58
Makroelementlərdən
orqanizm üçün Ca, Mg, P,
K və Fe əhəmiyyəti
böyükdür.
Kalsium (Ca) duzları sümük toхumasında ehtiyat şəklində yerləşir və
sümüyün əsasını təşkil edir. Yaşlı insan orqanizmində 2 kq-dan artıq
kalsium
duzları olur. Insan orqanizminin kalsium duzlarına qarşı gündəlik tələbatı bədən
çəkisinin hər kq-da 10 mq, uşaqlarda isə 50 mq-dır.
Qidalanma üçün kalsiumun
yüksək keyfiyyətli mənbəyi süddür. 500 ml süd və ya 100 q pendir yaşlı insanın
kalsiuma olan sutkalıq tələbini ödəyir.
Kalsium birləşmələri, CaCl
2
istisna olmaqla,
suda çətin həll olduğundan
orqanizmdə pis mənimsənilir. Kalsiumun orqanizmdə mənimsənilməsi qidanın
tərkibində fosfor, yağ, maqnezium birləşmələri və D vitamini olmasından asılıdır.
Ərzaq məhsullarında kalsiumun miqdarı mq%-lə belədir: arıq mal əti – 7;
yumurta – 54; süd – 118; pendir – 930; kəsmik – 140; vələmir yarması – 65;
buğda
unu – 15; düyü – 9; alma – 7; portağal – 45; qoz ləpəsi – 89; çuğundur – 29; gül
kələm – 89; ağbaş kələm – 45; yerkökü – 56; kartof – 14.
Süd və süd
məhsullarında, eləcə də meyvə-tərəvəzlərdə olan
kalsium orqanizmdə asan
mənimsənilir.
Dostları ilə paylaş: