Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə13/56
tarix28.06.2020
ölçüsü4,1 Mb.
#32184
1   ...   9   10   11   12   13   14   15   16   ...   56
-kitabyurdu.org--Insan ve heyvan fiziologiyasi- II hisse


138 

downloaded from KitabYurdu.org



ionlarının  çoxluğunu  kimyəvi  hissedici  hüceyrələri  -  karotid  və 

aorta cisimlərində yerləşir. 

Müəyyən edilmişdir ki, aorta qövsü refleksogen zonasında 

təzyiqə  həssas  baroreseptorlar  yerləşir.  Aortada  qan  təzyiqi 

yüksəldikdə  aortanın  divarları  genəlir,  buradakı  baroreseptorlar 

oyanır.  Əmələ  gəlmiş  oyanma  depressor  sinir  vasitəsilə  uzunsov 

beyinə  verilərək  yayılır,  ürək  fəaliyyətini  tənzim  edən  damarın 

hərəki mərkəzlərini əhatə edir. Nəticədə ürək fəaliyyəti ləngiyir və 

damarlar genəlir. 

Xemoreseptor  sinir  lifləri  karotid  və  aorta  cisimlərdən 

baroreseptor  liflərlə  bir  yerdə  uzunsov  beynin  damar  hərəki 

mərkəzinə  gedir.  Arterial  təzyiqin  səviyyədən  aşağı  olmasını 

xemoreseptorlar  hiss  edir,  nəticədə  qan  cərəyanının  azalması  O

2

 



miqdarının azalmasına və CO

2

  və  H



+

  qatılığının  artmasına  səbəb 

olur.  Beləliklə,  xemoreseptorlardan  daxil  olan  impulslar  damar 

hərəki  mərkəzini  oyadır  və  arterial  təzyiqin  yüksəlməsinə  səbəb 

olur. 

Təcrübə  ilə  müəyyən  edilmişdir  ki,  ümumi  yuxu  arte-



riyasının xarici və daxili yuxu arteriyasına şaxələndiyi yerdən (şəkil 

12)  sinokarotid  və  ya  herinq  siniri  dil-udlaq  sinirinin  tərkibində 

beyinə daxil olur. 

Qan  təzyiqinin  artması  ilə  sinokarotid  refleksogen  zo- 

nadakı  baroreseptorlar  oyanır.  Oyanma  uzunsov  beynə  verilir, 

buradan  əvvəlcə  ürək  fəaliyyətini  idarə  edən  mərkəzə,  sonra  isə 

damarın hərəki mərkəzinə yayılır, nəticədə damarlar genələrək qan 

təzyiqinin enməsinə səbəb olur. 



Ağciyər  arteriyası  və  qulaqcıqlardan  reflekslər.  Hər  iki 

qulaqcığın divarı və ağciyər arteriyalarında gərginlik reseptor- ları 

vardır (aşağı təzyiqi hiss edən reseptorlar). Aşağı təzyiqi hiss edən 

reseptorlar  arterial  təzyiqin  dəyişməsi  ilə  eyni  vaxtda  baş  verən 

dəyişikliyi  qəbul  edir.  Bu  reseptorlarm  oyanması  ba- 

roreseptorlarm refleksi ilə paralel reflekslərə səbəb olur. 



Böyrəklərin fəaliyyətini fəallaşdıran qulaqcıq refleksləri. 

Qulaqcıqların  gərginləşməsi  böyrəklərin  afferentgətirici  yu- 

maqcıq arteriollarının reflektoru genişlənməsinə səbəb olur. Eyni 

vaxtda siqnallar qulaqcıqlardan hipotalamusa daxil ola 



139 

downloaded from KitabYurdu.org



raq, antidüaretik hormonun (ADH) sekresiyasını azaldır. 

İki  amilin  kombinasiyası  -  yumaqcıq  fıltrasiyanın  artması 

və mayenin reabsorbsiyanın azalması - qanın həcminin azalmasına 

və onun normal səviyyəyə qayıtmasına səbəb olur. 



Ürək döyünmələrinin sayına (ÜDS) nəzarət edən qulaqcıq 

refleksləri. Sağ qulaqcıqda təzyiqin artması reflektoru olaraq ürək 

döyünmələri  tezliyinin  artmasına  səbəb  olur  (Beyn-  brincin 

refleksi). 

Qulaqcıqların  reseptorların  gərginləşməsinə  səbəb  olan 

Beynbincin  refleksləri,  azan  sinir  vasitəsilə  afferent  siqnalları 

uzunsov beynə verir. Sonra oyanma simpatik yolla ürəyə qayıdaraq, 

ürəyin  yığılmasının tezliyini və qüvvəsini artırır. Bu ref- leks sağ 

qulaqcığa  açılan  boş  venalarda  və  ağciyərlərin  venalarında 

durğunluğunun həddindən artıq olmasının qarşısını alır. 

Arterial  hipertenziya.  Normal  sistolik  və  diastolik  təzyiq 

120/80  mm.  Hg.st.  təşkil  edir.  Sistolik  təzyiq  140  mm.  Hg.st., 

diastolik  təzyiq  isə  90  mm.  Hg.st.  yüksək  olduqda,  bu  vəziyyətə 

arterial  hipertenziya  deyilir.  İ.P.Pavlov  müxtəlif  şəraitdə  qan 

təzyiqinin  dəyişilməsini  öyrənərkən  müəyyən  etmişdir  ki,  qan 

təzyiqinin yüksəlməsi və ya enməsi baro və ya xemoresep- torları 

qıcıqlandırır,  bunun  nəticəsində  reflektor  sürətdə  yenidən  normal 

qan təzyiqi bərpa olunur. Yəni qan təzyiqinin öz- özünə tənzimi baş 

verir. İ.P.Pavlovun müəyyən etdiyi öz-özünə tənzim prinsipi yalnız 

qan  dövranına  deyil,  orqanizmin  başqa  funksiyalarına  da  aiddir.

 



Ürək ritminə nəzarət. Praktiki olaraq arterial təzyiqə (AT) 



nəzarət  edən  bütün  mexanizmlər,  bu  və  ya  başqa  ölçüdə  ürəyin 

ritmini  dəyişdirir.  Ürəyin  ritmini  dəyişdirən  stimullar,  həmçinin 

arterial təzyiqi də artırır. Ürəyin  yığılma ritmini dəyişən stimullar 

arterial təzyiqi də aşağı salır. 

Belə  ki,  qulaqcıqların  gərginlik  reseptorlarının  qıcıq- 

landırılması  ürək  döyünmələrinin  tezliyini  artırır  və  arterial 

hipotenziyaya  səbəb  olur,  amma  beyin  daxili  təzyiqin  artması 

bradikardiya  və  arterial  təzyiqin  yüksəlməsinə  səbəb  olur.  Ar-

teriyalarda,  sol  mədəcik  və  ağciyər  arteriyasında  baro-resep- 

torlarm fəallığının azalmasına, qulaqcıqlarda gərginlik re- 



140 

downloaded from KitabYurdu.org



septorlarmın fəallığının artması, nəfəsalma, emosional oyanma ağrı 

qıcığı, əzələ işi, noadrenalin, adrenalin, qalxanvarı vəzi hormonları, 

Beynbricin  refleksi  və  qəzəb  hissi  ürəyin  Rit-  mini  artırır, 

nəfəsvermə uculu sinirin ağrı lifinin qıcıqlanması və beyin daxili 

təzyiqin  artması;  arteriyalarda  baroreseptorla-  rın  fəallığının 

artması,  sol  mədəcik  və  ağciyər  arteriyalarında  fəallığın  artması 

ürəyin ritminin azalmasına səbəb olur. 

141 

downloaded from KitabYurdu.org



XII FƏSİL 

TƏNƏFFÜS 

Bəzi  anaerob  mikroorqanizmləri  istisna  etmək  şərtilə, 

demək  olar  ki,  bütün  canlı  orqanizmlər  aerob  tənəffüs  edirlər. 

Tənəffüs funksiyası əsasən xarici və daxili tənəffüs mərhələsində 

baş  verir.  Xarici  tənəffüs  orqanizm  ilə  xarici  mühit  arasındakı 

qazlar mübadiləsini, daxili tənəffüs isə qanla orqanizmin toxuma və 

hüceyrələri  arasında  C>

2

-dən  istifadə  və  C02-nin  ifraz  olunması 



prosesini təmin edir. 

Deməli,  orqanizm  tərəfindən  ətraf  mühitdən  oksigen 

qazının  mənimsənilməsi  və  özündə  əmələ  gələn  karbon  qazının 

xaric  edilməsi  proseslərinin  məcmusu  tənəffüs  adlanır.  Tənəffüs 

canlı Varlıqlara xas olan ən ümdə həyat xassələrindən biridir. Yer 

üzündə  yaşayan  bitki  və  heyvan  orqanizmlərinin  demək  olar  ki, 

hamısı  (çox  az  sayda  orqanizmlər  istisna  olmaqla)  tənəffüs  üçün 

zəruri olan sərbəst molekulyar oksigenin (O

2

) olduğu hava, su və 



torpaq  şəraitlərində  yaşamağa  uyğunlaşmışdır.  Onlara  aerob 

orqanizmlər  deyilir.  Orqanizmlərdə  gedən  maddələr  mübadiləsi 

proseslərində,  üzvi  maddələrin  ok-  sidləşib  parçalanması 

reaksiyalarının  son  məhsullarından  biri  kimi  karbon  qazı  (CO

2



karbon dioksid) əmələ gəlir. Bu, zərərli kimyəvi amil olduğundan 



orqanizm tənəffüs prosesində ondan azad olur. 

İnsan  və  ya  heyvan  orqanizmi  tənəffüs  etməzsə  tez  tələf 

olar.  Xarici  mühitin  heç  bir  fiziki,  mexaniki,  kimyəvi  və  qida 

faktoru  orqanizm  üçün  tənəffüs  qədər  əhəmiyyətli  ola  bilməz. 

Oksigen orqanizmin hüceyrələrində üzvi maddələrin tez «yanması» 

-  oksidləşməsi  və  bioloji  enerjinin  daşıyıcıları  olan  makroergik 

biomolekulların (ATP) əmələ gəlməsi üçün zəruridir. Bioloji enerji 

olmasa  orqanizmin  həyat  fəaliyyəti  sönür.  Ona  görə  də 

orqanizmlərin  oksigenə  olan  tələbatları  böyükdür.  Oksigen 

çatışmayanda  orqanizmin  enerjiyə  olan  ehtiyacı  azacıq  da  olsa 

oksigensiz yolla - anaerob qlükoliz deyilən biokim-  yəvi prosesin 

nəticəsində ödənilə bilər. Lakin bu proses çox az 



142 

downloaded from KitabYurdu.org



hallarda,  özü  də  bəzi  orqanlarda  (əzələ,  qaraciyər  və  b.)  təzahür 

edir. 


Tənəffüs  funksiyasının  daha  sadə  forması  canlı  hüceyrə 

divarları  vasitəsilə  qazların  bilavasitə  diffuziya  yolu  ilə  qaz 

mübadiləsidir (birhüceyrəli orqanizmlərdə). Heyvan orqanizminin 

quruluşunun  mürəkkəbləşməsi  ilə  tənəffüs  orqanlarının  xüsusi 

sistemi formalaşır. 

Müxtəlif növlərə aid olan heyvan orqanizmləri havadan və 

sudan  Ch-ni  mənimsəmək  və  onu  hüceyrələrə  çatdırmaq  üçün 

müvafiq  orqan  və  mexanizmlərə  malikdir.  Orqanizmdən  C

02

-nin 


çıxarılması prosesləri də onların funksiyasına aiddir. Xarici mühit 

ilə orqanizm arasında qazlar mübadiləsi bədənin səthi, dəri örtüyü 

(dəri tənəffüsü), traxeyalar sistemi (traxeya tənəffüsü), qəlsəmələr 

(qəlsəmə  tənəffüsü)  və  ağciyərlər  (ağciyər  tənəffüsü)  vasitəsilə 

həyata  keçə  bilər.  Onurğalı  heyvanların  böyük  əksəriyyəti  üçün 

ağciyər  tənəffüsü  xarakterikdir.  İnsan  orqanizmi  də  bu  yolla 

tənəffüs  edir.  Aşağıda  insanaməxsus  ağciyərlərdə  tənəffüsün 

morfo-fizioloji xüsusiyyətlərinin qısa (səh. 3-10) izahı verilmişdir. 



12.1.  Tənəffüs orqanları 

Tənəffüs  sistemi  -  tənəffüs  yollarından,  ağciyərlərin  res-

pirator şöbəsindən, döş  qəfəsindən (onun sümük-qığırdaq karkası 

və  sinir-əzələ  sistemi  daxil  olmaqla),  ağciyərlərin  qan-  damar 

sistemi  və  həmçinin  tənəffüsü  tənzim  edən  sinir  mərkəzlərindən 

təşkil olunmuşdur. 

Tənəffüs - xarici mühitlə orqanizm hüceyrələri arasındakı 

oksigen  və  karbon  qazının  mübadiləsi  aşağıdakı  mərhələlərdən 

keçir:  1)  xarici  tənəffüs  (tənəffüs  orqanlarında  baş  verir),  2) 

orqanizmin  daxili  mühitində  qazların  qanla  nəql  olunması  və  3) 

toxuma və ya daxili tənəffüs. 

Xarici tənəffüs - xarici mühitdən tənəffüs yolları vasitəsilə 

ağciyərlərin respirator şöbəsinə qazların daxil olması (nə- fəsalma) 

və  xaric  olması  (nəfəsvermə)  və  aerohematik  baryerdən  (yəni 

alveol boşluğu ilə və kapillyarların arasında yer 



143 

downloaded from KitabYurdu.org



ləşən  alveollararası  arakəsmədən  qan  ilə)  qazların  ikitərəfli 

diffuziyası. 

Tənəffüs  funksiyasını  tənəffüs  yolları  və  100m

2

  tənəffüs 



səthinə malik olan ağciyərlər həyata keçirir. 

Tənəffüs  yollan  (şəkil  İA)  burada  havanın  fəal  olaraq 

konveksiya (təzyiqlərin müxtəlifliyi hesabına) yolu ilə atmosferdən 

tənəffüsün respirator səthinə və əks istiqamətdə keçməsi baş verir. 

Tənəffüs  yollarının  boruları  traxeyalardan  başlayaraq  dixotomik 

(iki  yerə)  ayrılaraq  bronxları  (və  bronxiol-  ları)  əmələ  gətirir.  1 

dəqiqə ərzində 12-16 dəfə fəal nəfəsalma tənəffüs əzələlərinin işi 

hesabına  yerinə  yetirilir.  Sakit  tənəffüs  zamanı  normada 

nəfəsvermə passivdir. 

Aviol 

Kapilyar toru 



Şəkil 

1. Ağciyərlərin havadaşıyan bronxları və respirator (tənəffüs) şöbələri. A. Ağciyər 

paycıqlarının bronxial və damar şaxələrinin sxemi. Şəklin üst hissəsində  - havadaşıyıcı 

yol, aşağı hissəsində isə - 2 asinusu olan respirator (tənəffüs) şöbə. Kiçik qan dövranının 

arteriya  və  venalarının  şaxələnməsi  praktiki  olaraq  havadaşıyıcı  yolun  şaxələnməsini 

təkrar  edir.  B.  Çoxlu  elastiki  strukturların  və  kiçik  qan  dövranı  sisteminin  ka- 

pillyarlarının əhatəsində olan asinusun tərkibində olan alviol qrupu. 

144 

downloaded from KitabYurdu.org



 

 

Şəkil 1 (davamı). 



V. Alviolarası arakəsmədə yerləşən alviol qan kapill- yarlarından 

keçən 5 kəsiyin əhatəsindədir. Aerohematik baryerin tərkibində olan alviolun üst səthi 

yastı hüceyrələrdən (respirator alviolisitlər) əmələ gəlir. Çoxlu respirator alviositlərdən 

əlavə (alviositlər 1 tip), surfaktant (alviolisitlər II tip), komponentlərini sintez edən vahid 

epitel hüceyrələri alviolun divarında yerləşir, aliviolun üst səthində isə alviol makrofaqı 

olur.  Q.  Aerohematik  baryer  (soldan  sağa  -  alviol  boşluğundan  qan  kapillyarla-  rın 

mənfəzinə  qədər)  surfaktantın  pərdəsindən,  respirator  alviolisitdən,  onun  bazal 

membramndan və endotelial hüceyrələrdən əmələ gəlir. Endo- telin və alviositlərin bazal 

membranları  arasında  hüceyrəarası  matriksin  komponentləri  iştirak  edir,  o  cümlədən 

elastiki  strukturlar),  lakin  qazların  diffuziyası  aerohematik  baryerdə  daha  təsirli  baş 

verir, onun qalınlığı minimal variantda 0,5 mkm təşkil edir. 

Nəfəsalma  -  (ingiliscə  inspirption-inspirasiya)  sakit  və-

ziyyətdə  orta  hesabla  2  saniyə  davam  edir.  Nəfəsalma  zamanı 

tənəffüs  əzələləri  həm  döş  qəfəsi  strukturu,  həm  də  tənəffüs 

yollarındakı  müqavimətə  qarşı  iş  görərək  atmosfer  havasını 

tənəffüs yollarına çəkir. Nəfəsalma zamanı döş qəfəsi boşluğunun 

aktiv və ağciyərlərin passiv genişlənməsi baş verir. 



Nəfəsvermə  (ingiliscə  expiration  -  ekspirasiya)  sakit  və-

ziyyətdə  orta  hesabla  3  saniyə  davam  edir.  Sakit  vəziyyətdə 

nəfəsvermə passiv olaraq həyata keçir (o cümlədən gərilmiş elastik 

strukturların hesabına). Orqanizm fiziki iş görərkən onun oksigenə 

olan tələbatı artır, bu zaman tənəffüs əzələlərinin əlavə işi zəruri 

olur. Nəfəsvermə zamanı döş boşluğunun və ağciyərlərin həcminin 

kiçilməsi müşahidə olunur. 

145 

downloaded from KitabYurdu.org



Tənəffüs  əzələlərini  nəfəsalma  (inspirator,  nəfəsalma 

əzələləri) və nəfəsverməni (ekspirator, nəfəsvermə əzələləri) yerinə 

yetirən əzələlərə, inspirator tənəffüs əzələlərini isə əsas və köməkçi 

əzələlərə bölürlər. 



İnspirator  əzələlər.  Bura  əsas  sakit  vəziyyətdə  nəfəsal- 

manı  təmin  edən  diafraqma,  xarici,  daxili  qığırdaqarası  əzələlər 

aiddir. Sakit vəziyyətdə nəfəsalma zamanı diafraqma- nın günbəzi 

vertikal olaraq təxminən 2 sm vəziyyətini dəyişir, sakit vəziyyətdə 

nəfəsalmadan  fərqli  dərindən  nəfəsalma  zamanı  diafraqmanın 

günbəzinin yerdəyişməsi 10 sm çata bilir. 

Beləliklə,  diafraqmanın  yuxarı  və  aşağı  hərəkəti  döş 

boşluğunun  ölçüsünü  vertikal  istiqamətdə  böyüdür  və  ya  kiçildir, 

qabırğaların qalxması və ya enməsi isə döş qəfəsinin dia- metrini 

ön, arxa və yan istiqamətlərdə böyüdür və ya kiçildir. 



Köməkçi əzələlər (pilləli, döş - körpücük məməyəbən- zər, 

trapesiyayabənzər,  böyük  və  kiçik  döş  əzələləri və  bir  sıra  digər) 

orqanizmin  oksigenə  olan  tələbatı  əhəmiyyətli  dərəcədə  artdıqda 

nəfəsalmanı  təmin  etmək  üçün  köməkçi  əzələlər  fəaliyyətə 

başlayırlar. 

Ekspirator  əzələlər,  bura  daxili,  qabırğaarası,  həmçinin 

daxili  və  xarici  çəp,  düz  və  çəp  qarın  əzələləri  aid  edilir.  Qarın 

əzələlərinin yığılması nəticəsində qarın boşluğunda təzyiq artır ki, 

bu da diafraqmanı qaldırır, nəticədə döş boşluğunun həcmi kiçilir. 



Axının xarakteri (şəkil 2) laminar, turbulent və ya bunun 

və digərinin xüsusiyyətlərini özündə cəmləşdirən aralıq tip ola bilir. 

Təcrübədə  hava  seli  (pnevmataxometriya,  floumetriya) 

pnevmotaxometrin (floumetr) köməyilə ölçülür. 



Alveollar - 70 mkm-dan 300 mkm-a qədər diametrə malik 

yarımsferik  strukturlardır.  Bütün  alveolların  (təxminən  300  mln) 

tənəffüs səthi 50 m

2

-dən 100 m



2

 qədər, maksimal həcmi 51-dən 61-

ə qədər, hansı ki, ağciyərlərin həcminin ən azı 97%-ni təşkil edir. 

146 

downloaded from KitabYurdu.org



 

Şəkil  2.  Havadaşıyan  bronx  şaxələrində  havanın  hərəkətinin 

xarakteri. 

Laminar axın zamanı havanın hərəkət sürəti çox olmur, yerini sakit dəyişir 

və  kiçik  havadaşıyıcı  yollarda  müşahidə  edilir.  Hava  axınının  turbulentliyi  (iri 

havadaşıyıcı yollarda) onun əhəmiyyətli sürətdə yerdəyişməsi zamanı borunun divarına 

sürtünməsi  nəticəsində  borunun  formasının  dəyişməsi  yerində  (daralması,  bükülməsi, 

şaxələnməsi) baş verir. Aralıq tip hərəkət iri və orta diametrli bronxlarda xüsusilə onların 

şaxələndiyi və daraldığı nahiyələrdə müşahidə edilir. 

Aerohematik  baryer.  Alveol  səthi  ilə  kapillyar  məsamə- 

ləri  arasında  qazlar  mübadiləsi  gedir.  Aerohematik  baryerin 

minimal  qalınlığını  əmələ  gətirən  strukturlar:  I  tip  alveolyar 

hüceyrələr  (0,2mkm),  ümumi  bazal  membranı  (0,1  mkm),  ka- 

pillyarların  endotelial  hüceyrələrinin  (0,2  mkm)  qalınlaşmış 

hissəsi.  Bunların  hamısı  0,5  mkm  təşkil  edir.  Real  olaraq  baryer 

tərkibinə alveolun səthini örtən surfaktant örtük və alveo- lositlərin 

bazal  membranları  və  kapillyarların  arasında  qalan  hüceyrəarası 

maddə  (interstisiya)  daxildir,  hansı  ki,  bunlar  qazlar  mübadiləsi 

gedən yolun uzunluğunu bir neçə mikro- metr artırır. 



Surfaktant - fosfolipidlərin, zülalların və karbohidrat- ların 

emulsiyası; 80% qliserofololipidlər; 10% xolistrol; 10% 



147 

downloaded from KitabYurdu.org



zülal təşkil edir. Ağciyərlərdə surfaktantın ümumi miqdarı o qədər 

də böyük deyil. 1 m

2

 alveolyar səthə 50 sm



3

 surfaktant düşür. Onun 

örtük qatı aerohematik baryerin ümumi qatının 3%-ni təşkil edir. 

Emulsiya alveol səthində monomolekulyar qat əmələ gətirir. 

Surfaktant bir neçə funksiya yerinə yetirir. 

1. Nəfəsalınan hava ilə alveolllara düşən yad hissəciklər və 

infeksion agentlərlə alveolsitlərin səthinin kontaktının qarşısını alır. 

2. Surfaktantla  örtülü  olan  aerozol  hissəcikləri  alveol- 

lardan bronxial sistemə nəql olunur, oradan isə mikosiliar nəqliyyat 

yolu ilə kənarlaşdırılır. 

3. Surfaktant  mikroorqanizmləri  opsonlaşdırır,  bu  da 

alveolyar makrofaqlarının onu faqositoz etməsini asanlaşdırır. 

4. Surfaktant  səthi  gərilməni  azaldır  və  bununla  da  kiçik 

tənəffüs yollarını stabilləşdirir. 

Ağciyərlərin  qanla  təchizatı  2  mənbədən  -  ağciyər  kö-

tüyünün  ağciyər  arteriyası,  hansı  ki,  sağ  mədəcikdən  (kiçik  qan 

dövranı)  başlanğıc  götürür  və  bronxial  arteriyalar  (böyük  qan 

dövranı, aortanm döş şaxəsi) vasitəsilə baş verir. 

Dezoksigenləşmiş  venoz  qana  malik  olan  ağciyər  arteri-

yalarının  şaxələnməsi  hava  yollarının  şaxələnməsi  ilə  bərabər 

gedərək,  alveollararası  arakəsmənin  kapillyarlarına  keçir.  Qaz 

mübadiləsindən sonra qan ağciyər venasına toplanır. 

Bronxial  arteriyalar  oksigenləşmiş  qana  malik  olaraq 

əsasən örtücü tənəffüs yollarını qanla təmin edir. Venoz qan ağciyər 

venalarının  hövzəsinə  axır,  nisbətən  az  miqdarı  isə  cüt  olmayan 

venaya tökülür. 



12.2.  Oksigenin mənbəyi 

Bitki  və  heyvan  orqanizmləri  arasındakı  sıx  qarşılıqlı 

münasibətlər bitkilərdə gedən fotosintez reaksiyası vasitəsilə təmin 

olunur. Bitkilərin yarpaqlarında günəş işığının iştirakı ilə baş verən 

fotosintez prosesi nəticəsində bitki orqanizmlə 

148 

downloaded from KitabYurdu.org



rində  üzvi  maddələr  sintez  olunur,  karbon  dioksidi  udulur  və 

oksigen  xaric  olunur.  Yaşılyarpaqlı  bitkilərdə  və  su  bitkilərində 

fotosintez  donotoru  kimi  su  çıxış  edir,  yəni  onlar  suda  olan 

hidrogendən  (oksigen  isə  mühitə  verilir),  fotosintezedici  bakte- 

riyalar  isə  H

2

S-də  olan  hidrogendən  istifadə  edirlər,  kükürd  isə 



mühiti zəhərləyir. 



C0



2

+H

2

0-^-(CH

2

0)n + 0

2



xlorojıl 

6C0

2

 + 24H -> C

6

H

]2

0

6

 + 6H

2

burada (CH

2

0)n - karbohidratlardır. 



Atmosferdə  sərbəst  oksigenin  əsas  mənbəyi  fotosintez 

prosesləri,  karbon  dioksidinin  mənbəyi  isə  heyvan  orqanizminin 

tənəffüs prosesinin tərkib hisssini əmələ gətirən üzvü maddələrin 

oksidləşdirici məhsullarıdır. 

İnsanın  tənəffüs  orqanlarından  keçən  atmosfer  havası 

toxuma  və  hüceyrələrdə  dəyişkənliyə  məruz  qaldıqdan  sonra 

ağciyərlərdən  xaric  olan  havanın  qanda  tərkibi  bu  cürdür:  N- 

79,7%, 02-16,3%, C0

2

-4%. 


Beləliklə,  heyvan  və  bitki  orqanizmləri  arasında  tənəffüs 

səviyyəsində qarşılıqlı əlaqə mövcuddur. 

Yer kürəsinin hava örtüyü - atmosfer təbəqəsi azot, oksigen 

və  karbon  dioksidi  kimi  qazların  qarışığından  ibarətdir.  Burada 

ümumi  hava  kültəsinin  79,03%-i  azot,  20,93%-i  oksigen,  0,03-

0,04%-i  karbon  dioksidi  təşkil  edir.  Bəzi  hesablamalara  görə 

atmosferdə  0

2

  kütləsi  23,1%,  həcm  etibarıilə  20,5%  qə-  dərdir. 



Quruda  yaşayan heyvanların  nəfəs  aldığı  havanın hər bir litrində 

210 ml oksigen vardır. Okean, dəniz, göl və çay sularında oksigen 

həll olunub. Dəniz suyunun 1 litrində 5 ml, göl suyunun 1 litrində 

isə  7  ml  oksigen  həll  olur.  20°  C  temperaturda  suda  həll  olan 

oksigenin miqdarı suyun kütləsinin 0,004%-nə qədər çata bilər. 

Yer üzündə canlı varlıqlar əmələ gəlməmişdən əvvəl ilkin 

atmosferdə  oksigenin  miqdarı  olduqca  az  olub.  İlkin  su 

hövzələrində bu qazın miqdarı lap cüzi imiş. Lakin fotosintez edən 

yaşıl bitkilərin meydana gəlməsi atmosferin qaz tərkibini 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin