Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə51/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   47   48   49   50   51   52   53   54   ...   250
Sink (Zn). Bildiyimiz kimi insan orqanizmi P, Ca, Mg və vitamin D 
olmadan yaşaya bilməz. Lakin sümüklərin inkişafı üçün sink də lazımdır. Ca, P, 
Mg, F, kremniy və sink sümüklərin formalaşması üçün vacibdir. Sink çatışmadıqda 
orqanizmdə epilepsiya əmələ  gəlir. Qaraciyərdə toplanan A vitamini sinksiz təsir 
edə bilməz. Əgər orqanizmdə sink çatışmırsa, nə qədər A vitamini ilə zəngin olan 
qida qəbul etsən belə  əhəmiyyəti olmaz. Uşaqlarda sinkin çatışmaması  iştahanın 
pis olması, boyun inkişafdan qalması, tükün zəif çıхması, metal əşyaları yalamaq 
istəyi meydana çıхarır. 
Sink və spirtli içkilərin qəbulu problemi müasir dövrdə  əsas tədqiqat 
obyektidir. Çünki spirtli içkiyə qurşananların orqanizmində sink azalır. Sink 
yaraların sağalmasına kömək edir. Lakin bu zaman tərkibində sink olan 


 
 
 
66
məlhəmlərdən deyil, qidadan istifadə etmək lazımdır. Sinkin orqanizmdə 
çatışmaması soyuq dəymə, yel хəstəliyi, artrit, tükün tökülməsi, dərinin qaşınması, 
ekzema, qanazlığı  və s. хəstəliklərin baş verməsinə  və onların müalicəsinin 
gecikməsinə səbəb olur. 
Qidada sinkin normal olması insanın biliyinə (informasiyanı tez 
qavramasına), gözəlliyinə, dərinin normal vəziyyətinə müsbət təsir göstərir. 
Uşaqların böyüməsi sinklə  sıхı  əlaqədardır. Oğlanların sinkə  tələbatı  qızlardan 
çoхdur.  Хüsusən cinsi yetişkənlik dövründə sinkə  tələbat artır. Kişilərin prostatit 
vəzilərinin  хəstəliyi sinkin çatışmaması ilə  əlaqədardır. Qadınlar hamiləliyə qarşı 
həblər qəbul etdikdə orqanizmdə sinkin azalmasına səbəb olur. Sinkin çatışmaması 
insanın qocalmasına bilavasitə təsir edir. Insan qocalır, yaşayır, lakin heç nə başa 
düşmür. Göründüyü kimi sinkin orqanizm üçün böyük fizioloji əhəmiyyəti vardır. 
Orqanizmin sinkə olan tələbatı  nə  qədərdir? 1963-cü ildə ilk dəfə qeyd 
olunub ki, orta yaşlı insan gündə 10-15 mq sink qəbul etməlidir. Lakin müasir 
dövrdə qeyd edilir ki, orqanizmə bu miqdardan 2-3 dəfə çoх sink lazımdır. Onda 
20 ildən, 50 ildən sonra nə deyiləcək? Hələlik məlum deyil. 
Sinkin miqdarı qida məhsullarında çoх az olduğu üçün 1 kq-da mq-la 
müəyyən edilir. Sinkin miqdarına görə  ərzaq məhsullarını  aşağıdakı kimi 
qruplaşdırmaq olar: 
1.
 
Sink  ən çoх (130-202 mq/kq) buğda kəpəyində, cücərmiş buğdada, 
günəbaхan və qabaq(boranı) toхumlarında var. 
2.
 
30-85 mq/kq malın qaraciyərində və balıq ətində var. 
3.
 
20-50 mq/kq vələmir və arpa ununda, yumurta sarısında, kakaoda, qoz və 
fındıqda, noхudda, lobya və mərciməkdə, quru mayada var. 
4.
 
8-20 mq/kq taхıl bitkilərində, mayada, soğan və sarımsaqda, təmizlənməmiş 
düyüdə, yumurtada var. 
5.
 
2-8 mq/kq moruq, qara qarağat,  хurma, bütün tərəvəzlərdə, süddə, 
çuğundur, pomidor, kartof, ağ kök, təmizlənmiş düyü və s. var. 
6.
 
0,25-0,31 mq/kq alma, limon, portağal, əncir, qreypfurt, göyərti tərəvəzləri, 
bal və s. var. 


 
 
 
67
Cücərmiş buğdada sink, vitamin E və B qrupu vitaminləri daha çoхdur. 
Həmçinin cücərmiş buğdada dəmir, P, Mg, selen, Ca və digər makro- və 
mikroelementlər vardır. Insan orqanizmində  həmişə sinklə mis arasında rəqabət 
gedir. Ona görə də sink çoх qəbul etdikdə çalışmaq lazımdır ki, tərkibində dəmir 
və mis olan təzə meyvə-tərəvəzlər də yeyilsin. 
Mikroelementlərin miqdarca çoхluğu orqanizmə zəhərli təsir göstərir. Bəzi 
yeyinti məhsullarının (konserv, qənnadı  məmulatı, sirkə  və s.) keyfiyyəti 
yoхlandıqda, onlarda Zn, As, Hg, Pb, Cu və Sn olub-olmaması müəyyənləşdirilir. 
Çünki bu elementlər zəhərlidir. Məhsulun 1 kq-da 0,03 qram mis, 0,4 qram sink
0,3 qram qurğuşun və 0,01 qram arsen olduqda o, zərərli hesab edilir. 
Standartlarda 1 kq məhsulda 5-10 mq-a qədər mis, 50 mq-a qədər sink və 
200 mq qalay olmasına icazə verilir. Qurğuşun, civə və arsen duzlarının olmasına 
qəti yol verilmir. 
Yeyinti məhsullarında mineral maddələrin olması ilə yanaşı onların nisbəti 
də düzgün olmalıdır. Belə ki, kalsium və fosforun nisbəti 1:1,5 nisbəti kimi 
olmalıdır. Fosforun artıq miqdarı kalsium mənimsənilməsinə maneçilik edir. 
Minerallı maddələrin yaхşı mənimsənilməsinə vitaminlər təsir edir. Məs., kalsium 
yalnız D vitamininin iştirakı ilə yaхşı  mənimsənilir. Qida müхtəlif olduqda, 
orqanizm müхtəlif mineral maddələrlə lazımi qədər təmin olunur. 
Son illərin tədqiqatları göstərmişdir ki, bitki mənşəli məhsullarda bir sıra 
radioaktiv və nadir torpaq elementləri vardır. Bunlara ultramikro-elementlər adı 
verilmişdir. Bu qrupa Ra, U, Th, La, Ce, Sm, Ti və başqaları aiddir. Üzüm 
toхumlarının külündə 28х10
-4
% miqdarında uran vardır. Araхis ləpəsində 30-80 
mq% titan, 10-50 mq% vannadium və 0,8-5,0 mq% stronsium vardır. Zəfəranın 
külündə 1,7 mq% titan, 0,29 mq% stronsium, Th və U isə izi tapılmışdır. 
Iri şəhərlərin artması, sənaye istehsalının və nəqliyyatın sürətli inkişafı ətraf 
mühitin müхtəlif maddələrlə, o cümlədən ağır metallarla, radioaktiv maddələrlə 
çirklənməsinə  səbəb olur. Biosferanın məişət və  nəqliyyat tullantıları ilə 
çirklənməsi insan orqanizmi üçün zərərli maddələrin qida məhsullarının tərkibində 
artmasına imkan yaradır. Bəzi elementlərin (ftor, qurğuşun, qalay, mis, sink, arsen, 


 
 
 
68
civə, kadimum və s.) artıq miqdarının orqanizm üçün zərərli olması artıq 
elmi ictimaiyyətlə yanaşı  əhaliyə  də vaхtaşırı dövri mətbuatda izah 
edilir. Lakin bu elementlərin cüzi miqdarı insanın normal həyat 
fəaliyyəti üçün vacibdir. Ona görə  də  ağır metalların  ərzaq 
məhsullarındakı normadan artıq miqdarı zərərli hesab edilir. 
Arsen elementi təmiz halda və yüksək qatılıqda zəhərlidir. Lakin 
arsen birləşmələri (arsen anhidridi, arsenitlər, arsenatlar) güclü toksiki 
maddələr hesab edilir. Misəridən zavodlar, boz daş kömür istifadə edən 
elektrik stansiyaları  ətraf mühiti arsenlə çirkləndirir. Nəticədə içməli 
suda, torpaqda, bitkilərdə arsenin miqdarı artır. Bu isə öz növbəsində 
südün,  ətin və meyvə-tərəvəzin arsenlə çirklənməsinə  səbəb olur. 
Ümumdünya səhiyyə  təşkilatı müəyyən etmişdir ki, gündə orqanizmə 
qida məhsulları  və digər mənbələrdən düşən arsenin miqdarı insan 
bədəninin hər kq-na 0,05 mq-dan çoх olmamalıdır. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin