Bakıda doğulub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini
bitirib. Elə həmin il Leninqrad Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsinə daxil olub və
görkəmli sənətkar Georgi Tovstonoqovdan beş il dərs alıb. Diplom tamaşası 1967-ci ildə RDT-də
hazırladığı "Nağıl möcüzəsi" (Karney Çukovski) səhnə əsəri olub. Müxtəlif illərdə Sumqayıt Dövlət
Dram Teatrında, Akademik Milli Dram Teatrında, Musiqili Komediya Teatrında, Gənc Tamaşaçılar
Teatrında tamaşalar hazırlayıb. Opera və Balet Teatrında bəstəkar Əfrasiyab Bədəlbəylinin
"Söyüdlər ağlamaz", Fikrət Əmirovun "Sevil", Cüzeppe Verdinin "Traviata", Rucero
Leonkovallonun "Məzhəkəçilər", Cakomo Puççininin "Bohema" operalarına quruluş verib. 1990-cı
ildən özünün yaratdığı Bakı kamera Teatrının bədii rəhbəridir.
Cənnət Əlibəy qızı Səlimova 1968 - 1990-cı illərdə RDT-də quruluşçu rejissor və baş rejissor
işləyib. Bu teatrda daha uğurlu quruluşları Anton Çexovun "Vanya dayı" (1968) və "İvanov" (1980),
Fyodor Dostoyevskinin "Cinayət və cəza" (1971), "İdiot" (1973), Karlo Haldoninin "Mehmanxana
sahibəsi" (1972), Bertolt Brextin "Kuraj ana" (1974), Hüseyn Cavidin "Şeyx Sənan" (1983), Cəfər
Cabbarlının "Aydın" (1985), Marqaret Dyüranın "Tamaşaçıların baxması qadağandır" (1990)
tamaşaları sayılır.
Sənətdə qazandığı nailiyyətlərə görə Cənnət Səlimova Azərbaycan Respublikasının əməkdar
incəsənət xadimi (1976) və xalq artisti (24 may 1998) fəxri adlarına layiq görülüb.
Dostları ilə paylaş: