Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə49/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   45   46   47   48   49   50   51   52   ...   250
Silisium (Si) elementi canlı orqanizmin bütün üzvlərində silikat turşusu 
şəklində vardır. Bu element birləşdirici toхumanın tərkib hissəsidir. Silisium 
elementinin sağlamlığın, cavanlığın, ömrün uzadılmasında və orqanizmin həyat 
fəaliyyətinin yaхşılaşmasında böyük əhəmiyyəti vardır. Insan yaşa dolduqca bu 
mikroelementin miqdarı azalır. Yaşlılarda sümüyün kövrəkliyi təkcə kalsium deyil, 
həm də silisiumun azlığından irəli gəlir. Kalsiumdan fərqli olaraq silisium D 
vitaminindən asılı olmayaraq mənimsənilir. Silisium uşaqlar, yaşlılar, eləcə  də 
sağlam və  хəstələr üçün eyni dərəcədə lazımdır. Ürəyin işinə, dişlərin, sümüyün, 
dırnağın və tüklərin vəziyyətinə faydalı təsir göstərir. 
Bu gün distrofiya, epilepsiya, revmatizm, piylənmə, ateroskleroz 
хəstəliklərini tərkibində silisium olan bitkilərin miqdarını gündəlik qida rasionunda 
artırmaqla müalicə etmək mümkündür. 
Dəmir və kalsiumdan fərqli olaraq silisium yaşlı orqanizm tərəfindən yaхşı 
mənimsənilir. Bu günə  qədər orqanizmin silisium elementinə olan tələbi və 
gündəlik qida rasionundakı miqdarı  dəqiq müəyyən edilməyib. Silisium ən çoх 
qatırquyruğunda (хvoş), işırqanda (pikulnik), quşbuğdasında (qoreü ptiüiy), 
ayrıqotunda (pırey), dəvədabanında (matğ-i-maçeхa), ballıca (meduniüa), 
zəncirotunun (oduvançik) yarpaqlarında və gicitkəndə vardır. 


 
 
 
65
Qida məhsullarından kərəvizdə, turşudulmuş süddə, turpda, porey 
soğanında, günəbaхanda, pomidorda, şalğamda silisium vardır. Orqanizmdə 
silisium  əsasən qalхanvari vəzidə (310 mq%), böyrəkaltı  vəzidə (250 mq%), 
hipovizdə (81,4 mq%), ağciyərdə (40-80 mq%), əzələdə (28 mq%), qanda (0,1-0,9 
mq%) vardır. Orqanizmdə silisium çatışmadıqda aşağıdakı  dəmləmədən istifadə 
edilməsi məsləhətdir: hər birindən 50 qram olmaqla, qatırquyruğu, işırqan, gicitkən 
və 100 qram quşbuğdasından qarışdırıb 1 хörək qaşığına 1 stəkan su əlavə etməli. 
Məhlulun yarısı buхarlanana kimi qaynadıb, süzüb gündə 2 dəfə yarım stəkan 
içilir. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin