu yaddaş izləri heyvanın sonrakı
davranışında dominatlıq kəsb edir, onları silmək, onlara düzəliş
vermək bir o qədər də asan deyil, bəzən bu heç mümkün olmur.
Yumurtadan təzə çıxmış ördək balalarına analarını bircə dəfə
görmək kifayətdir ki, onlar onun dalınca getsin. Anasının öldüyü
yeri görmüş quzu sürüdən ayrılaraq dəfələrlə həmin yerə qayıdır,
oradan uzaqlaşmaq istəmir, o sürüyə çətin uyuşur.
Latent və ya menemik yaddaş fenomeninin mahiyyətini isə
S.Beritaşvili tərəfindən aparılmış bir təcrübə doymuş iti müxtəlif
yerlərdə yem qoyulmuş təcrübə otağına buraxmışdır. Daha sonra
otaqdan yem qablarını götürmüşlər. İt acdıqda onu bir də həmin
otağa salmışlar, indi it yem qabları yerində olmasa da, tərəddüdsüz,
həmin yerləri tapır və orada yem axtarmağa başlayır. Deməli, insan
və ya heyvan hər hansı tələbatının ödənilməsinə xüsusi ehtiyac
olmadan da şərait və ya situasiya siqnallarını yadda saxlamağa
qabildir.
Sinir yaddaşı və ya neyroloji yaddaş. Bura bir neçə funksiya
- məlumatların qəbulu, onların saxlanılması və işlənməsi kimi çox
mürəkkəb proseslər daxildir.
Yaddaşın ənənəvi təsnifatında qısamüddətli (operativ) və
uzunmüddətli yaddaş formaları fərqləndirilir.
470
downloaded from KitabYurdu.org
Əgər qıcığın təsirindən yaranan məlumatlar bu orqanizm
üçün vacibdirsə, xüsusilə onun mütləq tələbatlarında^ irəli gəlirsə,
sonra o, aralıq yaddaşda işlənilir və nəhayət, uzunmüddətli yaddaşa
keçir. Əks halda o tez yaddaşdan silinir.
Qısamüddətli yaddaş bir neçə saniyədən bir neçə dəqiqəyə
qədər davam edir. Sərbəst olmur və düşüncəli nəzarətə məruz qala
bilməz.
Qısamüddətli yaddaş bir neçə saniyə və ya dəqiqə ərzində
seçilmiş məlumat hissəsini saxlamağa və icra etməyə imkan verir.
Qısamüddətli yaddaş insan, ancaq telefon nömrəsi və alınmış
məlumatlar haqqında fikirləşdiyi müddətdə davam edir. Belə hesab
edirlər ki, qısamüddətli yaddaşın əsasında sinir impulslarmın qapalı
neyron zəncirində çoxlu təkrar olunan sirkulyasiyası durur.
Uzunmüddətli aralıq yaddaş bir neçə dəqiqədən bir neçə
həftəyə qədər davam edə bilər.
Belə yaddaşa danışıq zamanı fikirlərin formalaşması,
ünvanların, telefon danışıqlarının və bəzi tapşırıqların yadda
saxlanması aid edilir. Əgər bu yaddaş təsadüfən itmirsə və onun izi
daha daimi olursa, onda o uzunmuddətli yaddaş dərəcəsini alır.
Uzunmüddətli yaddaş. Belə hesab edirlər ki, sinapsların
struktursuzlaşmasından asılı olur, hansı ki, sinir siqnallarının nəqli
zamanı onların hissiyyatının uzunmüddətli dəyişilməsinə səbəb
olur.
Uzunmüddətli yaddaş bütün həyatı boyu qorunub saxlanılır.
Subyekt üçün vacib olan, xüsusilə emossional əhəmiyyətli təsir
zamanı rənglənmiş hadisələr çox aydın uzun müddət yaddaşda həkk
olunur.
Lakin uzunmüddətli yaddaşın mexanizmini bir neçə nə-
zəriyyə ilə müxtəlif istiqamətlərdə izah edirlər.
Uzunmüddətli yaddaş MSS neyronlarmın cismində yeni
sinaptik kontaktların əmələ gəlməsi, həmçinin sinapsların öl-
çülərinin böyüməsi zamanı qliya hüceyrələrində ribonuklein
turşusunun (RNT) miqdarının artması ilə müşayiət olunur.
471
downloaded from KitabYurdu.org
Bəzi müəlliflərin apardığı mərkəzi sinir sistemi sinapsla-
rında xolinoreseptorların miqdarının artması müşahidə edilir.
Yaddaşın mexanizmində noradrenalinin və dofaminin iştirakı da
müəyyən edilmişdir. Yaddaşın möhkəmlənməsilə əlaqəli olan
proseslərdə serotoninergik mexanizmlərin iştirak etməsi inkar
edilmir.
Sinaptik yaddaşın mexanizmində, həmçinin qamma-ami- no-
yağ turşusu, qlütamin turşusu da iştirak edir.
Yaddaşın mexanizmində neyropeptidlər sinapslarda me-
diatorlarla sıx qarşılıqlı təsirdə olur.
Immunoloji nəzəriyyə. Bu nəzəriyyəyə görə immunoloji
yaddaş canlı aləmin yad maddələrlə antigenlərlə ilk qarşılaş-
masından sonra antitellərin genetik yığımı ilə zəngin olan im-
munokomponentli limfositlərin membran səthindəki bu anti- tellər
antigenlər üçün reseptor vəzifəsini daşıyır. Onların antigenlərlə ilk
qarşılaşması müvafiq limfositlərin miqdarının artmasına səbəb olur.
Yaddaşın neyron mexanizmi. XX əsrin 30-cu illərində Lo-
rente de No belə bir fərziyyə irəli sürmüşdür ki, beynə daxil olan
sinir impulsları qapalı neyron zənciri və ya sistemlərində dövrə
(reverberasiya) edə bilər. Onun fikrincə, bu sistemlərə daxil olan
impulsasiya sayəsində onlar öz-özünü fəallaşdıra və həmin halı
xeyli müddət ərzində saxlaya bilər.
Hazırda bir çox alimlər tərəfindən qəbul edilmişdir ki, beynə
daxil olan informasiya əvvəlcə eynitipli oyanma yaradır.
M.Veresanr tərəfindən inkişaf etdirilmiş təsəvvürlərə görə,
sinir siqnallarının reverberasiyası təkcə neyron ansambllarında
deyil, həmçinin qabıq və qabıqaltı törəmələr daxilində və onların
arasında yaranan qapalı dövrələrdə baş verə bilər. Qa- bıq-qabıqaltı
tipli öz-özünə fəallaşan reverberasiya dövrləri, xüsusilə qabığın
hissi mərkəzləri - assosiativ sahələri - hipno- kamp - talamus -
retikulyar formasiya arasında geniş yayılmışdır. Bəzi mülahizələrə
görə, bu cür sistemlər uzunmüddətli yaddaşın formalaşması üçün
daha əlverişlidir və ola bilsin ki, məhz bu tipli əlaqələr
informasiyaların beynin geniş sahələri çərçivəsində daha uzun
müddət dövr etməsinə səbəb olur.
472
downloaded from KitabYurdu.org
Molekulyar nəzəriyyə. Bu nəzəriyyənin tərəfdarları uzun-
müddətli yaddaş mexanizminin beyin neyronlarının genetik aparat
və qliya elementlərinin fəaliyyətilə bağlı olduğunu göstərirlər.
XX əsrin 60-cı illərinin əvvəllərində İsveç alimi H.Hiden
belə bir mülahizə irəli sürmüşdür ki, neyronlardakı dezoksiri-
bonuklein turşusu (DNT) növünə məxsus yaddaşı ribonuklein
turşusu (RNT) isə fərdi yaddaşa xidmət edir. Öz fikrini əsas-
landırmaq üçün o bir sıra biokimyəvi tədqiqatlar aparmışdır.
Tədqiqatçı siçovula məftil üzərində durmağı aşılayır, təlimdən
sonra onun vestibülyar sinir nüvəsinin neyronlarmda: PNT- nin
miqdarında və tərkibində əmələ gələn dəyişikliyi öyrənir.
Tədqiqatlar göstərmişdir ki, belə heyvanlarda nəinki PNT-nin
miqdarı artmış, hətta onun nukleotid tərkibində də dəyişiklik baş
vermişdir.
PNT-nin «yaddaş molekulu» olduğu fikrini Amerika alimi
Mak-Konellinin planari qurdları üzərində apardığı nadir təcrübələr
də təsdiq edirdi.
Müəyyən edilmişdir ki, yaddaş funksiyası müəyyən zülal
molekulları ilə əlaqədardır. Təlim keçmə zamanı spesifik poli-
peptidlər və beyinin spesifik zülallarının sintez olunduğu qeyd
edilmişdir.
Q.Unqar zülal maddələrinin yaddaşdakı rolunu aydın-
laşdırmaq üçün siçovulların beynindən 15 amin turşusu qalığından
ibarət birləşmə olan skotofobin zülalını almışdır. Sonra aşağıdakı
təcrübəni aparmışdır. Əvvəlcə elektrik qıcığı ilə qaranlıq yerdən
qaçmaq refleksi yaradılmışdır. Sonra refleksi olan qrup siçovulların
beynindən skoltofobin zülalı alınıb kontrol siçovullara
vurulmuşdur. Təcrübəni təkrar edəndə, skotofobin zülalı almış
siçovulların elektrik qıcığı olmadan da qaranlıqdan qaçmışlar.
Amerika alimləri RNT-nin sintezini 23 dəfə sürətləndirən «silert»
adlı üzvi maddə almışlar. Silertlə qidalanmış siçovullarda
başqalarına nisbətən 4-5 dəfə tez şərti refleks yaratmaq mümkün
olur. Qazandıqları refleksi uzun müddət yaddaşda mühafizə edə
bilirlər.
473
downloaded from KitabYurdu.org
Yaddaşın qüvvətləndirilməsi və ya möhkəmləndirilməsi. Qı-
samüddətli yaddaşın uzunmüddətli yaddaşa çevrilməsi üçün bir
həftə və bir ildən sonra yenidən tələb etmək üçün onu möhkəm-
ləndirmək lazımdır. Möhkəmləndirmək üçün minimal vaxt 5 və
10
dəqiqə, davamlı möhkəmləndirmək üçün isə -
1
saat və daha çox
vaxt lazımdır. Bir saatdan sonra yaddaş, demək olar ki, tamamilə
möhkəmlənir və elektroşok onu pozmur.
Məlumatın təkrarlanması. Yaddaşın möhkəmləndirilməsi
eyni bir məlumatın təkrarı üçün vacibdir. Bunu onunla izah etmək
olar ki, çox materialı səthi öyrənməkdənsə, az materialı daha
dərindən öyrənərək, yadda saxlamaq olar. Buna tələbələrin imtahan
qabağı hazırlaşmasını misal göstərmək olar.
Sağlam və aydın düşüncəli insan yaddaşını zehni yorğun
vəziyyətdə olan insana nisbətən yaxşı üzə çıxara bilər.
20.16. Yaddaşın anatomik topoqrafiyası
Hipokamp. Kodlaşma prosesində qısamüddətli yaddaş
uzunmüddətli yaddaşa çevrilən zaman hipokamp və ona biti-şik
olan qabığın medial gicgah hissəsi işə cəlb olunur (şəkil
20
.
2
).
A
B
Şəkil 20.2. İzahlı (deklerativ) yaddaş.
A. Uzunmüddətli yaddaşı
kodlaşdırmağa malik olan beynin sahəsi. B. Medial gicgah nahiyənin izahlı (deklerativ)
yaddaşı kodlaşdırma yolu. Qabığın görmə və digər sahələrindən parahipokampal
qırışıqdan (PQ), peripinal qabıq (PQ) və hipo- kampın entorinal qabığı (EQ) və
kodlaşdırılmış məlumatın qabığa qaytarılması (xətlənmiş sahələrdə nişanlanmışdır). A -
1. Alın payı, 2. Şəffaf arakəsmə, 3. Badamabənzər cisim, 4. Talamus. B - 5. Hipokamp.
474
downloaded from KitabYurdu.org
Məməyəbənzər cisim və talamus birbaşa və vasitəli olaraq
hipokampla əlaqədardır, həmçinin qısamüddətli yaddaşın
mexanizminə cəlb edilmişdir.
20.17. Baş-beyin yarımkürələri qabığı
Qısamüddətli yaddaş hipokamp tərəfindən kodlaşdırılır və
funksional olaraq onun strukturası ilə əlaqədardır. Yeni beynin
müxtəlif nahiyələrində uzunmüddətli yaddaşın qorunub saxlanması
baş verir.
İzahlı (deklarativ) yaddaşın kodlaşdırılmasmın mümkün
mexanizmi işçi hipotez formasında şəkil
20
.3.-də verilmişdir.
Hipotezə görə sensor stimulun daxil olduğu baş-beyin yarım-
kürələrinin qabığının assosiativ sahəsi neyron zəncirinin oyanmış
vəziyyəti olub, adekvat sensor siqnalları inisiruya edir.
Sinir siqnalları medial gicgah payına, arxahipokampal
qırışığa, peripinal və entorinal sahəyə istiqamətlənir. Entrori- nal
qabıqdan siqnallar hipokampa daxil olur, harada ki, qısamüddətli
yaddaşın hələ məlum olmayan mexanizminin kod- laşması baş
verir.
Hipokamp entrorinal qabıq vasitəsilə birləşmiş halda qabığın
neyron zəncirilə (haradan ki, siqnallar daxil olur) uzunmüddətli
yaddaş əmələ gətirir.
Yeni qabığın funksiyaları. Bildiyimiz kimi, yaddaş və tə-
limalma funksiyasının yerinə yetirilməsində beynin çox hissəsi
iştirak edir. Lakin nitq mexanizminə nəzarət edən mərkəz yeni
beyində yerləşir. Nitq və digər intellektual funksiyalar insanda
spesifik inkişafa çatdılar. Müqayisəli anatomik baxımdan məhz
insanda 3 böyük assosiativ nahiyə (şəkil 20.2.) var.
Alın payı (perefrontal nahiyədən ön tərəfdə yerləşir), təpə-
gicgah (samatosensor nahiyə ilə görmə qabığı arasında gicgah
payına doğru yayılır) və gicgah (gicgah payının aşağı hissəsindən
limbiq sistemə qədər uzanır).
Dostları ilə paylaş: |