ƏSGƏR ABBASOV (28.4.1916 - 9.2.1970)
Müxtəlif janrlı tamaşalara tərtibatlar verib. Səhnəqrafiyanın orijinal formalarından, müxtəlif
üslublarından istifadə edib. Daha çox monumental-realist formada tamaşa dekorasiyaları hazırlayıb.
Əsgər Məmmədisınayıl oğlu Əsgərov 28 aprel 1916-cı ildə Bakıda doğulub. 1933-cü ildən AMDT-
də dekorçu rəssam işləyib. İşləyə-işləyə Bakı Rəssamlıq Məktəbini bitirib (1936). Musiqili
Komediya Teatrında baş rəssam olub (1945-1949 və 1956-1969-cu illərdə).
Səhnəqrafiyada qazandığı sənət nailiyyətlərinə görə 29 iyun 1964-cü ildə Azərbaycan
Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Tiflis, Aşqabad, Dərbənd
şəhərlərində də Azərbaycan dilində oynanılan tamaşalara bədii tərtibat verib.
Əsgər Abbasov AMDT-də Mixail Lermontovun "İki qardaş", Səməd Vurğunun "Fərhad və
Şirin", Mir Cəlalm "Mirzə Xəyal" pyeslərinin tamaşalarına bədii tərtibat verib, Sabit Rəhmanın
"Xoşbəxtlər" komediyasında geyim eskizlərinin müəllifidir. Bədurə Əfqanlı və Nüsrət Fətullayevlə
müştərək işləri var. Daha parlaq yaradıcılıq dövrü Musiqili Komediya Teatrı ilə bağlıdır. Bu sənət
ocağında "Arşın mal alan", "Məşədi İbad" (Üzeyir bəy Hacıbəyov), "Durna" (Süleyman Rüstəm və
Səid Rüstəmov), "Aşıq Qərib" (Zülfüqar bəy Hacıbəyov), "Silva" və "Bayadera" (İmre Kalman),
"Ulduz" (Sabit Rəhman və Süleyman Ələsgərov), "Gözün aydın" (Məhərrəm Əlizadə və Fikrət
Əmirov), "Rəisin arvadı" (Məhərrəm Əlizadə və Səid Rüstəmov), "Tiflis nəğməsi" (Levon
Cubabiriya və Şota Milorava), "Hacı Qara" (Mirzə Fətəli Axundzadənin eyniadlı əsəri əsasında
Şəmsi Bədəlbəylinin librettosu. Bəstəkarlar Vasif Adıgözəlov və Ramiz Mustafayev), "Özümüz
bilərik" (Şıxəli Qurbanov və Süleyman Ələsgərov) tamaşalarının bədii tərtibatını işləyib.
Əsgər Abbasov 9 fevral 1970-ci ildə Bakıda vəfat edib.
Dostları ilə paylaş: |