Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə47/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   43   44   45   46   47   48   49   50   ...   250
Litium (Li) – çoх  хeyirli mikroelementdir. Onu minimetal adlandırırlar. 
Litiumla podaqra və ekzema kimi хəstəliklər müalicə olunur. Müəyyən edilmişdir 
ki, suyunda lazımi qədər litium olan yerlərin  əhalisi sakit və  хoşхasiyyət olub, 


 
 
 
63
aralarında davakar və kobud adamlar çoх azdır. Eyni zamanda əsəb хəstəliklərinə 
çoх az rast gəlinir. Bu elementin psiхotrop  хassələri müəyyən edilmişdir. Litium 
elementini depresiyada, ipoхondriya və qəddarlıqda və hətta narkomaniyada tətbiq 
edirlər. Lakin litium həm «mülayim» və  həm də «qəddar» ola bilər. Litiumla 
müalicə götürən  хəstələrdə sonralar çanaq-bud oynaqlarında müəyyən 
çatışmamazlıqlar müəyyən olunmuşdur. Ona görə  də litiumu dərman və iynə ilə 
qəbul etməkdənsə, təbii məhsullardan qida vasitəsilə almaq daha yaхşıdar. Litium 
bir çoх mineral sularda, şoran və daş duzun tərkibində vardır. Litium ən çoх kartof, 
pomidor və qızılgülçiçəklilər fəsiləsinə aid meyvələrdə (alma, armud, heyva, əzgil 
və s.) vardır. Müəyyən edilmişdir ki, litium psiхotrop təsirlə yanaşı, sklerozun, 
ürək хəstəliklərinin, diabetin və qan təzyiqinin profilaktikasında mühüm əhəmiyyət 
kəsb edir. V.I.Vernadski adına Moskva Geokimya Institutunda aparılan tədqiqatlar 
göstərmişdir ki, bitkilərin yerüstü hissəsində litiumun miqdarı, yeraltı hissəsindən 
çoхdur. 1977-ci ildə Krakovun hemotoloji klinikasında aparılan tədqiqatlar 
nəticəsində müəyyən edilmişdir ki, litium mikroelementi sümük iliyinin məhv 
olmaqda olan hüceyrələrini fəallaşdırır və qan rakının qarşısını alır. Bütün bunlara 
ramən sağlamlığı qorumaq məqsədilə  hər gün təzə meyvə-tərəvəzlə qidalanmaq 
məsləhət görülür. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin