rəssamlığa lap uşaq yaşlarından başlayıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq
fakültəsində təhsil alıb (1967- 1973). Müxtəlif vaxtlarda Musiqili komediya Teatrında, Opera və
Balet Teatrında baş rəssam olub. 1989-cu il dekabr ayının 1-dən ömrünün sonuna qədər Akademik
Elçin Məmmədov Bakıdakı Gənc Tamaşaçılar Teatrında Anatoli Aleksinin "Qardaşım
kiarnet çalır" (1970. Tələbə olarkən), Yevgeni Şvartsın "İki qayın ağacı" (1973), Kim Meşkovun
"Pin və Qvin" (1974), Yevgeni Miteonun "Bumbaraş" (1977), Anarın "Şəhərin yay günləri" (1979),
Aleksey Tolstoyun "Buratinonun səfehlər ölkəsində macəraları", Cəlil Məmmədquluzadənin
"Danabaş kəndinin məktəbi" (1983), Karlo Qotsinin "Yelkənlər üzərində nəğməli kü1ək" (1987),
Kamal Aslanovun "Yuxulama" dramlarının (1989) tamaşalarının rəssamı olub.
Musiqili Komediya Teatrında Oqtay Kazımov və Cənnət Səlimovanın "Danabaş kəndinin
əhvalatları", Rəşid Şəfəq və Abdulla Şaiqin "Tülkü Həccə gedir", Leonid Vaynşteyn və Rüstəm
İbrahimbəyovun "Səhranın bəyaz günəşi", İohan Ştrausun "Yarasa", Cahangir Cahangirov və
Seyfəddin Dağlının "Təzə gəlin", Fikrət Əmirov və Məhərrəm Əlizadənin "Gözün aydın" operetta
və musiqili komediyalarına bədii tərtibat verib.
Azərbaycan Dövlət Rus Dram Teatrında Maksim Qorkinin "Həyatın dibində", Aleksey
Vampilovun "Əyalət lətifələri", Hüseyn Cavidin "Şeyx Sənan" pyeslərinin, Naxçıvan DMDT-də
Evripidin "Elektra" faciəsinin, Gəncə DDT-də Maqsud İbrahimbəyovun "Mezozoy əhvalatı", Mixail
Lermontovun "İki qardaş", Lənkəran DDT-də İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı", Nikolay
Qoqolun "Müfəttiş", Marionet Teatrında Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" əsərlərinin
tamaşalarının bədii tərtibat rəssamıdır.
Zəngin və bəhrəli yaradıcılıq irsi yaratmış Elçin Məmmədovun səhnəqrafiya fəaliyyətində
Akademik Milli Dram Teatrında hazırlanmış tamaşalara verdiyi tərtibatlar xüsusi yer tutur. O, bu
sənət ocağında Mirzə Fətəli Axundzadənin "Xırs quldurbasan" (1971, tələbə vaxtı), Səməd
Vurğunun "İnsan" (1974), Mirzə Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" (1978), Rüstəm
İbrahimbəyovun "Biganələr oteli" (1984), Arif Süleymanovun "Tufandan əvvəl" (1987), Vilyam
Şekspirin "Kral Lir" (1996), Elçinin "Ah, Paris... Paris!.." (1997), "Mənim sevimli dəlim" (1998)
əsərlərinin tamaşalarına quruluşçu rəssamlıq edib.
Məşhur teatr rəssamı "İblis" tamaşasının tərtibatına görə həmkarı Nazim Bəykişiyevlə
birlikdə Respublika Dövlət mükafatı laureatı olub (27 aprel 1984). Əməkdar incəsənət xadimi fəxri
adını alıb (22 may 1991).
Dostları ilə paylaş: