SADIQ ŞƏRİFZADƏ (5.12.1912 - 2.1.1986)
Romantik-monumental, sonraki yaradıcılıq dövründə psixoloji-fəlsəfi, realist
səhnərafiyamızın formalaşmasında səmərəli işlər görüb. Sadıq Hüseyn oğlu Şərifzadə 5 dekabr
1912-ci ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. 1932-ci ildə Bakı Rəssamlıq
Məktəbini bitirib. Kiyev (1936-1939) və Moskva (1939-1940) Rəssamlıq İnstitutunda ali təhsil alıb.
Boyakarlığın müxtəlif janrlarında məşhur fırça ustası kimi tanınandan sonra teatr rəssamlığı ilə də
ciddi məşğul olub.
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb (1959).
Sadıq Şərifzadə AMDT-də "Sevilya ulduzu" (Lope de Veqa. 1953), "Atayevlər ailəsi" (İlyas
Əfəndiyev. 1954), "Göz həkimi" (İslam Səfərli. 1955), "Şəxsi iş" (Aleksandr Şteyn. 1956),
"Qardaşlar" (Rəsul Rza. 1956), "Cavanşir" (Mehdi Hüseyn. 1957), "Qaçaq Nəbi" (Süleyman
Rüstəm. 1958), "Tayfun" (Tsao Yuy. 1959), "Əcəb işə düşdük" (Şıxəli Qurbanov. 1961), "Mariya
Tüdor" (Viktor Hüqo. 1962), "Kəndçi qızı" (Mirzə İbrahimov. 1962) tamaşalarının rəssamı olub.
1938-ci ildən başlayaraq müxtəlif teatr mövsümlərində GTT-də "Sabirin məhkəməsi"
(Hacıağa Abbasov), "Xırs quldurbasan" (Mirzə Fətəli Axundzadə), "Ağa Kərim xan Ərdəbili"
(Nəcəf bəy Vəzirov), "Odlar içində" (Əbil Yusifov), "Fitnə" və "Qaraca qız" (Abdulla Şaiq), "Polad
necə bənddi" (Nikolay Ostrovski), "Düşmənlər içində" (Novruz Gəncəli), "Ağbəniz" (Valentina
Lyubimova), "Tom dayının koması" (Biçer Stou), "Tamahkar" (Süleyman Sani Axundov), "Qarlar
Kraliçası" (Yevgeni Şvarts), "Sirli şəhər" (Mehdi Hüseynin romanı əsasında səhnələşdirəni Ağəli
Dadaşov) tamaşalarının bədii tərtibatını verib.
Sadıq Şərifzadə 2 yanvar 1986-cı ildə Bakıda vəfat edib.
Dostları ilə paylaş: |