Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə274/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   270   271   272   273   274   275   276   277   ...   470
MUĞAM VƏ VOKAL OPERA  

İFAÇILARI (1908- 1975) 

 

İkinci dərs 

 

VASİLİ NİKOLSKİ (16.3.1882-3.4.1967) 

 

Aydın və ifadəli bas səsi olan müğənni Vasili Alekseyeviç Nikolski Rusiyanın  İvanovo 



vilayətinin  Şuya  şəhərində doğulub. Moskva konservatoriyasını 1907-ci ildə bitirib. Ali təhsil 

alandan sonra Moskvanın, Kiyevin, Odessanın, Tiflisin opera teatrlarında işləyib. 1919-cu ildə 

Bakıya gəlib və 1952-ci illə qədər ADOBT-nın solisti olub. Azərbaycan Respublikasının xalq artisti 

(1934) fəxri adı ilə təltif olunub. 

Vasili Nikolski Bakı teatrında Həsən kişi, Aslan şah ("Nərgiz" və  "Şah  İsmayıl", Müslüm 

Maqomayev),  İbrahim xan ("Koroğlu", Üzeyir bəy Hacıbəyov), Bəhram ("Şahsənəm", Reynqold 

Qlier), Pimen və Boris Qodunov ("Boris Qodunov", Modest Musorqski), Susanin, Ruslan ("İvan 

Susanin" və "Ruslan və Lüdmila", Mixail Qlinka), Don Bazilio ("Sevilya bərbəri", Coakkino 

Rossini), Koçubəy ("Mazepa", Pyotr Çaykovski), Nilakanta ("Lakme", Leo Delib), Dəyirmançı ("Su 

pərisi", Aleksandr Darqamıjski), Qalitski ("Knyaz İqor" Aleksandr Borodin), Mefistofel ("Faust", 

Şarl Quno), Lindor ("Hofmanın nağılları", Jak Offenbax), German, Henri: ("Tanqayzer" və 

"Leonqrin", Rixard Vaqner), Sen Bari ("Qu qenotlar", Cakomo Meyerber), Çub ("Traviata", 

Cüzeppe Verdi), Famusov və Skalozub ("Ağıldan bəla", Boris Zeydman) Qaspar ("Kornevil 

zəngləri", Rober Plaket), Knyaz Quda ("Demon", Anton Rubişteyn), Stansiya nəzarətçisi ("Stansiya 

nəzarətçisi", Vladimir Kryukov) partiyalarını ifa edib. 

1941-ci ildən 1962-ci ilə  qədər müəyyən fasilələrlə konservatoriyada pedaqoji fəaliyyət 

göstərib. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   270   271   272   273   274   275   276   277   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin