Duzla konservləşdirmə zamanı məhsulda duzun qatılığı 8-14%, şəkərlə
konservləşdirmədə isə şəkərin qatılığı 65%-dən az olmamalıdır. Duzlamadan hələ
qədim vaхtlardan istifadə edilir. Bu üsulla ət, balıq, tərəvəzlər, duzluqda yetişən
pendirlər və s. üçün tətbiq olunur. Duzlanmış məhsul qida dəyərinə görə təzə
məhsuldan geri qalır. Çünki, duzlama zamanı suda həll olan maddələrin bir hissəsi
duzluğa keçir, dadı və tamı pisləşir. Duzlanılmış siyənək və qızıl balıqlarda isə
əksinə olaraq məhsulun dad-tam keyfiyyəti yaхşılaşır.