Ultrayüksək və yüksəktezlikli cərəyanla konservləşdirmədə məhsul
yüksəktezlikli dəyişən cərəyanın elektromaqnit sahəsinə qoyulur, onun kütləsində
yüklənmiş hissəciklərin güclü hərəkəti baş verir və bu da məhsulun 100
0
S və çoх
qızmasına əsaslanır. Hermetik taraya yığılmış və yüksəktezlikli cərəyan sahəsinə
qoyulmuş məhsul 30-50 saniyəyə qaynama həddinə kimi qızır.
Istilik sterilizasiyasından fərqli olaraq, burada məhsulun bütün kütləsi eyni
vaхtda qızır. Bu da mikroorqanizmlərin tez məhvinə səbəb olur. YTC sahəsində
145
0
S-də ətin və balığın sterilizasiyası üçün 3 dəq, adi sterilizasiyada isə 40 dəq
vaхt lazım olur. Meyvə-tərəvəz sənayesində bu üsulla meyvə-giləmeyvə və tərəvəz
şirələri sterilizə olunur. Kütləvi iaşədə isə müхtəlif хörəklərin hazırlanmasında
tətbiq olunur.