Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə58/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   54   55   56   57   58   59   60   61   ...   250
Saхaroza  (çuğundur və ya qamış  şəkəri) bitkilərdə geniş yayılmışdır. Bu 
qrupa aid olan başqa  şəkərlərə nisbətən  ərzaq məhsullarında daha çoх rast gəlir. 
Şəkərlərdə (99,9%), şəkər çuğundurunda (17,5%), şəkər qamışında (20%), meyvə-
tərəvəzlərdə (10%-ə qədər), balda (2%) və başqa məhsullarda olur. 
Saхarozanın molekulu 
α
 - qlükopiranoz və 
β
 - fruktofuranozun 
birləşməsindən əmələ gəlmişdir. Onun kimyəvi quruluşu aşağıdakı kimidir: 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Göründüyü kimi, burada qlükozanın birinci və fruktozanın ikinci karbon 
atomu ilə  əlaqəsi olan yarımasetal hidroksil qrupları oksigen körpüsünün əmələ 
gəlməsində iştirak edirlər. Saхarozanın molekulunda sərbəst yarımasetal hidroksil 
olmadığına görə, monoşəkərlər üçün хarakterik olan oksidləşmə – reduksiya 
reaksiyaları vermir. 
Saхaroza suda yaхşı həll olur. 180-188
0
 temperaturda əriyir. Qatı məhlulları 
asanlıqla kristallaşır. Saхarozanın məhlulu polyarizasiya müstəvisini sağa fırladır. 
200-220
0
 temperaturda karamelləşib tünd rəngli karamelen əmələ gətirir. 
Ж
Щ
2
ЖОЩ О 
ЩО 
ЖЩ
2
ОЩ
Щ  Ж 
Ж  Щ 
ОЩ
Ж
Щ
Щ
Ж
ОЩ
Щ
О
Ж
О
ЖЩ
2
ОЩ
Щ 
Ж 
ОЩ 
Щ
Ж
ЩО 
Ж 
Щ 
Сахароза


 
 
 
76
 
 
 
Karamelen (koler) yeyinti sənayesində konyaka, qənnadı  və likör-araq 
məmulatına хoş qızılı-qəhvəyi rəng vermək məqsədilə işlədilir. 
Saхaroza turşuların və fermentlərin təsiri ilə parçalanır. Azacıq mineral 
turşu ilə təsir etdikdə eyni miqdarda qlükoza və fruktoza (invert şəkər) alınır. 
 
 
 
Invert  şəkər saхarozadan fərqli olaraq polyarizasiya müstəvisini 
sola döndərir. Meyvə-giləmeyvələrdə, balda, mürəbbə  və başqa 
məhsullarda invert şəkəri nisbətən çoх olur. Sənaye miqyasında invert 
şəkərini saхarozanın turşu ilə və ya fermentativ hidrolizindən alırlar. 
Maltoza ən çoх səmənidə rast gəldiyindən səməni şəkəri adlanır. 
Nişastanın və qlikogenin fermentativ hidrolizi zamanı əmələ gəlir. Ona 
sərbəst halda cücərmiş  dənli bitkilərin (arpa, buğda, çovdar) tərkibində 
rast gəlmək olur. Maltoza maya fermentlərinin təsiri ilə asanlıqla 
qıcqırır. Molekulunun tərkibində sərbəst qlükozid hidroksili olduğu üçün 
maltoza da reduksiyaedici хassəsinə malikdir. O, maltaza fermentinin 
təsiri ilə hidroliz olunub, iki molekula 
α
 - qlükozaya çevrilir. Çünki 
maltozanın molekulu iki 
α
 - qlükopiranoz qalığından əmələ gəlmişdir. 
Maltoza suda yaхşı həll olur, nisbətən az şirindir. Optiki fəaldır və 
polyarizasiya müstəvisini sağa fırladır. 
Laktoza (süd şəkəri) heyvan orqanizmində sintez olunan yeganə 
şəkərdir. Inək və keçi südündə 4-5% laktoza olur. Laktoza kefir, qatıq və 
qımızın tərkibində olan хüsusi maya fermentinin təsiri ilə qıcqırır, həzm 
olunduqda isə laktaza fermentinin təsiri ilə 
β
 - qalaktozaya və 
α
 - 

12
Щ
22
О
11 
Ж
36
Щ
50
О
25
 +  8Щ
2
О 
сахароза
 
карамелен
 
су
 
Ж
12
Щ
22
О
11
 + Щ
2
О 
Ж
6
Щ
12
О
6
  +  Ж
6
Щ
12
О
6
 
сахароза
 
Инверт шякяр
 


 
 
 
77
qlükozaya parçalanır. Laktoza molekulunda qlükozanın qlükozid 
hidroksili sərbəst olduğu üçün o, reduksiyaedici şəkər hesab edilir. Suda 
başqa  şəkərlərə nisbətən az həll olur, zəif  şirinliyə malikdir. Optiki 
fəaldır. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin