Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


ƏJDƏR (SULTANOV (DEKABR 1909-10.1.1962)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə26/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   470
ŞƏBİH TAMAŞALARININ 

ƏSAS SƏCİYYƏLƏRİ 

 

Şəbih sözü ərəbcə  bənzər, oxşar deməkdir.  Şəbih dini-misteriya tamaşasıdır və meydan 



teatrının bir formasıdır. Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda geniş yayılıb.  Şəbih 

tamaşalarının özünəməxsus dramaturgiya və teatr poetikası vardır. Şəbihlərin baş mövzusunu imam 

Hüseynin tərəfdarları ilə Yezid, onun qoşunları arasındakı mübarizələr təşkil edir. 

Müsəlman dininin banisi Məhəmməd peyğəmbər 632-ci ildə  Mədinədə  vəfat etdi. 

Müsəlmanlığa (İslama) rəhbərliyi Məhəmmədin əmisi oğlu və qızı Fatimənin əri Həzrət Əli və ya 

peyğəmbərin qayınatası (Aişənin atası), qüdrətli sərkərdə, Məhəmmədin inanılmış silahdaşı 

Əbubəkr öz üzərlərinə götürməliydilər. Birinci xəlifə, yəni başçı, rəhbər  Əbubəkr oldu və iki il 

hakimiyyətdə qaldı,  İraq və Suriyanı istila etdi. Əli tərəfdarları  şiələr (şieyi-Əli) bundan narazı 

qaldılar və öz başçılarını hakimiyyətə  gətirmək üçün yollar axtarıb, məqam gözləyir, üsullar 

fikirləşirdilər. 

Əbubəkrdən sonra xilafətə  rəhbərliyi Ömər (10 il) və Osman (12 il) etdilər. Osmanın 

qətlindən sonra Əli hakimiyyətə  gəlib dördüncü xəlifə  və  şiələrin birinci imamı oldu. Beş ildən 

sonra Əli də xəyanət nəticəsində dünyasını dəyişdi və onun böyük oğlu, peyğəmbərin nəvəsi Həsən 

xəlifə elan edildi. Müaviyyə külli miqdarda pul verib, fitnə ilə hakimiyyəti Həsəndən aldı, az sonra 

isə onu zəhərlətdirib öldürtdü. Müaviyyə xilafətin paytaxtını Mədinədən Suriyanın Dəməşq (Şam) 

şəhərinə  köçürtdü. Bu qərarla o, şiələrə sarsıdıcı  zərbə vurdu, çünki Əlinin tərəfdarları bilavasitə 

Mədinədə cəmləşmişdilər. On doqquz ilə yaxın xəlifəlik edən Müaviyyə ərəbləri mənən birləşdirdi 

və sağlığında oğlu Yezidi özünə varis elan etdi. Bu dövrdə Həsənin kiçik qardaşı Hüseyn Mədinədə 

bir növ surgündə yaşayırdı.  Şiələr arasında böyük hörmət və izzət sahıbi olan Hüseyni dəfələrlə 

Kufəyə  dəvət etmişdilər ki, qüvvələri birləşdirib onu hakimiyyətə  gətirsinlər. Hüseyn ailə 

üzvlərindən və yaxın qohumlarından ibarət 72 nəfərlə Kufəyə gedərkən Kərbəla yaxınlığında 

mühasirəyə alındılar. O, Yezidin hüzuruna gedib ona biyət (hakimiyyətini qəbul etmək) təklifini 

rədd etdi və onuncu gün böyük orduya qarşı döyüşə girdi. Hüseyn, onun ögey qardaşı Həzrət Abbas 

və digər tərəfdarları qılıncdan keçirildilər, arvad, uşaq isə əsir alınıb, Dəməşqə göndərildi. 

Müəyyən siyasi və dini mahiyyət daşıyan bu hadisə Islam tarixinə  Kərbəla müsibəti kimi 

daxil oldu. VIII əsrdən üzü bəri şiələr Hüseynə və başqa şəhidlərə ağılar deyir, qəsidələr söyləyir, 

təziyələr keçirirdilər. XV əsrdən başlayaraq şiələrin Kərbəla müsibətlərini hər il qeyd etmələri geniş 

vüsət aldı,  şəbih tamaşaları daha böyük inkişaf yoluna çıxaraq geniş  əraziyə yayıldı. O cümlədən 

Azərbaycanda, xüsusən öikənin cənub bölgələrində  məhərrəmlik ayında  şəbih tamaşaları 

göstərilməyə başlandı. 

Şəbih mərasimi iki hissədən ibarət olur. Məhərrəmlik ayının ilk on günü əza (matəm) 

keçirilir. Onuncu günə aşura (onluq) deyilir və dini etiqada görə imamlar və övladları mühasirənin 

onuncu günü qətlə yetiriliblər. Həmin vədəyə qətl sınan gün də deyirlər. 

Aşura günü və ondan sonraki günlərdə müxtəlif adlarda böyük və təntənəli şəbih tamaşaları 

oynanılır. 

Ərəb sözü olan "əza"  matəm  deməkdir. Məhərrəmliyin ilk günündən matəm təntənəli və 

izdihamlı keçirilir. Bu izdiham səyyar tamaşa ünsürləri ilə zəngin olur. Ona əza qafiləsi də deyilir. 

Əza qafiləsi izdihamının yürüşünə yas bayraqları  gəzdirən  ələmdar, tuğdar, xərəkdar, 

sənkzən, səlladar və digər  əzadarlar daxildirlər. Onlar öndə gedirlər və hamısı bir yerdə  əlviyyə 

adlanır. 

Əza qafiləsində və həmçinin şəbih tamaşasında imam Hüseynin məslək tərəfdarları, onunla 

birgə  qətlə yetirilənlər əsabə (əshabə) adlanırlar. Sayca 72 nəfər olan əsabə imam-həng dəstəsinin 

təmsilçiləridir. 

Əza qafiləsində  Əliəkbər otağı düzəldilir və  xərəyin üstünə qoyularaq gəzdirilir.  Əliəkbər 

imam Hüseynin böyük oğlu olub və o da 18 yaşında qətlə yetirilib. Əliəkbər otağında onun rəmzi 



nəşi düzəldilir. Həmin müqəvvanın önündə qara paltar geyınıniş uşaq oturur. Xərəyin ardınca öndə 

şəhidin anası gedir. Ananın, Hüseynin və Həzrət Abbasın rollarını ifa edən şəbih aktyorlarının üzləri 

ağ niqabla örtülür. Bu, ilahiliyi qorumaq məqsədi daşıyır. Həm də qadın qiyafəsində kişinin 

olduğunu gizlədir. 

"Qasım otağı"  əza qafiləsinin  ən mühüm oyun atributlarındandır. Toy çadırının modeli 

şəklində düzəldilib xərəyin üstündə qurulur. Onun içərisinə imam Həsənin  şəhid oğlu Qasımın 

nəşini andıran müqəvva qoyulur. 

Həmin müqəvvanın üstünə çoxlu qan çilənir. Xərəyin kənarlarına fanarlar düzülür, ya 

düzəltmə, ya da fəsilə uyğun çiçəklərlə  bəzənir. Qafilə  hərəkətə başlayanda bir nəfər "Qasım 

otağı"nın baş tərəfində ayaq üstə dayanaraq dualar oxuyur. Xərəyin ətrafında oturmuş, ərəb libasları 

geyinmiş qız uşaqları ağlaya-ağlaya başlarına saman tökürlər. 

Əbülfəzlabbas (Həzrət Abbas) obrazının  əza qafiləsində xüsusi yeri var. O, on gün 

mühasirədə qalan müddətdə imam Hüseynin ailəsinə  və  əshabələrinə su gətirib. Axırıncı döyüşdə 

qolları kəsilərək öldürülüb. 

Şəbih tamaşalarında onun üçün xüsusi at seçilir. Həmin at gözəl çulla çullanır, qiymətli 

yəhərlə  yəhərlənir. Yəhərdən (və ya çuldan) Əbülfəzlabbasın "Kəsilmiş  əlləri" asılır. Yaxud, atın 

üstünə  əyni qanlı, qolsuz köynək geyindirilmiş müqəvva bağlayırlar. Müqəvvanın ağzına xəncər 

verilir, gözlərinə oxlar sancılır, çiyninə isə boş su tuluğu aşırılır. Bir nəfər atın yüyənindən tutub 

asta-asta əza qafiləsinin önündə gedir. 

"Qəbri-Hüseyn" də əza qafiləsində gəzdirilir. Bu, sərdabə şəklində qurulur və xüsusi xərək 

üzərində yerləşdirilir. 

Imam Hüseynin qəbrinə  işarə olub, onu təmsil edən sərdabə ipək-atlas, zərxara parçalarla 

bəzədilir, qiymətli daş-qaşla süslənir. Sərdabənin yuxarı hissəsinə zərli çalma qoyulur,  yan-yörəsmə 

isə qılınc, qalxan, ox, kaman,  uzunboğaz cəkmə və imam Hüseynə aid edilən digər əşyalar düzülür. 

Sərdabə qurğusunun içərisinə ağzıbağlı tabut qoyulur və ona ağ göyərçinlər bağlanır. Həmin 

göyərçinlər imamın ruhunu qanadlarında gəzdirən mələklərin təmsilçiləridir. 

"Qasım otağı", "Qəbri-Hüseyn", "Həzrət Abbasın kəsili qolları", "Əliəkbər otağı" on gün 

ərzində əza qafiləsinin səyyar tamaşası kimi gəzdirilib nümayiş etdirilir. Əza qafiləsi şəhərin və ya 

kəndin bütün küçələrini gəzir. Adları  çəkilən göstərmə oyunları  tək də, ikisi bir yerdə  və ya 

hamılıqla da nümayiş olunurdu. Yaxud, mərasim daha güclü keçən  şəhərlərdə  hər  əza qafiləsi 

ayrılıqda iki gün gəzib gərdiş edirlər. 

Əza qafiləsini xüsusi mərsiyəxanlar müşayiət edirlər. Bu oxumaları şaxsey-vaxsey əvəzləyir. 

Baş  mərsiyəxan ucadan bir misra deyir, kütlə isə xorla "şaxsey-vaxsey" söyləyib sinə vurur. 

Məsələn: 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin