87
downloaded from KitabYurdu.org
dud nahiyəsində Bidder düyününün üzərinə ikinci liqaturanı
qoymuşdur. Bu zaman ürək yenidən ritmik işləməyə başlayır.
Deməli, soyuqqanlılarda ürək təqəllüsündən ötrü lazım
olan sinir impulsları Remak düyünündə əmələ gəlir və sinirlər
vasitəsilə Bidder düyününə verilir (şəkil 12).
Şəkil 12. Stannius liqaturasının sxemi.
1 - 1-ci liqatura, 2 - 2-ci liqatura,3 - 3-cü liqatura: liqatura qoyulduqdan
sonra ürəyin təqəllüs etdiyi hissələr tünd rəngə boyanıb.
İstiqanlı heyvanın və insanın ürəyində avtomatizmə səbəb
olan iki sinir düyünü vardır.
1. Sinoarterial və Keyt-Flek düyünü. Bu düyün nəqledici
sistemdə baş düyün olub, sağ qulaqcığın arxa divarında yuxarı boş
venanın açıldığı yerə yaxın qulaqcıq əzələ qatında olur.
2. Atrioventikulyar və ya Aşof-Tovar düyünü. Bu düyündə
sağ qulaqcığın arxa divarında atriventikulyar həlqəyə yaxın, sağ
qulaqcıqla sol mədəcikarası arakəsmədə yerləşir. İstiqanlı
heyvanlarda avtomatizminin həmin düyünlərdən asılı olub-
olmadığını yoxlamaq üçün həmin sinir düyünləri olan nahiyəni
soyutduqda döyünmələrin sayı azalır, qızdırdıqda artır.
Bu təcrübələrdən aydın görünür ki, miogenistlər öz təc-
rübələrini rüşeym dövründə olan neyrogenisitlər isə adi heyvanlarda
sinir və əzələ elementləri bir-birinə qarışan atipik əzələ elementləri
üzərində aparmışlar. Hər iki nəzəriyyə tərəfdarlarının apardığı
təcrübələrdən belə nəticə çıxır ki, ürəyin avtoma- tizminə səbəb
ürəkdə yerləşən atipik sinir düyünləridir.
Ancaq ürək avtomatizmində aparıcı düyün, ürəyin 70-
88
downloaded from KitabYurdu.org
75 dəfə döyünməsinə səbəb olan baş düyün sinoarterial düyündür.
Atrioventikulyar düyündə oyanma azalır, His dəstəsi və Purkine
liflərində isə 20-30 qədər azalır və bü isə avtomatizmə kömək
etmədiyi üçün ürək fəaliyyəti dayanır.
Ürək avtomatizminin mexanizmi. Bəzi müşahidələrə görə
avtomatizmdə asetilxolin müəyyən rol oynayır. Belə ki, ürəyin
əzələsinin atipik toxuma liflərində, ürəyin başqa əzələ liflərinə
nisbətən asetilxolinin miqdarı daha çox olur. Bəzi alimlərə görə isə
ürəyin ritmik oyanması sinoarterial və atrioventikulyar düyünlərdə
miokarda nisbətən karbonat turşusunun toplanması və hidrogen
ionlarının miqdarının artması ilə əlaqədardır. Digər tədqiqatlara
görə avtomatizmdə miokard hüceyrəsinin elektrik aktivliyinin
dəyişməsi halı fəaliyyət potensialı və hüceyrə membranı
vəziyyətinin dəyişməsi Na
+
, K
+
, Ca
++
ionları nəqledici sistemi təşkil
edən hüceyrələrin oyanması üçün əsas rol oynayır.
Bu potensialın əmələ gəlməsi üçün membranını 30 mv
depolyarizasiya etmək tələb olunur. Fəaliyyət potensialında
aşağıdakı fazalar ayırd edilir: sürətli başlanğıc repolyarizasi- yası (I
faza); yavaş repolyarizasiya - plato (II faza); sürətli re-
polyarizasiya (III faza); sakitlik fazası və ya spontan diastolik
depolyarizasiyası (VI faza) (şəkil 13).
Bu zaman ürəyin əzələ hüceyrəsində fəaliyyət potensialı
hüceyrə membranında aşağıdakı ardıcıllıqla davam edir.
Oyanıcılıq - qıcığa membran potensialının dəyişməsi,
fəaliyyət potensialının (FP) sonrakı generasiyası ilə elektrik
oyanması növündə cavab vermək xassəsidir. MP və.FP növündə
elektrogenez membranın hər iki səthində ionların qatılıq fərqi,
həmçinin ion kanalları və ion nasoslarının fəallığı ilə müəyyən
edilir. Nə vaxt ki, ion nasosları ionların hərəkətini elektrokimyəvi
qradientin əksinə yaradır, onda ion kanallarının deşiyindən ionlar
elektrokimyəvi qradient əsasında keçir. Kardiomiositlərdə Na
+
, K
+
,
Ca
2+
və C1 ionları üçün daha çox kanallar vardır.
89
downloaded from KitabYurdu.org
06
>
MillivoU
r
O
N)
O
MillivoU
ÖÖ
downloaded from KitabYurdu.org
V
SO
Şəkil 13. Fəaliyyət potensialı. A - mədəcik. B - sinus-qulaqcıq düyünü. V - ion nəqli.
I
—
FP. Səthi elektrodlarla qeyd edilən; II - hüceyrədaxili qeyd edilən FP; III — mexaniki cavab. Q - ürək əzələsinin yığılması.
MRF - mütləq refraktor faza; NRF - nisbi refraktor faza; O - depolyarizasiya; 1 - ilk tez repolyarizasiya; 2 - plato fazası; 3 - son
tez repolyarizasiya. 4 - sükunət fazası əzələ potensialının bərpa olunması baş verir.
downloaded from KitabYurdu.org
Kardiomiositdə sükunət vəziyyətində əzələ potensialı- ƏP-
90v təşkil edir. Stimulyasiya ətrafa yayılan və yığılmaya səbəb olan
FP yaranmasını təmin edir.
Həm skelet əzələsi, həm sinirdə depolyarizasiya tez əmələ
gəlir, lakin axırıncıdan fərqli olaraq, əzələ potensialı əvvəlki
səviyyəsinə tədricən qayıdır.
Depolyarizasiya 2 ms davam edir, plato fazası və re-
polyarizasiya 200 ms və daha çox davam edir.
Digər oyanmış toxumalarda olduğu kimi, K
+
hüceyrə- xarici
miqdarının dəyişməsi ƏP; Na
+
hüceyrəxarici qatdığının dəyişməsi
isə FP səviyyəsinə təsir edir.
Başlanğıc və ya ilk tez depolyarizasiya (faza 0) potensialdan
asılı tez Na
+
kanallarının açılması nəticəsində baş verir, belə ki, Na
+
ionları hüceyrəyə daxil olur və membranın daxili səthinin yükünü
mənfidən müsbətə doğru dəyişir.
İlk tez repolyarizasiya (faza 1) - Na+ kanalların bağ-
lanmasının nəticəsi olub, hüceyrəyə Ch ionların girişi və ondan K
+
ionların çıxışı nəticəsində baş verir.
Sonrakı davamlı plato fazası (faza 2 ƏP müəyyən müddət
eyni səviyyədə qalır) potensialdan asılı Ca
2+
kanallarının tədricən
açılmasının nəticəsidir: Ca
2+
ionları hüceyrə daxilinə Na
+
ionları
qədər daxil olur, bununla hüceyrədə K
+
ionların cərəyanı saxlanılır.
Son cəld repolyarizasiya (faza 3) K
+
kanalları ilə hü-
ceyrədən K
+
davam edən xaric olması fonunda, Ca
2+
kanalların
bağlanması nəticəsində baş verir.
Sükunət fazasında (faza 4) Na
+
K
+
nasosunun ixtisaslaşmış
transmembran sisteminin iştirakı ilə Na
+
ionlarının K
+
ionlarına
mübadiləsi hesabına ƏP bərpa olunması baş verir.
Göstərilən proseslər məhz işçi kardiomiositlərə aiddir.
Hüceyrənin aparıcı ritmində faza 4 - müəyyən qədər fərqlənir.
10.18. Ürəkdə elektrik hadisələri.
Elektrokardioqrafiya
Orqanizmin digər orqanları kimi, ürəyin fəaliyyəti də
92
downloaded from KitabYurdu.org
elektrik hadisələri ilə əlaqədardır. Ürəyin oyanmış və oyanmamış
sahələri arasında yaranan elektrik potensialının elektrik qüvvə xətti
və ya elektrik cərəyanı bədənin xarici səthini örtən dərinin müxtəlif
sahələrinin müxtəlif potensialla yüklənməsinə səbəb olur.
Elektrodları ürəyin müəyyən nahiyələrinə qoyub təsir cərəyanının
ritmik əyrisini yazmaq olar. İnsan ürəyinin təsir cərəyanlarını
elektrokardioqrafın
köməyilə
qeyd
etmək
üsuluna
elektrokardioqrafiya, alınan əyrilərə isə elek- trokardioqrama
deyilir.
Birinci dəfə 1856-cı ildə Kelliger və Müller qurbağanın döş
qəfəsini açıb reaskopik pəncənin sinirini ürəyin üstünə atıb,
pəncələrin təqəllüs etdiyini müşahidə etmişlər. Onlar göstərmişlər
ki, buna səbəb ürəkdə yaranan elektrik potensialıdır. Uoller 1887-ci
ildə EKQ-nın 3 dişli olduğunu müəyyən etdi. Lakin 1903-1904-cü
illərdə Eynthoven qalvonometr vasitəsilə ürəyin fəaliyyətini qeyd
edib, onun 5 dişli olduğunu müəyyən etdi. Bu üsulun klinikalarda
ürəyi xəstə olan adamların diaqnozunu müəyyənləşdirmək üçün
tətbiq edilməsində V.A.Eyn- thovenin, A.F.Samoylovun, T.Lyusin
və başqalarının böyük xidmətləri olmuşdur.
Elektrokardioqramı almaq üçün üç növ standart aparatdan
daha çox istifadə edilir. Bunun üçün elektrodlar sağ, sol əl və sol
ayağa aşağıdakı kimi qoyulur:
I aparma - sağ əl, sol əl
II aparma- sağ əl, sol ayaq
III aparma - sol əl, sol ayaq
Elektrodlardan biri döş nahiyəsinə, digəri isə ətraflara
qoyulur (şəkil 14, 15, 16).
Döş qəfəsində elektrokardioqrafiya aparmaq üçün 16-cı
şəkildə göstərildiyi kimi elektrodlardan birini 6 nöqtədən birinə
qoyurlar. Digər elektrod isə sağ ələ və ya bir-birilə birləşmiş üç
elektrod hər iki ələ və sol ayağa bərkidilir.
Üç ətrafa qoyulmuş birgə elektrod «sıfır» və ya indefe-
rentdir. Çünki bütün ürək döyünməsi zamanı potensial dəyişmir.
Belə bir elektrokardioqrafiya aparmaq üsulu Vilson tərəfindən təklif
olunmuş unipolyar və ya birqütblü adlanır və
93
downloaded from KitabYurdu.org
latın hərfi V (VI, Y2 və s.) ilə işarə edilir (şəkil 15).
Şəkil 14.
Elektrokardioqramın standart aparmaları zamanı elek- trodların qoyulması
sxemi və bu aparmadan alman əyrilər.
Şəkil 15.
Elektrokardioqramın döş aparmaları sxemi və bu aparmalar zamanı alman
əyrilər.
Standart aparmalarda elektrokardioqrafiya apardıqda hərəkət edən
fotokağız üzərində xüsusi əyri - elektrokardioqram
94
downloaded from KitabYurdu.org
alınır (şəkil 16). Sağlam adamlarda elektrokardioqram sabit olur və
P, Q, R, S, T hərfləri ilə işarə edilən beş dişcik verir.
Şəkil 16. Üç standart aparmalarda elektrokardioqram.
P - dişciyi qulaqcıqların sistolasına, yəni sağ və sol qu-
laqcıqların oyanması zamanı meydana çıxan elektrik cərəyanına
uyğun gəlir.
QRST - dişcikləri isə mədəciklər kompleksi adlanıb, onların
oyanması ilə əlaqədardır.
Elektrokardioqramı təhlil edərkən onun hər iki tərkib hissəsi
dişciklərin hündürlüyü - amplitudu və arasındakı fasilələr vasitəsilə
təyin edilir. Amplitud millivoltlarla, fasilə isə saniyələrlə ölçülür
(şəkil 16).
Sağlam insanda elektrokardioqramın təhlili
Dişciklərin amplitudası
Davametmə müddəti
(mv-larla)
(saniyələrlə)
P=0,05-0,3
PQ=0,12-0,18
R=0,6-l,6
QRS=0,07-0,09
T=0,25-0,5
ST=0,1-0,16
R-R=0,72-0,8
95
downloaded from KitabYurdu.org
Elektrokardioqrafiya. Ürək əzələsinin təqəllüsü kardio-
miositlərin yüksək elektrik fəallığı ilə müşayiət edilir, bu dəyişən
elektrik sahəsini formalaşdırır. Bütün fəaliyyət potensialının cəbri
cəmini təsvir edən ürəyin elektrik sahəsinin summar potensialının
dalğalanmasını bədənin xarici səthində qeyd etmək olar (bax: şəkil
9). Ürək elektrik sahəsinin potensialının bu dalğalanmasını ürək
tsiklinin davam etdiyi müddətdə həyata keçirir.
Elektrik sahəsinin vektoru, (şəkil 17 A). Hər bir kordio-
miositdə onun qütbləşməsi və qütbləşməməsi zamanı sərhədə
oyanmış və oyanmamış sahələrdə bir-birinə yaxın olan müsbət və
mənfi yüklər törəyir (elementar dipola). Ürəkdə eyni vaxtda
istiqamətləri müxtəlif olan çoxlu dipollar törəyir. Onların elektrik
hərəkət qüvvəsi - vektor, nəinki böyüklüyü ilə, həm də istiqaməti
ilə (həmişə az yükdən (-) böyükdə (+) xarakterizə olunur.
-
-i'
St«İr dnyialəriadə oyanına
Qulaqcıqlarda oyanına - P
Qulaqcıq -mədərik diyini
və hiss dəstəsində oyanına
QuLaqrtq-mədərlk arakəsməsi
Solıuədəclyin divanımı oyanması - R
MədəcikləcLn oyanması - ST
A
Kepolya
IVIədərik Ləcin ropolyarizasiyasıyası - T
-
RepolyarlzasLyadan sonrakı fazası- U
Şəkil 17. A - ürək əzələsinin ardıcıl qıcıqlandırılması zamanı
EKQ dişciklərinin formalaşması; PQRST kompleksinin normal
dişcikləri. B - Dişciklər və davamaetmə müddəti.
Ürək tsiklin fazasından asılı olaraq ürəyin dəyişən elektrik
sahəsini - vektoru əmələ gətirir.
96
downloaded from KitabYurdu.org
Şərti olaraq belə hesab edirlər ki, hər bir fazada vektor bir
nöqtədən keçir, buna elektrik mərkəzi deyirlər.
Siklin vektoru qiymətləndirən əhəmiyyətli hissəsi, ürəyin
əsasından zirvəsinə doğru istiqamətlənir. Vektoru qiymətləndirən
üç əsas nəticə ayırd edilir: qulaqcığın polyarizasiyası, mədəciklərin
depolyarizasiyası və repolyarizasiyası.
MƏDƏCİKLƏRİN DEPOLYARİZASİYASI
VEKTORUNU QİYMƏTLƏNDİRƏN İSTİQAMƏT
- ÜRƏYİN ELEKTRİK OXU (UEQ)
Eynthovenin üçbucağı. Eynthovenin üçbucağının zirvəsi -
elektrodları hər iki ələ və sol ayağa qoymaq, üçbucağın iki zirvəsi
arasında ürəyin elektrik sahəsinin potensiallar fərqini təyin edən
zaman EKQ-nın standart aparılması qeydi haqqında danışmaq olar
(şəkil 17 A).
Birinci standart aparmada elektrodlar sağ əl və sol ələ
qoyulur, II standart aparmada elektrodlar sağ əl və sol ayağa
qoyulur, III standart aparmada elektrodlar sol əl və sol ayağa
qoyulur (şəkil 18).
Normal elektrokardioqram (şəkil 17 B) əsas xətdən
(izoliniya) və ondan olan tərəddüdlərdən, latın hərfi ilə P, Q, R, S,
T, U adlanan dişciklərdən ibarətdir.
Sol əl (L)
Şəkil 18. I, II, III - standart ötürülmə.
ELEKTROKARDİOQRAM
97
downloaded from KitabYurdu.org
EKQ qonşu dişciklərilə kəsiyi-seqment, müxtəlif diş- ciklər
arasında məsafə-interval adlanır.
EKQ əsas dişcikləri, interval və seqmentləri şəkil 17 B- də
təsvir edilmişdir.
P dişi qulaqcıqları əhatə edən oyanmaya depolyariza- siya
uyğun gəlir. P dişciyin müddəti oyanmanın sinus-qulaqcıq
düyünündən AV-birləşməyə qədər keçdiyi müddətə bərabərdir və
normada yaşlılarda 0,lS-dən artıq olmur. II aparmada am- plituda P
- 0,5-2,5 mm.
PQ(R) intervalı P dişciyin başlanmasından Q dişciyin
başlanmasına qədər müəyyən edir (və ya R), ədəd Q olmursa
interval sinus-qulaqcıq düyünündən mədəciklərə qədər keçən vaxtı
müəyyən edir. Normada yaşlılarda intervalm davamı PQ(R)-0,12-
0,20S, normal ürək döyünməsi tezliyi zamanı ÜDT (ürək
döyünməsi tezliyi). Taxikardiya və bradikardiya zamanı PQ(R)
dəyişir, onun normal səviyyəsi xüsusi cədvəl vasitəsilə müəyyən
edilir.
QRS kompleksi mədəciklərin depolyarizasiya müddətinə
bərabərdir. Q, R və S dişlərindən ibarətdir. Q-izoliniyanın aşağıya
birinci tərəddüdüdür, R-dişciyi Q-dən sonra izoliniya- nın yuxarıya
doğru tərəddüdüdür, S dişciyi izoliniyanın aşağıya doğru R
dişciyindən sonra interval QRS Q dişciyindən başlayaraq S dişciyi
qurtarana qədər.
ST seqmenti - QRS kompleksi qurtardığı nöqtədən T
dişciyin başlanmasına qədər olan məsafədir. Mədəciklər oyanma
vəziyyətində olduğu zaman keçən müddətə bərabərdir. Klinik
məqsəd
üçün
ST-nin
vəziyyətin
izoliniyə
münasibəti
əhəmiyyətlidir.
T dişciyi mədəciklərin repolyarizasiyasına uyğun gəlir. T-
nin anomaliyaları qeyri-spesifıkdir. Onlara sağlam adamlarda
(asteniklərdə, idmançılarda), hipervintilyasiya zamanı, həyəcan,
soyuq su içən zaman, lixoradka, dəniz səviyyəsindən yüksək
səviyyəyə qalxdıqda, həmçinin ürək əzələsinin üzvi zə- dələnməsi
zamanı rast gəlmək olar.
U dişciyi izoliniyadan böyük olmayan tərəddüddür, bəzi
insanlarda T dişciyindən sonra qeyd olunur, Vı V
3
apar
98
downloaded from KitabYurdu.org
masından sonra daha kəskin olur.
Dişciyin təbiəti dəqiq məlum deyil. Normal halda onun
maksimal amplitudası 2 mm çox deyil və ya 25%-ə qədər T
dişciyindən əvvəl əmələ gəlir.
QT intervalı mədəciklərin elektrik sistolasmı təsvir edir.
Mədəciklərin depolyarizasiyası uyğun gəlir, yaşdan, cinsdən və
ürəyin döyünmə tezliyindən asılı olaraq dəyişilir.
QRS kompleksinin əvvəlindən T dişciyin sonuna qədər
təyin edilir. Normada yaşlılarda QT davamı 0,350-dən 0,44 s qədər
tərəddüd edir, lakin onun davamı ürək döyünməsinin tezliyindən
daha çox asılı olur.
Ürəyin normal ritmi. Ürəyin ardıcıl olaraq döyünməsinə
ürək ritmi deyilir. Hər bir yığılma sinus-qulaqcıq düyünündə əmələ
gəlir (sinus ritmi). Sakit vəziyyətdə ürəyin döyünmələrinin sayı
dəqiqədə 60-90 arasında dəyişir. Cavan yaşlarda ürəyin
döyünməsinin sayı nəfəsalma zamanı artır, nəfəsvermə zamanı isə
azalır, xüsusilə dərin tənəffüs zamanı - sinus mənşəli tənəffüs
aritmiyası (normal variantda) - fenomen, azan sinirin tonusunun
dəyişməsinin nəticəsində əmələ gəlir.
Bəzən ürək döyünmələrinin sayı 40-60-a qədər azalır
(bradikardiya) və ya 90-100 hətta daha çox artır (taxikardiya). Bəzi
patoloji hallarda isə ürəkdə ekstrasistolaya rast gəlmək olar, bu
zaman normal ritm əlavə sistola ilə əvəz olunur.
Nəfəsalma vaxtında ağciyərlərə reseptorlarm gərgin-
ləşməsindən sonra əmələ gələn impulslar uzunsov beyindəki damar
hərəki mərkəzinin ürəyə ləngidici təsirini azaldır. Nəticədə, azan
sinirin ürəyin ritmini daima sabit saxlayan tonik təsirinin sayı azalır
və nəticədə nəfəsalma zamanı ürək döyünmələrinin sayı artır.
Ürəyin elektrik oxu. Mədəciklərin ən çox elektrik fəallığı
onların oyanması dövründə müşahidə edilir. Horizontal sıfır xəttinə
(standart aparma) nisbətən or bucağı əmələ gətirir (onu qardusla
göstərirlər). Ürəyin oxunun beş vəziyyətini ayırd ediblər: normal,
vertikal, sağa tərəddüd, horizontal, sola tərəddüd. Ürəyin elektrik
oxunun vəziyyəti ürək və ürək mənşəli amillərdən asılı olur. Belə
ki, diafraqmamn gümbəzi yük
99
downloaded from KitabYurdu.org
sək vəziyyətdə olan insanlarda ürəyin elektrik oxu horizontal, arıq
ucaboylu diafraqmanm gümbəzin vəziyyəti aşağı olanlarda UEO
vertikal vəziyyətdə olur, bəzən sağa tərəddüdlü olur.
10.19. Ürək fəaliyyətinin tənzimi
Ürəyin işi ürəkdaxili və ürəkxarici tənzimləyici mexa-
nizmlərin köməkliyilə həyata keçirilir.
Ürəyin işinə uzunsov beyindəki ürək-damar mərkəzi, körpü
parasimpatik və simpatik sinir lifləri vasitəsilə tənzim edir (şəkil
19). Xolinerqin və adrenerqiq (daha çox mielinsiz) liflər ürək
divarında bir neçə hüceyrədaxili düyünlərdə olan sinir kələfləri
əmələ gətirir. Düyünlərin toplandığı əsas yer daha çox sağ qulaqcıq
və boş venaların açıldığı nahiyədə yerləşir.
Simpatil sütun
Şəkil 19.
Ürəyin inntervasiyası.
1 - sinus-qulaqcıq düyünü; 2 - qu- laqcıq-
mədəcik düyünü; (AB - artrioventikulyar düyün ).
Ürək fəaliyyətinin hüceyrədaxili tənzimi hüceyrədaxili,
hüceyrələr arasındakı disklər və ürəkdaxili periferik reflekslər
vasitəsilə həyata keçirilir.
Məlum olmuşdur ki, ürəyə xaricdən daxil olan periferik
sinirlər əvvəlcə ürəkdaxili intramural qanqlionlarda qurtarır
100
downloaded from KitabYurdu.org
və ekstrakardial mənşəli bütün sinirlər cərrahi yolla kəsildikdən
sonra ürək özündə olan sinir düyünləri vasitəsilə öz fəaliyyətini
davam etdirir.
Ürək fəaliyyətinin ekstrakardial tənzimi vegetativ (av-
tonom) sinir sisteminin parasimpatik (azan sinir) və simpatik
şöbələr vasitəsilə həyata keçirilir.
Parasimpatik innervasiya: ürəyə preqanqlionar para-
simpatik sinir lifləri azan sinirin tərkibində hər iki tərəfdən daxil
olur. Sağ azan sinir lifi sağ qulaqcığı innervasiya edir və qulaqcığın
sinus düyünü nahiyəsində sıx kələf əmələ gətirir. Sol azan sinir lifi
daha çox atrio-ventikulyar (AV-düyün) düyünə çatır. Məhz buna
görə sağ azan sinir əsas etibarilə ürək döyünmələri tezliyinə, sol isə
(atrio-ventikulyar (AV) nəqletməyə təsir edir. Bu sinirlər vegetativ
sinir sisteminə aid olub, iki ney- rondan ibarətdir. Çıxıntısı azan
siniri əmələ gətirən birinci ney- ron uzunsov beyindən başlayıb
ürəyin intramural qanqliyasın- da qurtarır. Burada ikinci neyron
yerləşir. Onun çıxıntıları si- noarterial düyünə, qulaqcıqların əzələ
lifinə və atrioventikulyar düyünə gedir. Mədəciklər azan sinirlə
innervasiya olunmur. Mədəciklərin parasimpatik innervasiyası
qulaqcıqlarla müqayisədə zəif olur. Azan sinirin qüvvətli oyanması
ürəyin fəaliyyətini bir neçə saniyə tam dayandıra bilər, lakin sonra
«azan sinir həmin oyanmanın təsirinin altından çıxır» və normaya
nisbətən daha tez-tez döyünməyə başlayır. Azan sinirin
stimulyasiyası ürəyin yığılma qüvvəsini 20-30% azalda bilər. Azan
sinirin
lifləri
əsas etibarilə qulaqcıqlarda paylanmışdır,
mədəciklərdə isə onlar çox azdır. Onların işi ürəyin yığılma
qüvvəsini müəyyən edir. Belə ki, azan sinirin qıcıqlanması əsasən
ürək döyünmələrin sayının azalmasına, onun qüvvəsinin
azalmasına nisbətən daha çox təsir edir. Lakin ürək böyük yük
altında işlədikdə onun döyünmələrinin sayı, onun yığılma
qüvvəsinin zəifləməsi ilə birlikdə 50%-ə qədər azala bilər.
Azan sinirin ürəyə təmiz ləngidici təsirini 1845-ci ildə
Veber qardaşları (Eduard Veber və Erest Veber) öyrənmişlər. Onlar
azan siniri qıcıqlandırdıqda ürək fəaliyyətinin zəiflədiyini və
ləngidiyini müşahidə etmişlər. Bu hadisə orqanizmdə
101
downloaded from KitabYurdu.org
sinirlərin ləngidici təsirinə aid ilk təcrübə idi.
Kəsilmiş azan sinirin mühiti ucunu zəif elektrik cərəyanı ilə
qıcıqlandırdıqda ürək döyünmələrinin sayını azaldır - buna, mənfi
xronotrop təsir deyilir. Eyni zamanda təqəllüsün amplitu- dası
azalır, bu isə mənfi inotrop təsir adlanır (şəkil
20
).
Dostları ilə paylaş: |