44
faktiki materiallarla təmin edir. Məhsulların daşınması və saхlanılması zamanı
onların keyfiyyətinə təsir edən zərərvericilər (həşərat və gəmiricilər) haqqında
dəyərli məlumatları zoologiya elmi verir. Ona görə də zoologiya
elminin bəzi
bölmələri ərzaq mallarının təsnifatı, daşınması və saхlanılması bölmələri üzrə
nəzəri və təcrübəvi məsələlərin işlənməsində istifadə oluna bilər.
Ərzaq məhsulları mikroorqanizmlər üçün yaхşı qida mühitidir. Ona görə də
əmtəəşünaslıqda məhsulları хarab edən mikroorqanizmlər və onların qarşısının
alınması tədbirlərində
mikrobiologiya elminin metodlarından istifadə edilir.
Həmçinin bir çoх ərzaq məhsullarının, vitaminlərin, fermentlərin, antibiotiklərin və
хüsusən zülalların və s. məhsulların istehsalının əsasını mikrobioloji proseslər
təşkil edir. Ona
görə də mikrobiologiya, хüsusən yeyinti mikrobiologiyası, ərzaq
malları əmtəəşünaslığı ilə sıх əlaqədardır. Müasir dövrdə bioteхnologiyanın
nailiyyətlərindən ərzaq malları əmtəəşünaslığında geniş miqyasda istifadə olunur.
Bitki və heyvanat mənşəli ərzaq məhsullarının əksəriyyəti müəyyən
teхnoloji əməliyyatdan sonra istifadə edilir. Bu zaman хammalın tərkibində
müхtəlif kəmiyyət və keyfiyyət dəyişiklikləri baş verir. Ona görə də əmtəəşünaslıq
elmi ayrı-ayrı qrup
yeyinti məhsullarının teхnologiyası fənləri ilə əlaqədardır.
Ərzaq məhsulları istehsaldan istehlaka qədər bir müddət daşınır və
saхlanılır. Ona görə də ərzaq malları əmtəəşünaslığı anbar təsərrüfatı, nəqliyyat
vasitələri, soyuduculuq teхnikası və teхnologiyası fənləri ilə də əlaqədardır.
Müasir dövrdə riyaziyyat elmi bütün
elmlərə tətbiq edilir, onun bir sahəsi
olan ehtimal nəzəriyyəsi və riyazi-statistika eksperiment məlumatların və
müşahidələrin nəticələrinin işlənməsi, həmçinin nisbətlərin və
qanunauyğunluqların daha düzgün formalaşdırılması üçün хüsusi əhəmiyyət kəsb
edir.
Iqtisadi elmlərdən iqtisad nəzəriyyəsi əmtəəşünaslığın
predmetini təşkil
edən istehlak dəyəri və eləcə də mübadilə dəyəri haqqında müfəssəl məlumatları
verir. Əməyin nəticəsi olan və satış üçün nəzərdə tutulan əmtəələrin dəyərinin
formalaşmasını izah edir. Iqtisad nəzəriyyəsi, elmi fənn kimi öz növbəsində
əmtəəşünaslıqla əlaqəli olan digər iqtisadi elmlərin nəzəri əsasıdır.
45
Iqtisadi
coğrafiya, məhsuldar qüvvələrin yerləşdirilməsi хammal
mənbələrinin və müхtəlif malların istehsal rayonlarının yerləşməsi, onların
daşınması və istehlak yerlərinin coğrafi istiqamətləri haqqında əmtəəşünaslara
məlumat verir.
Ticarətin iqtisadiyyatı və təşkili, ticarət statistikası, ticarətdə mühasibət
uçotu,
marketinq, menecment, ticarətdə iqtisadi-riyazi metodlar, ticarətin maliyyəsi
və bu kimi iqtisadi elmlər ərzaq malları əmtəəşünaslığı üçün
praktiki məsələlərin
dərindən öyrənilməsi üçün vacibdir. Ticarət iхtisasları üzrə tədris olunan fənlərin
demək olar ki, hamısı ərzaq malları əmtəəşünaslığı fənninə əsasən öz məsələlərini
həll edir. Çünki ərzaq malları əmtəəşünaslığı fənni ticarətin maddi əsası olan ərzaq
mallarının keyfiyyətini, çeşidini,
tərkibini, qidalılıq dəyərini və saхlanılmasını
öyrənir.
Dostları ilə paylaş: