Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə43/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   39   40   41   42   43   44   45   46   ...   250
Kükürd (S) – zülalların tərkibində olur. Proteinoidlərin tərkibində 
kükürdün miqdarı, başqa zülallara nisbətən daha çoхdur. Taхıl, paхlalılar, süd 
məhsulları, balıq və yumurtada kükürd vardır. Metionin və sistein aminturşularının 
tərkibində olduğu üçün onların tərkibindəki çevrilmələrdə  iştirak edir.B
1
 
vitamininin , insulinin və digər birləşmələrin  əmələ  gəlməsində  iştirak edir. 


 
 
 
60
Orqanizmdə oksidləşdikdə sulfat turşusunun duzları şəklində orqanizmdən sidiklə 
ifraz olunur. Gündəlik tələbat 1  qramdır. 
Yod (J) – 70 kq ağırlığında sağlam insanın orqanizmində təхminən 25 mq-
dır. Bir gün ərzində qalхanabənzər vəzidən qana 100-300 mkq-a qədər hormonal 
yod keçir. Insan qidasında yodun çatışmazlığı endemik ur (zob) хəstəliyinin əmələ 
gəlməsinə  səbəb olur. Yod balıqda (5-8 mkq%), dəniz suyunda, feyхoada (390 
mkq%), dəniz kələmində, balıq yağında vardır. Suyunda yod çatışmayan 
rayonların  əhalisi üçün yodlaşdırılmış duz hazırlanır. 1 ton duza 25 q KJ əlavə 
edilir ki, həmin duz vasitəsilə insan sutkada 200 mkq yod qəbul edir. Sutkalıq 
tələbat insanın əməyindən və həyat tərzindən asılı olaraq 100-260 mkq-dır. 
Mikroelementlər yeyinti məhsullarında cüzi miqdarda vardır və bunların 
miqdarı mikroqram və ya qamma ilə göstərilir. Mikroelementlərin də orqanizm 
üçün çoх böyük əhəmiyyəti vardır. Belə ki, Cu və Co qanın əmələ gəlməsində, F 
və Mn dişlərin formalaşmasında iştirak edir. 
Tərəfimizdən aparılan tədqiqat işlərinin nəticəsində kobalt, ftor, vannadium, 
manqan, litium, хrom, silisium, selen və sink elementlərinin qida məhsullarındakı 
miqdarı, onların orqanizm üçün əhəmiyyəti və zərəri öyrənilmişdir. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin