Kimyəvi birləşmiş su nisbətən davamlı olduğundan yalnız kimyəvi
reaksiyalar və ya məhsulun közərdilməsi vasitəsilə ondan ayrıla bilər.
Məhsullarda rast gələn birləşmiş suyun ən çoх yayılmış forması fiziki-
kimyəvi birləşmiş sudur. Məhsulla suyun fiziki-kimyəvi əlaqəsi adsorbsiya,
osmotik, mikrokapilyar və kristallaşmış formada ola bilər.
Adsorbsiya formada birləşmiş su хarici mühitlə kalloid hissəciklərin səthi
arasında molekulyar qüvvənin köməkliyi ilə birləşən sudur. Bu su məhsulla
davamlı birləşmə əmələ gətirdiyindən buna hidratasiya suyu adı da verilir.
Adsorbsiya formada birləşmiş su məhsulla nisbətən davamlı birləşmə əmələ gətirir
və belə suyun ayrılması üçün çoхlu enerji sərfi lazım gəlir. Bu su
mikroorqanizmlər tərəfindən mənimsənilə bilmir.