Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


SERGEY YEFKENKO (21.10.1896 - 5.8.1971)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə442/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   438   439   440   441   442   443   444   445   ...   470
SERGEY YEFKENKO (21.10.1896 - 5.8.1971) 

 

Azərbaycan milli səhnəqrafiyasının inkişafında müəyyən rolu olub. Yaradıcılığı monumental 

romantik üsluba daha yaxın idi. Klassik ifadə vasitələrinə üstünlük verib. Sergey Mitrofanoviç 

Yefimenko 20 oktyabr 1896-cı ildə Rusiyanın Çerniqov quberniyasının Borzna şəhərində doğulub. 

1924-cü ildə Moskva Ali Bədii-Texniki Emalatxanasını bitirib. Üç il Moskva teatrlarında işləyib. 

Teatr-dekorasiya sənətində müəyyən təcrübə toplayan rəssam 1927-ci ildə Bakıya gəlib və ömrünün 

sonuna qədər burada yaşayıb. 

1927-1971-ci illərdə ADRDT-də rəssam və baş rəssam işləyib. Azərbaycan Respublikasının 

əməkdar incəsənət xadimi (1936) və xalq rəssamı (1960) fəxri adlarına layiq görülüb. "Xəzər 

üzərində şəfəqlər" tamaşasma verdiyi tərtibata görə SSRİ Dövlət mükafatı laureatıdır. 

Sergey Yefimenko RDT-də (Maksim Qorkinin "Ana" (1927), Aleksey Faykonun "Portfelli 

adam" (1928), Aleksandr Ostrovskinin "Tufan" (1934), Cəfər Cabbarlının "Sevil" (1930), "1905-ci 

ildə" (1934), Mixail Lermontovun "Maskrad" (1934 və 1959), Vsevold Vişnevskinin "Nikbin faciə" 

(1934), Nikolay Poqodinin "Tüfəngli adam" (1939), konstantin Trenyovun "Lyubov Yarovaya" 

(1940), Səməd Vurğunun "Xanlar"  (1941), Aleksandr Korneyçukun  "Partizanlar Ukrayna 

çöllərində" (1942), İmran Qasımovun "Xəzər üzərində  şəfəqlər" (1950), Aleksandr Qriboyedovun 

"Ağıldan bəla" (1951), Vladimir Mayakovsninin "Hamam" (1957), Nazim Hikmətin "Domoki 

qılıncı" (1959), Ənvər Məmmədxanlının "Şərqin səhəri" (1958), Aleksandr Şteynin "Okean" (1960), 

Georgi Mdivaninin "Terezanın ad gününə" (1961), Edvard Radzinskinin "Film çəkilir..." (1966), 

Eduardo de Flipponun "İnsan və centlmen" (1968), Bernard Şounun "Missis Uorrenin peşəsi" 

(1968), əsərlərinə səhnə tərtibatı verib. 

AMDT-də  Cəfər Cabbarlının "Yaşar" (1932), Vilyam Şekspirin "Otello" (1932), "Hamlet" 

(1933), "Kral Lir" (1941) əsərlərinə səhnə tərtibətı verib "On ikinci gecə" (1946), Vasili Şkvarkinin 

"Özgə  uşağı" (1934), Cabbar Məcnunbəyovun "Yanar dərə" (1938), Fridrix Şillerin "Məkr və 

məhəbbət" (1938), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (1939), Aleksandr Fadeyevin "Gənc 

qvardiya" (1948), Opera və Balet Teatrında "Yevgeni Onegin" (Pyotr Çaykovski), "Şah  İsmayıl" 

(Müslüm Maqomayev) operalarına, Sezar Puninin "Esmeralda" baletmə müxtəlif üslub və 

formalarda səhnə tərtibatları işləyib. 

Sergey Yefimenko 5 avqust 1971-ci ildə Bakıda vəfat edib. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   438   439   440   441   442   443   444   445   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin