Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


ƏYYUB FƏTƏLİYEV (7.11.1925 - 21.4.2000)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə441/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   437   438   439   440   441   442   443   444   ...   470
ƏYYUB FƏTƏLİYEV (7.11.1925 - 21.4.2000) 

 

Milli Teatr rəssamlığımızda təxəyyülünün genişliyi, rənglərinin koloriti və 

kompozisiyalarının möhtəşəmliyi, asma dekorlarının poetik hüsnü ilə seçilən rəssamlardan biri də 

Əyyub Cəfər oğlu Fətəliyevdir. 7 noyabr 1925-ci ildə İrəvanda doğulub. Bakı Rəssamlıq Məktəbini 

(1944) və Vasili Surikov adına Moskva Rəssamlıq İnstitutunu (1952) bitirib. 

Ali rəssamlıq diplomu alandan sonra üç il Moskvada Böyük Teatrda işləyib və 1955-ci ildə 

Bakıya gələrək Opera və Balet Teatrına quruluşçu rəssam götürülüb. 1957-ci ildən isə bu kollektivin 

baş rəssamı olub. 

Səhnəqrafiya sənətində qazandığı nailiyyətlərinə görə  Əyyub Fətəliyevə 29 iyun 1964-cü 

ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı verilib. 

Əyyub Fətəliyevin Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşalara verdiyi bədii 

tərtibatları arasında Cahangir Cahangirovun "Azad" və "Xanəndənin taleyi", Zaxari Paliaşvilinin 

"Daisi", Fikrət Əmirovun "Sevil", Anton Rubinşteynin "Demon", Zülfüqar bəy Hacıbəyovun "Aşıq 

Qərib", Üzeyir bəy Hacıbəyovun "Əsli və Kərəm" və "Koroğlu" (Tahir Salahovla birgə), Cüzeppe 

Verdinin "Aida", "Traviata", "Otello", Aleksandr Borodinin "Knyaz İqor", Zakir Bağırovun 

"Aygün", Modest Musorqskinin "Boris Qodunov", Pyotr Çaykovskinin "Qaratoxmaq qadın", Ramiz 




Mustafayevin "Vaqif", Süleyman Ələsgərovun "Bahadır və Sona", İvan Dzerjinskinin "İnsanın 

taleyi", Rucero Leonkovallonun "Məshəkəçilər" operalarını, Soltan Hacıbəyovun "Gülşən" baletinin 

səhnə təfsirindəki rəssamlıq işləri daha məzmunlu, romantik cazibəli, emosional ifadəli olub. 

Əyyub Fətəliyevin ayrı-ayrı tamaşalara verdiyi geyim eskizləri tarixi-etnoqrafik dəqiqliyinə

rəng bolluğunun koloritinə görə seçilir. 

21 aprel 2000-ci ildə Bakıda vəfat edib. 

 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   437   438   439   440   441   442   443   444   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin