MİLLİ DRAM TEATRI
(1931-1937)
Bu qısa müddət Milli Dram Teatrının tarixində rejissor yaradıcılığı, müəyyən üslub
axtarışları, aktyor oyunlarının bədii-estetik səciyyələri, xüsusən müasir mövzu-problemə müraciət,
siyasi qurumun mədəniyyəti "məngənəyə" salması baxımından ən ziddiyyətli dövrlərdəndir.
Digər tərəfdən Cəfər Cabbarlının öz dramlarında xüsusi istedadla yaratdığı qüvvətli, kamil
tip-xarakter aktyorların yeni yaradıcılıq imkanlarına yiyələnmələrinə geniş meydan açıb.
Hüseyn Cavidin qüdrətli dramaturgiyası sayəsində milli poetik teatr əzəmətli inkişaf yolu
keçib.
Müxtəlif aktyor məktəblərinə məxsus olan və bu kollektivdə möhtəşəm yaradıcılıq yolu
keçən Barat Şəkinskaya, Atamoğlan Rzayev, İsmayıl Osmanlı, Fatma Qədri, Ələsgər Ələkbərov,
İsmayıl Dağıstanlı (Hacıyev), Hökümə Qurbanova (Ələkbərova), Əli Zeynalov, Ağasadıq
Gəraybəyli (Gəncədən qayıdıb), rejissorlardan Şəmsi Bədəlbəyli, Ağəli Dadaşov, Səftər Turabov
teatra götürülüblər.
Bəstəkarlardan Əfrasiyab Bədəlbəyli teatrda fəaliyyətini genişləndirib. Kollektivə yeni cəlb
olunan bəstkarlardan Asəf Zeynallı, Müslüm Maqomayev, Niyazi Hacıbəyov - Tağızadə, Asan
Rufatov, Reynqold Qlier, Boris Asafyev, Saveli Ayzen, Səid Rüstəmov, tərtibatçı rəssamlardan
Pavel Ryabçikov, Sergey Yefimenko, Rüstəm Mustafayev, Mixail Tixomirov, Nüsrət Fətullayev,
İsmayıl Axundov, geyim eskizləri işləyən Əzim Əzimzadə, Susanna Samorodova müxtəlif
tamaşaların hazırlanmasında səmərəli işlər görüblər.
1931. Haqsız tənqidlərə məruz qalan Aleksandr Tuqanov baş rejissorluqdan istefa verəndən
sonra bu vəzifəyə 10 iyul 1931-ci ildə Leninqraddan (indiki Peterburqdan) Vladimir Lütse dəvət
olunub. Lütse dramaturq Cəfər Cabbarlı ilə birlikdə onun "1905-ci ildə" dramına quruluş verəndən
sonra (8 oktyabr) ərizə yazaraq teatrdan çıxıb. Premyera oktyabrın 1-də göstərilib.
"1905-ci ildə" tamaşası məhz Cəfər Cabbarlının gərgin əməyi, Vladimir Lütse ilə apardığı
yaradıcılıq mübahisələri nəticəsində teatrın uğurlu işləri sırasma daxil oldu. Monumentalizmə
meyilli əsər ilk növbədə aktyor tamaşası idi. Məhəmmədhəsən Atamalıbəyov (Qoca Baxşı),
Süleyman Tağızadə (Baxşı), Mustafa Mərdanov (İmamverdi), Əli Qurbanov (Allahverdi), Rza
Əfqanlı (General-qubernator), Qəmər Topuriya (Mariya Timofeyevna), Mirzağa Əliyev və İsmayıl
Hidayətzadə (Əmiraslan bəy Salamov), İsmayıl Osmanlı (Bahadır bəy), Dadaş Şaraplı (Ağamyan)
yüksək səhnə nailiyyətləri qazanıblar.
Teatr 1931-ci ilin payızında baş rejissorsuz qalanda gənc rejissor Əliağa Əliyev aktyor
Abbasmirzə Şərifzadə ilə Əsəd Tahirin yazdıqları zəif, çılpaq ideyalı "Axirəzzaman" (15 oktyabr) və
dramaturq Cəfər Cabbarlı özünün "Sevil" (10 dekabr) sosial dramına səhnə quruluşu veriblər.
"Axirəzzaman"ın tamaşası da sönük alınıb. "Sevil" (rəssam Pavel Ryabçlkov, bəstəkar Əfrasiyab
Bədəlbəyli) tamaşası isə mövsümün uğurlu işlərindən sayılıb. Tamaşada rolları Mərziyə Davudova
(Sevil), Ülvi Rəcəb və Rza Təhmasib (Balaş), Yeva Olenskaya (Gülüş), Mirzağa Əliyev və Mustafa
Mərdanov (Atakişi), Məhəmmədhəsən Atamalıbəyov və Abbas Rzayev (Babakişi), İsmayıl
Hidayətzadə, Məmmədəli Vəlixanlı və Rza Əfqanlı (Əbdüləli bəy), Əli Qurbanov və İsmayıl
Osmanlı (Mirzə Məhəmmədəli), Qəmər Topuriya (Dilbər -Ediliya), Panfiliya Tanailidi və Nataliya
Lizma (Tafta) oynayıblar. Rza Təhmasibin, Mərziyə Davudovanın və İsmayıl Hidayətzadənin ifaları
parlaq sənət qələbələri olub.
1932. Teatr 1932-ci ilin aprel ayına kimi baş rejissorsuz qalıb. Boşluğu doldurmaq üçün
teatrın rəhbərliyi Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (18 yanvar. Hacı Qara - Mirzağa Əliyev,
Kərəməli - Dadaş Şaraplı, Kərəməli - Möhsün Sənani, Tükəz - Panfiliya Tanailidi, Sona - Sona
Hacıyeva) komediyasının quruluşunu rejissor Əliağa Əliyevə və Aleksandr Afinogenevin "Qorxu"
(18 fevral. Tərcüməçi Cəfər Cabbarlı, rəssam Pavel Ryabçikov, rəssam Reynqold Qlier) pyesinin
səhnə təfsirini Cəfər Cabbarlıya tapşırıb. Qorxu tamaşası daha uğurlu alınıb və Volodin rolunda Ülvi
Rəcəblə Rza Əfqanlının, Klara obrazında Mərziyə Davudovanın, Tsexavoy surətində Rza
Təhmasibin oyunları yüksək qiymətləndirilib.
1932-ci il aprel ayının 22-də Yakov Varşavski teatra baş rejissor təyin olunub. Lakin bir neçə
ay əvvəl Bakıdakı Rus Dram Teatrının rejissoru Sergey Mayorov ingilis dramaturqu Vilyam
Şekspirin "Otello" faciəsini Cəfər Cabbarlının tərcüməsində hazırlamaq üçün kollektivə dəvət
olunmuşdu. Premyerası aprelin 15-də göstərilən tamaşada Cəfər Cabbarlı və Əliağa Əliyev rejissor,
Sergey Yefimenko rəssam idilər. Aleksandr İvanovun quruluşu ilə müqayisədə uğurlu alınan
tamaşada əsas rollar Abbasmirzə Şərifzadə və Ülvi Rəcəbə (Otello), Mərziyə Davudovaya və Sona
Hacıyevaya (Dezdemona), Rza Əfqanlı və İsmayıl Hidayətzadəyə (Yaqo), Mirzağa Əliyevə
(Brabansio), Sona Hacıyevaya (Emiliya), Möhsün Sənaniyə (Kassio) tapşırılmışdı.
Yakov Varşavski sanki tamaşa hazırlamağa tələsınirdi. Kollektiv mayın 3-də Əlihüseyn
Rzayevin quruluşunda "Pəri cadu" (Əbdürrəhim bəy Haqverdiyev) faciəsini təhvil verib. Payız
mövsümü başlayanda isə oktyabrın 1-də Cəfər Cabbarlının "Dönüş" dramı dramaturqun özünün və
İsmayıl Hidayətzadənin rejissorluğunda oynanılıb. Yakov Varşavski tamaşanın formal şəkildə bədii
rəhbəri, Rüstəm Mustafayev rəssamı və Asəf Zeynallı bəstəkarı olublar. Baş rollar Gülsabah və
Qüdrət Arslan surətlərində Sona Hacıyeva və Mərziyə Davudova, Ülvi Rəcəb və Rza Təhmasib
çıxış ediblər.
Bundan sonra teatr Cəfər Cabbarlımn "1905-ci ildə" (20 oktyabr. Quruluşçu rejissor Cəfər
Cabbarlı, rəssam Rüstəm Mustafayev və bəstəkar Əfrasiyab Bədəlbəyli) və Hüseyn Cavidin "Şeyx
Sənan" (28 oktyabr. Quruluşçu rejissorlar Rza Darablı, İsmayıl Hidayətzadə, Rza Təhmasib və
Ələsgər Şərifov, rəssamlar Rüstəm Mustafayev və Əzim Əzimzadə) tamaşalarını göstərib.
"Şeyx Sənan"da da bədii rəhbər olan Yakov Varşavski yalnız dekabrın 22-də Cəfər
Cabbarlının "Yaşar" dramı ilə ilk quruluşunu təqdim edib. Cəfər Cabbarlı və Rza Darablı tamaşanın
rejissorları, Sergey Yefimenko rəssam və Saveli Ayzen musiqi tərtibatçısı idilər. Tamaşa
kompozisiya və aktyor ifası baxımından maraqlı alınmışdı. Xüsusilə Ülvi Rəcəbin (Yaşar), Rza
Təhmasib və Kazım Ziyanın (İmamyar), oyunları bədii-realist təqdiminə, Əzizə Məmmədova və
Panfiliya Tanailidinın (Şərəbanu), Mirzağa Əliyevin (Əmirqulu) ifaları yumorlu koloritinə görə
cazibəli görünürdülər.
1933. Yakov Varşavski 1933-cü ilin ilk aylarında baş rejissorluqdan istefa verib, lakin bir
müddət sonra qayıdaraq Lev Slavinin "İntervensiya" (27 sentyabr. Tərcüməçi Cəfər Cabbarlı,
rəssam Y.Mandelberq, bəstəkar Boris Asafyev) əsərinə səhnə quruluşu verib.
Üslub pərakəndəliyinə yol verən teatr 1933-cü ildə Cəlil Məmmədquluzadənin "Ölülər" (16
fevral. Quruluşçu Əhməd Tiriniç, rejissorlar Cəfər Cabbarlı, İsmayıl Hidayətzadə və Rza Darablı,
tərtibat rəssam Rüstəm Mustafayev, bəstəkar Müslüm Maqomayev, geyim rəssamı Əzim
Əzimzadə), Vilyam Şekspirin "Hamlet" (17 aprel. Tərcüməçi Cəfər Cabbarlı. Quruluşçu rejissor
Sergey Mayorov, rejissorlar Rza Darablı, Əlihüseyn Rzayev və Cəfər Cabbarlı, rəssam Sergey
Yefimenko, musiqi tərtibçisi S.Paniyev, Hamlet - Ülvi Rəcəb, Poloni-Mirzağa Əliyev, Gertruda -
Mərziyə Davudova, Klavdi - İsmayıl Hidayətzadə, Ofeliya - Sona Hacıyeva, Horatsio - Rza
Əfqanlı), Cəfər Cabbarlının "Od gəlini" (2 dekabr. Quruluşçu rejissorlar Sergey Mayorov və Əhməd
Tiriniç, rəssam Rüstəm Mustafayev, bəstəkar Əfrasiyab Bədəlbəyli. Elxan - Ülvi Rəcəb və
Abbasmirzə Şərifzadə, Altunbay - Ağasadıq Gəraybəyli, Əbu Übeyd - Rza Təhmasib, Aqşin - Sidqi
Ruhulla, Ələsgər Ələkbərov və İsmayıl Dağıstanlı, Solmaz - Mərziyə Davudova, Yeva Olenskaya və
Sona Hacıyeva) əsərlərini repertuara daxil edib. Əhməd Tiriniç inzibatçı işçi idi və onun rejissorluğa
müdaxiləsi yaradıcılıq işinə ciddi xələl yetirirdi. Bir neçə rejissorun eyni əsərdə hərəsinin bir pərdə
hazırlaması "eksperimenti" nə bu il, nə də gələn il səmərə verməyib.
1934. Yusif Yulduz 1934-cü ilin yazında baş rejissorluğa dəvət alıb. Lakin bu son dərəcə
istedadlı rejissor həmin il noyabrın 22-də Aşqabaddakı Dövlət Azərbaycan Dram Teatrına birillik
ezamiyyətə göndərilib.
Teatr 1934-cü ildə monumental-romantik üslubda iki və psixoloji səpkidə bir böyük sənət
nailiyyəti qazanıb. Hüseyn Cavidin "Səyavuş" faciəsinin (1 mart. Quruluşçu rejissor İsmayıl
Hidayətzadə, tərtibat rəssamı Vyaçeslav İvanov, geyim rəssamı Susanna Samorodova, bəstəkar
Əfrasiyab Bədəlbəyli) və Aleksandr Korneyçukun "Eskadramn məhvi" dramının ("31-43". 5 noyabr.
Quruluşçu rejissor Yusif Yulduz, rəssam Nüsrət Fətullayev, musiqi tərtibçisi Saveli Ayzen, rejissor
assistenti Şəmsi Bədəlbəyli) tamaşaları teatrın monumentalizm axtarışlarında hadisəyə çevrilən
sənət nümunələri olub.
Psixoloji səpkidə isə Vasili Şkvarkinin "Özgə uşağı" (27 mart. Tərcüməçilər Rza Təhmasib
və Mustafa Mərdanov. Quruluşçu rejissor Rza Təhmasib, rəssam Sergey Yefimenko, musiqi
tərtibçisi Saveli Ayzen) pyesinin tamaşası uzun müddət repertuarda qalıb.
"Səyavuş"da Ülvi Rəcəb və Abbasmirzə Şərifzadə (Səyavuş), Rza Təhmasib və Rza Əfqanlı
(Keykavus), Mərziyə Davudova (Südabə), Ağasadıq Gəraybəyli (Əfrasiyab), Sidqi Ruhulla
(Rüstəm), Möhsün Sənani (Gərşivəz), "Eskadramn məhvi"ndə (bəzən "Donanınanın məhvi" yazılıb)
Mərziyə Davudova və Yeva Olenskaya (Oksana), Sidqi Ruhulla və Ülvi Rəcəb (Bosman kobza),
Rza Əfqanlı və Abbasmirzə Şərifzadə (Qayday), "Özgə uşağı"nda Mirzağa Əliyev və Məmmədəli
Vəlixanlı (Qaraulov), Sona Hacıyeva və Yeva Olenskaya (Manya), Mustafa Mərdanov və Dadaş
Şaraph (Seneqda) ilin ən uğurlu aktyor ifalarına nail ola biliblər.
1935. Görkəmli dramaturq, uzun illər teatrın ədəbi hissə müdiri işləyən Cəfər Cabbarlı 1934-
cü il yanvarın 31-də qəflətən vəfat etdi. Üstəlik teatr 1935-ci ilə baş rejissorsuz qədəm qoydu.
Halbuki bu dövrdə kollektivdə İsmayıl Hidayətzadə kimi istedad yetişmişdi, lakin nədənsə onun baş
rejissor Kürsüsünu tutmasma mane olurdular. Belə bir şəraitdə kollektiv 1935-cı üdə Aleksandr
Osirovskinin "Günahsız müqəssirlər" dramının maraqlı (28 yanvar. Tərcüməçi Rza Təhmasib,
quruluşçu rejissor L.Daşkovski, rejissor assistentləri Fərəc Süheyli və Səftər Turabov. Neznamov -
İsmayıl Dağıstanlı və Sadıq Saleh, Kruçinina - Mərziyə Davudova, Şmaqa - İsmayıl Hidayətzadə və
Mustafa Mərdanov) və Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" faciəsinin zəif (21 fevral.
Quruluşçu rejissor Abbasmirzə Şərifzadə, rəssamlar Rüstəm Mustafayev və Qolobenkov, bəstəkar
Niyazi. Nəcəf bəy - Sidqi Ruhulla, Rza Darablı və Abbasmirzə Şərifzadə) tamaşalarını tamaşaçılara
təqdim edib.
Milli kadrların arasında baş rejissor görmək istəməyən rəhbərlik həmin vəzifəyə 1935-ci il
fevral ayının 10-da Qroznı şəhərindən Aleksandr Tuqanovu dəvət edib. Kollektivin truppasını
yaxından tanıyan, onun yaradıcılıq prinsiplərinə, üslub xüsusiyyətlərinə müəyyən dərəcədə bələd
olan Aleksandr Tuqanov təzə tamaşa hazırlamağa tələsmədi. O, Cəfər Cabbarlının "1905-ci ildə"
dramına (23 aprel. Rəssam Rüstəm Mustafayev və bəstəkar Əfrasiyab Bədəlbəyli) və Mirzə Fətəli
Axundzadənin "Hacı Qara" komediyasma (2 oktyabr. Bəstəkar Əfrasiyab Bədəlbəyli, rejissor
assistenti Şəmsi Bədəlbəyli) quruluş verən Rza Darabhnm işləMəsmə şərait yaratmışdı. Eyni
zamanda əsasən ümumi yaradıcılıq problemlərini nizamlamağa çalışırdı.
Onun təşəbbüsü ilə gənc rejissor Ələsgər Şərifov gənc dramaturq Qurban Musayevin müasir
mövzuda yazdığı, lakin zəif alınan "Qızıl çeşmə" pyesinə (26 noyabr. Rəssam Nüsrət Fətullayev,
bəstəkar Niyazi) müstəqil quruluş verib.
Aleksandr Tuqanov özü isə payız mövsümündə də tamaşaçıların görüşünə yeni əsərlə
gəlməyib. Vaxtilə hazırladığı "Sevil" dramının quruluşuna müəyyən əl gəzdirərək onu oktyabrın 27-
də premyera kimi təqdim edib. Baş rolların ifaçıları dəyişməmişdi.
1936. Aleksandr Tuqanov Vilyam Şekspirin "Maqbet" (tərcüməçi Hacıbaba Nəzərli) faciəsi
üzərində işləyirdi və bu yaradıcılıq prosesi uzun çəkib. Həmin tamaşa ilk dəfə 1936-cı il martın 15-
də göstərilib. Rəssamın Mixail Tixomirov, rejissor assistentinin Şəmsi Bədəlbəyli olduqları
"Maqbet" tamaşası teatrın Şekspir irsinə müraciətləri arasında layiqli yer tuta bilib. Tamaşanın əsas
ağırlığı Abbasmirzə Şərifzadənin (Maqbet), Mərziyə Davudovanın (Ledi Maqbet), Sidqi Ruhullanın
(Banko), Ələsgər Ələkbərovun (Maqduf) üzərlərinə düşürdü.
"Maqbet"dən sonra teatr daha bir monumental tamaşanı repertuarına daxil etdi. Mirzə Fətəli
Axundzadənin "Aldanmış kəvakib" povestinin motivləri əsasında Cananın səhnələşdirdiyi
"Şahnamə" dramına quruluşu İsmayıl Hidayətzadə, tərtibatı Rüstəm Mustafayev vermişdilər. May
ayının 28-də ilk tamaşası oynanılan əsərdə baş rolları Ələsgər Ələkbərov (Şah Zeyr), Rza Əfqanlı
(Şahrux xan), Sidqi Ruhulla (Xacə Mübarək), Abbasmirzə Şərifzadə və Möhsün Sənani (Gülab
Şirzad), Ağasadıq Gəraybəyli (Mirzə Yusif), Mərziyə Davudova və Qəmər Topuriya (Səlimə xanım)
ifa ediblər.
Bundan sonra Aleksandr Tuqanov Nobel mükafatı laureatı, Belçhca dramaturqu Moris
Meterlinkin "Göy quş" (28 oktyabr) dramını hazırlayıb. Pyesi İsmayıl Hidayətzadə tərcümə edib və
rəssamlığı Mixail Tixomirov, musiqi tərtibatçılığını İlya Sats ediblər. Milli səhnəmizin ilk travesti
(oğlan rolu oynayan) aktrisası Barat Şəkinskayanın oynadığı Tiltil, Sidqi Ruhullanın Baba və
Nataliya Lizinanın Nənə rolları maraqla baxılıb və rəğbətlə qarşılanıb.
Gələcəyin dahi rejissoru Ədil İsgəndərov bu il yanvarın 3-də Aleksandr Korneyçukun
"Platon kreçet" dramını "Polad Qartal" adı ilə, Ülvi Rəcəblə Mustafa Mərdanovun tərcüməsində
diplom tamaşası kimi hazırlayıb. Tamaşanın rəssamı Mixail Tixomirov, bəstəkarı Niyazi, rejissor
assistenti Fərəc Süheyli idilər. Əsas rolları isə Ülvi Rəcəb (Polad Qartal), Barat Şəkinskaya (Şəfiqə),
Mərziyə Davudova və Sona Hacıyeva (Nərgiz), Mirzağa Əliyev və Mustafa Mərdanov (Loğman)
oynayıblar.
Aleksandr Tuqanovun təşəbbüsü ilə Cəfər Cabbarlının "Almaz" (5 oktyabr. Rəssam Nüsrət
Fətullayev, bəstəkar Əfrasiyab Bədəlbəyli. Almaz - Sona Hacıyeva, Mirzə Səməndər -Mirzağa
Əliyev və Abbasmirzə Şərifzadə, Şərif - Möhsün Sənani. Hacı Əhməd - Əli Qurbanov) dramının
quruluşu gənc Ağəli Dadaşova və Jan Batist Molyerin "Kələkbaz Skapen" ("Skapenin kələkləri". 5
dekabr. Tərcüməçi İsmayıl Hidayətzadə, rəssam Nüsrət Fətullayev. Skapen - İsmayıl Hidayətzadə,
Arqant - Məmmədəli Vəlixanlı, Jeront - Mirzağa Əliyev, Oktav - Dadaş Şaraplı və Yunis
Nərimanov) komediyasının rejissorluğu Rza Darabhya tapşırılmışdı.
1937. Milli Dram Teatrının 1937-ci ildə ən böyük sənət qələbəsi Vilyam Şekspirin "Romeo
və Cülyetta" məhəbbət dramının tamaşası olub. Pyesi Əhməd Cavad tərcümə etmiş, onu tamaşaya
rejissor Aleksandr Tuqanov, rəssam Mixail Tixomirov, musiqi tərtibçisi Saveli Ayzen
hazırlamışdılar. İlk tamaşa yanvarın 14-də göstərilib və əsas rolları Barat Şəkinskaya (Cülyetta) və
Ülvi Rəcəb (Romeo) böyük şövqlə, lirik-poetik vüsətlə oynayıblar. Cülyetta rolunda Sona Hacıyeva
və Fatma Qədri də çıxış ediblər. Aktyorlardan Sidqi Ruhullanın (Eskal), Mustafa Mərdanovun
(Kapuletti), Qəmər Topuriyanın (Sinyora Kapuletti), Abbas Rzayevin (Montekki), Nataliya
Lizinanın (Sinyora Montekki), Ağasadıq Gəraybəylinin (Lorenso), Musa Hacızadənin (Paris), Yeva
Olenskayanın (Cülyettanın dayəsi), Rza Əfqanlının (Merkusio), Ələsgər Ələkbərovun (Tibalt)
oyunları yüksək sənətkarlıq səciyyələri daşıyırdılar.
Aleksandr Tuqanovun quruluşunda Aleksandr Puşkinin "Dubrovski" (23 fevral.
Tərcüməçilər Ülvi Rəcəb və Mustafa Mərdanov) pyesinin tamaşası güclü aktyorlar Abbasmirzə
Şərifzadənin Dubrovski), Fatma Qədrinin və Nəzirə Əliyevanın (Maşa), Sidqi Ruhullanın
(Troyekurov), Mustafa Mərdanovun (Anton Sitsin), Əli Qurbanovun (Arxip) iştirakiarına
baxmayaraq, "Romeo və Cülyetta" qədər uğur qazana bilməyib. Bu baxımdan İsmayıl
Hidayətzadənin "1905-ci il" (3 noyabr) dramına verdiyi quruluş da rejissorun əvvəlki son iki ildəki
işləri ilə müqayisədə zəif görünürdü.
Sənət nailiyyətləri baxımından ilin ikinci hadisəsi Mirzə İbrahimovun eyniadlı pyesi əsasında
Ədil İsgəndərovun hazırladığı "Həyat" tamaşası oldu. Premyerası aprelin 28-də oynanılan "Həyat"
tamaşasının tərtibat rəssamı Nüsrət Fətullayev, geyim rəssamı İsmayıl Axundov, bəstəkarı Səid
Rüstəmov idi. Əsas rolları isə Mərziyə Davudova (Həyat), Ələsgər Ələkbərov (Akif), Rza Əfqanlı
(Abbas), Sona Hacıyeva, Barat Şəkinskaya və Fatma Qədri (Atlas), Mustafa Mərdanov (Həsənov),
Ülvi Rəcəb (Süleyman), Dadaş Şaraph (Pardon Qurbanəli), Ağasadıq Gəraybəyli (Məşədi Hüseyn)
oynayıblar.
SSRİ-də, o cümlədən də Azərbaycanda başlayan repressiya nəticəsində 1937-ci idə
dramaturq Hüseyn Cavidin, tərcüməçi Əhməd Cavadın, aktyorlardan Abbasmirzə Şərifzadənin, Ülvi
Rəcəbin, Panfiliya Tanailidinin tutulmaları, Mirzağa Əliyevin, Möhsün Sənaninin, Fatma Qədrinin
bir müddət teatrdan uzaq düşmələri nəticəsində kollektivin yaradıcılıq iqlimində zəifləmə başlayıb.
Bir sıra tamaşalar repertuardan çıxarılıb.
Aleksandr Tuqanov 1937-ci il mart ayının 4-də baş rejissorluqdan istefa verib. İncəsənət
işləri idarəsmin əmri ilə teatrda baş rejissor vəzifəsi ləğv olunub və bədii rəhbər vəzifəsi ilə
əvəzlənib. Həmin vəzifənin funksiyasının icrası müvəqqəti olaraq gənc rejissor, ötən il Moskvada ali
təhsilini başa vurub təyinatla Bakıya göndərilən Ədil İsgəndərova tapşırılıb.
|