Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə39/56
tarix28.06.2020
ölçüsü4,1 Mb.
#32184
1   ...   35   36   37   38   39   40   41   42   ...   56
-kitabyurdu.org--Insan ve heyvan fiziologiyasi- II hisse


415 

downloaded from KitabYurdu.org



bu  dəyişkənliklərin  kəmiyyət  və  dinamikasında  əhəmiyyətli 

dərəcədə olan fərdi fərqlər qeydə alınmışdır. Tam iqlimləşmə üçün 

bir  neçə  aydan  bir  neçə  ilə  qədər  vaxt  tələb  olunur.  Lakin 

ekspedisiyalar  göstərmişdir  ki,  hətta  bir  neçə  həftəyə  belə  tam 

iqlimləşmə,  deməli,  yüksəkliyə  davamlılıq  əldə  etmək  olar. 

Ümumiyyətlə, iqlimləşmənin hesabına insanlar yüksəklikdə xüsusi 

avadanlıqlar  olmadan  qısa  müddət  ərzində  qala  bilirlər,  əks  halda 

onlar  həlak  olardılar.  İqlimləşmiş  alpinistlər  8000  m  artıq 

yüksəklikdə oksigen aparatı olmadan bir qədər vaxtlarını keçirməyə 

qabildirlər, bəzi insanlar isə demək olar ki, 8900 m yüksəkliyə qalxa 

bilirlər;  lakin  uzun  müddət  ərzində  qalınması  mümkün  olan 

yüksəkliyin son həddi kifayət qədər aşağıdır. 

İnsanların ən yüksək dağlıq yaşayış məntəqəsi And dağlarında 

«5300 m yüksəklikdə yerləşir. Bu, yəqin ki, insanın tab gətirə bildiyi 

ən  böyük  yüksəklikdir.  Lakin  böyük  yüksəkliklərdə  orqanizm 

nizamlı olaraq iş görməyə çox güman ki, daha asan uyğunlaşır. 6200 

m  yüksəklikdə  fəaliyyət  göstərən  şaxtalar  mövcuddur.  Ehtimal 

olunur  ki,  tənəffüsün  tənzim  olunması  sakit  vəziyyətdə  deyil,  iş 

zamanı yüksəkliyə fizioloji davamlılıq vəziyyətini təmin edə bilər. 

Yüksək  dağlıq  yaşayış  məntəqələrinin  sakinləri  arasında  yüz  illər 

ərzində  təbii  seçmə  baş  vermişdir;  onların  iqlimləşməsinin 

səviyyəsini çox güman ki, uyğunlaşma nəticəsində maksimal hesab 

etmək olar. İqlim- ləşməni müşayiət edən fizioloji dəyişkənliklərinin 

öyrənilməsi  üçün  And  dağlarında  4540  m  yüksəklikdə  yerləşən 

Morokoça  şəhərinin  sakinlərini  müayinədən  keçirmişlər.  Ovalıq 

ərazisində sakinləri (Lima) ilə müqayisədə təqdim olunan nəticələr 

cədvəldə öz əksini tapmışdır (cədvəl 3). 

Cədvəl 3 

Parametrlər

 

Yüksəklik

 

4540

 

0

 

Qan:

 

 



 

Eritrositlər, mln/mkl

 

6,44

 

5,11

 

Retukulositlər, mln/mkl

 

46

 

18

 

Trombrsitlər, min/mkl

 

419

 

401

 

Leykositlər, min/mkl

 

7,0

 

6,7

 

416 

downloaded from KitabYurdu.org



Hematokrit, %

 

60

 

47

 

Hemoqlobinin miqdarı, q/1

 

201

 

156

 

Qanın həcmi, ml/kq

 

101

 

80

 

Plazmanın həcmi, ml/kq

 

39

 

42

 

Superial qanın PH-1

 

7,39

 

7,41

 

Bufer əsaslar, mmol/1

 

45,6

 

49,2

 

Tənəffüsün 1 dəq. olan həcmi, (1. dəq-

1

. kq-

1

)

 

0,19

 

0,13

 

p



 

Alveol havasındakı °= mm. c. süt.

 

51

 

104

 

P

 

Alveol havasındakı 

c

°

2

 mm. c. süt.

 

29,1

 

38,6

 

Arterial qanın 

O2 

ilə doyması, %

 

81

 

98

 

Ürək yığılmalarının tezliyi, dəq-



1

 

72

 

72

 

Qan təqyiqi, mm.c.süt.

 

93/63

 

116/79

 

18.5.  Ürək-damar sisteminin iqlimləşməsi 

İqlimləşmənin  başlanğıc  fazasında  insanın  sakitlik  və-

ziyyətində ürək yığılmalarının tezliyi yüksəlir; daha sonra azalır və 

5000 m yüksəklikdə stabilləşərək əvvəlkindən aşağı səviyyədə ola 

bilər.  Vuruş  həcmi  az  dəyişilir,  buna  uyğun  olaraq  ürəkdən  qan 

çıxma da sakit vəziyyətdə cüzi dəyişir, ürəkdən maksimal qan çıxımı 

da azalır. 

Respirator  iqlimləşmə.  İqlimləşmə  həftələrlə  davam  etdi-

yindən  tənəffüsün  tənzim  edilmə  sistemi  arterial  qanda  oksigen 

çatışmazlığını və yüksək P

cc

,



2

 -ə qarşı çox həssas olmağa başlayır. Bu 

ona  görə  nəzərə  çarpır  ki,  artıq  düzənlik  şəraitində  olduğu  kimi 

tənəffüsü uzun müddət saxlamaq mümkün olmur və CC>

2

-reaksiya 



əyrisi öz görünüşünü dəyişir (sola doğru yerini dəyişir və daha sərt 

mailə  malik  olur).  Lakin  böyük  yüksəkliklərdə  daima  yaşayan 

insanlarda  tənəffüs  reaksiyaları  udulan  havadakı  oksigen 

çatışmazlığına uyğunlaşmanın aralıq mərhələsində olanlara nisbətən 

daha az həssasdırlar. 

İqlimləşmə şəraitində oksigenin nəql olunması. Böyük yük-

səkliklərdə  olmanın  ilkin  dövrlərində  qanda  eritrositlərin  miqdarı 

onların daha sürətlə parçalanmasının hesabına aşağı düşür, lakin bir 

neçə gündən sonra güclənmiş eritropoezin bütün əlamətləri büruzə 

verilməyə başlanır. Retikulositlər nşzərəçar- 

417 

downloaded from KitabYurdu.org



pacaq  dərəcədə  çoxalır,  eritrositlərin  miqdarı  artır,  normal  sə-

viyyəyə nisbətdə bir hüceyrəyə düşən orta hemoqlobin sayının aşağı 

düşməsi  şəraitində  hemoqlobinin  qatılığı  yüksəlir  (31  t/eritrosit). 

Yüsəkliyə  görə  oksigen  çatışmazlığı  nə  qədər  çox  olarsa, 

eritropoezin  tənzim  olunması  bir  o  qədər  çox  özünü  bildirir, 

baxmayaraq  ki,  qanda  digər  hüceyrələrin  əmələ  gəlməsinin  sürəti 

dəyişilir. Aparılan sınaq işləri göstərmişdir ki, 4500 m yüksəklikdə 

olarkən  artıq  2  gündən  sonra  eritrositlərin  sayı  və  hemoqlobinin 

qatılığı  10%-dən  çox  yüksəlir.  Təqribən 

10

  sutkadan  sonra 



eritrositlərin  sayı  və  hemoqlobinin  qatdığının  artmasının  sürətli 

fazası başa çatır. Bundan sonra gələn aylarda çəkən ləng yüksəlmə 

(maksimal kəmiyyətlər: hemoqlobin - 270 q/1 qanda; hematokrit - 

70%)  stabil  yüksək  səviyyəyə  qədər  az  miqdarda  azalma  ilə  bitir 

(cədvəl 

1

). İlk iki sutkada yaranan digər dəyişiklik eritrositlərdə 2,3-



difosfo- qliserat miqdarının təqribən 85-140 mkq/ml-ə artmasıdır ki, 

bu oksihemoqlobinin dissosiasiyasınm əyrisinin sağa doğru yerini 

dəyişməsi ilə müşayiət olunur. 

5000  m-ə  qədər  yüksəkliyin  şəraitdə  qanda  hemoqlobin 

miqdarı artdığından onun oksigen nəqletmə qabiliyyəti demək olar 

ki, dəyişməz qalır. Tərkibində 15,5 q hemoqlobin olan 100 ml qan 

97% doyma şəraitində 20 ml oksigeni əlaqələndirir; tərkibində 

20

 q 



hemoqlobin olan 

100


 ml qan artıq 75% doyma şəraitində bir o qədər 

miqdarda  oksigeni  əlaqələndirir  (bu  «5000  m  yüksəkliyə  uyğun 

gəlir).  Hematokritin  miqdarının  artması  qanın  özlüyünün  kifayət 

qədər artmasına səbəb olduğundan, kapillyarlarda qan axını aşağı 

düşür. Nəticədə iq- limləşmənin aralıq mərhələlərində ürəkdən qan 

çıxımı  azalır.  Bu  səbəbdən  də  insan  böyük  yüksəkliklərdə 

iqlimləşdikdən sonra dəniz səviyyəsindəki yüksəkliyə qayıtsa belə, 

ağır  iş  şəraitində  oksigenin  nəql  olunmasının  maksimal  sürəti 

artmır.  Deməli,  belə  iqlimləşmə  dəniz  səviyyəsində  ağır  işlərin 

yerinə  yetirilməsi  şəraitində  işgörmə  qabiliyyətinin  kifayət  qədər 

yüksəlişinə  səbəb  olmur.  Respirator  alkaloz  nəticəsində  meydana 

çıxan oksihemoqlobinin dissosiasia əyrisinin yerini sola dəyişməsi 

əvvəlcə 2,3 - difosfoqliserat miqdarının artması ilə kom 

418 

downloaded from KitabYurdu.org



pensasiya  olunur;  uzunmüddətli  uyğunlaşmadan  sonra  yüksək 

dərəcədə kompensasiya olunma əyrinin sağa doğru yerini dəyişir, 

bunun  da  nəticəsində  toxumalarda  oksigenin  verilməsi 

(qaytarılması) güclənir. 



İqlimləşmə  şəraitində  turşu-əsas  tarazlığı.  İqlimləşmənin 

gedişində  böyrəklər  daha  çox  bikarbonat  ayırırlar.  Respirator 

alkalozin  böyrəklərin  hesabına  belə  kompensasiyası  qanın  PH-  1 

normaya qaytarır. Bundan əlavə, hemoqlobin miqdarı artdığından 

qanın  bufer  tutumu  da  yüksəlir.  Lakin  toxumaların  bufer  tutumu 

bikarbonatların  kompensator  itkisi  hesabına  azalır.  Beləliklə, 

hüceyrə daxili və hüceyrədən kənar sahələr arasında elektrolitlərin 

bölüşdürülməsi baş verir. 



İqlimləşmə  şəraitində  əzələlər,  tqlimləşmə  baş  verdikdə 

əzələlərdə kapillyarlarm sıxlığı artır; kapillyarla və əzələnin daxili 

hissələri  arasında  diffuziya  məsələsi  qısalır.  Əzələ  hüceyrəsinin 

daxilində  müxtəlif  fermentlər  sistemi,  xüsusilə  mi-  toxondridə 

olanlar, oksigen çatışmazlığına uyğunlaşır ki, bu da P

02

 -nin aşağı 



qiymətinə baxmayaraq aerob metabolizmə 

yaxşı təsir göstərir. 



18.6.  Avia və kosmik uçuşlar 

Böyük  yüksəklikdə  uçuşlar  zamanı  insan  yuxarıda  təsvir 

olunan kəskin oksigen çatışmazlığı problem ilə qarşılaşır. Bundan 

əlavə, kabinədə təqribən eyni olan təzyiq, 2300 m yüksəklikdə uçuş 

və eniş zamanı qısamüddətli dəyişikliyə məruz qalır; təzyiqin belə 

qalxıb-düşməsi  əsas  etibarilə  hava  ilə  dolu  olan  kəllə  boşluğuna 

təsir göstərir. 

Yüksəkliyin artması ilə həm də ətraf mühitin yüksək radiasiya 

və aşağı temperaturunun təsirinə qarşı tədbirlər görmək lazımdır. 

Bir zamandan digər zaman zonasına "sıçrayışlar Bir neçə 

saat qurşağının keçilməsi ilə həyata keçirilən uçuş endogen ritm və 

xarici zaman amilləri, həmçinin gəlmə və yerli sakinlərin işgörmə 

qabiliyyətinin sutkalıq ritminin fazaları arasında 



419 

downloaded from KitabYurdu.org



ziddiyyətlərin  yaranmasına  səbəb  olur.  Məsələn, 

6

  saatlıq  zaman 



qurşağından  şərqə  doğru  "sıçrayış"  və  yerli  vaxtla  saat  9-  da 

təyyarədən  enmə  zamanı  səyahətçi  öz  işgörmə  qabiliyyətinin 

minimum  səviyyəsində  olur  (onun  "daxili  saatı"  ilə  saat  3-  də). 

Həmin  uçuşun  əks  istiqamətində  səyahətçi  saat  9-da  təyyarədən 

enərkən  işgörmə  qabiliyyətinin  nahardan  sonrakı  zirvə  (pik) 

səviyyəsində  olur  (onun  "daxili  saatı"na  görə  15  saat).  Məhz  bu 

səbəbdən  şərq  istiqamətində  uçuşlar  qərb  istiqamətində  uçuşlara 

nisbətən uyğunlaşma zamanı daha böyük çətinliklərə səbəb olur. Bu 

nəticə  statistik  məlumatlara  əsaslanır,  lakin  ayrı-ayrı  insanlar 

arasında böyük fərqlər mövcuddur. 

Bioloji  ritmlər  yerli  şəraitdə  müxtəlif  sürətlə  uyğunlaşır. 

Daha  tez  sürətlə  uyğunlaşan  ritmlər  yuxu-ayıqlıq  və  işgörmə 

qabiliyyətidir; onların sinxronzasiyasmm* bərpa edilməsi üçün hər 

2

 saat dəyişkənlik üçün 



«1

 sutka tələb olunur. 



Kosmik  uçuşlar  üçün  təzyiq  altında  olan  kabinə  və  ya 

kostyumlar  vacibdir;  onlar  olmazsa  19  km-ə  bərabər  və  ya  artıq 

yüksəklikdə  37°C  temperatur  şəraitində  qan  qaynamağa  başlayır 

(qaynama).  Təzyiq  altında  olan  kabinə  həmçinin  udulan  havada 

oksigenin adekvat parsial təzyiqini təmin edir və soyuqdan, eləcə də 

tam da olmasa açıq kosmosda şüalanmadan mühafizə edir. 

Ümumiyyətlə,  insanın  uyğunlaşma  qabiliyyəti  və  texnika 

onun kosmosda həyatını bir neçə həftəlik və ya aylıq təmin edə bilər, 

Yerə  qayıtdıqdan  sonra  isə  readantasiya  ilə  bağlı  yeni  çətinliklər 

meydana çıxır. 



18.7.  Su altında qalmaq, yüksək təzyiq 

Dalğıc insan orqanizmi üçün yad olan mühitdə hərəkət edir; 

əgər onun suda olma müddəti nəfəsin tutulub saxlanılması ilə qalma 

müddətindən yuxarı olarsa, o, tənəffüs üçün hava almalı və yüksək 

təzyiqə  uyğunlaşmalıdır.  Suya  dalma  istilik  tarazlığının 

saxlanılmasında  özünü  göstərir,  belə  ki,  istilik  daha  sürətlə  itir. 

Beləliklə, şərait termo neytral zonadan kə 

420 

downloaded from KitabYurdu.org



narda  olur.  Nəhayət,  görmə  və  eşitmə  siqnallarına  əsasən  isti-

qamətin müəyyən edilməsində çətinliklər yaranır. 



XÜSUSİ TƏCHİZATLAR (LƏVAZİMATLAR) OLMADAN 

SU ALTINDA QALMAQ 

Sadə  üsulla  -  heç  bir  xüsusi  təchizat  olmadan  su  altında 

qalmaq  çox  da  böyük  olmayan  dərinliklərdə  mümkündür.  Qa-

baqcadan  hiperventilyasiyanın  olması 

2

  səbəbdən  təhlükəlidir; 



1

respirator  alkaloz  ucbatından  suya  baş  vurmamışdan  qabaq 



başgicəllənməsi  və  ya  qıcolmalar  əmələ  gələr  və 

2

)  suya  baş 



vurmanın  sonunda  oksigen  ehtiyatının  düzgün  qiymətləndi- 

rilməməsi  baş  verə  bilər,  belə  ki,  ümumi  tənəffüs  aktivliyi  CO

parsial təzyiqinin azalması və respirator alkalozla əlaqədar olaraq 



aşağı düşür. 

Suya  baş  vuran  zaman  bu  halda  meydana  çıxan  oksigen 

çatışmazlığı özlüyündə yalnız zəif stimulyator rolunda çıxış edir ki, 

bu  səbəbdən  də  tənəffüsü  əvvəlcədən  hiperventilyasiya  olmadan 

suya  başvurma  şəraitində  olduğuna  nisbətən  daha  uzun  müddətə 

tutub  saxlamaq  olur.  Buna  görə  də  artan  oksigen  çatışmazlığının 

qəfil  huşunu  itirməyə  gətirib  çıxarması  təhlükəsi  əmələ  gəlir. 

Hiperventilyasiya nəticəsində arterial qanın oksigenlə dolması baş 

vermir,  ancaq  ağciyərlərdə  oksigenin  fraksiyası  bir  neçə  dəfə 

dərindən nəfəsalma nəticəsində təqribən 0,05 dəfə arta bilər. 

Maska, yaxud eynək və nəfəs almaq üçün çubuq (truba) ilə 

təchiz  olunub  suya  başvurma  sualtı  dünyanı  fasiləsiz  olaraq 

müşahidə  etməyə  imkan  verir.  Adətən  belə  məşğuliyyətin  nə-

ticəsində günəş şüalarının təsirindən kürək və boyun nahiyəsində 

yanıqlar və həmçinin həddindən artıq soyuma baş verir. 30-35 sm 

uzunluğunda olan standart çubuğun ölçüsünü azaltmaq qadağandır. 

Hərəkətsiz  sahənin  belə  uzadılması  sox  çətin  ki,  tənəffüsə 

əhəmiyyətli  dərəcədə  təsir  göstərsin,  lakin  suyun  daha  dərin 

qatlarına  dalma  zamanı  qan-damar  sisteminə  bu  əməliyyatın 

aparılması  xeyli dərəcədə təsir göstərir. Belə ki,  alveol  havasının 

təzyiqi  suyun  üst  qatındakı  təzyiqə  uyğun  gəldiyindən  bədənin 

qalan hissəsini suyun əlavə təzyiqi aşağı 



421 

downloaded from KitabYurdu.org



təzyiq  sistemində  daxili  və  xarici  torakal  hissələr  arasında  qra- 

diyent təzyiqinin yaranmasına səbəb olur. Buna görə də, suyun daha 

dərin qatlarına döş qəfəsi daha dərindən nəfəsalmalar şəraitində daha 

çox  qanla  dolmağa  başlayır,  nəticədə  ağciyər  damarları  və  ürəyin 

potensial  olaraq  ölümcül  zədələnməsi  (gərilmə  və  ya  zərbə 

nəticəsində) baş verir. Digər təhlükə soyuq axma düşmə ehtimalı ilə 

bağlıdır;  yemək  yedikdən  sonra,  xüsusilə  vaqotonik  fazada  dəri-

visseral reflekslər arterial təzyiqin kəskin (kritik) aşağı düşməsi ilə 

müşayiət olunan vazo- vaqal kollipsa səbəb ola bilər. 

Tənəffüsün saxlanılması ilə suyun dərin qatlarına baş- vurma 

zamanı aşağıdakı fiziki qaz qanunlarını nəzərə  almaq lazımdır: 1) 

Boyl-Mariot  qanunu:  təzyiq  və  həcmin  vurma  hasili  sabit 

kəmiyyətdir;  2)  Dalton  qanunu:  ümumi  təzyiq  parsial  təzyiqlər 

cəminə bərabərdir; 3) Henri-Dalton qanunu: həll olan qazm miqdarı 

onun  parsial  təzyiqi  və  həllolma  əmsalına  mütənasibdir.  Bu 

qanunlar, əlbəttə ki, yalnız ideal qazlar üçün düzgün hesab olunur, 

lakin  təcrübələr  göstərmişdir  ki,  onları  tamamilə  suyun  dərin 

qatlarına  baş  vurma  zamanı  meydana  çıxan  problemlərin  həllində 

tətbiq etmək olar. 

Barozədələnmə (təzyiqin təsiri altında yaranan zədələnmə). 

Boyl-Mariot qanunu hava ilə dolu bədən boşluqları (yəni ağciyərlər, 

kəllədəki  boşluq,  diş  və  mədədəki  boşluq)  üçün  doğrudur.  Enmə 

zamanı  ətraf  mühitin  artan  təzyiqi  son  anda  toxumaların 

zədələnməsinə  gətirib  çıxaran  pozğunluqlara  səbəb  ola  bilər. 

Məsələn, suya dalmanm başlanğıcında döş qəfəsinin, uyğun olaraq 

ağciyərlərin  tutumu  30-40  m  dərinlikdə  minimuma  çataraq  çox 

asanlıqla  azalır  (şəkil  2).  Ağciyərləri  daha  çox  basmağa  (sıxmaq) 

icazə  verilmədiyindən  suyun  daha  dərin  qatlarında  dərinliyin 

artmasına daha uyğun olaraq döş qəfəsindən xaricdə (ətraf mühit) 

fasiləsiz olaraq artan təzyiqə baxmayaraq, döş qəfəsinin daxilindəki 

təzyiq sabit qalır. Təzyiqlər arasında yaranan fərq döş boşluğundakı 

orqanlara qan axınının kifayət qədər artmasına səbəb olur; döş qəfəsi 

daxilindəki  təzyiq  ağciyər  damarları  və  ürəyin  inkişaf  edib 

dəyişilməsinə uyğun olaraq getdikcə aşağı düşür ki, bu da nə 

422 

downloaded from KitabYurdu.org



ticədə  onların  zədələnməsinə  gətirib  çıxarır.  Hava  ilə  dolu  olan 

kəllə boşluğundakı təzyiq burun və boğaz vasitəsilə öz-özünə və ya 

xüsusi  üsulla  (bağlı  burunla  aparılan  Valsalva  təcrübəsi)  döş 

qəfəsinin  daxilindəki  təzyiqə  bərabərləşir.  Əgər  orta  qulaq  və 

burunun əlavə boşluğunun udlaqla əlaqələndiyi kanallar tutulubsa 

(məsələn, soyuqdəymə zamanı selikli qişanın şişməsi nəticəsində) 

bu təzyiqi bərabərləşdirmək çətin və  ya qeyri-  mümkün olur. Bu 

halda təzyiqlərin bərabərləşdirilməsi yalnız təbil pərdəsinin xaricə 

doğru  çəkilməsi  (partlayan  qədər)  və  yaxud  selikli  qişanın  onun 

ağrılı şişməsi və partlamasına səbəb olan sonradan qanla dolması 

hesabına mümkün olur. 

Dərinlik 

Om 

10 m 


40 

PiT 

1 bar 


2 bar 

5 bar 


AT 

5,01 


2,51 

1,01 


PaÜ

2

 105 mm.c.süt. 210mm.c.süt. 525 mm.c.süt. 



 

Şəkil 2. 

Suyun daha dərin qatlarına dalma şəraitində ağciyər tutumu (AT) və 

parsial təzyiq 0 m dərinlikdə döş qəfəsi maksimal nəfəsalma, 40 m dərinlikdə maksimal 

nəfəsvermə vəziyyətində olur. Alveol havasının 

P

Q

 üçün oksigenin sərf edilməsi sayılır; döş qəfəsi daxilində lbar=100 kPa 

(intratorkal təzyiq). 

Su  səthinə  qalxma  zamanı  oksigen  çatışmazlığı.  Əgər  nə-

fəsini  saxlayaraq  suya  dalan  dalğıc  nəfəsvermənin  vacibliyinə 

müqavimət göstərə bildiyi qədər su altında qala bilirsə, o, 

423 

downloaded from KitabYurdu.org



mütləq  suyun  üzünə  qalxan  zaman  huşunu  itirə-cəkdir.  Enmə 

zamanı  ətraf  mühitin  təzyiqinin  artması  alveol  havasında  P

Q

2

 



yüksəlməsinə  səbəb  olur,  lakin  bu  üstünlük  xəyalidir,  belə  ki,  su 

uzununa  qalxma  zamanı  əks  hadisə  baş  verir  (şəkil 

1

).  Dalğıc  su 



səthinə qalxan zaman ağciyərlərdə P

0;

 tezliklə 30-35 



mm.c.süt (4,0-4,7 kPa) bərabər olan kritik astanaya çatıb və ötüb-

keçərək  sürətlə  aşağı  düşür.  Bu  azalma  xüsusilə  su  səthinə  yaxın 

kəskin şəkildə özünü büruzə verir, belə ki, sonuncu 

10 


m-i  qalxan 

zaman mühitin təzyiqi yarıbayarı azalır (şəkil 

1

). 


18.8.  Aparatlarla suyun dərinliklərində qalma 

Üç tip tənəffüs aparatı mövcuddur: sıxılmış hava, oksigen və 

qaz qarışığı ilə olan aparatlar. 

Sıxılmış hava ilə olan aparatlar. Onlara bir yerdən digər yerə 

daşma  bilən  tənəffüs  aparatları,  havanın  su  səthindən  ötürülmə 

sistemləri  (şlanq  və  ya  nasosla)  və  kessonlar  aid  edilir.  Bütün 

hallarda udulan havanın təzyiqi ətraf mühitin təzyiqinə bərabərləşir, 

verilən hava isə suya xaric edilir (açıq sistem). Tənəffüs şəraitində 

həyata  keçirilən  iş  sıxılmış  havanın  yüksək  özlülüyü  ilə  əlaqədar 

olaraq artır. 

Dərinlik  narkozu.  Dərinlik  və  suya  dalma  müddəti  böyük 

olduqca  toxumalarda  daha  artıq  miqdarda  azot  həll  olur.  Normal 

atmosfer  təzyiqi  şəraitində  orqanizmdə  həll  olan  azot  inert  olur, 

lakin  40  m-ə  bərabər  və  ya  artıq  dərinliklərdə  toxumalarda  olan 

azotun  qatılığı  vəziyyət  və  dalğıcın  meylliyindən  asılı  olaraq 

tapşırıqların  yerinə  yetirilməsi  zamanı  səhvlərin  olması  və  hətta 

huşun  itirilməsi  ilə  müşayiət  olunan  intok-  sikasiya  (eyforiya, 

həmçinin narahatçılıq) əlamətlərinin yaranmasına səbəb olur. Buna 

görə  də  heç  bir  zaman  sıxılmış  hava  ilə  olan  aparatdan  istifadə 

edərək 50 m dərinliyə enmək olmaz. 



