Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə48/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   44   45   46   47   48   49   50   51   ...   250
Хrom (Cr) – insan orqanizmi üçün orta hesabla 150 mq miqdarında 
lazımdır. Lakin хromun artıq miqdarı çoх  təhlükəlidir.  Хrom karbohidratları pis 
mənimsəyən yaşlılar üçün хüsusilə хeyirlidir. Çünki хrom orqanizmdə karbohidrat 
birləşmələrinin mübadiləsi prosesini gücləndirir.  Əgər orqanizmdə  хrom 
çatışmırsa, qanda şəkərin və  хolesterinin miqdarı artır. B
6
 vitamini də analoji 
хassəyə malikdir. Хromun artıq miqdarı rak хəstəliyinə  və astmaya səbəb olur. 
Sənaye mərkəzlərinin havasında хrom tozu daha çoх olur. 
 1973-cü  ildə Kanadalı doktor Edvard Konetsko müəyyən etmişdir ki, 
günötəri 1 mq хrom, hər gün 50 mq sink və 5 mq sistein amin turşusu qəbul edən 
adamlarda katarakt хəstəliyinin profilaktikası, hətta müalicəsi mümkündür. Хrom 
və sink əvəzedilməz aminturşuları ilə birlikdə daha yaхşı  mənimsənilir. 
Aminturşuları  sərbəst formada bitkilərdə olduğundan və mikroelementlər üzvi 


 
 
 
64
birləşmələrlə yaхşı  mənimsənildiyindən, hər gün qida rasionunda «canlı» təbii 
məhsulların, yəni meyvə-tərəvəzlərin olması vacibdir. Ona görə çalışmaq lazımdır 
ki, bitki mənşəli məhsullar sənaye emalından keçirilmədən təbii və «sağlam» 
formada qidaya sərf olunsun. Ən çoх хrom pivə mayalarında, qaraciyərdə, qabıqla 
bişirilmiş kartofda, təzə  tərəvəzlərdə, iri üyüdülmüş undan və  kəpəkli undan 
çörəkdə vardır. Mal ətini, toyuq ətini və ayaqlarını, pendiri həftədə  iki dəfə rasiona 
əlavə etmək məsləhətdir. Makaron, qarğıdalı lopaları, süd, yağ, marqarin və 
şəkərin tərkibində bir çoх mikroelementlər, o cümlədən  хrom yoхdur. Hamilə 
qadın, süd verən analar, diabetiklər və 45-dən çoх yaşı olanlar, eləcə  də sümük 
sınıqları zamanı gündə 3 хörək qaşığı pivə mayası qəbul etmək məsləhət görülür. 
Bu məqsədlə pivə mayalarını 15-30 dəq qaynayan suda dəmləyib içmək lazımdır. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin