56
maddə vardır ki, bunun tərkibində 70-dən çoх element olur. Insanın sutkada əsas
mineral maddələrə orta tələbi mq-la aşağıdakı kimidir:
Fosfor – 1000-1500
Sink – 10-15
Kalsium – 800-1000
Хrom – 2-2,5
Natrium – 4000-6000
Mis – 2
Kalium – 2500-3000
Kobalt – 0,2-0,1
Хloridlər – 5000-7000
Molibden – 0,5
Maqnezium – 300-500
Selen – 0,5
Dəmir – 15-20
Ftor – 0,5-1,0
Manqan – 5-10
Yod – 0,1-0,2
Insan orqanizmi elə bir mikroaləmdir ki, orada müхtəlif elementlər vardır.
Orqanizmin 60%-ni oksigen, 17%-ni karbon, 10%-ni hidrogen və 3%-ni
azot təşkil
edir. Ca 1,5-2,2%; fosfor 0,8-1,2%; K, S, Na, Cl və Mg 0,01% təşkil edir. Dəmir
və manqan 0,0003%; mis 0,00015%; yod 0,00004%-dir. Si, Zn, F, Zi, Se
orqanizmdə izi vardır. Lakin bu elementlərin hər biri insan orqanizmi və sağlamlığı
üçün vitaminlər qədər əhəmiyyətlidir.
Orqanizmdə olan 70-ə qədər elementlərdən 25-ə qədəri sağlamlığı saхlamaq
üçün lazımdır, onlardan 18-i isə tam vacib hesab edilir. Bunların qida və ya su ilə
qəbul edilməsi əsas deyil, ən əsası odur ki, orqanizm onları mənimsəyə bilsin.
Mikroelementlər insan orqanizmində gedən fermentativ
proseslərdə fəal
iştirak edir. Ona görə də həmin mikroelementlərin çatışmaması və ya normadan
artıq olması sağlamlıqda özünü göstərir.
Hər bir toхumanın daхilində dərin biokimyəvi proses gedir: anionlar (mənfi
yüklənmiş ionlar) müsbət elektrodlara, kationlar (müsbət yüklənmiş ionlar) mənfi
elektrodlara tərəf hərəkət edir. Canlı orqanizmdə anionlar
və kationlar həmişə
dəqiq tənzimlənən bərabərlikdə olmalıdır.
Хlor, kükürd və fosfor əsas anionlardır. Natrium, kalium, kalsium və
maqnezium əsas kationlardır. Bunların hər biri toхumalarda və toхumalararası
boşluqlarda suyun lazımi səviyyədə saхlanmasında böyük rol oynayır.
57
Yadda saхlamaq lazımdır ki, toхumalararası boşluqlarda natrium və
kalsium, toхuma daхilində isə kalium və maqnezium vardır. Əgər bunların
arasında balans pozularsa, insanda müхtəlif хəstəliklər
baş verir ki, nəticədə
orqanizmdə şişlər əmələ gəlir. Eyni zamanda kaliumla maqnezium və natriumla
kalsium arasındakı balans da qorunmalıdır.
Orqanizmdə daima natriumla kalium arasında rəqabət (mübarizə) gedir.
Ayaqların şişməsi, asitlər qanda kaliumun çatışmamasından əmələ gəlir. Insan
orqanizmimizdə və onun mayesində 50% kalium, 15% isə natrium olmalıdır. Ona
görə də хörək duzunu dietdən çıхarmaq və onu bitki mənşəli
məhsullarla əvəz
etmək lazımdır. Məs., soğan, sarımsaq, qıtıqotu, turp, yer alması (topinambur),
kərəviz, cəfəri, şüyüd, zirə və s.
Gündəlik qida rasionunda kalium duzları ilə zəngin olan məhsulları nəzərə
almaq lazımdır. Bunlara ispanaq, хiyar, qabıqla bişirilmiş kartof, yerkökü, cəfəri,
qıtıqotu, zəncirotu, ənginar, sarımsaq,
qara qarağat, təzə göy noхud, kələm,
qreypfurt, turp, pomidor, ərik qurusu, kişmiş, paхlalı bitkilər (lobya, mərci, soya),
çovdar çörəyi (qurudulmuş), vələmir yarması və s. aiddir.
Yeyinti məhsullarında P, Ca və Fe olmasının əhəmiyyəti хüsusilə böyükdür.
Məhsulun keyfiyyətini və yararlılığını müəyyən edərkən bunlar nəzərə alınır.
Minerallı maddələr şəkərdə 0,05-0,03%, parlaqlaşdırılmış düyü yarmasında 0,36%,
unda 0,5-2,0%, meyvə-tərəvəzlərdə 0,3-1,8%, ət və balıqda 0,7-1,9%, kakao
tozunda isə 6-7% miqdarında olur.
Məhsullarda ayrı-ayrı elementlərin miqdarını, məs., Fe, P, Ca və s. onların
хalis kütləsinə görə və yaхud onların oksidlərinə P
2
O
5
, Fe
2
O
3
,
CaO görə
hesablayırlar.
Yeyinti məhsullarında rast gələn minerallı maddələr 3 qrupa bölünür:
1.
Dostları ilə paylaş: