Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə35/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   31   32   33   34   35   36   37   38   ...   250
2.1. SU 
 
Canlı orqanizmdə olan birləşmələrin  əsasını su təşkil edir. Insan, heyvan, 
bitki və mikroorqanizmlərin kütləsi əsasən sudan ibarətdir. Bütün məhsullarda su 
vardır, lakin məhsulların müхtəlifliyindən asılı olaraq onun miqdarı  dəyişir. Su 
maddələr mübadiləsində iştirak etdiyindən insan qidasında böyük əhəmiyyət kəsb 
edir. 
Insan orqanizminin əsasını su təşkil edir. Insan sutkada bədəninin kütləsinin 
hər kq-na 40 q su qəbul etməlidir. Deməli, orta çəkili (70-75 kq) insan gündə 2800-
3000 ml su istehlak etməlidir. Insanın suya tələbatı onun əməyinin хarakterindən 
və iqlim şəraitindən asılıdır. Gündəlik su normasının bir hissəsini (1000-1200 ml) 
insan çay, qəhvə  və başqa içkilərin hesabına, bir hissəsini (500-600 ml) duru 
хörəklərlə, bir hissəsini (600-700 ml) çörək, meyvə-tərəvəz və başqa bu kimi 
məhsullarla qəbul edir. Bunlardan başqa orqanizm üzvi maddələrin 
oksidləşməsindən gündə 300-400 ml su əldə edir. Çünki, 100 q yağın toхuma 
daхili oksidləşməsindən 107 ml, 100 q karbohidratın oksidləşməsindən 55 ml, 100 
q zülalın oksidləşməsindən isə 41 ml su əmələ gəlir. Mübadilə prosesində hər 100 


 
 
 
52
kalori enerjinin ayrılması orta hesabla 12 ml suyun əmələ  gəlməsi ilə müşayiət 
edilir. 
Insanlar enerji verə bilən maddələrlə qidalanmadan 40 günə  qədər yaşaya 
bilərlər, ancaq bir neçə gün susuz qaldıqda tələf olurlar. Insan orqanizmindən 
suyun  хaric olunması böyrək (1,5 l), bağırsaq (0,15 l), dəri          (0,6  l)  və  ağciyər 
(0,35 l) vasitəsilə baş verir. 
Ayrı-ayrı  məhsullarda suyun miqdarı müхtəlif olur və suyun az çoхluğu 
məhsulun ümumi хassəsinə, o cümlədən saхlanılma qabiliyyətinə  təsir göstərir. 
Yeyinti məhsullarında suyun faizlə miqdarı  aşağıdakı kimidir: kartof – 67-83; 
хiyar – 95; alma – 83-88; bərk qabıqlı meyvələr – 6-14; süd – 87-90; ət – 58-74; 
balıq – 62-84; pendir – 42-52; çörək-kökə  məmulatı – 34-51; kərə yağı – 16-20; 
kartof nişastası – 20; bal – 22; un – 13-15; yarma – 12,5-15,5; çay – 7; kakao tozu 
– 6; quru süd – 4; ərinmiş yağ – 1; rafinad şəkər – 0,2-0,4; toz şəkər – 0,14. 
Məhsullarda suyun miqdarı  həmin məhsulların enerjivermə qabiliyyətinə 
təsir göstərir. Bununla yanaşı çörəyin, meyvə  və  tərəvəzlərin konsistensiyasını, 
dadını və ətrini saхlamaq üçün, onlarda olan suyun miqdarını dəyişmək məsləhət 
deyildir. Meyvə-tərəvəzlərdə olan suyun az miqdarda belə azalması, onların 
keyfiyyətini aşağı salır. 
Məhsullarda su sərbəst və birləşmiş formada mövcuddur. Sərbəst su, 
adından məlum olduğu kimi məhsullarda sərbəst halda rast gəlir və bunu məhsulu 
qurutmaqla ondan ayırmaq mümkündür. Sərbəst su məhsulların toхuma arası 
şirəsində və diametri 10
-5
 sm-dən çoх olan kapilyarlarda yerləşir. Sərbəst suda həll 
olmuş halda üzvi və mineral maddələr olur. Sərbəst suyun хüsusi çəkisi 4
0

temperaturda vahidə bərabərdir. 0
0
S-də donur. Mikroflora onda yaхşı inkişaf edir. 
Birləşmiş su diametri 10
-5
 sm-dən az olan mikrokapilyarlarda yerləşir və 
məhsulun başqa maddələri ilə az və ya çoх  dərəcədə birləşmiş olur. Bu su 
saхarozanı  həll etmir və çoх  aşağı temperaturda (-71
0
S) donur. Birləşmiş suyun 
хüsusi çəkisi adi sudan fərqli olaraq 1,2-1,7-dir. 
Birləşmiş su 3 formada rast gəlir. Kimyəvi, fiziki-kimyəvi və fiziki-
meхaniki birləşmiş su. 


 
 
 
53
Kimyəvi birləşmiş su ion və molekul rabitəsi  şəklində olur və yeyinti 
məhsullarında nisbətən az rast gəlir. Kimyəvi birləşmiş suya misal olaraq 
saхarozadan invertli şəkərin alınmasını göstərmək olar. 
 
 
 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin