127
downloaded from KitabYurdu.org
kapillyarların divarlarını təşkil edən hüceyrələrin fəal sekretor
fəaliyyətidir. Limfanm əmələ gəlməsində əsas proses süzülmə- dir.
Lakin kapillyarların divarlarındakı hüceyrələr də müəyyən
maddələr ifraz etməklə limfanm yaranmasında fəal rol oynayırlar.
Limfanın tərkibi. Limfanm xüsusi çəkisi 1017-yə qədər
olub, qələvi reaksiyalı, sarımtıl rəngli maye olub, əsas plazma- dan,
yəni onun tərkibində amin turşusu, yağlar, qlükoza, CO
2
, sidik
cövhəri, 94-95% su, zülal, albumin, fribronogen və s. ida- r ətdir.
Bağırsaqlardan axan limfada südü xatırladan yağlar,
qaraciyərdən axan limfada zülallar, endokrin vəzilərdən axan
limfada hormonlar çox olur. Limfa qan kimi laxtalana bilir.
Qaraciyərdə olan limfanm 100 ml-də 6 qr-dan çox bağırsaqda olan
100 ml limfada 4 qr-dan çox zülal olur. Döş axacağında olan 100
ml limfada zülal 3-5 qr təşkil edir. Yağlı qida qəbul etdikdən sonra
döş axacağında yağın miqdarı 2% arta bilər. Limfa kapillyarlarının
divarından limfaya daxil olan bakteriy- alar limfa düyünlərində
parçalanıb və zərərsizləşdirilib xaric edilirlər.
Limfa kapillyarlarının daxilində olan qapaqlar, limfanm
ürəyə doğru hərəkətində əsas rol oynayır. Limfa kapillyar- larmın
divarı - yarımkeçirici membrandır, ona görə də suyun bir hissəsi
hüceyrəarası mayeyə (toxuma mayesi) ultrafıltrasiya yolu ilə
qayıdır. Kolloid-osmotik təzyiq, həm limfa ka- pillyarlarında, həm
də intersistial mayedə eynidir, lakin hidro- statik təzyiq, limfa
kapillyarlarmda hüceyrəarası mayenin hid- rostatik təzyiqindən
yüksək olur, bu isə mayenin ultrafıltrasiya- sına və nəticədə
limfanm qatılaşmasma səbəb olur. Bu proseslərin nəticəsində
zülalların qatılığı üç dəfə artır.
Limfanın hərəkət mexanizmi. İbtidai heyvanlarda -
reptililərdə limfanın hərəkətinə yığıla bilən limfa ürəklərinin
divarlarında olan əzələ qatı yığılaraq limfanı hərəkət etdirir.
Damarların bu genişlənmiş hissəsinə limfa ürəkləri deyilir.
Limfa damarlarının təqəllüsü zamanı limfanm hərəkəti
ancaq bir istiqamətdə olur. Çünki limfa damarlarında da ve-
128
downloaded from KitabYurdu.org
nalarda olduğu kimi qapaqlar vardır. Bu qapaqlar limfanı ürəyə
doğru buraxır və geri axmasına mane olur. Limfanm ürəyə doğru
hərəkətinə döş qəfəsində yaranan mənfi təzyiq və əzələlərin
yığılması səbəb olur. Gün ərzində insanın döş limfa axacağı ilə
qana 1200-1600 ml limfa qayıdır. Limfa çox yavaş hərəkət edir.
Belə ki, atın boyun limfa damarında limfanm hərəkət sürəti
dəqiqədə 240-300 mm-dir. Fizioloji eksperimentlər vasitəsilə
böyük limfa damarlarına gələn simpatik sinir liflərini
qıcıqlandırmaqla limfa damarlarında gedən dəyişiklikləri müşahidə
etmişlər.
Ağrı qıcığı, karotid sinusda təzyiqin artması və bir çox
orqanların reseptorlarının qıcıqlandırılması zamanı limfa cə-
rəyanının reflektoru dəyişilməsi müəyyən edilmişdir.
Hirudin, histamin, adenozin trifosfat kimi kimyəvi
maddələr limfa damarlarına genəldici təsir göstərir.
Əzələ və orqanların hərəkəti limfa kapillyarlarını sıxır.
Arteriolların genişlənməsi (a) onlarla əzələ lifləri arasında yerləşən
limfa kapillyarlarının sıxılmasına səbəb olur, bununla giriş
qapaqları bağlanır. Arteriolların sıxılması (b) zamanı, əksinə giriş
qapaqları açılır və intersistal maye limfatik kapillyar- lara daxil olur
(şəkil 8 A.B.).
Hüceyrəarası təzyiqi artıran hər hansı bir amil həmçinin
limfanm hərəkətini də yüksəldir. Qan kapillyarlarının ke-
çiriciliyinin artması, kapillyarlarda təzyiqin artması, plazmada
kalloid-osmotik təzyiqin artması, hüceyrəarası mayedə kallo- id-
osmotik təzyiqin artması və s. ümumiyyətlə təzyiqin 0 mm. Hg.st.
yüksək olması limfa cərəyanını 20 dəfə artırır.
Qeyd etdiyimiz funksiyanın yerinə yetirilməsində ən fəal
iştirakçı limfa nasoslarıdır. Belə ki, limfa damarlarından olan döş
axarında limfa nasosu 50-dən 100 mm.Hg.st. qədər təzyiq yaradır.
Sakit vəziyyətdə döş axarından saatda 100 ml qədər, sağ limfa
axarından isə 20 ml qədər limfa keçir. Hər gün qan cərəyanına 2-3
1 limfa daxil olur.
129
downloaded from KitabYurdu.org
11.9. Damarlarda qanın cərəyanının tənzimi mexanizmi
Təsir qüvvəsinə görə damarın iki cür hərəki sinirləri var:
damar daraldan - vazokonstruktor və damar genəldən -
vazodilatator sinirlər. 1842-ci ildə A.P.Valter qurbağanın aşağı
ətraflarını innervasiya edən oturaq sinirlərinin simpatik liflərini
kəsdiklə pəncə damarlarının, 1851-ci ildə Klod Bernar
adadovşanının boynunda simpatik sinirlərdən birini kəsdikdə isə
müvafiq tərəfdə qulağın qan damarlarının genəldiyini müşahidə
etmişdir. A.P.Valterin və K.Bernarın bu təcrübələri ilə qan
dövranının tənzimi haqqında təlimin əsası qoyulmuşdur.
K.Lüdviq apardığı təcrübədə təbil telini (shorda tüm- rani)
qıcıqlandırarkən tüpürcək ifrazının artdığını və buna müvafiq
tüpürcək vəzi damarlarının genəlməsinə təsir etdiyini müşahidə
etmişdir. Bu təcrübə parasimpatik sinirin damar ge- nəldici təsirini
göstərən ilk eksperimentdir.
Qanda PO
2
, PCO
2
, H
+
qatılığmm, süd turşusu, piruvat və
bəzi digər metabolitlərin dəyişməsi damarların divarına lokal
(nahiyəvi) təsir edir. Bu təsir damarların divarında olan təzyiqə
cavab verən xemoreseptorlar, həmçinin baroreseptor- lar tərəfindən
sinir siqnallarına çevrilir və uzunsov beyindəki damarların hərəki
mərkəzinə nəql olunur. Mərkəzi sinir sisteminin cavabını
damarların divarında və ürək əzələsində olan saya əzələ
hüceyrəsinin hərəki vegetativ innervasiyası reallaşdırır. Bundan
başqa
damarların
divarında
(vazokon-striktor-
lar
və
vazodilatatorlar) saya əzələ hüceyrələrinin güclü humo- ral
tənzimləmə sistemi və endotelin keçiriciliyi mövcuddur. Tənzimin
aparıcı ölçüsü - sistemli arterial təzyiqdir.
Öz-özünə tənzim. Toxuma və orqanların (şəkil 2 B) qan
cərəyanını tənzimləmə qabiliyyəti öz-özünə tənzim adlanır. Çoxlu
orqanların damarları qan cərəyanını nisbətən sabit saxlayan,
damarların müqavimətini dəyişəcək perfuziya qan təzyiqini
kompensasiya edən daxili qabiliyyətə malikdir.
Avtotənzim mexanizmi böyrəklərdə, müsariqədə, skelet
əzələlərində, beyində, qaraciyərdə və ürək əzələsində fəaliyyət
130
downloaded from KitabYurdu.org
göstərir.
Miogen öz-özünə tənzim. Avtotənzim saya əzələ hücey-
rəsinin hissəvi yığılma cavabına əsaslanır - bu, miogen av-
totənzimdir. Damarlarda təzyiq yüksəlməyə başlayan kimi da-
marlar dartılır. Onun damarı əhatə edən saya əzələ hüceyrələri
yığılır. Qan cərəyanının azalması damar genəldici maddələrin
toplanmasına səbəb olur və damar genəlir (vazodilatasiya). Qan
cərəyanı yüksələn kimi bu maddələr yox olur və vəziyyət damar
tonusun saxlanmasına səbəb olur. Temperaturun artması birbaşa
damar genəldici təsir edir. Metabolizm yüksəlməsi nəticəsində
toxumalarda temperaturun artması, həmçinin süd turşusu və K
+
ionları beyin və skelet əzələlərinin damarlarını genəldir. Adenozin
ürək əzələsinin damarlarını genəldir və noradrenalinin damar
daraldan (vazokonstruktor) təsirinə mane olur.
CÜ
2
-nin baş-beyin sütununun damar hərəki mərkəzinə
təsiri simpatik sinir sistemini fəallaşdırır və nəticədə bədənin bütün
sahələrində skelet əzələləri müstəsna olmaqla, damarların ümumi
daralmasına səbəb olur. Bu isə arteriya divarının əzələ qişasının
daimi təqəllüs halında qalmasına, yəni mənfəz- lərinin daralmasına
səbəb olur. Bu vəziyyət arterial tonus adını almışdır.
_
Damar fəaliyyətinin tənzimində beyin qabığının rolu. İn-
sanda beyin qabığının damar fəaliyyətinə təsirini şərti refleksin
köməyilə öyrənmək olar. Bunun üçün əvvəlcə şərtsiz qıcıq verilir,
bir neçə saniyə sonra şərti qıcıqdan istifadə edilir və təcrübə bir
neçə dəfə təkrar edilir. Bunun üçün pletizmoqraflya üsulu tətbiq
edilir. Əvvəlcə insanın, ya hər hansı heyvanın ətraflarından biri
pletizmoqrafa yerləşdirilir (şəkil 2 B). Sonra onu isti və ya soyuq
su ilə doldurub cihaz manometrlə birləşdirilir. Suyun təsirindən
ətrafın damarları genəlir və ya büzülür. Qey- dedici isə bunu
komoqrafda yazır. Termiki faktordan ibarət şərtsiz qıcığı hər hansı
şərtsiz qıcıqla (səs, işıq və s.) quraşdırdıqda və bir neçə dəfə
təkrarladıqdan sonra təkcə şərti qıcıq damar reaksiyasını dəyişdirir
(şəkil 9).
Beyin qabığının təsirini digər bir təcrübədə də göstər-
131
downloaded from KitabYurdu.org
mək olar. Yarışdan qabaq və ya startdan əvvəl idmançıların
qan təzyiqi yüksəlir, ürək fəaliyyəti və damarların tonusu artır.
Beyin qabığı qan damarlarına qabıqdan retikulyar for-
masiyaya gələn impulslar vasitəsilə təsir edir. Bunu K.M.Bıkov
və əməkdaşları şərti refleks yolu ilə isbat etmişlər.
00*
.
zən
g -
_____ 63*C,
Şəkil 9. Termiki qıcıqlandırıcı ilə zəng səsinin quraşdırılması
zamanı şərti damardaraldıcı refleks.
Damar genəldici maddələrə asetilxolin və adenozin tri-
fosfat turşusu, histamin də aiddir.
Histamin başqa damarlara təsir etməyərək ancaq ka-
piyarlan genəldir.
11.10. Qan dövranının humoral tənzimi
Sinirdən başqa qanda sirkulyasiya edən bioloji fəal
maddələr ürək-damar sisteminin bütün şöbələrinə təsir edərək onun
fəaliyyətini dəyişir. Damar genişləndirici humoral maddələrə
(vazodilatatorlara) kinin, VİP, qulaqcıq natriyuretik amil
(atriopeptin), lakin damar daraldan humoral maddələrə
vazkonstriktorlara - vazopessin, noradrenalin, adrenalin və
anqiotenzin II aid edilir.
Kinin - daxili orqanlarda saya əzələ hüceyrələrinin
yığılmasına, damarlarda isə saya əzələ hüceyrələrinin boşalmasına
və arterial təzyiqin enməsinə, kapillyarların keçiriciliyinin
artmasına, tər və tüpürcək vəziləri və mədəaltı vəzinin ekzok- rin
hissəsində qan cərəyanının yüksəlməsinə təsir edir.
Atriopeptin - yumaqcıqlarda fıltrasiyanı artırır, vazo-
'iifr
132
downloaded from KitabYurdu.org
pressin və reninin isə sirkulyasiyasını tormozlayır.
Noradrenalin və adrenalin. Noradrenalin - güclü damar-
daraldan amildir, adrenalin az damardaraldıcı təsirə malik olmaqla,
bir sıra damara vazadilitator təsiri göstərir (məsələn, ürək əzələsinin
qüvvətli yığılma fəaliyyəti zamanı adrenalin tac atreriyalarını, beyin
damarlarını və bronxları genişləndirir. Lakin skelet əzələləri dərinin
arteriyalarının,
ağciyərlərin,
qarm
boşluğu
damarlarının
daralmasına səbəb olur. Stress və əzələ işi noradrenalinin simpatik
sinir sisteminin ucundan toxumalara ifrazını stimulyasiya edir və
ürəyə oyandırıcı təsir edir, vena və arteriolların mərfəzinin
daralmasına səbəb olur.
Angiotenzinlər. Böyrəklərin qanla təmin olunması azalan
kimi renin sintezi artır. Böyrəklərdən qana keçir və arteri- olların
daralmasına səbəb olur. Angiotenzin II damardaraldı- cıdır.
Angiotenzin II, angiotenzin I-dən, o da öz növbəsində,
angiotenzinogendən renin təsiri ilə yaranır.
Vazopressin (antidiuretik hormon, ADH) damargenəl- dici
təsirə malikdir. Hipotalamusda vazopressinin sələfi sintez olunur,
akson vasitəsilə hipofızin arxa payına nəql olunur və oradan qana
daxil olur. Vozopressin böyrək borucuqlarında reabsorbsiyanı
artırır.
Bağırsaqların selikli qişasında və həmçinin baş-beynin bəzi
sahələrində əmələ gələn serotinin (5- hidrooksitriptamin) də
damardaraldıcı humoral faktorlara aiddir. Böyrəküstü vəzin qabıq
maddəsinin hormonlarından biri də - kortikosteron- dur.
Kortikosteron kapillyarların keçiriciliyini normal səviyyədə
saxlayır.
Adrenalin və vazopressin damarları büzərək qan təzyiqini
yüksəldir (şəkil 10).
Şəkil 10. İtin qan təzyiqinə adrenalinin təsiri.
X - azan sinirləri kəsilmiş itin venasına 1 mq adrenalinin yeridilməsi.
133
downloaded from KitabYurdu.org
11.11. Qan dövranına sinir sistemi tərəfindən nəzarət
Ürək-damar sisteminin funksiyasının tənzimi əsasında
uzunsov beynin neyronlarının tonik fəaliyyəti saxlanılır. Hansı ki,
fəallıq hissi reseptorların -baro və -xemoreseptorlardan daxil olan
afferen impulsların təsiri altında dəyişir. Uzunsov beynin damar
hərəki mərkəzi baş-beynin qanla təmini azalan zaman MSS -
yuxarıda duran şöbələrinin stimuləedici təsirinə məruz qalır.
Damar afferentləri. Baroreseptorlar ürəyə yaxın olan iri
venaların divarı və aorta qövsündə xüsusilə daha çox olur. Bu sinir
ucları azan sinirin tərkibinə daxil olan liflərin terminalından əmələ
gəlib.
İxtisaslaşmış sinir strukturları. Qan dövranının ref-
lektoru tənzimində karotid sinusu və karotid cismi (şəkil 11, 12)
həmçinin ona oxşar törəmələri olan aorta qövsü, ağciyər sütunu, sağ
körpücükaltı arteriya iştirak edir.
Şəkil 11. İnsanda karotid sinisun yerləşməsi.
1 - a. carotis sommunis; 2 - bulbus saroticus; 3 - a. carotis interna;
4 - a. carotis externa; 5 - Herinq siniri; 6 - dil-udlaq siniri.
Beləliklə, xüsusi damar refleksləri damarın özündə olan
reseptorlardan gələn impulslar vasitəsilə meydana çıxır. Belə
reseptorlarla zəngin olan damar sahələrinə aorta qövsü, ümumi
yuxu arteriyasının xarici və daxili yuxu arteriyalarına şaxə
134
downloaded from KitabYurdu.org
ləndiyi yer, boş venaların sağ qulaqcığa açıldığı yer və s. aiddir. Bu
sahələr reseptor elementlərlə zəngin olduğundan damar refleksogen
zonaları adım almışdır.
Karotid sinus ümumi yuxu arteriyasının şişginli olan
nahiyəsinə yaxın yerləşir və çoxlu baroreseptorlara malik olur.
Ürək-damar sistemi fəaliyyətini tənzim edən impulslar mərkəzə
daxil olur. Karotid sinusun baroreseptorların sinir ucları lifin
terminalı, sinus sinirin (Herrinq) tərkibinə - dil-udlaq sinirinin
tərkibinə daxil olur.
Karotid cismi Pco
2
və P
02
, həmçinin qanın PH dəyişməsini
qeyd edir. Oyanma sinaps vasitəsilə afferent sinir lifinə, onun
vasitəsilə ürəyin və damarların fəaliyyətini tənzim edən mərkəzə
daxil olur. Karotid cismindən, afferenti lifi azan və sinus sinirinin
tərkibinə daxil olur.
onurğa
beyni ^ hiss sinirhri
dəridə hissedici
|
sinir ucları
j/
arterıvalara vaxın
\ hissedici siniri
\
a/JL
NƏQLETMƏ
>>-
uc
ları
\
ortodrom ^
antidrom
siqnalların hərəkət
istiqaməti
V
Şəkil 12.
11.12. Damar hərəki mərkəzlər
1871-ci ildə Sif və Ovsyaninkov itin və pişiyin uzunsov
beyini və onurğa beyni arasında kəsik apardıqda maksimal qan
təzyiqi 120 mm. Hg. sütunundan 60-70 mm civə sütununa enir.
Deməli, damarların hərəki mərkəzi uzunsov beyindəki IV
135
downloaded from KitabYurdu.org
mədəciyin dibində və hipotalamusun arxa (pressor) və ön (de-
pressor) nüvələrində yerləşir. Damarların hərəki mərkəzinin pressor
şöbəsini qıcıqlandırdıqda damarlar daralır, depressor hissəni
qıcıqlandırdıqda isə genəlir. Uzunsov beynin, retu- kulyar
formasiyası və körpünün aşağı üçdə birində yerləşən neyronların
qrupunu «damar hərəki mərkəzi» adı altında birləşdirirlər (şəkil 12
V). Bu mərkəz ürəyə parasimpatik təsiri azan sinir vasitəsilə və
simpatik təsiri isə onurğa beyni və mühiti simpatik sinirlərlə həm
ürəyə və həm də bütün qan damarlarına nəql edir. Damar hərəki
mərkəz iki hissədən - da- mardaraldan (vazokonstruktor) və
damargenəldən (vazodili- tator) mərkəzdən ibarətdir.
Damardaraldan mərkəz simpatik damarbüzən sinirlə daima
siqnalları 0,5-dən 2 hs qədər tezliklə verir. Bu daimi oyanmanı
damardaraldan simpatik tonus termini ilə adlandırırlar. Qan
damarların sayaəzələ hüceyrəsinin (SƏH) daimi his- səvi yığılma
vəziyyətini isə vazamator tonus adlandırırlar.
Ürək. Damar hərəki mərkəzi eyni vaxtda ürəyin fəaliyyətinə
də nəzarət edir. Damar hərəki mərkəzin lateral hissəsindən
oyandırıcı siqnallar simpatik sinirlərlə, ürəyə verilir. Simpatik
sinirin ürəyə təsirindən onun fəaliyyəti sürətlənir və qüvvətlənir.
Damar hərəki mərkəzinin medial hissəsi sinirin motor hərəki
nüvəsindən azan sinirin lifləri vasitəsilə parasimpatik impulsları
ürəyə nəql olunur.
Azan sinir lifləri ilə nəql olunan parasimpatik impulslar
ürəyin fəaliyyətinin döyünmələrinin sayı və tezliyini zəiflədir və
ləngidir. Ürəyin yığılmasının tezliyi və qüvvəsi damarların da-
ralması ilə eyni vaxtda artır, damarların boşalması ilə isə eyni
vaxtda azalır.
Damarhərəki mərkəzə təsir edən amillər.
1) Birbaşa stimulyasiya (CO
2
, hipoksiya).
2) Sinir sisteminin baş-beyin qabığından hipotalamus
vasitəsilə, ağrı reseptorları və əzələ reseptorlarmdan, karotid
sinusun xemoreseptorlarından və aorta qövsündən oyandırıcı
təsirlər.
3) Sinir sisteminin baş-beyin yarımkürələrinin qabığı
136
downloaded from KitabYurdu.org
vasitəsilə hipotalamusdan, ağciyərdən, karotid sinusun baro-
reseptorlarından, aorta qövsü və ağciyər arteriyaları vasitəsilə
inqibirə edici təsiri.
11.13. Qan damarlarının innervasiyası
Divarında sayaəzələ hüceyrəsi (kapillyarlar və venula- ların
bir hissəsi də olmamaqla) olan bütün qan damarları daxili avtonom
(vegetativ) sinir sisteminin simpatik şöbəsinin sinirlərinin hərəki
lifləri ilə innervasiya olunur. Kiçik arteriya və arteriolların simpatik
innervasiyası toxumalarda qan cərəyanı və arterial təzyiqi tənzim
edir. Venoz həcmli damarları innervasiya edən sinirlər venalarda
depanirə olunan qanın həcmini idarə edir.
Noradrenerqiq liflər. Onların təsiri ilə damarların mən- fəzi
daralır (şəkil 12 A).
Damargenəldici simpatik sinir lifləri. Skelet əzələlərinin
rezistiv damarları, damardaraldıcı simpatik liflərdən başqa,
simpatik sinirlərin tərkibinə daxil olan damargenəldici xoliner- gik
sinirlərlə innervasiya olunur. Ürək, ağciyərlər, böyrək və uşaqlıq
qan damarları həm də simpatik xolinergik sinirlə innervasiya
olunurlar.
Tonus. Damargenəldən sinir lifləri həmişə oyanma və-
ziyyətində, yəni tonusda olmur, lakin damardaraldan liflər, qanuna
uyğun olaraq tonik fəallıq göstərir. Əgər simpatik siniri kəssək
(sipatoektomiya) onda qan damarları genişlənir. Damarların
əksəriyyəti damarların genlənməsi damar büzən sinirlərdə tonik
tezliyin dərəcəsinin azalması nəticəsində baş verir.
Akson-refleks. Dərinin mexaniki və kimyəvi qıcıqlan-
dırılması damarların lokal genişlənməsi ilə müşayiət olunur. Belə
hesab edirlər ki, dərinin mieliniz, nazik ağrı liflərinin
qıcıqlandırılması zamanı fəaliyyət potensialı (FP) mərkəzəqa- çan
istiqamətdə (ortodrom), həm də efferent kolleterallar (an- tidrom)
vasitəsilə həmin sinirlə tənzim olunan dəri sahəsinin
137
downloaded from KitabYurdu.org
qan damarlarına daxil olur. Bu yerli sinir mexanizminə akson-
refleks deyilir.
11.14. Arterial təzyiqin tənzimi
Arterial təzyiq əks əlaqə prinsipinə əsasən fəaliyyət gös-
tərən reflektoru mexanizmin köməyilə lazım olan iş səviyyəsində
saxlanılır.
Baroreseptor refleks. Arterial təzyiqə nəzarət edən yaxşı
məlum olan sinir mexanizmlərindən biri - baroreseptor reflek- sdir.
Döş qəfəsinin və boyunun bütün iri arteriyaları və xüsusilə karotid
sinusu və aorta qövsündə çoxlu baroreseptorlar olur. Karotid
sinusun və aorta qövsünün baroreseptorlarmda O-dan 60-80 qədər
mm. Hg.st. səviyyəsində arterial təzyiq qeyd olunur. Təzyiqin bu
səviyyədən artıq olması cavab reaksiyasına səbəb olur. Arterial
təzyiq maksimum 180 mm. Hg.st. qədər yüksələ bilir.
Normal arterial təzyiq (onun sistolik səviyyəsi) 110-120
mm. Hg.st. səviyyəsində olur. Bu səviyyədən azca fərqlənmələri
baroreseptorların oyanmasını qüvvətləndirir. Beləliklə, ba-
roreseptorlar təzyiqin stabil səviyyəsinə nisbətən dəyişilməsinə
daha həssasdırlar.
Baroreseptorlardan arterial təzyiqi yüksəldən qüvvətli
impulslar uzunsov beyinə daxil olur, uzunsov beynin da-
mardaraldan mərkəzini tormozlayır və azan sinirin mərkəzini isə
oyadır. Nəticədə arteriollarm mənfəzi genişlənir, ürəyin dö-
yünməsinin tezliyi və qüvvəsi azalır.
Aşağı arterial təzyiq isə əksinə təsir göstərir, bu isə onun
normal səviyyəsinin reflektoru olaraq yüksəlməsinə səbəb olur.
Karotid sinir və aorta qövsü səviyyəsində təzyiqin enməsi
baroreseptorları fəallaşdırır və onlar damar hərəki mərkəzlərə
tormozlayıcı təsir etmirlər. Nəticədə axırıncı fəallaşır və arterial
təzyiqin yüksəlməsinə səbəb olur. •
Karotid sinusun və aortanın xemoreseptorları. Xemore-
septorlar - oksigenin çatışmazlığını, karbon qazı və hidrogen
Dostları ilə paylaş: |