Şəkil 20.
Qurbağa ürəyində azan sinirin qıcıqlandırılmasındakı təsirlər. A - izolə edilmiş
I ürəkdə kardioqram; B - izole edilmiş II ürəkdə kardioqram. Oxla I ürəkdən fizioloji
məhlul keçirilməsi anında II ürəkdə azan sinirin qıcıqlandırılmasını göstərir.
Azan siniri daha qüvvətli elektrik cərəyanı ilə qıcıqlan-
dırdıqda onun, azan sinirin ürək əzələsinin oyanıcılığı azalır, bu,
mənfi batmatrop təsir adlanır. Bu siniri qıcıqlandırarkən ürək
əzələsində oyanmanın nəqletmə qabiliyyətinin zəifləməsinə isə
dramatrop təsir deyilir. Ürəyin tonusdan düşməsinəto- notrop effekt
deyilir. Qıcıq uzun müddət davam etdikdə ürək azan sinirə tabe
olmayaraq simpatik təsirə keçir və yenidən fəaliyyətə başlayır.
Simpatik innervasiya. Ürək üçün preqanqlıonar simpatik
liflər onurğa beynin yuxarı döş seqmentlərin yan buynuzlarından
gedir. Postqanqlionlar adreneqriq lif simpatik sinir zəncirinin
düyününün neyronlarmın aksonundan (ulduz şəkilli və yuxarı
boyun simpatik düyünün müəyyən hissəsindən) əmələ gəlir. Onlar
orqana bir neçə ürək sinirlərinin tərkibində və ürəyin bütün
şöbələrinə bərabər paylanır. Terminal liflər ürək əzələsinə daxil
olur, koronar damarları müşayiət edir və nəq- ledici sistemin
elementlərinə daxil olur. Qulaqcığın əzələsinin daha yüksək sıx
adrenerqiq lifi var. Mədəciklərin hər beşinci kordiomiositi
kardiomiositin plazmolemmasmdan 50 mkm məsafədə qurtaran
adrenerqiq terminalla təmin olunur. Sim
T> ııııtıa^rıliMı^ıııtıl^WjirjMtıfg*.
102
downloaded from KitabYurdu.org
patik stimulyasiyanm effekti qulaqcıq və mədəciklərin yığılma
qüvvəsi artır - (müsbət inotrop təsir) ürək döyünməsinin tezliyi artır
- (müsbət xronotrop təsir) nəqletmə qabiliyyəti yüksəlir (müsbət
dramatrop təsir), oyanma qabiliyyətini artırır (müsbət batmotrop
təsir).
Belə ki, ürəyin nasos funksiyasının effektliyinə simpatik və
azan sinirin impulsları ilə nəzarət olunur.
Simpatik sinirin qıcıqlandırılması ürək döyünmələrinin
sayını 70-dən 200-ə qədər və hətta 250 qədər artıra bilər. Simpatik
stimulyasiya ürəyin yığılma qüvvəsini yüksəltməklə ürəkdən
qovulan qanın həcmi və təzyiqini artırır.
Simpatik stimulyasiya dəqiqəlik həcmə əlavə olaraq ürəyin
məhsuldarlığını 2-3 dəfə artıra bilər. Frank-Starlinq effektinə
əsasən (şəkil
6
B) simpatik sinirin tormozlanmasından ürəyin nasos
funksiyasını aşağı salmaq üçün istifadə edilə bilər. Normada
simpatik sinir sistemi daima tonik yüklənərək, ürəyin daha yüksək
məhsuldarlığını (30%-dan çox) saxlayır. Ona görə də, əgər ürəyin
simpatik fəallığı sıxışdırılarsa, onda ona uyğun ürəyin tezliyi və
qüvvəsi aşağı düşər, bu isə ürəyin nasos funksiyasının normadan
30% aşağı düşməsinə səbəb olar.
Afferent innervasiya. Azan və onurğa beynin (Cs-The)
hissi neyronları ürəyin divarında sərbəst və kapsulsuz sinir uclar
əmələ gətirir. Afferent lifləri azan və simpatik sinirlərin tərkibində
ürəyə daxil olur.
Ürəyə impuls aparan simpatik sinir sisteminin birinci
neyronu onurğa beynin I-V döş seqmentlərinin yan buynuzlarından
başlayır, boyun və yuxarı döş simpatik düyünlərinə gəlir. Bu
düyünlərdə simpatik sinirin ikinci neyronu yerləşir. Onun çıxıntıları
ürəyə daxil olur. Ürəyi innervasiya edən simpatik sinir liflərinin çox
hissəsi ulduzvarı qanqliyondan (gang stellatum) başlayır. Azan
sinir liflərindən fərqli olaraq simpatik liflər mədəcik əzələlərini də
innervasiya edir (şəkil
21
).
103
downloaded from KitabYurdu.org
Şəkil 21.
Ürəyin sinirlənmə sxemi.
H
- ürək; M - uzunsov beyin; CJ - ürək fəaliyyətini
ləngidən nüvə; CA - ürək fəaliyyətini sürətləndirən nüvə;
L.H.
- onurğa beynin yan
buynuzu; T.S. - simpatik sütun; V - azan sinirin afferent lifi; D - depressor sinir; S -
simpatik liflər; A - onurğa beynin af- ferent lifləri; Ç.S. - karotid sinus; B - sağ qulaqcıqda
afferent liflər.
Beləliklə, somatik sinirlərdən fərqli olaraq vegetativ sinirlər
birbaşa üzvlərə çatmır. Parasimpatik sinirlərdə preqanq- lonar lif
uzun, simpatik sinirlərdə isə qısa olur. Postqanqlionar simpatik
liflər (həmçinin ulduzvarı düyündən keçən və boyun düyünlərində
qurtaran bəzi preqanqlionar simpatik liflər) iki sinir şaxəsinin
tərkibində gedib, körpücükaltı arteriyanı əhatə edir. Postqanqlonar
simpatik şaxələr isə ürəyə gələrək onun əzələ liflərində qurtarır.
Simpatik sinirin ürəyin işinə göstərdiyi təsir azan sinirin
göstərdiyi təsirin əksidir. Ürək fəaliyyətinə simpatik sinirlərin
sürətləndirici təsirini ilk dəfə İ.F.Sion (1866) və Betsold (1867)
öyrənmişlər. Onlar ürəyin simpatik sinirlərini təsvir etmişlər.
1887-ci ildə İ.P.Pavlov ürəyin gələn simpatik sinirin ayrı-
ayrı liflərini qıcıqlandıraraq, müəyyən etmişdir ki, ürək ritmini
dəyişmədən onun qüvvəsini artıran liflər vardır (şəkil
22
).
104
downloaded from KitabYurdu.org
Şəkil 22. Qurbağa ürəyindəki simpatik sinirin qıcıqlandırılmasında- kı təsirlər. A - birinci
ürəkdə ürək təqəllüsünün kəskin artması və qüvvətlənməsi qeyd olunur; B - birinci
ürəkdən götürülmüş fizioloji məhlulun qıcıqlandırılmayan ikinci ürəyə təsiri.
I.P.Pavlovun ürəyin qüvvətləndirici sinirini kəşf etməsi
fiziologiyanın gələcək inkişafı üçün böyük əhəmiyyəti oldu.
Beləliklə, azan və simpatik sinirlər ürək fəaliyyətinin ritminə təsir
göstərdiyinə görə dinamki sinirlər də adlanır. Onlara Pav- lov
sinirləri də deyirlir.
İ.P.Pavlov qüvvətləndirici sinirin ürək əzələsinə təsirini
maddələr mübadiləsi prosesinin intensivliyinin dəyişməsi ilə izah
etmiş və bu təsiri isə trofık (trerho - qidalandırıram) təsir
adlandırmışdır. İndi elmə məlumdur ki, İ.P.Pavlovun kəşf etdiyi
trofık sinir lifləri üzvü innervasiya edən sinirlərin tərkibində üzvə
daxil olur.
Ürəyin işində yuxarıda təsvir olunan dəyişikliklər azan və
simpatik sinirlərin mərkəzləri arasında əlaqə kəsilmədən oyanmış
olduqda baş verir. Xüsusilə aorta və karotid sinusda yerləşən
reseptorlardan gələn impulslar böyük rol oynayır. Bu sinirlər
kəsilərkən azan sinir mərkəzi tonusdan düşür və ürək fəaliyyəti
xeyli sürətlənir.
105
downloaded from KitabYurdu.org
10.20. Ürək fəaliyyətinin humoral tənzimi
Kimyəvi maddənin ürəyə təsiri azan sinirin mərkəzi ilə
həyata keçirilir. Bu üsulla müəyyən edilmişdir ki, qanda böy-
rəküstü vəzin beyin maddəsindən ifraz olunan adrenalin, kal- sium
ionları və karbonat turşusu artdıqda bəzi adamlarda azan sinir
mərkəzinin tonusu uzun müddət yüksək olur. Bu zaman
bradikardiya meydana çıxır, başqa sözlə, ürək döyünmələrinin sayı
azalır. Bəzən isə sinirin tonusu azalır və taxi- kardiya, yəni ürək
döyünmələrinin sayı artır. Yenidoğulmuşla- rın azan sinir mərkəzi
tonusda olmadığı üçün nəbzin sayı orta yaşlı adamlarla müqayisədə
çox (160-180) olur.
Lakin müasir mediator nəzəriyyəsi Avstriya fızioloqu Otto
Levinin adı ilə bağlıdır. Belə ki, o 1922-ci ildə iki qurbağanın
ürəyini alman alimi Şraubuanm üsulu ilə cərrahi yolla bədəndən
çıxarıb içərisinə Ringer və ya fizioloji məhlul dolu və bir-biri ilə
əlaqəsi olan kanunlaya keçirmişdir. Birinci ürəkdə olan azan siniri
qıcıqlandırdıqda
nəinki
birinci,
həm
də
azan
siniri
qıcıqlandırılmayan ikinci ürəyin də fəaliyyətinin ləngidiyi və
zəiflədiyini müşahidə edir. Otto Levi belə nəticəyə gəlir ki, buna
səbəb azan siniri qıcıqlandıran zaman onun ucundan kimyəvi
maddə-mediator (asetilxolin) ifraz olunur və məhlula qarışıb ikinci
ürəyin fəaliyyətini ləngidir.
O birinci qurbağada olan simpatik siniri qıcıqlandırdıqda
isə onun ucundan ifraz olunan və məhlulla ikinci ürəyə təsir edən
kimyəvi maddənin mediatorun (simpatinin) ürəyin fəaliyyətinin
sürətləndirdiyini və qüvvətləndirdiyini müşahidə etmişdir. Sonralar
azan sinirin ucundan ifraz olunan asetilxolin parçalayan
xolinestraza, simpatik sinirin ucundan ifraz olunan simpatini
parçalayan aminoksidaza fermentidə tapıldı.
Böyrəküstü vəzilərin beyin maddəsinin hormonu adrenalin
və noradrenalin, qalxanabənzər vəzin hormonu tiroksin ürək
təqəllüsünün ritmini və qüvvəsini artırır. Qanda kalsium ionlarının
çoxluğu (hipekalsemiya), azalması isə (hipokale- miya) diastola
fazasında ürəyin dayanmasına səbəb olur.
106
downloaded from KitabYurdu.org
10.21. Ürək fəaliyyətinin reflektoru tənzimi
Bədənimizin müxtəlif refleksogen zonalarında və ürəkdə
yerləşən reseptorlar onun işini reflektoru yolla tənzim edir. Deməli,
ürək daxili boşluqlarda, aortada, yuxarı və Aşağı boş venalarda,
ümumi yuxu arteriyası, ağciyər və bronxlarda yerləşən
reseptorların oyanması azan və simpatik sinirlər vasitəsilə ürəyə
nəql olunan reflekslərin əmələ gəlməsinə səbəb olur. Reflektoru
simpatik reflekslər ürək fəaliyyətinə sürətləndirici, qüvvətləndirici,
reflektoru parasimpatik reflekslər əksinə təsir göstərir. Bu
reflekslərə Holsun, Aşnerin, Kardio-Kardial və s. refleksləri
göstərmək olar.
Hols rejleksi. F.Hols qurbağanın döş boşluğunu açıb,
qarnına pinsetin küt nahiyəsi ilə zərbə vurduqda, ürəyin fəa-
liyyətinin ləngidiyini müşahidə etmişdir. Holsa görə qarma vurulan
mexaniki zərbə vuran anda günəş kələfində oyanma daxili orqanlar
siniri vasitəsilə uzunsov beyinə, oradan isə azan sinir vasitəsilə
ürəyə nəql olunub onun fəaliyyətini ləngidir. Günəş kələfinə
vurulan qüvvətli zərbə ölümə də səbəb ola bilər.
Danin-Aşner refleksini müşahidə etmək üçün əvvəlcə
insanda bir dəqiqə müddətində ürəyin nəbz vurğusu sayılır. Sonra
barmaqları göz qapaqlarının üzərinə ehmalca qoyub göz almasına
bir neçə dəfə təzyiq edib və yenidən nəbzi saydıqda onun 10-30-a
qədər azaldığını müşahidə etmək olar. Buna səbəb təzyiq zamanı
əmələ gələn oyanmanın, gözün hərəki siniri vasitəsilə uzunsov
beyindəki azan siniri mərkəzinə, ordan isə azan sinir ilə ürəyə nəql
olunaraq onun fəaliyyətini ləngitməsidir.
Kardio-kardial refleks. Ürək daxilində təzyiqin dəyişməsi,
ürək qişalarının qıcıqlanması zamanı əmələ gələn oyanmalar
uzunsov beyinə, ordan isə azan sinir ilə ürəyə gələrək onun
fəaliyyətinin ləngiməsinə səbəb olur.
Ağciyər-ürək və ya Pariıt refleksi. Ağciyər və bronxlarda
yerləşən reseptorlardan oyanmalar afferent sinirlər vasitəsilə
uzunsov beyinə və ordan azan sinir vasitəsilə nəql olunaraq ürək
fəaliyyətinin ləngiməsinə, ağciyərlərin gərilməsi nəticəsin
107
downloaded from KitabYurdu.org
də oyanan simpatik sinir isə ürəyin fəaliyyətinin sürətlənməsinə
səbəb olur.
Oynaq və vətərlərdə yerləşən reseptorlardan onların hə- rəki
zamanı ürəyə gələn oyanmalar onun fəaliyyətini dəyişdirir. Buna
hərəki-kardial refleks deyilir.
Vegetativ sinir sisteminin düyünlərinin uzun çıxıntıları ilə
əmələ gələn refleksə akson refleks deyilir.
Ümumi yuxu arteriyası və onun şaxələndiyi nahiyədə
yerləşən xemo və baro reseptorlardan, onların oyanması zamanı,
həmin oyanmanın azan sinir ilə ürəyə nəql olunaraq onun
fəaliyyətini ləngidir. Buna Herinq refleksi deyilir.
Sionin refleksi «Hissi-ürək» siniri yerləşən aorta qöv-
sündəki baro reseptorlardan başlayır. Aorta qövsündə qan təzyiqi
yüksəldikdə baroreseptorlarda əmələ gələn oyanma uzunsov
beyindəki azan sinir mərkəzinə nəql olunaraq, onun tonusunu
artırır. Oyanma azan sinir ilə ürəyə verilir, onun fəaliyyətini
zəiflədir, nəticədə aortaya az qan vurulur, digər tərəfdən də aorta və
digər damarlar genişlənir, kapillyarlar və qan təzyiqi aşağı düşür.
Beynbric refleksində yuxarı və aşağı boş venaları sağ qulaqcığa
açıldığı nahiyədə yerləşən reseptorların mexaniki qıcıq təsirindən
oyanması simpatik sinirin vasitəsilə ürək fəaliyyətinə ləngidici
deyil, sürətləndirici və qüvvətləndi- rici təsir göstərir. Bu isə boş
venalarda əmələ gələn qanın artığının ürəkdən damarlara
vurulmasına səbəb olur. Həticədə qan durğunluğunun qarşısı alınır.
Deməli, ürəyin fəaliyyəti reflektoru və humoral yolla tənzim
olunur.
108
downloaded from KitabYurdu.org
XI FƏSİL
QAN DÖVRANI SİSTEMİ
11.1. Qan damarları
Ürəyin fəaliyyəti zamanı əmələ gələn enerji və aortada
yaranan qan təzyiqinin enerjisi qanın qan damarları ilə hərəkətinə
səbəb olur. Həmin damarlarda qanın dövranı isə hidro- dinamika
qanunları üzrə borulardakı hərəkətə uyğun baş verir. Ürəyin
fəaliyyəti zamanı əmələ gələn təzyiqin çox hissəsi xarici (qan
hissəciklərinin damar divarlarına sürtünməsinə) və daxili (qan
hissəciklərinin bir-birinə sürtünməsinə) az hissəsi isə qanın cərəyan
sürətinə sərf olunur.
İnsan və xordalı heyvanlarda qan damarları-qapalı sis-
temdir. Belə ki, arterial qan bu damarlarla ürəkdən toxumalara,
oradan isə venoz qan ürəyə sirkulyasiya olunur. Ürək böyük qan
dövranı ilə arterial qanı sol mədəcikdən aorta vasitəsilə toxumalara
qovur, venoz qanı isə toxumalardan yuxarı və aşağı boş vena ilə
ürək sağ qulaqcığa qaytarır. Sağ mədəcik- lə sol qulaqcıq arasında
yerləşən damarlar isə, ağciyər və ya kiçik qan dövranını əmələ
gətirir.
Ürək, qanı damarlara hissə-hissə qovmasına baxmayaraq,
onun arteriya, vena və kapillyarlarda fasiləsiz axmasına səbəb həm
sistola, həm də diastola zamanı ürəkdə yaranan təzyiq və
damarların divarının elastiki olmasıdır.
11.2. Struktur-funksional təsnifat
Qan damarlarının divarlarının quruluşundan asılı olaraq,
damar sistemində arteriyalar, arteriollar, venulalar və venalar,
damarlararası anostomozlar, mikro sirkulyasiya yatağı və hemotik
baryer (məsələn, hematoensefalik) mövcuddur.
Damarları yerinə yetirdiyi funksiyasına görə aşağıdakı kimi
təsnif etmək olar:
109
downloaded from KitabYurdu.org
1)
Amortizasiyalı - arteriyalar
2)
Rezistiv - arteriya və arteriollar
3)
Kapillyarönü sfmiktorlar - kapillyarönü arteriolların
son şöbəsi
4)
Mübadilə funksiyalı - kapillyar və venulolar
5)
Həcmli - venalar
6)
Şuntlandırıcı - arteriya anostomazları
Qan cərəyanının fizioloji parametrləri. Qan cərəyanını
xarakterizə etmək üçün lazım olan əsas fizioloji göstəricilər aşağıda
verilmişdir.
Sistolik təzyiq (ST) - sistola zamanı arterial sistemdə əmələ
gələn maksimal təzyiq. Normada böyük qan damarında sistolik
təzyiq orta hesabla 120 mm.Hg.st. bərabər olur.
Diastolik təzyiq (DT) - böyük qan dövranında diastola
zamanı əmələ gələn minimal təzyiq. Orta hesabla 80 mm.Hg.st.
bərabər olur.
Nəbz təzyiqi (NT) - sistolik və diastolik təzyiq arasındakı
fərqə nəbz təzyiqi deyilir. 35-50 mm.Hg.st. arasında dəyişir.
Məsələn, 120-80=40 ST-DT-NT.
Orta arterial təzyiq (OAT). Aşağıdakı formula ilə nisbi
olaraq qiymətləndirilir:
_ sistolik AT + 2 {Diastolik AT)
~
3
Orta AT aortada yüksək olur (90-100 mm Hg.st.), arte-
riyanın şaxələnməsi hesabına sonrakı damarlarda tədricən aşağı
enir. Uc arteriya və arteriollarda təzyiq kəskin aşağı düşür (orta
hesabla 35 mm.Hg.st. qədər). Sonra iri venalarda tədricən 10 mm
Hg.st. qədər azalır (şəkil 1 A).
110
downloaded from KitabYurdu.org
Şəkil 1. AT əhəmiyyəti (A) və damar sisteminin müxtəlif seq-
mentləri və qan cərəyanının xətti sürəti (B).
Eninə kəsiyin sahəsi. Yaşlı adamlarda aortanm diametri 2
sm, eninə kəsiyinin sahəsi-3 sm
2
qədərdir. Mühitə doğru isti-
qamətdə arteriya damarların eninə kəsiyi tədricən artır. Arte-
rialarm eninə kəsiyinin sahəsi 800 sm
2
qədər kapillyar və venanın
en kəsiyinin sahəsi isə - 3500 sm
2
təşkil edir. Vena damarları
birləşərək eninə kəsiyin sahəsi 7 sm
2
olan boş venaları əmələ
gətirir.
111
downloaded from KitabYurdu.org
Həcmi sürət dedikdə vahid zaman ərzində damarın en
kəsiyindən keçən qanın miqdarı nəzərə alınır. Qanın həcmi sürəti
müxtəlif orqanların damarlarında fərqlənir.
Qan cərəyanının xətti sürəti damar yatağının eninə kə-
siyinin sahəsi ilə tərs mütənasibdir. Ona görə də qanın orta axma
sürəti (şəkil 1 B) aortada yüksəkdir (30 sra/s), kiçik arteriyalarda
tədricən aşağı düşür və kapillyarlarda daha az olur (0,026 sm/s).
Buna səbəb kapillyarların ümumi eninə kəsiyinin aortadan 1000
dəfə böyük olmasıdır. Qanın axınının orta sürəti yenidən venalarda,
xüsusilə boş venalarda aorta ilə müqayisədə yüksək olmasa da,
nisbətən artır (14 sm/s).
Xətti sürətsə qan hissəciyinin vahid zaman ərzində keçdiyi
yolun uzunluğu ilə ölçülür. Xətti sürət damar sisteminin ayrı-ayrı
hissələrində müxtəlif olur.
Qanın xətti sürəti (V) qan həcminin (Q) vahid vaxt ərzində
keçdiyi qan damarlarının en kəsiyinin sahəsi ilə (^r
2
) müəyyən
olunur.
Buna orta sürət də deyilir. Damarın en kəsiyinin sahəsi nə
qədər çox olarsa, xətti sürət bir o qədər az olur.
Qan axınının həcm sürəti (adətən milli litr dəqiqə və ya litr
dəqiqə ilə göstərilir). Yaşlı adamlarda ümumi qan axını sakit
vəziyyətdə - 5000 ml/dəq. təşkil edir. Məhz bu miqdar qanı orta
hesabla hər dəqiqə damarlara ürək vurur, ona görə də buna ürəyin
dəqiqəlik həcmi də deyirlər.
Hər hansı maye kimi qan da damarın dar yerindən daha
sürətlə axır. Digər damarlara nisbətən aorta dar olduğu üçün qan
oradan keçəndə sürətlə axır.
Arteriyalarda da qanın sürəti 0,25 m/san, kapillyarlarda isə
müqavimət artdığına görə sürət 0,5 mm/san olur.
Kapillyarlarda qanın bu sürəti (0,5 mm/san) toxuma və
hüceyrələrdə maddələr və enerji mübadiləsinin normal davamını
təmin edir.
Venaların ümumi mənfəzi kapillyarlara nisbətən daralır və
qanın hərəkət sürəti saniyədə
0,2
m-ə çatır.
112
downloaded from KitabYurdu.org
Qanın dövretmə sürəti dedikdə böyük və kiçik qan damar-
larından qamn dövranının başa çatmasına sərf olunan vaxt nəzərdə
tutulur. Bunu təyin etmək üçün heyvanın vidaci venasına rəngli
maddə və ya nişanlanmış natrium izotopu yeridilir və digər ətrafın
venasında rəngin göründüyü vaxt qeydə almır.
Nəbz vuruqları normal olan (dəq. 70-80) insanlarda qanın
dövretmə müddəti, orta hesabla ürəyin 27 sistolasına, 20-23
saniyəyə bərabər olur. İtlər üzərində aparılan təcrübələr göstərir ki,
bu vaxtın 1/5 hissəsi qanın kiçik qan dövranından,
4/5
hissəsi isə
böyük dövrandan keçməsinə sərf olunur.
Qan dövranının sürətini (qanın dövretmə sürəti) digər
təcrübə vasitəsilə də təyin etmək olar. Bunun üçün öd turşusunun
duzunu iynə ilə dirsək venasına vurulan andan dilin üstündə istilik
hiss olunan müddətə qədər keçən vaxtı (normada 15s.) müəyyən
edirlər (şəkil 2 A).
Şəkil 2.
Qan cərəyanının müddətinin
(A)
və pletizmoqrafıya (B) 1 - iynə vurulan yer;
2 - son nahiyə (Dil); 3 - həcmi qeyd edən; 4 - su; 5 - rezin əlcək.
Damar tutumu. Damar şaxələrinin ölçüsü damar tutumunu
təyin edir. Arteriyalar sirkulyasiya edən qanın ümumi miqdarının
10%-ni, kapillyarlar - 5%, venalar və kiçik venalar - təqribən
54
%
və böyük venalar -
21
%-ni saxlayır. Ürəyin kameraları qalan 10%-i
özündə saxlayır. Kapillyarlar və kiçik venalar böyük tutuma
malikdirlər. Bu isə onlara böyük həcmdə qanı toplamağa və effektli
rezervuar qabiliyyətinə malik olmağa səbəb olur.
Hidrodinamikanın qanunlarına uyğun olaraq mayenin
113
downloaded from KitabYurdu.org
cərəyanı borularda
2
üsulla təyin edilir:
1) Təzyiq ilə. Hansı ki, maye onun təsiri ilə hərəkət edir.
2) Müqavimət. Hərəkətdə olan maye borunun divarına
sürtünür, müqavimətə rast gəlir.
Birincisi təzyiqlər fərqi mayenin hərəkətinə səbəb olur,
ikincisi hidravlik müqavimət isə ona mane olur. Müəyyən vaxt
ərzində borudan axan mayenin təzyiq fərqinin müqavimətə
münasibəti maye axınının həcmi sürətini - Q-ni müəyyən edir.
Bunu aşağıdakı düsturla müəyyən edirlər:
Q =
P
' -
p ı
R
Q
- mayenin həcmi
P ı , p
2
- maye axan borunun başlanğıc və sonu arasındakı təzyiq
fərqi.
R
- axm müqaviməti.
Bu düsturdan istifadə edərək kiçik və böyük qan dövranında
periferik müqaviməti tapa bilərik. Bunun üçün, həm qan
damarlarının başlanğıc və sonundakı olan təzyiqi, həm də qanın
həcmini bilmək lazımdır.
R =
P
Q
Deməli, müxtəlif damarlarda müqaviməti təzyiq fərqinə
görə təyin etmək olar. Qanın axınının müqaviməti çox olduqca
damar boyu təzyiq də aşağı düşür. Birbaşa ölçmə üsulu ilə müəyyən
edilmişdir ki, təzyiq iri damarlarda
10
%, arteriya və damarlarda
85% aşağı düşür. Bu onu göstərir ki, mədəciklər tərəfindən yaranan
enerjinin
10
%-i qanın iri və orta həcmli damarlarda hərəkətinə,
85%-i isə arteriya və kapillyarlarla hərəkətinə sərf olunur.
Qan damarlarında qanın hərəkətini təsvir etmək üçün çox
zaman şüşə və ya rezin borulardan ibarət Marey modelindən
istifadə edilir. İçində su olan şüşə rezervura biri şüşə, digəri isə ucu
daraldılmış rezin boru birləşdirilir. Hər iki boru vasitəsilə
rezervuardan eyni vaxtda müəyyən fasilələrlə su buraxdıqda şüşə
borudan fasilələrlə, rezin borudan isə arası kəsil
Dostları ilə paylaş: |