Dekompressiya.  Barozədələnmələrdən  uzaq  olmaq  üçün 

suyun  səthinə  qalxma  zamanı  mühitin  təzyiqi  aşağı  düşdükcə 

sıxılmış hava ilə dolu olan bədən boşluqlarındakı təzyiqin ar- 

424 

downloaded from KitabYurdu.org



xasmca  nəzarət  etmək  lazımdır.  Məsələn,  sıxılmış  hava  ilə  olan 

təchizatlardan istifadə edən dalğıc 50 m dərinlikdən bağlı səs yarığı 

şəraitində  su  səthinə  qalxan  zaman  ağciyərlər  dartılır,  sonra  isə 

cırılır (yırtılır) ki, bu zaman hava damar sisteminə daxil olur (hava 

emboliyası)*.  Bundan  əlavə,  toxumalarda  toplanan  inert  qazlar 

(məsələn,  azot)  yavaş-yavaş  onlardan  ayrılmalı,  sonra  isə  verilən 

nəfəslə xaric olunmalıdırlar; əgər de- kompressiya həddindən artıq 

sürətlə baş verərsə onlar qanda qazlı su olan butulkanın ağzını açan 

zaman olduğu kimi qo- vuqcuqlar əmələ gətirir. Yuxarı qalxma və 

su  səthinə  çıxma  sistematik  olaraq,  yavaş-yavaş  və  mərhələlərlə 

həyata keçirilməlidir. Su səthinə dərhal o vaxt çıxmaq olar ki, su 

altına dalma toxumalarda qovuqcuqlarm əmələ gəlməsi üçün vacib 

olan  qazların  kritik  toplanmasına  müvəffəq  olunmayan  zaman 

hüdudunda həyata keçirilsin (sıfır zamanı); tənəffüsün saxlanması 

suya  dalmanın  bütün  formalarında  və 

10

  m-dən  artıq  olmayan 



dərinliyə suya dalma şəraitində vəziyyət demək olar ki, həmişə belə 

olur.  Dekompressiya  zədələri,  həmçinin  uzunmüddətli  su  altına 

dalmadan  sonra  yer  səthinə  sürətlə  çıxma  zamanı  da  (məsələn, 

təyyarədə) baş verə bilər. 



Oksigen  aparatı.  Müxtar  tənəffüs  aparatı  həm  də  təmiz 

oksigenlə  nəfəs  almanı  təmin  edə  bilər.  Qapalı  sistemdə  tənəffüs 

zamanı  verilən  oksigenlə  zəngin  hava  ilə  onun  tərkibində  olan 

karbon  dioksidi  canına  hopduran  materialın  köməkliyilə  kənar 

etdikdən sonra təkrar nəfəs almaq olar. Belə aparat uzun müddətə 

su altına təkrar nəfəs almaq olar. Belə aparat uzun müddətə su altına 

dalmağa imkan verir, lakin idman üçün yararlı deyil, çünki 7 m-dən 

artıq dərinlikdə təmiz oksigen (P

02

 =172 kPa və ya 1292 mm.c.süt.) 



mərkəzi sinir sisteminə 

toksiki təsir göstərir. Kəskin oksigen zəhərlənməsinin əlamətlərinə 

qusma,  qıcolma  və  huşun  itirilməsi  aid  edilir.  Bu  aparatlar  çox 

təhlükəli  olduqlarından,  onları  yalnız  xüsusi  məqsədlər  üçün 

istifadə edirlər (məsələn, sualtı kəşfiyyatçılar tərəfindən). Sıxılmış 

hava ilə nəfəsvermə zamanı hipoksiya ilə bağlı olan pozğunluqlar 

74 m və daha artıq dərinliklərdə yarana bilər. 

Qaz qarışığı ilə olan qapalı tip aparatlar böyük dərinlik 



Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin