______________Milli Kitabxana_____________
249
(Naxçıvan), Culfada, Zurnabadda (Xanlar rayonu) və Mil-
Qarabağ düzlərində tapılmışdır.
İkinci mərhələnin qabları daha kiçik, həm də girdə şəkildə
hazırlanırdı. Naxçıvan rayonundan tapılmış belə qabların
üzərindəki insan, heyvan və quş rəsmləri qara, qırmızı, ağ,
qəhvəyi, sarı və s. boyalarla çəkilir, üstü qırmızı, sarı və ağ
anqobla örtülürdü. Dolça və dövrə şəklində olan bu qab-ların
ornamentləri qara və qırmızı boyalarla çəkilirdi. Naxışlar isə
düzbucaqlı, üçbucaqlı və romb kimi motivlərdən tərtib edilirdi.
Qobustan petroqliflərində gördüyümüz «yallı» tipli rəqs
təsvirlərinə bu keramikada da rast gəlirik. Şahtaxtıdan tapılmış
polixrom rəsmli böyük qab (e. ə. XVIII-XVII əsrlər) da bu
mərhələyə aiddir. Tovuz, keçi, at, vəhşi heyvan və quşların
rəsmləri ilə bəzənmiş kürəvi qabın üstü qırmızı anqobla
örtülmüşdür. Qabın çiynindəki tovuzlar sırası sarı rəngli zolağın
üstündə təsvir edilmişdir. Təsvirlərdə realist əlamətlərlə yanaşı
dekorativliyə də geniş yer verilmişdir.
Üçüncü mərhələnin qabları (Culfa-da, Kültəpədən tapılan
nümunələr) çaydan, nimçə, kasa formasındadır. Onların üzərində
qırmızı, qəhvəyi boyalarla çəkilmiş insan, heyvan və quş rəsmləri
həndəsi naxışlarla haşiyələnmiş və qablar qırmızı, ağ anqobla
örtülmüşdür.
Dördüncü mərhələ dəmir dövrünün başlanğıcına təsadüf
edir. Bu vaxt boyalı təsvirli keramika tənəzzülə uğrayaraq ortadan
çıxır. Dördüncü mərhələnin boyalı qabları dolça, çaydan və kasa
formasında olub, dalğavarı cızma üsullu ornamentlərlə bəzədilir,
naxışlar isə tünd-qırmızı boyalarla da çəkilirdi. Bu dövrün kürədə
bişən-dən sonra qırmızı rəng alan nimçələri günəşi andıran
qabarıq ornamentlərlə bəzədilmişdir. Onların içərisi qırmızı, çölü
isə sarı anqobla örtülmüşdür. Çaydanlar bu dövrdə də hazırlanırdı.
Onların üçbucaq, yanakı xətlər tipli naxışları cızma üsulu ilə
hazırlanırdı. Boz rəngli silindrik piyalələr də bu dövrün bədii
məhsulu idi.
Boyalı keramika mədəniyyəti qədim qəbilələrdə estetik
zövqün tərbiyəsində əvəzedilməz, mütərəqqi bir rol oynamışdır.
Əslində bu mədəniyyət orta əsrlərdə Azərbaycanda şirli keramika
|